Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1626/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının hərbi xidmət etdiyi dövrdə, xx.xx.1990-xx.xx.1991ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyi müddəti qanunla nəzərdə tutulmuş güzəştli qaydada hesablanmasına dair “Məlumat Vərəqi”nin tərtib edilib Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” haqqında iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının hərbi xidmət etdiyi dövrdə, xx.xx.1990xx.xx.1991-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyi müddəti qanunla nəzərdə tutulmuş güzəştli qaydada hesablanmasına dair “Məlumat Vərəqi”nin tərtib edilib Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 dekabr 1989-cu il tarixindən 07 iyun 1990-ci il tarixinədək Türkmənistan Respublikasının Aşxabad şəhərində yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı kimi xüsusi təlim aldıqdan sonra Azərbaycan Respublikasının dövlət sərhədində xidmət etmişdir. Dağlıq Qarabağ ərazisində baş verən məlum hadisələrlə bağlı könüllü sürətdə vətənə qayıdaraq N iyun 1990-cı il tarixdən 20 noyabr 1991-ci il tarixədək Gəncə şəhərində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə döyüş maşın komandiri, çavuş rütbəsində xidmət etmişdir. xx.xx.2018-ci il tarixdə təqaüdə çıxmış və hal hazırda təqaüd alır. İddiaçının xidmət illəri 27 il, 6 ay, 12 gün xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 5 il, 7 ay, 14 gün təşkil edir. Lakin, xx.xx.1990 - xx.xx.1991-ci il tarixlərdə hərbi xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etdiyi müddət qanunla nəzərdə tutulmuş güzəştli qaydada hesablanmamışdır. Belə ki, iddiaçı hərbi xidmət etdiyi dövrdə aşağıda qeyd etdiyi döyüş əməliyyatlarında iştirak etmişdir. 24.06. 1990 - xx.xx.1990-ci il tarixlərində Qazax rayonu Əskipa kəndinin müdafiəsində, xx.xx.1990 - xx.xx.1991-ci il tarixlərində Laçın rayonu Zabuh kəndinin müdafiəsində, xx.xx.1991 - xx.xx.1991-ci il tarixlərində Goranboy rayonu Mənəşid, Buzluq, Erkəç kəndlərinin azad edilməsində. Həmçinin, 1991-ci ilin aprel-avqust aylarında 4-cu Ordu 23 qvardiya motoatıcı diviziyasının 131 saylı tank alayının kəşfiyyat bölüyündə döyüş əməliyyatlarında da iştirak etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, ehtiyatda olan polkovnik İddiaçı 20 dekabr 1989-cu il tarixdən 20 noyabr 1991-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, 16 mart 1992-ci il tarixdən 22 iyun 1992-ci il tarixədək və 01 sentyabr 1992-ci il tarixdən 07 yanvar 2018-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 27 il 06 ay 12 gün, xidmət illərinizə güzəştli qaydada əlavə olunan müddət - 05 il 07 ay 02 gün, ümumi xidmət illəri isə 33 il 01 ay 14 gün təşkil edir. 01 yanvar 1992-ci il tarixdən qüvvəyi minmiş, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992- ci il tarixli Qərarına əsasən İddiaçı 16 mart 1992-ci il tarixdən 22 iyun 1992-ci il tarixədək və 01 sentyabr 1992-ci il tarixdən 07 yanvar 2018-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu dövrlərdəki xidmət müddəti güzəştli qaydada (bir gün üç gün kimi, bir gün iki gün kimi) sayılmışdir. Lakin, onun SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olarkən, o zaman Gəncə şəhərində yerləşmiş, N nömrəli hərbi hissəsindəki N iyun 1990-cı il tarixdən 20 noyabr 1991 -ci il tarixədək olan dövrdəki xidmət müddətinin bir gününün üç gün kimi sayılması tətbiq edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan Qərarın 10-cu bəndinin müddəalarına görə zabit heyətinə mənsub şəxslərin, praporşiklərin, miçmanların, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçuların və daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətlərinin hesablanmasının həyata keçirilməsi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” SSRİ Qanunu, “Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara və müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında” SSRİ Nazirlər Sovetinin 1990- cu il 24 iyul tarixli 725 nömrəli Qərarı və “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara və müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında” SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli Qərarı ilə qoyulmuş qaydada və şərtlərlə tənzimlənir. Həmin qanun və qərarlarda isə Azərbaycan və Ermənistan Respublikaları arası dövlət sərhəddində, habelə Dağlıq Qarabağın ərazisində hərbi əməliyyatların dayandırılmasına dair nəzarət edilməsi istiqamətində tapşırıqların yerinə yetirilməsi zamanı SSRİ və MDB Silahlı Qüvvələrində qeyd olunan bölgələrdə xidmət müddətinin güzəştli qaydada hesablanması nəzərdə tutulmamışdır. Həmin müddəalar 1 fevral 1993-cü il tarixdən qüvvəyə minmiş Rusiya Federasiyası Hökümətinin - Nazirlər Sovetinin 22 sentyabr 1993-cü il tarixli 941 nömrəli Qərarının 3-cü bəndinin "b" yarımbəndinin on beşinci abzasında öz əksini tapmış və N sentyabr 1992-ci il tarixdən sonrakı xidmət dövrünə aid edilərək xidmət müddətinin bir gününün üç gün kimi sayılmasını ehtiva etmişdir. Cavabdeh yuxarıda göstərilənlərə istinad edərək hesab edir ki, iddiaçının SSRİ Silahlı Qüvvələrinin (o zaman Gəncə şəhərində dislokasiya olunmuş) N nömrəli hərbi hissəsindəki xidməti N sentyabr 1992-ci il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən qeyd olunan Qərarın müddəaları ona şamil edilə bilməz. Bundan başqa SSRİ Müdafiə nazirinin 148 nömrəli 30 mart 1991-ci il tarixli əmri ilə elan edilmiş «Zaqafqaziya respublikalarının ərazisində SSRİ Müdafiə Nazirliyi, SSRİ Daxili İşlər Nazirliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin hərbi qulluqçularının həqiqi hərbi xidmət keçməsi haqqında» SSRİ Nazirlər Kabinetinin 46 nömrəli 20 fevral 1991 -ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan, Gürcüstan və Ermənistan SSR-nın ərazilərində xidmətdə olan zabit heyətinə mənsub şəxslərin, gizir, miçman və müddətdən artıq xidmət keçən hərbi qulluqçuların xidmətinin bir ayı ay yarım kimi sayılır. Lakin, İddiaçı N iyun 1990-cı il tarixdən 20 noyabr 1991-ci il tarixədək olan dövrdə məhz müddətli həqiqi hərbi xidmətdə olduğundan, bu Qərarın da müddəaları ona şamil edilə bilməz. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçıya məxsus seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İddiaçıya məxsus EZ № ******* saylı hərbi biletindən görünür ki, iddiaçı 20 dekabr 1989-cu il tarixdən 20 noyabr 1991 -ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, 16 mart 1992-ci il tarixdən 22 iyun 1992-ci il tarixədək və 01 sentyabr 1992-ci il tarixdən 07 yanvar 2018-ci il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus MN № 016655 nömrəli vəsiqəyə əsasən o, müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22 noyabr 2019-cu il tarixli, 9/2-18349 saylı məktubuna əsasən, N saylı hərbi hissə komandirinin 1990-1991-ci i tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı xidməti barədə araşdırma aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 dekabr 2019-cu il tarixli, 12/3827 saylı məktubuna əsasən, İddiaçı şəxsi işində onun 1990-1991-ci illlərdə SSRİ Silahlı Qüvvələrinin , N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçdiyi zaman həmin hərbi hissənin kəşfiyyat bölüyündə xidmət keçməsi barədə məlumat yalnız iddiaçının tərcümeyi-halında qeyd edilmiş, bu barədə başqa məlumat daşıyıcı sənəd aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin filialından verilmiş 27 noyabr 2018-ci il tarixli 18/2/11397 nömrəli arxiv arayışında öz əksini tapmış onun N iyun 1990-cı il tarixdən 20 noyabr 1991-ci il tarixədək N saylı hərbi hissədə “əsgər” tədricən “çavuş” rütbələrində, habelə, “operatorradiotelefonçu” və kəşfiyyat bölüyünün döyüş maşınının komandiri” vəzifələrində xidmət keçməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş iddiaçının məlumat vərəqindən və hərbi qulluqçunun xidmət illərinin hesablanmasından görünür ki , iddiaçının cəmi iş stajı 33 il 01 ay 04 gün təşkil edir və xx.xx.1990-xx.xx.1991-ci il tarixlərində etdiyi xidmət dövrü ümumi xidmət dövrünə bir günə bir gün hesabı ilə hesablanmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinası qanunsuz hesab edilməsi və onun üzərinə iddiaçının hərbi xidmət etdiyi dövrdə, xx.xx.1990-xx.xx.1991-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyi müddəti qanunla nəzərdə tutulmuş güzəştli qaydada hesablanmasına dair “Məlumat Vərəqi”nin tərtib edilib Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması vəzifəsinin qoyulmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında’’ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992- ci il tarixli Qərarının 10-cu maddəsinə əsasən «Zabit heyətinə mənsub şəxslərin, praporşiklərin, miçmanların, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçuların və daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərin 1992-ci il yanvarın 1-dək olan xidmət müddətləri onlardan ötrü uzun müddət xidmətə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» SSRİ Qanunu, «Uzun müddət xidmətin hesablanması və zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara və müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya, müavinət təyin edilməsi və verilməsi qaydası haqqında» SSRİ Nazirlər Sovetinin 1990-ci il 24 iyul tarixli 725 nömrəli qərarı və «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara və mцddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət və bu hərbi qulluqçulara, rəis və sıravi heyətə mənsub şəxslərə və onların ailələrinə müavinətlər haqqında» SSRİ Nazirlər Sovetinin 1990-cı il 15 dekabr tarixli 1290 nömrəli qərarı ilə qoyulmuş qaydada və şərtlərlə aid edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının N iyun 1990-cı il tarixdən 20 noyabr 1991-ci il tarixədək olan dövrdəki xidmət müddətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının yuxarıda göstərilən 10-cu maddəsinə əsasən hesablanmışdır. Buna görə də N iyun 1990-cı il tarixdən 20 noyabr 1991-ci il tarixədək olan dövrdəki xidmət müddətinin bir günü bir gün kimi sayılmışdır və güzəştli qaydada hesablanmamışdır. Qanunvericilikdə iddiaçının tələbində göstərilən dövrlərin güzəştli qaydada hesablanması nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən iddiaçının təminat xərcliyinin hesablanması zamanı hər hansı qanun pozuntusuna yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının hərbi xidmət etdiyi dövrdə, xx.xx.1990xx.xx.1991-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyi müddəti qanunla nəzərdə tutulmuş güzəştli qaydada hesablanmasına dair “Məlumat Vərəqi”nin tərtib edilib Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının hərbi xidmət etdiyi dövrdə, xx.xx.1990xx.xx.1991-ci il tarixlərində döyüş əməliyyatlarında iştirak etdiyi müddəti qanunla nəzərdə tutulmuş güzəştli qaydada hesablanmasına dair “Məlumat Vərəqi”nin tərtib edilib Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1626/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1626/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver