Məhkəmə qərarları › İş №2-1(112)-1627/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1627/2024

22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1627/2024 22.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X23 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X23 üzrə Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 nömrəli qərarı ilə 22 sentyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Öz Ət” restoranının fəaliyyət göstərdiyi kafedə vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı DVX 006196 nömrəli akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin 5 nəfər fiziki şəxsə görə elə həmin gün fəaliyyətə başladığı müəssisənin barəsində Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 10000 (on min) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa Bakı şəhəri X23 üzrə Baş İdarəsinin 29 sentyabr 2022-ci il tarixli **********3447 nömrəli qərarı ilə 22 sentyabr 2022-ci il tarixdə yuxarıda qeyd edilən eyni obyektdə operativ vergi nəzarəti keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmin aktın nəticəsi olaraq elə həmin gün fəaliyyətə başladığı müəssisənin barəsində Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3447 nömrəli vergi ödəyicisinin vergi qanun vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 1000 (bir min) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərdiyim səbəblərə görə Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarları qanunsuz və əsassızdır. Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydalarının 2.4-cü bəndinə əsasən Operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Belə ki, iddiaçı barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədi ilə işə zəruri hesab etdiyi sənədləri 25 oktyabr 2022-ci il tarixdə (saat 10:00, otaq 313) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinə dəvət olunsa da, elə həmin tarixdə iştirakı ilə qeyd olunan ünvana getsə də iclas keçirildiyindən gözləməli olduğu bildirilmiş, lakin bir qədər gözlədikdən sonra daxili telefon vasitəsi ilə əlaqə saxlayıb zəruri hesab etdiyi sənədləri təqdim etmək istədiyini bildirdikdə yalnız poçt vasitəsi ilə təqdim edilməli olduğu, real vəziyyətdə sənəd qəbul edilmədiyi bildirilmişdir. Bundan sonra ərizə ilə müraciət edərək işə baxılmada iştirakının təmin edilməsi xahiş olunmuş, ərizəyə zəruri hesab etdiyi sənədlər əlavə edilməklə poçt vasitəsi ilə Bakı şəhəri X23 üzrə Baş İdarəsinə göndərilmişdir. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli DVX seriyalı 006196 nömrəli aktda 5 nəfərin əmək müqaviləsi olmadan işləməsi ilə bağlı hallar qeyd edilmiş və operativ vergi nəzarəti tədbiri zamanı və Vergi ödəyicisinin vergi qanun vericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilərkən yalnız əmək müqavilələri bildirişlərinə istinad edilmişdir. Halbuki, İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları araşdırılmalı və həmin sənədlərin olub olmaması iş materiallarına əlavə edilməli olduğu halda vergi orqanı tərəfindən yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığı hallar araşdırılmışdır. Bu bir daha onu göstərir ki, vergi orqanı əməkdaşları tərəfindən qanunsuz və qəzərli yoxlama aparılmışdır. Bundan başqa DVX seriyalı 016639 nömrəli aktda müştəri tərəfindən sifariş edilmiş iaşə xidmətinə (yemək süfrəsi) görə nağd şəkildə ödənilmiş 14 manat məbləğə NKA çeki verilmədiyi qeyd edilib və obyektdə NKA olmadığı aşkar edilib. Lakin müştərinin kim olması, məbləğin kimin tərəfindən ödənilməsi qeyd edilməyib. Buna görə də yoxlama qərəzli aparılmış və əsassız yerə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilən ünvanda yerləşən “Öz Ət” restoranında (kod: 14003) fərdi sahibkar kimi fəaliyyətə başlamaq üçün nəzarət kassa aparatının (NKA seriya nömrəsi C160320A********) adıma qeydiyyat məlumatlarının dəyişdirilməsi ilə əlaqədar 13 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-yə müarciət etmişəm, elə həmin tarixdə 40 manat xidmət haqqını nağd şəkildə ödəmiş olsamda ödəniş barədə İMH 152432 seriya nömrəli kassa madaxil orderi 12 oktyabr 2022-ci il tarixdə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən 13 sentyabr 2022-ci il tarixli OT-NKA 18226 nömrəli, 16 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş xidmət müqaviləsi operativ vergi nəzarətini həyata keçirən əməkdaşların telefonla həmin şirkətlə əlaqə quraraq müdaxiləsindən sonra həmin gün yəni 22 sentyabr 2022-ci il tarixli təhvil-təslim aktı ilə bir yerdə iddiaçıya təqdim edilmişdir. İddiaçı fiziki şəxs kimi qeydiyyatdan keçməklə VÖEN ********** nömrə ilə qeydə alınaraq fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iki il altı ay müddətə, yəni 08 fevral 2020-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 avqust 2022-ci il tarixdə cəza müddəti başa çatdığından azadlığa buraxılmışdır. Ona görə də qeyd olunan VÖEN üzrə fəaliyyətinin dayandırılması barədə Dövlət Vergi Xidmətini məlumatlandıra bilməmişdir. Azadlığa buraxıldıqdan sonra fəaliyyətini bərpa etmək qərarına gəlmiş, lakin cəzaçəkmə müəssisəsində olduğu vaxt yəni 2020-2021-ci il tarixlərində "xxxx" LTD Şirkəti tərəfindən VÖEN ********** hesabı üzərində əməliyyat aparıldığı ona məlum olmuş və yaranmış maliyyə sanksiyası fəaliyyətini yenidən bərpa etməsinə maneə yaratmışdır. "xxxx" LTD Şirkətinə VÖEN ********** nömrəli hesabı ilə aparılmış əməliyyatlara dair sorğu edilmiş və yaranmış vəziyyətin aradan qaldırılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1117 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7 ünvanında yerləşən “Öz Ət” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində sözügedən obyektdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 016639 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı və bir nüsxəsini aldığı müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus obyektə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il saat 13:30-da müştəri tərəfindən sifariş edilmiş iaşə xidməti (yemək süfrəsi) üçün ödənilmiş 14 (on dörd) manat məbləğində pul vəsaiti ödənilmiş, lakin bunun əvəzində müştəriyə NKA çeki təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, obyektdə nəzarət-kassa aparatı yoxdur, odur ki, müştəri tərəfindən ödənilən məbləğ “Nəzarət-kassa aparatlarının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na müvafiq qeydlə yazılmışdır. Məlum olduğu kimi, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi isə göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılması deməkdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********3447 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Operativ vergi nəzarəti zamanı, o cümlədən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, bu barədə xx.xx.2022-ci il tarixli DVX seriyalı 006196 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, iddiaçı aktı imzalamaqdan imtina etmiş, lakin imzalamaqla bir nüsxəsini qəbul etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin yazılı izahatı alınmış və izahatında işçilər X17, X14, X11, X9 və X4 müddətinə işə götürmüş, sınaq müddətinin sonunda həmin şəxslərlə əmək müqaviləsi bağlayacaqdır. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsin yazılı izahatları alınmışdır. Belə ki, X14 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 2 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 5 gündür ki, İddiaçı tərəfindən dönərçi olaraq işə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 30 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Əli, Şərəf, Niyaz və Sərxan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X18 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 2 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 1 həftədir ki, İddiaçı tərəfindən aşbaz işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 30 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Əli, Şərəf və Sərxan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X11 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 2 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 3 gündür ki, İddiaçı tərəfindən xadimə işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 20 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Əli, Niyaz və Sərxan adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X17 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 2 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 3 gündür ki, İddiaçı tərəfindən ofisiant işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Şərəf və Niyaz adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. X9 xx.xx.2022-ci il tarixli etirafedici izahat vermiş və izahatında ünvan 2 ünvanında yerləşən “Öz Ət” adlı obyektdə 1 həftədir ki, İddiaçı tərəfindən ofisiant işinə qəbul edildiyini, onunla iddiaçı arasında əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 15 manat nağd formada İddiaçı aldığını, həmin obyektdə digər işçilərdən Rəcəb, Əli, Şərəf və Niyaz adlı şəxsləri tanıdığını bildirmiş və izahatını imzası ilə təsdiq etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********2390 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 10000 (on min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmişdir. İddiaçı tərəfindən həmçinin, aparılmış operativ vergi nəzarətinin nəticəsindən inzibati qaydada şikayət verilmiş, vergi orqanı tərəfindən həyata keçirilmiş inzibati icraat nəticəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********601300 nömrəli Qərar qəbul edilmişdir. İnzibati şikayətin araşdırılması zamanı vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3447 nömrəli və 03.11,2022-ci il tarixli **********2390 nömrəli qərarlarının ləğv olunması ilə əlaqədar vergi ödəyicisi tərəfindən araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar həm əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktını, həm də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 (beş) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktını bir daha sübut edir. Bundan əlavə, operativ vergi nəzarəti zamanı video çəkiliş həyata keçirilmişdir və video material etiraza əlavə edilərək məhkəməyə təqdim edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3447 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan, Abşeron, xx.xx.1986, Yaşayış Yeri: Az0120, Abşeron Rayonu, Qobustan, Qobustan Kəndi (PEREKÜ, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2390 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı (doğulduğu yer və tarix: Azərbaycan, Abşeron, xx.xx.1986, Yaşayış Yeri: Az0120, Abşeron Rayonu, Qobustan, Qobustan Kəndi (PEREKÜ, FİN: xxxxxxx, VÖEN:**********)Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022 tarixədək 10000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********601300 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə Baş İdarə tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3447 nömrəli və xx.xx.2022-ci il tarixli **********2390 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmışdır. İnzibati icraat materiallarından görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********1117 nömrəli qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7), obyektin adı: X30 (**********-14003), fəaliyyət Növü: restoranlar tərəfindən xidmətlərin göstərilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221783695 nömrəli çıxarışda göstərilmişdir ki, yoxlayıcı orqanın adı: iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı, Yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********, Yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2022-xx.xx.2022, Yoxlanılan dövr: Cari fəaliyyət, Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, (Azərbaycan Respublikasının Vergi Məcəlləsi,Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.3), Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. [Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi,xx.xx.2000.Maddə 50.1.7], Yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 14003 Öz Ət restoran; AZ1102 Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov ev 7 m,-; restoranlar tərəfindən xidmətlərin göstərilməsi, Yoxlamanın növü: Operativ Vergi nəzarəti, Yoxlamanın tipi: Plandankənar (növbədənkənar), Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsi, maddə 50.2.2. - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli, DVX 006196 nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı (VÖEN:**********) məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7 ünvanında yerləşən “Öz ət” Restoranında İddiaçı iştirakı ilə müəyyən olundu: xx.xx.2022-ci il tarixdə saat 13:35-də aparılmış yoxlanışda hər hansı rəsmi sənəd təqdim edilmədi, restoran tərəfindən ictimai iaşə xidmətinin yerinə yetirilməsinə cəlb olunmuş 5 (beş) şəxsdən 5 (beş) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Nəzarət kitabçası təqdim edilmədi. Fərdi sahibkar İddiaçı Aktın bir nüsxəsini əlavələrlə birlikdə almış və bu barədə “Nəzarət kitabçası”nda qeyd aparıb imza etmişdir. Fərdi sahibkar İddiaçı tərtib olunmuş aktla tanış olmasına və aktın bir nüsxəsini almasına baxmayaraq hər hansı əsaslı səbəb gətirmədən akta imza etməkdən imtina etmişdir. - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli, 006196 saylı akta əlavədən görünür ki, xx.xx.2022-ci il tarixdə fərdi sahibkar İddiaçı məxsus “Öz ət” Restoranda aparılmiş operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 05 nəfər fiziki şəxslərin siyahısı:

1. X17 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA2445824, qeydiyyat ünvanı: Yasamal rayonu, Y/Yasamal y/massivi, 1-ci şəhərsalma kompleksi, ev 6, mənzil 210.

2. X14 -Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA3208240, qeydiyyat ünvanı: Göyçay rayonu, Kürdşaban ə/d, Kürdşaban kəndi.

3. X12 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA0367863, qeydiyyat ünvanı: Şirvan şəhəri, Füzuli küçəsi, ev 1A.

4. X18 -Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE15473361, qeydiyyat ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 66, mənzil 46

5. X9 -Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1915458, qeydiyyat ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 22. - İddiaçı (şəxsiyyət vəsiqəsi seriya/№ AA*******) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, X30nda təxmini olaraq 15 gündür ki, (həbsdən çıxdığı 25 gün olar) sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyətə başladıqdan sonra kassanı qeydiyyata düşməsi üçün müraciət edib ödəniş etmişdir, lakin kassanın qeydiyyata düşməsindən 10 günə yaxın vaxt keçməsinə baxmayaraq kassa servis işçisi telefonlarına cavab vermir və kassa aparatını gətirib vermir. Nəzarət kassa aparatı işləmədiyi müddətdə əməliyyatların uçotunun aparılması kitabından istifadə etmişdir. Sahibkarlıq fəaliyyətinə yeni başladığı üçün işçilərin tez-tez dəyişməsi ilə əlaqədar olaraq işçiləri 1-5 gün sınaq müddətinə işə götürür. X1, X10, X8, X15, X3 müddətinə işə götürüb. Sınaq müddətinin sonunda əmək müqaviləsi bildirişləri bağlayacaq. Həbsdən yeni çıxmağını, sahibkarlıq fəaliyyəti ilə yeni başlamağını, 2-ci qrup əlil olmağını nəzərə alaraq köməklik göstərilməsini xahiş etmişdir. Söz verir ki, yaranmış nöqsanları tez bir zamanda aradan qaldıracaq. - X17 (şəxsiyyət vəsiqəsi seriya/№ AA2445824) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 3 gündür ki İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 15 manat nağd şəkildə Tural bəydən alır. İş saatı 09:30-20:00-dır. Nahar fasiləsi 15:00-16:00 arasıdır. Gündəlik iş saatı 09 saatdır. Həftənin 6 günü iş günüdür, bu da aylıq 54 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 15 manatdır. Rəcəb (dönərçi), Tural (müdir), Şərəf (xadimə), Niyaz (aşbaz), adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. - X14 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE AA3208240) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 5 gündür ki İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 30 manat Tural bəydən alır. İş saatı 09:00-20:00-dır. Nahar fasiləsi 15:00- 16:00 arasıdır. Gündəlik iş saatı 10 saatdır. Həftənin 6 günü iş günüdür, bu da aylıq 60 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 30 manatdır. Əli (ofisiant), Şərəf (xadimə), Niyaz (aşbaz), Sərxan (ofisiant) adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. - X12 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE AA0367863) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 3 gündür ki İddiaçı tərəfindən xadimə vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 20 manat nağd Tural bəydən alır. İş saatı 08:00-21:00-dır. Nahar fasiləsi 15:00-16:00 arasıdır. Gündəlik iş saatı 12 saatdır. Həftənin 6 günü iş günüdür, bu da aylıq 72 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 30 manatdır. Əli (ofisiant), Rəcəb (dönərçi), Niyaz (aşbaz), Sərxan (ofisiant) adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. - X18 (şəxsiyyət vəsiqəsi seriya/№ AZE********) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 həftədir ki, İddiaçı tərəfindən aşbaz vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 30 manat Tural bəydən alır. İş saatı 09:00-19:00-dır. Nahar fasiləsi 15:00- 16:00 arasıdır. Gündəlik iş saatı 09 saatdır. Həftənin 5 günü iş günüdür, bu da aylıq 45 saat edir. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 30 manatdır. Rəcəb (dönərçi), Əli (ofisiant), Şərəf (xadimə), Sərxan (ofisiant) adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. - X9 (şəxsiyyət vəsiqəsi seriya/№ AA1915458) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X23 üzrə Baş İdarəsinə verdiyi izahatda qeyd etmişdir ki, 1 gündür ki, İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə götürülüb. Əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmayıb. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim olunmayıb. Əmək haqqını gündə 15 manat Tural bəydən nağd alır. İş saatı 08:00-18:00-dır. Nahar fasiləsi 15:00-16:00 arasıdır. Gündəlik iş saatı 09 saatdır. Həftəlik iş rejimi dəqiqləşməyib. Məzuniyyət hüququ yaranmayıb. Gündəlik əmək haqqı 15 manatdır. Rəcəb (dönərçi), Əli (ofisiant), Niyaz (aşbaz), Şərəf (xadimə), adlı şəxsləri tanıyır. Vergi ödəyicisi kimi vergi orqanında əvvəllər qeydiyyatdan keçməmişdir. Öz hüquq və vəzifələrini bilir, izahatı öz yazmış, əlavəsi yoxdur. Düzgünlüyünü imzası ilə təsdiq edir. - “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016639 nömrəli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov 7 ünvanında yerləşən X30na xx.xx.2022-ci il tarixdə saat 13:30-da müştəri tərəfindən sifariş edilmiş iaşə xidməti üçün 14 (on dörd) manat məbləğində nağd pul ödənildi, lakin əvəzinə müştəriyə NKA çeki təqdim edilmədi. Tərəfimizdən həyata keçirilən araşdırma zamanı müəyyən olundu ki, obyektdə --- NKA yoxdur. Bu səbəbdən müştəri tərəfindən ödənilən həmin məbləğ nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların --- kitabına müvafiq qeydlə yazıldı və nəticədə isə fərdi sahibkar İddiaçı (VÖEN**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 83.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması tövsiyə edilir. “Nəzarət kitabçası” təqdim edilmədi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11775/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2390 və xx.xx.2022-ci il tarixli **********3447 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlarının ləğv edilməsi barədə iddiası üzrə iddia müddəti bərpa edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat 22 subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. -10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarları qanunazidd hesab oluna bilməz. Əvvəla ona görə ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında iddaçıya məxsus ünvan 2 ünvanında yerləşən Öz ət adlı obyektdə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla iddiaçı xx.xx.2022-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə KY221783695 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı çıxarışla tanış olmuş və imzalamışdır. Operativ vergi nəzarətinin keçirilməsinin nəticəsi barədə xx.xx.2022-ci il tarixli, DVX 006196 nömrəli və xx.xx.2022-ci il tarixli, DVX seriyalı 016639 nömrəli aktlardan görünür ki, əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edilmiş fiziki şəxslərlə bağlı tərtib edilmiş birinci aktı iddiaçı aktın bir nüsxəsinin almasına baxmayaraq hər hansı əsaslı səbəb göstərmədən imza etməkdən imtina etmiş, bununla bağlı vergi müfəttişləri tərəfindən akta müvafiq qeyd edilmişdir. Eyni tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan isə görünür ki, iddiaçı həmin aktla tanış olmuş və imzası ilə təsdiq etmişdir. Hər iki aktdan görünür ki, aktlarda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, aktlar imzalanmaq üçün iddiaçıya təqdim olunmuş, sonuncu qeyd edilən aktları imzalamaqdan imtina etmişdir (bu barədə vergi əməkdaşları tərəfindən ayrıca akt tərtib edilmişdir), vergi ödəyicisi olan iddiaçı həmin aktlarda yoxlama ilə bağlı öz qeydlərini daxil etməmişdir. xx.xx.2022-ci il tarixli, DVX 006196 nömrəli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu hallar aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahıları tərtib edilərək aktlara əlavə edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı təqdim olunmuş icraat materiallarına iddiaçı tərəfindən işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxsdən 5 nəfərin izahatı əlavə edilmişdir. İzahatı alınmış X17, X14, X12, X18, X9 hər biri müvafiq olaraq 1, 3, 5, 7 gün olmaqla sözügedən iddiaçıya məxsus obyektdə işlədiklərini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadıqlarını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obektdə vəzifələri, iş saatları, iş rejimləri, gündəlik aldıqları əmək haqları, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, həmin obyektdə onlarla birlikdə çalışan digər şəxslərin (birbiriləri) adlarını bildirmişlər ki, bu məlumatlar yalnız həmin obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Eyni zamanda İddiaçı inzibati icraat zamanı özünün verdiyi etirafedici izahatında 5 nəfər fiziki şəxsin- X13, X10, X8, X15, X2 müddətinə işə götürdüyü, sınaq müddətinin sonunda əmək müqaviləsi bağlanılmasının təmin ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: -3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. -3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. -3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. -3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Sadalanan normalardan görünür ki, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, obyektin yeni fəaliyyətə başlaması, iddiaçının adına mövcud olmuş VÖEN üzrə "xxxx" LTD şirkəti tərəfindən əməliyyatların aparılması, yaranmış borcla əlaqədar sistemdə əmək müqaviləsi bağlaya bilməməsi kimi dəlili mübahisələndirilən qərarın ləğvinə əsas vermir. Yuxarıda da qeyd edildiyi kimi fiziki şəxslərin hansı müddətdə həmin obyektdə işlədiyinin müəyyən edilməsi və yaxud işəgötürənin müqavilə bağlamasının üzrlü və ya üzrsüz səbəbi kimi kimi hallar qanunla tənzimlənməmiş və bu hallar hazırkı vergi hüquq pozuntusunun mahiyyətinə təsir edə bilən məqam deyildir. Belə ki, yuxarıda qeyd edilən normalardan da görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, sözügedən maddədə təsvir olunan vergi hüquq pozuntusu üçün hər hansı bir maddi nəticənin baş verməsi ilə şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Başqa sözlə, vergi ödəyicisi sözügedən maddədə təsvir edilən əməli törətməklə artıq işçinin gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olur və bu əməlinə görə 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə məruz qalır. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsində göstərilən əmələ görə tətbiq olunan maliyyə sanksiyasının məbləği dəqiqdir, dəyişilməzdir, aşağı və ya yuxarı həddi qanunla müəyyən edilməmişdir. Yuxarıda adıçəkilən “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən:

7. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi. -7.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə görə vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə görə NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X29), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə əsasən alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə əsasən işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə əsasən əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşin materiallarından görünür ki, iddiaçıya məxsus obyektdə xx.xx.2022-ci il saat 13:30-da müştəri tərəfindən sifariş edilmiş iaşə xidməti üçün 14 (on dörd) manat məbləğində nağd pul vəsaiti ödənilsə də müştəriyə NKA çeki təqdim edilməmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, obyektdə nəzarət-kassa aparatı yoxdur. Müştəri tərəfindən ödənilən məbləğ “Nəzarət-kassa aparatlarının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na müvafiq qeydlə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı” Qaydalarının aşağıdakı bəndlərinə əsasən: -8.3. İstifadəçinin vəzifələri: 8.3.1. NKA-nın qeydiyyatı və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizə ilə Nazirliyə müraciət etmək; 8.3.2. məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək; 8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; 8.3.7. vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq;(...). “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən: -7.9 Nəzarət-kassa aparatından istifadə edilməsi mümkün olmadıqda nağd pul əməliyyatlarının “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na qeyd edilib-edilməməsi araşdırılır. -11.2.11. Obyektlərdə NKA-dan istifadə olunması müvəqqəti mümkün olmayan hallarda (elektrik enerjisinin kəsilməsi, NKA-nın nasaz olması və s.) nağd hesablaşmaların STXM tərəfindən möhürlənmiş “NKA-nın işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”na işlənilməsi yoxlanılır. Göründüyü kimi vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunmalı və bununla əlaqədar təsərrüfat obyekti müvafiq nəzarət kassa aparatı ilə təmin edilməlidir. Qanunvericiliyin tələbi vergi ödəyicisinin vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, yalnız nəzarət kassa aparatı işləmədiyi halda nəzarət əməliyyatların uçotu kitabından istifadə etməklə əməliyyatarın uçotunu aparmaqdır. Hazırkı iş üzrə iddiaçı nəzarət kassa aparatının texniki nasaz vəziyyətdə olduğu əsası ilə deyil, təsərrüfat obyektində bilavasitə nəzarət kassa aparatı ilə təmin etmədiyi (ümumiyyətlə quraşdırılmadığı) halda dövriyyəni əməlyyatların uçot kitabına daxil etmişdir. Halbuki, təqdim olunan uçot kitabının adı belə “Nəzarət-kassa aparatlarının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı” olmuşdur ki, qeyd edilən ad belə vergi ödəyicisinin kitabdan hansı halda istifadə etməsinin mümkünlüyü barədə qənaətə gəlməyə kifayət edə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə vergi orqanının mövqeyi ilə razılaşaraq hesab edir ki, vergi ödəyicisi tərəfindən NKA-dan istifadə edilməməsi göstərilmiş xidmətlərə görə ödənilmiş məbləğlərin vergidən yayındırılmasına rəvac verir ki, bu hal Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tərkibini yaradır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə cavabdeh iddiaçı barəsində qəbul etdiyi əliverişsiz inzibati aktların qəbul edilməsini zəruri edən faktiki və hüquqi şərtləri sübuta yetirə bilmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri X23 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar