Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1627/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3-cü şəxs qismində cəlb edilməklə “güzəştli avtomobil növbəsinə götürülməsi üçün tibbi göstərişin verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, güzəştli növbəlik qaydasında pulsuz avtomobil verilməsi ilə əlaqədar xüsusi nəqliyyat almağı üçün güzəştli avtomobil növbəsinə götürülməyi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli avtomobil növbəsinə götürülməsi üçün tibbi göstəriş verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliynin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2021 nömrəli 28 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3-cü şəxs qismində inzibati işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11.10.1993-cü ildə SHXÇDX-nin Xətai rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında xidməti vəzifəsini yerinə yetirərkən 09.02.1994-cü il tarixdə düşmənin atdığı mərmi nəticəsində ağır yaralanmışdır. 09.02.1994-cü il tarixdən 06.04.1994-cü il tarixə qədər Neyro-Cərrahiyyə Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Boyun, baş və bud nahiyəsindən travması, orta ağır dərəcəsi diaqnozu qoyulmuşdur. Hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən, aldığı travma nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim komissiyası tərəfindən 204 saylı 13.05.2008-ci il tarixli “hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır sözü ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 179 saylı 13.05.2008-ci il tarixli protokolu əsasında ƏƏSMN-nin yanında Reabilitasiya xidmərinin Tibbi-Sosial Eksperti tərəfindən 2-ci qrup Qarabağ Əlili kimi şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də sonuncu müayinə dair məlumat vərəqəsində xəstəliyinin hərbi xidmət dövründə alınması ilə əlaqədar ona İİ qrup əlillik təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0005 nömrəli göndərişi əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasına onlayn sistemdə göndəriş verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin avtomobil və motorlu araba ilə təmin edilməsinə dair tibbi göstəriş meyarında imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinin “Tibbi Sosial Ekspert Komissiyası”nın rəyi olduğu halda, ona həmin nazirlik tərəfindən növbəlik qaydasında pulsuz avtomobil verilməsi” üçün süni, bürokratik əngəllər yaradaraq bu qəbildən olan onun kimi əlil insanlara maddi və mənəvi əzab verir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddia tələbinə dair verilmiş etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən irəli sürülən tələb qanunsuz və əsassızdır. İddiaçı 01.07.2015-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə olunmuş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qarabağın dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, İİ dünya müharibəsi əlillərin və onlara bərabər tutulanlar tibbi göstəriş olduğu halda pulsuz minik avtomobili ilə təmin olunurlar. İddiaçı avtomobillə tibbi-göstəriş vəziyyəti səhiyyə müəssisəsinin 4401003AAADA nömrəli göndərişi əsasında 13.04.2016-cı il tarixdə qiymətləndirilmiş və imtina qərarı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyinin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3 yarımbəndində nəzərdə tutulmadığından səhiyyə müəssisəsinin 4401003AAADA nömrəli göndərişində əsas diaqnoz kimi qeyd edilmiş “S74.0 oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində funksiyasının pozulması” avtomobilə tibbi göstərişin təyininə əsas vermir.Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 15 dekabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərinə qiymət verir. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh iddiaya cavab verməli orqandır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamənin 3.1.4-cü bəndinə əsasən əlilliyi olan şəxslərin sosial müdafiə tədbirlərinə (protez-ortopedik məmulatlarının, eşitmə aparatlarının, kreslo-veloarabalar və digər reabilitasiya vasitələrinin verilməsi, nəqliyyat və hərəkət vasitələri ilə təmin olunma, xüsusi təhsil alma, evdə sosial-məişət xidməti göstərilmə və s.) ehtiyacları barədə tibbisosial ekspert komissiyaları tərəfindən tibbi göstərişlər verilməsini təmin etmək Xidmətin vəzifəsinə aiddir. İddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətə imtina cavabı verilmişdir. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.İnzibati işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddianın mahiyyəti: İddia mümkün olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 204 nömrəli, 13.05.2008-ci il tarixli qərarının surətindən görünür ki, Bakı ş. Xətai RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 09.02.1994-cü ildə aldığı və 23.02.1994-cü ildən 06.04.1994-cü ilə kimi Bakı ş.neyrocərrahlıq xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: «Sağ boyun nahiyyəsinin, sağ dirsək oynağı nahiyyəsinin və sol budun orta 1/3-nin çoxsaylı infeksiyalaşmış kor qəlpə yaraları, oynaqların və oturaq sinirinin funksiyalarının hissəvi pozulmaları ilə» (Xətai RHK-nın 08.05.2008-ci il tarixli 928 nömrəli göndərişi, 07.05.2008-ci il tarixli 158 nömrəli arayışı, neyrocərrahlıq xəstəxanasından verilmiş 10.05.2008-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır». - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 01.07.2016-cı il tarixli xxxxxxx0005 nömrəli müayinə olunan şəxs haqqında məlumatdan görünür ki, İddiaçı 01.07.2016-cı il tarixdə təkrar müayinədən keçərək, ona 01.07.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. TSEKin diaqnozu : Boyunun sağ yarısının, sağ dirsək oynağının, sol budun yuxarı 1/3-nin çoxsaylı qəlpə yaralanmasından s/v. Oturaq siniri və oynaqların funksiyasının hissəvi pozulması. Sol baldırın limfostazı. - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial inkişaf idarəsinin 1 saylı poliklinikasının 4401003AAADA nömrəli göndərişi əsasında aparılmış müayinədən görünür ki, İddiaçı 08.04.2016-cı il tarixdə TSEK-də müayinə olunmuş və minik avtomobilinə tibbi göstəriş olmadığı qeyd edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********0 nömrəli, 10 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar”, “20 yanvar hadisələri ilə əlaqədar” səbəbindən əlilliyi olan şəxslər, həmçinin müharibə əlili və onlara bərabər tutulan əlillər tibbi göstəriş olduğu halda minik avtomobili ilə təmin olunurlar. Səhiyyə müəssisəsinin 13.04.2016-cı il tarixli 4401003AAADA saylı göndərişində qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənnin 5.2.3 bölməsinə müvafiq olaraq avtomobilə tibbi-göstərişin təyininə əsas vermir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, güzəştli avtomobil növbəsinə götürülməsi üçün tibbi göstəriş verilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan Səhiyyə müəssisəsinin 13.04.2016-cı il tarixli 4401003AAADA saylı göndərişində qeyd edilmiş əsas diaqnoz və onun ağırlaşmaları. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənnin 5.2.3 bölməsinə müvafiq olaraq avtomobilə tibbi-göstərişin təyininə əsas vermədiyini qeyd edərək, iddia tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 01.07.2016-cı il tarixdə təkrar müayinədən keçərək ona 01.07.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: Boyunun sağ yarısının, sağ dirsək oynağının, sol budun yuxarı 1/3-nin çoxsaylı qəlpə yaralanmasından s/v. Oturaq siniri və oynaqların funksiyasının hissəvi pozulması. Sol baldırın limfostazı; Əlillik səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu qeyd edilmişdir. İddiaçı barəsində avtomobilə tibbi-göstəriş vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında cavabdeh orqan tərəfindən qiymətləndirilmiş, imtina qərarı verilmişdir. Səbəb kimi İddiaçı əlillik təyininə əsas verən diaqnozla, avtomobilə tibbi-göstəriş vəziyyəti ilə bağlı yazılmış göndərişdəki diaqnozun fərqli olmasıdır. Həmçinin, cavabdehin imtina əsası iddiaçının mövcud əlillik diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3 bölməsinə müvafiq olaraq avtomobilə tibbigöstərişin təyininə əsas verməməsiı ilə bağlıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İlk növbədə Məhkəmə qeyd edir ki, cavabdehin etiraz dəlili kimi istinad etdiyi norma-“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5-ci hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2021ci il tarixli 163 nömrəli Qərarı ilə ləğv edilmişdir. Hazırkı halda iddia tələbinin qanuni əsasını “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının 3-cü bəndinə əsasən: 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-dəX1 tərtib edilmə ardıcıllığına görəformalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. 3.6. Tibbi göstərişlərdə Şəxsinhəmminik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacınagöstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. 3.7. Şəxs bu Qaydanın 3.6-cı bəndinəuyğun olaraq hər ikireabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. 3.8. Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. 3.13. Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15. Minik avtomobili və ya mühərrikli təkərli oturacaqalmış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. 3.16. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi ümumi və xüsusi səbəblərdən müəyyən edilir. Həmin Qaydaların 1.5.2-ci bəndinə əsasən xüsusi səbəblərə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar aiddir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Lakin bu zaman həmin şəxslər barəsində səhiyyə müəssisəsi tərəfindən göndərişlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən qiymətləndirilir. Bu da o deməkdir ki, əlilliyə əsas olan diaqnozla səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdəki diaqnoz eyni olmalıdır. Lakin hazırkı halda isə iddiaçının 2-ci dərəcəli əlilliyinə əsas olan diaqnoz- Boyunun sağ yarısının, sağ dirsək oynağının, sol budun yuxarı 1/3-nin çoxsaylı qəlpə yaralanmasından s/v. Oturaq siniri və oynaqların funksiyasının hissəvi pozulması. Sol baldırın limfostazıdır. Yəni iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi avtomobilə tibbi-göstəriş vəziyyəti ilə bağlı yazılmış göndərişdəki diaqnozla bağlı deyil. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir və iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM- 73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1627/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1627/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver