Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1628/2022 15.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə Keyfiyyət və Təminat Agentliyinə qarşı diplomun tanınması tələbinə dair inzibati iş materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət və Təminat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ukrayna Respublikasının N.Y.Jukovski adına Milli Aerokosmik Universiteti “X2” tərəfindən 30.06.2018-ci il tarixdə onun adına verilmiş B18 seriyalı 108609 nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq cavabdeh ilə danışıqlar aparmaqla mübahisənin məhkəmədən kənar həllinə nail olmağa çalışacaqlarını və buna görə də iddia tələbindən imtina etdiyini, odur ki, məhkəmə iclasının onun və nümayəndəsinin iştirakı olmadan keçirilməklə iddia tələbindən imtinanın qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. - 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməli, İddiaçı iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edilməsinin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1, 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət və Təminat Agentliyinə qarşı diplomun tanınması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçı iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edilməsinin hüquqi nəticələri izah edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1628/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1628/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver