Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16240/2024 25.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı X3 doğum haqqında akt qeydində uşağın anası haqqında məlumat hissəsində İddiaçı1, atası haqqında məlumat hissəsində isə İddiaçı2 məlumatlarının qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2024-cü il tarixində “X8” publik hüquqi şəxsdə cərrahi yolla doğuş həyata keçirmişdir. Doğuşdan sonra onun cinsiyyəti qız olan övladı dünyaya gəlmişdir. Həmin zaman övladının bioloji atası İddiaçı2 ilə birgə nikahda olmadığından, o, doğuşdan sonra yüksək güclü ruhi stress altında olmuş, bu səbəblə də, xx.xx.2024-cü il tarixində övladından imtina etmişdir. Qeyd edir ki, İddiaçı1 xx.xx.2024-cü il tarixində həyata keçirdiyi doğuş zamanı dünyaya gələn X3 bioloji atası İddiaçı2dur. xx.xx.2024-cü il tarixində “X8” publik hüquqi şəxs tərəfindən yenidoğulmuş Sosial Xidmətlər Agentliyinin məsul əməkdaşları ilə birlikdə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan körpələr evinə X2 təhvil verilmişdir. Lakin, buna baxmayaraq hazırda İddiaçı1 övladını qəbul etmək niyyətindədir və doğum haqqında akt qeydində uşağın anası haqqında məlumat hissəsində onun məlumatlarının qeyd edilməsini istəyir. Bundan əlavə olaraq digər İddiaçı2 İddiaçı1 xx.xx.2024-cü il tarixində həyata keçirdiyi doğuş zamanı dünyaya gələn X3 bioloji olaraq atasıdır. Doğuş zamanı tibb müəssisəsində olmadığı üçün övladının atası barədə məlumatlarda onun adı qeyd edilməmişdir. Lakin, buna baxmayaraq hazırda övladını qəbul edir və doğum haqqında akt qeydində uşağın atası haqqında məlumat hissəsində onun məlumatlarının qeyd edilməsini istəyir. Əlavə olaraq qeyd edirlər ki, hazırda İddiaçı1 və İddiaçı2 birgə nikaha daxil olmaq üçün müraciət etmiş və xx.xx.2024-cü il tarixinə nikah günü təyin edilmşdir. Bununla bağlı, valideynlər xx.xx.2024-cü il tarixində övladlarına doğum haqqında şəhadətnamə vermiş cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə birgə ərizə ilə doğum haqqında akt qeydində uşağın anası haqqında məlumat hissəsində İddiaçı1, atası haqqında məlumat hissəsində isə İddiaçı2 məlumatlarının qeyd edilməsi tələbi ilə müraciət etmişdir. Birgə ərizəyə cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubunda cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17/2-9302/2024 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2024-cü il tarixdə 442 saylı akt ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın qərarı əsasında X3 adına doğum akt qeydi tərtib edildiyini, doğum akt qeydində valideynlərə dair hər hansı bir məlumat aşkar edilmədiyini bildirirərək, faktiki olaraq doğum haqqında akt qeydində dəyişiklik etməkdən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin sözügedən imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı1 xx.xx.2024-cü il tarixində “X8” publik hüquqi şəxsdə cərrahi yolla doğuş həyata keçirmişdir. Doğuşdan sonra onun cinsiyyəti qız olan övladı dünyaya gəlmişdir. Həmin zaman övladının bioloji atası İddiaçı2 ilə birgə nikahda olmadığından, xx.xx.2024-cü il tarixində övladından imtina etmişdir. xx.xx.2024-cü il tarixində “X8” publik hüquqi şəxs tərəfindən yenidoğulmuş Sosial Xidmətlər Agentliyinin məsul əməkdaşları ilə birlikdə Sosial Xidmətlər Agentliyinin tabeliyində olan körpələr evinə X2 təhvil verilmişdir. İddiaçılar övladlarını sonradan qəbul etmək qərarlarına gəldiklərindən cavabdehə müraciət edərək övladları olduğunu iddia etdikləri X3 doğum haqqında akt qeydlərində dəyişiklik edilərək, ata və ana qrafalarında onların adlarının qeyd edilməsini xahiş etmişlər. Onların ərizələrinə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17/2-9302/2024 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2024-cü il tarixdə 442 saylı akt ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın əsasında X3 adına doğum akt qeydi tərtib edilmiş, doğum akt qeydində valideynlərə dair hər hansı bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi, İddiaçı1 imtinası nəticəsində yenidoğulmuş övladı “X8” publik hüquqi şəxs tərəfindən Sosial Xidmətlər Agentliyinin tabeliyində olan körpələr evinə təhvil verilmişdir. Bundan sonra Nizami rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı əsasında X3 adına doğum akt qeydi tərtib edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixində “X8” publik hüquqi şəxsdə doğulmuş X1 rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı əsasında X3 adına doğum akt qeydi tərtib edildiyindən, C.İsmayılzadə hazırda sosial xidmət müəssisəsində olduğundan, onun hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir, bu səbəbdən də, iddiaçıların hazırki tələbi irəli sürməkdə hər hansı bir subyektiv hüququ mövcud deyildir. İddiaçılar bu hüquqlarının realizəsi üçün ilk öncə sosial xidmət müəsisəsindən öz uşaqlarının götürülməsi ilə bağlı aidiyyəti qurumlara müraciət etməli, buna nail olduqdan sonra uşaq barəsində tərtib edilmiş doğum haqqında akt qeydində müvafiq dəyişiklilərin həyata keçirilməsi ilə bağlı zəruri hərəkətlərin icrasını həyata keçirməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ olmaması təsbit edildiyindən onun iddiasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-16240/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16240/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver