Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-163/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun əyani təhsil müddətinin sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 25 avqust 1964-cü ildə anadan olmuş, 1981-ci ildə Azərbaycan Dövlət Neft və Kimya institutuna daxil olmuş, 1986-cı ildə universitetin tam kursunu bitirmişdir. 13 avqust 1986-cı il tarixdən hazırkı dövrədək Azərbaycan neft sənayesində müxtəlif peşələrdə və vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”ndanın X bölməsinin müvafiq yarımbölmələrinə əsasən, ümumilikdə, 13 il 01 ay 01 gün ("Neft Daşlan” NQÇİ-də, xx.xx.1986-xx.xx.1988-ci illərdə Neft və qazçıxarma üzrə operator peşəsində (şifrə 1100000a-15824, Bölmə X, yarımbənd 2a) güzəştli şərtlə iş staji 01 il 05 ay 03 gün, xx.xx.1988-xx.xx.1990-cı illərdə Neft və qazçıxarma üzrə usta vəzifəsində (şifrə 1100000b-23197, bölmə X, yarımbənd 2b) güzəştli şərtlə iş staji 02 il 11 ay 15 gün, “28 May” NQÇİ-də, xx.xx.1990-xx.xx.1993-cü illərdə 2 saylı neftqazçıxarma sexinin rəis müavini vəzifəsində (şifr 1100000b-23187, bölmə X, yarımbənd 2a) güzəştli şərtlə iş staji 03 il 01 ay 00 gün, xx.xx.1996-xx.xx.2002-ci illərdə quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi vəzifəsində (şifr 1100000b-23187, Bölmə X, yarımbənd 2a) güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Həmçinin, 2016-cı il tarixədək 20 ilə yaxın, ali məktəbdə təhsil aldığı müddətlə birlikdə isə ümumi əmək stajı 24 ildən artıqdır və xx.xx.2016-ci il tarixdə 52 yaşı tamam olduğu üçün qanunvericiliyə əsasən həmin tarixdən onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Bunlara baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi hal-hazıra qədər iddiaçıya güzəştli şərtlə pensiya təyin etməkdən əsassız olaraq imtina etmişdir. Həmçinin, yuxarıda qeyd olunanlara əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə göstəriş verilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə Dövlət sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə göndərilmiş, şöbədən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli sərəncamı ilə birlikdə əlavə edilməklə həmin tarixli məktuba əlavə edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaya dair 04 fevral 2020-ci il tarixli, **********6 saylı yazılı etirazında bildirilmişdir ki, iddiaçının idarəyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə dair dəqiqləşdirmənin aşağıdakı məzmunda nəzərə alınmasını xahiş etmişdir: “İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə təhsil müddətinin iş stajına daxil edilməklə güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin qoyulması”. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-163/2020 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “təhsil aldığı müddətin iş stajına daxil edilməklə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması” tələbi ilə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddiaya qarşı etirazında bildirilmişdir ki, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin olunması tələbinə dair iddiası ilə filial razı deyildir.
1. İddiaçının 01 yanvar 2006-cı ilədək çalışdığı və güzəştli olduğunu iddia etdiyi peşələr aşağıdakılardır: xx.xx.1986-xx.xx.1988 (01 il 05 ay 03 gün), “Neft Daşları” NQÇİ-də “Neft və qaz çıxarına üzrə operator”; istinad edilən şifr: 1100000a-15824 xx.xx.1988xx.xx.1990 (02 il 11 ay 15 gün), “Neft Daşları” NQÇİ-də "Neft və qaz çıxarma üzrə usta”; istinad edilən şifr: 1100000b-23187 xx.xx.1990-xx.xx.1993 (03 il 01 ay), “28 May” NQÇİdə “2 saylı Neftqazçıxarma sexinin rəsi müavini”; istinad edilən şifr: 1100000b-23187 xx.xx.1996-xx.xx.2002 (05 il 07 ay 13 gün), “28 May” NQÇİ-də “Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi”; istinad edilən şifr: 1100000b-23187. 2. NK-nın 320 nömrəli, 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahının X Bölməsi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” adlanır. Həmin bölmədə öz əksini tapmış və iddiaçının istinad etdiyi şifrlərdə nəzərdə tutulmuş peşələr aşağıdakılardır: ******* - Yarımbənd 2. Neft-qaz və qaz kondensatının hasilatı: a) Fəhlələr: 1100000a — 15824: neft və qaz hasilatı üzrə operatorlar; ******* - Yarımbənd 2. Neft-qaz və qaz kondensatının hasilatı: b) rəhbərlər və mütəxəssislər: — 23187: neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar. 3. Göründüyü kimi, iddiaçının “Neft Daşları” NQÇİ-də xx.xx.1986 - xx.xx.1988-ci illərdə (01 il 05 ay 03 gün) çalışdığı “Neft və qaz çıxarma üzrə operator” peşəsi (şifr: 110000a-15824) və xx.xx.1988xx.xx.1990-cı illərdə (02 il 11 ay 15 gün) çalışdığı “Neft və qaz çıxarma üzrə usta” peşəsi (şifr: 1100000b-23187) məlum 1 nömrəli Siyahıda öz əksini tapıb. Lakin iddiaçının xx.xx.1990 - xx.xx.1993-cü illərdə (03 il 01 ay) çalışdığı “2 saylı Neftqazçıxarma sexinin rəis müavini” peşəsi və xx.xx.1996-xx.xx.2002-ci illərdə (05 il 07 ay 13 gün) çalışdığı “Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi” peşələri iddia edilən şifrə (1100000b- 23187) uyğun gəlmir. Çünki həmin şifr altında nəzərdə tutulmuş peşələrin adlarına yuxarıda istinad edilib. Orada yalnız “usta və böyük ustalar” peşələrindən söhbət gedir. İddiaçının isə, usta və ya böyük usta deyil, sex rəisinin müavini və rəisi vəzifələrində işləməsi mübahisəsizdir. 4. Diqqət edilsin ki, iddiaçı “usta” və “sex rəisi" (və ya “sex rəisinin müavini") peşələrinin eyni olduğunu iddia edə bilməz. Ona görə ki, Siyahıda bu peşələr bir-birindən fərqləndirilib; başqa sözlə, fərqli şifrlər altında nəzərdə tutulub. 5. Beləliklə, iddiaçının güzəştli iş stajı, cəmi 04 il 04 ay 18 gün (01 il 05 ay 03 gün + 02 il 11 ay 15 gün) təşkil edir. Odur ki, iddiaçının güzəştli iş stajı yetərsiz olduğundan inzibati orqanın imtinası qanuni və əsaslı olub. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 31 avqust2020-ci il tarixində keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazlarda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 3 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1964-cü il tarixdə Masallı rayonunun Ərkivan kəndinə doğulmuşdur. - İddiaçıya məxsus olmaqla xx.xx.1986-cı ildə açılmış İT-İ seriyalı ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı XXİİ Qurultay adına İB-nə qəbul olunana qədər xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər Neft və Kimya institutunda təhsil almış (əsas: HB seriyalı, 010141 nömrəli, xx.xx.1986-cı il tarixli diplom), 248k saylı xx.xx.1986-cı il tarixli əmrlə xx.xx.1986-cı il tarixdən 8 saylı neft və qaz hasilatı sexinə (neft mədəni) neftqazçıxarma üzrə 4-cü dərəcəli operator qəbul olunmuş, 26k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən həmin tarixdən eyni sexdə neftqazçıxarma üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdən 8 saylı neft və qaz hasilatı sexi (neft mədəni) 7 saylı neft və qaz hasilatı sexi (neft mədəni) adlandırılmış (NSN-in əmr №220, xx.xx.1988-ci il KMNSN əmri № 148, xx.xx.1988-ci il), 268 nömrəli xx.xx.1988-ci il tarixli əmrə əsasən xx.xx.1988-ci il tarixdə XXİİ-ci Qurultay adına İB ləğv olunaraq, bazasında X8 Partiyası XXİİ Qurultay adına NQÇİ yaradılmış, xx.xx.1990-cı il tarixdən “Kasımmornefteqaz İBnin” 250 nömrəli, xx.xx.1989-cu il tarixli əmrinin yerinə yetirilməsi üçün X8 Partiyası XXİİ Qurultay adına NQÇİ 28 Aprel adına NQÇİ adlandırılmış, 272k saylı xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1990-cı il tarixdən keçirilmə yolu ilə işdən azad edilmiş, 1-k nömrəli xx.xx.1990-cı il tarixli əmrə əsasən xx.xx.1990-cı il tarixdən keçirilmə yolu ilə NQÇD-nə rəis müavini vəzifəsinə işə qəbul olunmuş, 32-k saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən xx.xx.1993-cü il tarixdən X9 işləri sexinə rəis təyin edilmiş, 141-k saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən xx.xx.1996-cı il tarixindən quyuların əsaslı təmiri sexinə 15-ci dərəcəli rəis təyin edilmiş, 42-k nömrəli xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixindən İstehsalata xidmət bazasının rəis müavini vəzifəsinə keçirilmiş, 44-k saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən həmin tarixdən əmək müqaviləsində edilmiş dəyişikliyə müvafiq olaraq həmin bazanın 16-cı dərəcəli rəisi təyin edilmiş, 190k saylı xx.xx.2004-cü il tarixli əmrlə xx.xx.2004-cü il tarixindən “28 May” NQÇİ-nin İstehsalat Xidmət Bazasının rəisi vəzifəsindən azad edilmiş, “Azneft” İB-nin 150-k saylı xx.xx.2004cü il tarixli əmrinə əsasən xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qaçıxarma İdarəsinin qaz və qazlift təsərrüfatı üzrə rəis müavini vəzifəsinə təyin edilmiş, “Azneft” İb-nin xx.xx.2011-ci il tarixli 110-k saylı əmrinə əsasən xx.xx.2011-ci il tarixindən əmək müqaviləsi ləğv edilmişdir. - 10 iyul 1986-cı il tarixli, HB seriyalı, 010141 saylı diplomun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 1981-ci ildə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və kimya institutuna daxil olmuş və 1986-cı ildə neft və qaz yataqlarının işlənməsinin texnologiya və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir. - SOCAR tərəfindən verilmiş 03/29 saylı, xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək 2 saylı Neftqazçıxarma sexinin rəis müavini (şifr 1100000b-24125, bölmə X, yarımbölmə 2b, 1 nömrəli siyahı üzrə) işləmiş, həmin vəzifədə güzəştli iş stajı 03 il, 01 ay, 00 gün təşkil edir. xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi vəzifəsində (Şifr 1100000b – 24125, bölmə X, yarımbölmə 2b, 1 nömrəli Siyahı üzrə) güzəştli iş stajı 05 il 07 ay 13 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın X bölməsinə, 2b yarımbölməsinə əsasən “28 May” NQÇİ-də sex rəisinin müavini və sex rəisi vəzifəsində güzəştli şərtlərlə iş stajı 08 il 08 ay 13 gün təşkil edir. - SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş PUŞ 02/68 saylı, xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, “Neft Daşları" NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1986 - 1990-cı illər üçün əmək haqlarının şəxsi hesablarında, 1990-cı il üçün T-2 formalı şəxsi vərəqəsində, xx.xx.1964-cü il tarixdə anadan olmuş, İddiaçı bu müəssisədə işləməsi barədə məlumatlar mövcuddur. Müəssisədə aşağıda göstərilən yerlərdə işləmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 N-li Qərarındakı istehsalatın peşə və vəzifələrin 1 saylı Siyahısının X bölməsinə əsasən “Neft Daşları” NQÇİ-də: xx.xx.1986 - xx.xx.1988-ci illərdə Neft və qazçıxarma üzrə operator peşəsində (Şifr 1100000a - 15824, Bölmə X, yarımbölmə 2a) güzəştli şərtlərlə iş stajı 01 il 05 av 03 gün təşkil edir; xx.xx.1988 - xx.xx.1990-cı illərdə Neft və qazçıxarma üzrə usta vəzifəsində (Şifr 1100000b—23187, Bölmə X, yarımbölmə 2b) güzəştli şərtlərlə iş stajı 01 il 11 ay 15 gün təşkil edir. Arayışa əsasən Müəssisənin (sahələrin) addəyişmələri haqqında məlumat aşadakı kimidir: 1. xx.xx.1980-cı ildən X11 Ordenli Sov.İKP XXİİ qurultayı adına Neft və qaz çıxarılması üzrə İstehsalat Birliyi adlanıb. SSRİ Qaz Sənayesi Nazirliyi “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İB Sov. İKP XXİİ qurultayı adına Neft və qazçıxarma İdarəsinin xx.xx.1979-cu tarixli OPİ" 202 N-li əmri və xx.xx.1979-cu il tarixli 449 N-li əmrləri əsasında. 2.NQÇİ-nin xx.xx.1987-cı il tarixli 473 saylı əmrinə əsasən 8 saylı neft və qazçıxarma sexi xx.xx.1988-ci il tarixdən 7 saylı neft və qazçıxarma sexi adlandırılmışdır. 3. Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci tarixli 220 N-li əmri ilə, “Xəzərdənizneftqazsənaye” X3 xx.xx.1988-ci tarixli 148 N-li əmri ilə, “Xəzərdənizneftqazsənaye” X3 Sov. İKP XXİİ Qurultayı adına NQÇ üzrə İB-nin xx.xx.1988-ci il tarixli 268 N-li əmri ilə xx.xx.1988-ci tarixədn Sov. İKP XXİİ Qurulatayı adına Neft-qazçıxarma İdarəsi adlandırılıb. 4. xx.xx.1992-ci il tarixdən 183 saylı əmr ilə “Xəzərdənizneftqazsənaye” X4 “Azərineft” Dövlət Konsernin “Neft Daşları” Neft və qazçıxarma İdarəsi adlandırılıb. 5. 01 04.2003-cü il tarixdən Azərbaycan Dövlət Neft Şirkətinin 31,03.2003-cü il tarixli 25 N-li əmri ilə Azərbaycan Dövlət Neft Şirkətinin, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları" Neft və qazçıxarma idarəsi adlandırılıb. 6. Halhazırda müəssisə SOCAR, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və qazçıxarma idarəsi adlanır, və bütün addəyişmələr varisi hesab edilir. - SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən 1986-1989-cu illər üçün əmək haqqı üzrə şəxsi hesab vərəqəsinə əsasən verilmiş PUŞ-02/68 saylı, xx.xx.2019-cu il tarixli arxiv arayışında “Neft Daşlan” NQÇİ-nin arxiv fondunda 1986-1989-cu illər üçün əmək haqlarının şəxsi hesabatlarında İddiaçı əmək haqqı barədə məlumatlar göstərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı, 11 iyun 2019-cu il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubda iddiaçının xx.xx.2019cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli (qərarı) əmri ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair məsələlər xx.xx.2019cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. İddiaçı tərəfindən DSMFnin Bakı şəhəri Səbail rayon şöbəsinə məhz sonuncunun güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı ilə əlaqədar məsələlərə inzibati icraat qaydasında baxılması ilə bağlı müvafiq səlahiyyətlərə malik olduğu dövrdə (müraciətin tarixi: xx.xx.2019-cu il) müraciət edildiyindən, sonuncunun cavab məktubu da sonradan əsl cavabdeh kimi icraata cəlb edilmiş inzibati orqanın imtina məktubu kimi qiymətləndirilmiş və bu əsasla da işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Məhkəmə göstərməyi zəruri hesab edir ki, işin mübahisələndirilən halları həm, iddiaçının çalışdığı sahənin zərərli işlərin siyahısına aid edilməsi, həm də, iddiaçının ümumi iş stajı ilə baglıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Məhkəmə, əlavə olaraq, qeyd edir ki, DSMF tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası İdarəsinin, bütün rayon və şəhər şöbələrinin rəhbərlərinə ünvanlanmış xx/xx-3402 saylı 08 noyabr 2007-ci il tarixli «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın tətbiqi ilə bağlı təlimat məktubunun 5-ci bəndində də göstərilmişdir ki, siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. İşin araşdırılan hallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 N-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda 10-cu, yəni “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2a yarımbölməsinə əsasən iddiaçının “Neft Daşları” NQÇİ-də xx.xx.1986 - xx.xx.1988-ci illərdə “neft və qazçıxarma üzrə operator” peşəsində (Şifr 1100000a - 15824, Bölmə X, yarımbölmə 2a) güzəştli şərtlərlə iş stajı 01 il 05 ay 03 gün, xx.xx.1988 - xx.xx.1990-cı illərdə “neft və qazçıxarma üzrə usta” vəzifəsində (Şifr 1100000b—23187, Bölmə X, yarımbölmə 2b) güzəştli şərtlərlə iş stajı 01 il 11 ay 15 gün, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək “2 saylı Neftqazçıxarma sexinin rəis müavini” (şifr 1100000b— 24125, bölmə X, yarımbölmə 2b, 1 nömrəli siyahı üzrə) vəzifəsində güzəştli iş stajı 03 il, 01 ay, 00 gün, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi” vəzifəsində (Şifr 1100000b—24125, bölmə X, yarımbölmə 2b, 1 nömrəli Siyahı üzrə) güzəştli iş stajı 05 il 07 ay 13 gün, ümumilikdə, güzəştli peşələrdə iş stajı 12 ildən artıq təşkil edir. Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 01 saylı 31 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif olunan bir sıra Vahid X2 təsdiqi barədə” 1.1. “Neft sənayesinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”nın “Quyuların qazılması, neft və qaz hasilatı; “Neft və qazçıxarma üzrə usta” vəzifəsində “Quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi” vəzifələri “Rəhbərlər” təsnifatında cəmləşdirilmişdir. Neftçilərin əməyinin xüsusiyyətlərini, texnoloji prosseslərin təkmilləşdirilməsini və s. nəzərə almaqla əsas peşə sahibləri istehsalat proseslərini yerinə yetirərkən iş günü müddətində daimi olaraq müxtəlif zərərli istehsalat amillərinin kompleks şəkilində təsirinə məruz qalırlar. Onlardan əsas yeri əlverişsiz iqlim şəraiti, istehsalat səs-küyü, vibrasiya, zəif işıqlanma, kimyəvi maddələr-karbohidrogenlər, karbon oksidi, azot oksidi, hidrogen sulfid, kükürd qazını, turşu, qələvi, səthi-aktiv maddələrin müxtəlif konsentrasiyalarını və əməyin ağırlığı, gərginliyi, sinir-psixiki gərginliyin təsirlərini göstərmək olar. Hər bir faktorun təsir səviyyəsi görülən işin müxtəlifliyindən asılı olaraq fərqli zərərlilik və təhlükəlilik dərəcəsində olur. Bunlar işin intensivliyindən, faktorların təsir müddətindən, ekstremal şəraitin intensivliyindən və s. asılıdır. Bütün bunlara əsasən «Əməyin gigiyenik təsnifatına» görə quru şəraitində qazma işi ilə məşğul olanların və quyuların yeraltında əsaslı təmiri ilə məşğul olanların əməyi İİİ sinif (İİ-İİİ dərəcəli zərərli), neftin çıxarılması zamanı İİ-İİİ sinif (İ- İİ dərəcəli zərərli), dəniz şəraitində işləyən neftçilərin işləri isə İİİ sinif (İV dərəcəli zərərli) əmək növünə müvafiqdir (www.socar.az.documents). Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Beləliklə, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilə qədər Neft və Kimya institutunun əyani şöbəsində oxuduğu təhsil müddəti də nəzərə alınmaqla, əmək kitabçasının məlumatlarına əsasən, onun 2006-cı il 01 yanvar tarixədək 20 ildən artıq ümumi iş stajı vardır və bunun 10 ildən artığını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”na əsasən 10 ildən artıq güzəştli iş stajının olmasını, eyni zamanda, xx.xx.2016-cı ildə isə iddiaçının 52 yaşının tamam olmasını nəzərə almadan, iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı xx.xx.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2016-cı il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA