Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-163/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X55 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və şəxsi hesab vərəqindən maliyyə sanksiyasının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X55 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamenti tərəfindən qəbul edilmiş 13.11.2018-ci il tarixli, **********0398 nömrəli, 15.11.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi orqanında vergi uçotuna alınmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanında “Panda” marketi 31.10.2018-ci il tarixdə fiziki şəxs X11 icarəyə götürmək üçün müqavilə bağlamışdır. Bundan sonra Aynur Əliyeva ilə işləmiş işçilərlə köhnə əmək müqaviləsinə xitam verildikdən sonra yeni əmək müqaviləsi bağlayaraq fəaliyyətə başlamaq üçün obyekti olduğu yer üzrə qeydə aldırmaq, eləcə də kassa aparatlarını qeydiyyata saldırmaq və malgöndərən şəxslərlə mal göndərilməsi barədə müqavilələr bağlamaq məqsədilə işlərə başlamışdır. İddiaçı 31.10.2018-ci il tarixdə isə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 2 ünvanında yerləşən icarəyə götürdüyü “Mağaza” adlı təsərrüfat subyektini olduğu yer üzrə vergi orqanında uçota aldırmışdır. 01.11.2018-ci il tarixdə isə Merkuri- 130F-01 kassa aparatı qeydiyyata götürülmüşdür. İddiaçı fəaliyyətə başlayandan az sonra, yəni 05.11.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamenti tərəfindən **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə iddiaçının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.3cü, 50.1.7-ci, 50.1.12-ci və 50.1.13-cü maddələrinə əsasən vergi nəzarəti tədbiri keçirilmiş, 05.11.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən 05.11.2018-ci il tarixdə saat 17:17-də müştəri tərəfindən alınmış 3,06 manat dəyərində mal üçün çek vurulub verilməmiş və bunun təsdiqi kimi həmin məbləğə həmin tarixdə qeydiyyata alınmamış Merkuri-130F-01 markalı NKA-dan bərpa çeki çıxarılmışdır. 05.11.2018-ci il tarixdə, saat 14:30-da keçirilmiş operativ vergi nəzarəti zamanı 11 (on bir) nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi 05.11.2018-ci tarixli, VN-11 seriyalı, 012786 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. İşçilərin əksəriyyətini qadınlar təşkil edirdi. Obyektdə satılan malların üzərinə cüzi əlavələr qoymaqla, demək olar ki, topdansatış qiymətlərinə yaxın qiymət müəyyən etmək, eyni zamanda yüksək xidmət göstərmək yolu ilə normal müştəri bazası yaratmağı iddiaçı qarşısına məqsəd qoymuşdur. Lakin Vergilər Nazirliyi yanında X55 Departamenti tərəfindən 05.11.2018-ci il tarixdə aparılmış yoxlamanın nəticələri ilə iddiaçının bütün arzuları və əməyi heç olmuşdur. İddiaçı mağazada cəmi 5 gün işləmiş, 6-cı gün mağazanı bağlamaq məcburiyyətində qalmışdır. İddiaçı əmək müqaviləsi bağlayaraq işə götürdüyü işçilərin hamısını işdən azad etmişdir. Həmin akta imza etməyi isə onu vergi işçiləri məcbur etmişlər və bildirmişlər ki, bu, sadəcə heç bir hüquqi nəticəsi olmayan aktdır. Bu zaman, konkret olaraq 2018-ci ilin noyabr ayının 05-də Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X55 Departamentinin əməkdaşları iddiaçının fəaliyyət göstərəcəyi obyektə bir növ hücum çəkərək müqavilə üzrə başqa hüquqi şəxsin bəzi işçilərini onun işçiləri kimi təqdim etməklə guya əmək müqavilələri olmamaları barədə 05.11.2018-ci il tarixli, VN seriyalı 012786 nömrəli akt yazaraq nəticədə iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’' 15.11.2018-ci il tarixli, **********1050 nömrəli qərarla 11000 manat cərimə tətbiq etmişlər. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin 08.11.2018-ci il tarixli, VN seriyalı, **********8161 nömrəli qərarı əsasında “Azərbaycan Respulikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ nəzarətinin nəticələri haqqında” VN-11 seriyalı, 012786 nömrəli aktda adları qeyd olunmuş on bir nəfər şəxsdən X21, X39, X12 və X44 "xxxx" MMC-nin rəsmi əmək müqaviləsi üzrə işçiləri olmaqla, həmin MMC-nin 01 noyabr 2018-ci il tarixli, 018 k/m nömrəli məktubuna və 03 noyabr 2018-ci il tarixli, 007k nömrəli əmrinə əsasən müəssisənin satdığı və istehsal etdiyi məhsulları yerində tanıtmaq məqsədilə iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən mağazada təcrübə keçmək məqsədilə 05 noyabr 2018-ci il tarixdən 25 gün müddətinə ezam edilmiş şəxslər olmuşlar. Bundan əlavə "xxxx" MMC ilə iddiaçı arasında 01.10.2018ci il tarixli (əslində 01.11.2018-ci il tarixli) “Ticarət yerinin idarə edilməsi" müqavilə olmuşdur. Həmin müqavilə ilə də iddiaçının qeyd etdikləri bir daha təsdiq olunur. Lakin vergi orqanının əməkdaşları səhvən, bəlkə də bilərəkdən həmin şəxsləri iddiaçı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülmüş şəxs kimi adlarını yuxarıda qeyd olunan akta daxil edərək, nəticədə iddiaçının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin tələblərini pozmasında şübhəli durum yaratmışlar. Bununla bağlı 10 dekabr 2018-ci il tarixdə “AZCAKE" MMC-nin rəhbərliyinə sorğu ilə müraciət edilmiş və qeyd edilmiş halları təsdiq edən müvafiq sənədlər alınmışdır. Eyni zamanda iddiaçıya aidiyyəti olmayan, tamamilə başqa şəxsin - X22 vergi borcunun ödənilməsi üçün hərracda satmaq məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin əməkdaşı Səbuhi Ələkbərov adlı şəxs tərəfindən ümumilikdə 33776,09 manat dəyərində mal aparılmışdır ki, bundan 23573,6 manat dəyərində 18 adda elektrik məişət avadanlıqları “SKAYEkspress" MMC-yə məxsusdur. Hazırda müəssisə iddiaçıdan vergi əməkdaşları tərəfindən aparılmış həmin malları tələb edir. Əgər qeyd edilən mallar hərracda satılsa iddiaçının düşəcəyi ağır durumu təsəvvür etmək çətin deyil. Vergi orqanı tərəfindən 05.11.2018-ci il tarixdən başlayaraq “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" 05.11.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Lakin akta əsas olmuş malların siyahıya alınması 05.11.2018-ci il tarixdən başlama saatı göstərilməsə də qurtarma saatı 15:00 göstərilmişdir. Aktda göstərilən mallar həqiqətən də iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da bu mallar ona məxsus olmamışdır. Bu, mümkün də deyil. İddiaçı bir qısa müddət ərzində bu qədər mal ala bilməzdi. Ən azından malgöndərənlərlə görüşməli, müqavilələr bağlamalı, bank hesabı açmalı və sair işlər görməli idi. İddiaçı bunları hələ edə bilməmişdir. Fiziki şəxs A.S.Əliyevaya məxsus və mağazada malgöndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan təxminən 310 min manatlıq malı iddiaçıya məxsus və sənədsiz mal kimi yazaraq, nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 15.11.2018-ci il tarixli, **********1040 nömrəli qərarla iddiaçıya əsassız olaraq 30711,40 manat maliyyə sanksiyası tətbiq etmişlər. Yoxlama keçirilən təsərrüfat subyektində mövcud olan malların elektron vergi-hesab fakturası və digər sənədlər olmadan alındığı və mağazada alış qiyməti ilə 307113,40 manat dəyərində malların olduğu qənaətinə gəlinir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamenti tərəfindən 13.11.2018-ci il tarixli, **********0398 nömrəli, 15.11.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarlara əsasən müvafiq olaraq 400 manat, 11000 manat və 30711,4 manat, cəmi 42111,4 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bu dövrdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamenti tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’’ qərarlar qəbul edilmiş və qəbul edildiyi gündə də eyni tarixli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamələr iddiaçının qeydiyyat ünvanına və elektron poçtuna göndərilmişdir. Vergi orqanının məlumatına əsasən iddiaçının elektron poçtunda həmin məlumatlar 19.11.2018-ci il tarixdə oxunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən qeyd olunan qərarların ləğv olunması üçün Vergilər Nazirliyinə inzibati qaydada şikayət edilmiş, lakin Vergilər Nazirliyinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 03.04.2019-cu il tarixli, **********247000 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamenti tərəfindən qəbul edilmiş qərarlardan və bu qərarlardan iddiaçının verdiyi inzibati şikayətlə bağlı qəbul edilmiş qərardan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Apellyasiya Şurasına və ya məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Bundan əlavə 4 nəfərdən ibarət vergi əməkdaşları saat 14:30-da “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” guya 11 nəfər barəsində akt tərtib edirlər, bundan 30 dəqiqə müddətində isə 10 min adda uçota alınmamış mal saymaq, koduna baxmaq, alış-satış qiymətlərini və ümumi məbləği müəyyən etmək, özü də belə dəqiqliklə mümkün deyildir. Vergi işçilərinin yoxlamada olmalarını, satış sahəsində artıq 3 saatdan çox orada olduqlarını bilə-bilə guya kassada xidmət göstərən işçi saat 17:17-də alınmış mala görə çeki vurmamışdır. Bu, tamamilə absurddur. Məcburiyyət qarşısında qalaraq 05.11.2018-ci il tarixli “yoxlamadan” dərhal sonra iddiaçı fəaliyyətini dayandırmışdır. O, bir manat belə qazanmadığı halda əsassız olaraq 42111,42 manat məbləğində cərimə və maliyyə sanksiyasına məruz qalmışdır. Kifayət qədər digər faktları və məlumatları sübut kimi sadalamaq olar. Guya 307113,40 manat məbləğində uçota alınmamış mal aşkar edilmişdir. Nəticədə iddiaçıya tam əsassız və qanunsuz olaraq 30711,34 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı 30711,34 manat məbləğində uçotsuz malın olması ilə bağlı yazılanları qəbul etmir, bu, tamamilə qanunsuz və əsassızdır. Yarım saat ərzində olmayan 1000-dən çox adda mal saymaq, koduna baxmaq, alış-satış qiymətlərini və ümumi məbləği müəyyən etmək, özü də belə dəqiqliklə mümkün deyildir. Bu məlumatların yazılmasına 4 nəfərin cəlb edilməsi ehtimalı nəzərə alınarsa, bu adda malların yazılmasına azından 2-3 gün lazımdır. 30 dəqiqə ərzində bu qədər malın 8 göstərici üzrə yazılması necə mümkün olmuşdur? Həmin malları saymaq, kodlarını, alış-satış qiymətlərini müəyyənləşdirmək və s. Nəzərə alınsa ki, tərtib edilmiş akta əsasən həmin malların sənədləri olmamış, belə olan halda vergi əməkdaşları alış qiymətini necə müəyyən etmişlər? Nəyə görə mal qalığı faktiki olaraq anbarda və satış sahəsində olan mallar üzrə aparılmamışdır? Həmin zaman mağazada ümumiyyətlə iddiaçıya məxsus mal olmamışdır. Göstərilənələrə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X30 izahatında bildirdi ki, İddiaçı 25.04.2016-cı il tarixdə əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olmaqla vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi orqanının 02.11.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 05.11.2018-ci il tarixdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, 05.11.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Bundan əlavə, qeyd olunan obyektdə həmin qərara əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” 05.11.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt, həmçinin 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” eyni tarixli VN-16 seriyalı 009193 nömrəli akt tərtib edilmişdir. Operativ vergi nəzarəti zamanı İddiaçı və 11 nəfər fiziki şəxs izahat verərək işçilərlə əmək müqaviləsinin bağlanılmadığını, həmçinin İddiaçı izahatında obyektdə müəyyən edilmiş 307113,39 manat dəyərində malların alışını təsdiq edən sənədlərin olmadığını, malların alış və satış qiymətlərinin onun tərəfindən yoxlamaya bildirildiyini qeyd etmiş və operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş bütün aktları imza edərək nüsxələrini qəbul etmişdir. Tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən 13.11.2018-ci tarixli **********0398 nömrəli, 15.11.2018-ci il tarixli **********1040 və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul olunaraq, vergi ödəyicisinə müvafiq olaraq 400,0 manat, 11000,0 manat və 30711,4 manat olmaqla, ümumilikdə 42111,4 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd edilən qərarlardan Vergilər Nazirliyinə 22.01.2019-cu il tarixdə **********110800 və **********110801 nömrəli şikayət məktubları ünvanlamışdır. Vergilər Nazirliyi tərəfindən inzibati şikayətlər araşdırılmış və 03.04.2019-cu il tarixli, **********247000 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar çıxarılmışdır. İddiaçı 22.01.2019-cu il tarixdə **********110800 və **********110801 nömrəli şikayət məktublarında göstərdiyi əsaslara istinad etməklə iddia tələbi irəli sürmüşdür. Halbuki Vergilər Nazirliyi tərəfindən inzibati şikayətlər üzrə aparılmış araşdırmada vergi ödəyicisinin istinad etdiyi faktların əsassız olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 2-də yerləşən "Panda” mağazasında 11 (on bir) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması barədə toplanmış 18200442 nömrəli materialların Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirildiyi və hazırda ibtidai istintaqının aparıldığı müəyyən edilmişdir. Bundan əlavə, inzibati şikayətdə vergi ödəyicisi X22 vergi borcuna görə siyahıya alınmış əmlakının qaytarılması məsələsi üzrə aparılan araşdırma zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.10.2018-ci il tarixli **********8 nömrəli “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarına əsasən A.Əliyevanın vergi borcuna görə əmlakının siyahıya alındığı və bu barədə 29.11.2018-ci il tarixli **********8 nömrəli “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edildiyi, bu zaman A.Əliyeva yazılı iltizam verərək, əmlakın siyahıya alındığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanda yerləşən “Panda” marketdə mövcud olan bütün əmlakların ona məxsus olduğunu bildirərək, tərtib edilmiş bütün aktları imzası ilə təsdiq etdiyi, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən 08.02.2019-cu il tarixli **********136500 nömrəli “Siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə” iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edildiyi və məhkəmənin 27.02.2019-cu il tarixli e-2-2(083)-200/2019 nömrəli “Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında" qərardadına əsasən iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edildiyi müəyyən edilmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə fərdi sahibkar İddiaçı etbarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil və vergi orqanı əməkdaşlarının izahatları alınmışdır. Vəkil araşdırmaya təqdim etdiyi 12.02.2019-cu il və 20.02.2019-cu il tarixli izahatlarında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında aktda adları qeyd edilmiş 4 nəfər fiziki şəxsin "xxxx" MMC-nin işçiləri olduğunu, operativ vergi nəzarətinin keçirildiyi gün, yəni 05.11.2018-ci il tarixdən həmin şəxslərin 25 gün müddətinə mağazaya ezam edildiklərini, araşdırmaya təqdim etdiyi 03.11.2018-ci il tarixli əmrə əsasən həmin işçilərin qeyd edilən mağazaya təcrübə üçün göndərildiyini göstərmiş, lakin 05.11.2018-ci il tarixdən əmək müqaviləsi (bağlanılmış) hüquqi qüvvəyə minmiş şəxslərin 2 gün əvvəl, yəni 03.11.2018-ci il tarixdən ezam edilmələri barədə əmr verilməsini əsaslı səbəblərlə izah edə bilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində 11 nəfər fiziki şəxslərin 4 nəfərinin ezam olunduğunu iddia etsə də, digər 7 nəfərlə bağlı operativ vergi nəzarətinin hansı əsaslarla ləğv edilməli olduğunu isə ümumiyyətlə qeyd etməmişdir. Bundan əlavə, operativ vergi nəzarəti zamanı İddiaçı izahatının vergi orqanı əməkdaşlarının sözləri əsasında yazıldığını, İddiaçı və 11 nəfər fiziki şəxslərin izahatların mahiyyətini başa düşmədən imzaladıqlarını, İddiaçı və fiziki şəxslərə psixoloji təsir göstərdiklərini, izahatları vergi orqanı əməkdaşlarının dedikləri kimi yazmayacaqları təqdirdə mağazanı bağlatdıracaqlarını və onları həbs etdirəcəklərini deyərək hədə-qorxu gəldiklərini bildirmiş, lakin bunu təsdiq edən sübutlarının olmadığını qeyd etmişdir. İzahatında həmçinin operativ vergi nəzarəti zamanı mağazada olmuş malların digər vergi ödəyicisi X31 məxsus olduğunu, A.Əliyeva həmin mağazada sahibkarlıq fəaliyyətini dayandırdığı üçün həmin malların müvəqqəti olaraq bir neçə günlük saxlanmasını xahiş etdiyini, malların A.Əliyeva tərəfindən İddiaçı verilməsi və ya həmin malların A.Əliyevaya məxsus olmasını təsdiq edən, həmçinin malların alışına dair sənədlərin olmadığını bildirmiş və bu səbəbdən də araşdırmaya təqdim edə bilmədiyini göstərmişdir. Bundan əlavə, A.Əliyevanın vergi borcuna görə siyahıya alınmış əmlakların bir hissəsinin “SKAY Ekspress" MMC-yə məxsus olduğunu bildirsə də, araşdırmaya "xxxx" MMC (VÖEN **********) ilə İddiaçı arasında bağlanmış 01.11.2018-ci il tarixli “Verilmiş tapşırığın icra edilməsi haqqında” müqavilə və həmin tarixli, lakin ciddi hesabat sənədi olmayan, sərbəst formada tərtib edilmiş “Təhvilqəbul aktı” təqdim edilmişdir ki, həmin aktda göstərilən malların adlarının və fərqləndirici əlamətlərinin 29.11.2018-ci il tarixli **********8 nömrəli protokolda qeyd edilən əmlaklarla eyniliyini dəqiqləşdirmək mümkün olmamışdır. Bu fakt səlahiyyətli nümayəndə tərəfindən araşdırmaya təqdim edilmiş 13.03.2019-cu il tarixli izahatda etiraf edilmiş, bundan əlavə siyahıya alınmış əmlakın "xxxx" MMC-yə məxsus olmasına dair araşdırmaya digər sübutlar təqdim ediləcəyi bildirilsə də, təqdim edilməmişdir. Baş İdarənin əməkdaşları araşdırmaya təqdim etdikləri 20.01.2019-cu il və 21.01.2019-cu il tarixli izahatlarında operativ vergi nəzarəti zamanı İddiaçı və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini, etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil izahatında göstərdiklərinin həqiqətə uyğun olmadığını, operativ vergi nəzarəti zamanı İddiaçı və digər şəxslərin izahatları sərbəst formada yazdıqlarını, onlara heç bir təsir göstərilmədiyini və ya hədəqorxu edilmədiyini, mağazadakı bütün malların ona məxsus olduğunu və malların alış və satış qiymətlərinin İddiaçı tərəfindən bildirildiyini və bu barədə İddiaçı izahatında ətraflı məlumat verildiyini bildirmişlər. Bundan əlavə, operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin sərbəst olaraq izahat yazdıqlarını, izahatlarında İddiaçı işçiləri olduqlarını və onlarla əmək müqaviləsinin bağlanmadığını etiraf etdiklərini göstərmişlər. Vergi ödəyicisi İddiaçı operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktlarla razılaşaraq, imzası ilə təsdiq etmiş, izahat verərək vergi qanunvericiliyinin tələblərini pozduğunu etiraf etmiş, inzibati şikayət əsasında aparılan araşdırmaya vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsini və siyahıya alınmış əmlakların "xxxx" MMC-yə məxsus olmasını təsdiq edən sübutlar təqdim edilməmiş, A.Əliyeva iltizam verərək əmlakın siyahıya alınması zamanı “Panda market”də olan malların ona məxsus olduğunu bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində hansı səbəbdən 13.11.2018-ci il tarixli **********0398 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməli olduğunu bildiməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 04 aprel 2019-cu il tarixli məktubda qeyd edilir: Operativ vergi nəzarətinin nəticələri və vergi borcuna görə əmlakın siyahıya alınması zamanı vergi orqanı əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi) barədə Vergilər Nazirliyinə daxıi olmuş 22.01.2019-cu il tarixli müraciətlərinizə baxılmışdır. Müraciətlərinizə baxılmasının nəticəsi üzrə çıxarılmış İnzibatı şikayətin təmin edilməməsi haqqında 03.04.2019-cu il tarixli **********247000 nömrəli qərar “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən Sizə göndərilir. Bundan əlavə bildiririk ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin 02.11.2018-ci il tarixli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunuz Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən Panda market adlı mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək 05.11.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt tərtib edilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə dair tərtib edilmiş akt tərəfinizdən imza edilmişdir. 11 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması barədə toplanmış 18200442 nömrəli materialların Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirildiyi və hazırda istintaqının aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa belə, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X18 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Qeyd olunanlara əsasən, hal-hazırda cinayət işi üzrə istintaqın (və ya məhkəmə istintaqının) davam etdiyini nəzərə alaraq şikayətinizə Vergilər Nazirliyində baxıla bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübut hesab olunur. Bildiririk ki, müdafiə tərəfi cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək hüququna malikdir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq iş üzrə bütün sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Cinayət işi uzrə toplanmış sübutlar qanunvericiliyin tələblərinə əsasən qıymətləndirilməklə cinayət mühakimə icraatı üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə xidmət edir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin müddəalarına əsasən həmin Qanun cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Odur ki, şikayətinizdə qeyd etdiyiniz hallara sübutlar çərçivəsində qiymət verilməsi üçün müdafiə tərəfi olaraq həmin məlumatları cinayət prosesini həyata keçirən orqana təqdim etməniz tövsiyə olunur. İş materiallarında olan “İdarəçi” "xxxx" MMC ilə “Sifarişçi” İddiaçı arasında bağlanmış 01.10.2018-ci il tarixli Ticarət yerinin idarə edilməsi müqaviləsinin 1.1-ci bəndinə əsasən Sifarişçi özünə məxsus ticarət obyektlərində (bundan sonra Market) İdarəçiyə şirniyyat məhsullarının (bundan sonra “Mallar”) satışı üçün İdarəçiyə xüsusi yer ayırır, idarəçi isə bunun müqabilində həmin yerdə ticarəti həyata keçirir və hər satılan malın satış məbləğinin 20%-ni Sifarişçiyə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən İdarəçi malları Sifarişçinin satış üçün ona ayırdığı yerdə yerləşdirir və malların satışını Sifarişçiyə məxsus kassadan keçirməklə həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən İdarəçi, malların satışlarının həyata keçirilməsi və bununla bağlı bütün digər lazım olan hərəkətlərin (malların yerləşdirilməsi, alıcılara təqdim edilməsi və s.) edilməsini öz hesabına edir və bunun üçün öz işçisini və ya işçilərini ona Marketlərdə ayrılmış yerlərə təyin edir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, İddiaçı ilə X4, X23, X24, X40, X32, X45, X13, X46, X25, X14, X26, X41, X9, X33, X47, X15, X10, X54, X1, X27, X5, X16, X28, X6, X7, X2 və X29 arasında 01.11.2018-ci il tarixdə əmək müqavilələri bağlamışdır və əmək müqavilələri 01.11.2018-ci il tarixdə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı (VÖEN **********) şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı 23.11.2018-ci il tarixə hesablanmışdır - 42.111,42 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – -400.03 manat, 23.11.2018-ci il tarixinə saldo – -400,03 manat, cəmi ödənilməli borcu 42.111,43 manat qeyd edilmişdir, o cümlədən 13.11.2018-ci il tarixli, **********0398 nömrəli akta əsasən 400,00 manat, 15.11.2018-ci il tarixli, **********1040 nömrəli akta əsasən 30.711,40 manat və 15.11.2018-ci il tarixli, **********1050 nömrəli akta əsasən 11.000,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13 noyabr 2018-ci il tarixli **********0398 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin baş direktorunun müavini kiçik vergi xidməti müşaviri X34 tərəfindən (İddiaçı (VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 05.11.2018 tarixli 010264 №-li akt(lar)ına, eləcə də sənədləşdirilməyən, yəni dövriyyədən yayındırılmış məbləğin bərpa edilməsi barədə nəzarət-kassa aparatının müvafiq hesabatına və bərpa sənədinə (çek və ya qəbz) baxılıb müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Nazirlər Kabinetinin 28.12.1995-ci il tarixli 266 saylı qərarının 9.5.1-ci bəndinin tələbləri pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 400 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 22.11.2018 tarixədək 400.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1050 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin baş direktorunun müavini kiçik vergi xidməti müşaviri X34 tərəfindən (İddiaçı (VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 05.11.2018 tarixli 012786 №-li akt(lar)ına, eləcə də əmək müqavilə(ləri)si hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş işçilərin siyahısına baxılıb müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq yazılı əmək müqavilə(ləri)si hüquqi qüvvəyə minmədən fiziki şəxs(lər) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 11 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 11000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, 23.11.2018 tarixədək 11000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin baş direktorunun müavini kiçik vergi xidməti müşaviri X34 tərəfindən (İddiaçı (VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 05.11.2018 tarixli 009193 №-li akt(lar)ına, eləcə də malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmaması, Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş nəzarətinin nəticəsi haqqında akta və digər sənədlərə baxılıb müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələbləri pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən kilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmamasına görə 30711.40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 23.11.2018 tarixədək 30711.40 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2021-ci il tarixli 9/1207 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X22 fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı 20.04.2018-ci il tarixdə tərtib edilmiş malların siyahısındakı mallarla İddiaçı 05.11.2018-ci il tarixdə tərtib edilmiş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda qeyd edilən mallar əsasında eyniadlı, enyi markalı, eyniçəkidə, eyniölçüdə malların yazılması halları vardır. 2-ci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, həmin malların ümumi məbləği 299.875,98 (iki yüz doxsan doqquz min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat və həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği 29.987,60 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat altmış qəpik) manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 53.3-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində (30.11.2018-ci ilədək 400 manat). 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (30.11.2018-ci ilədək qüvvədə olan redaksiya). 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin 02.11.2018-ci il tarixli **********8161 nömrəli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarına (qərarın təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir) əsasən 05.11.2018-ci il tarixdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, «Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında» 05.11.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir. Həmin akta əsasən 05.11.2018-ci il tarixdə saat 17:17-də müştəri tərəfindən alınmış mala görə kassirə 3,06 manat nağd pul ödənilmişdir, ödəniş müqabilində çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmışdır. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.11.2018-ci tarixli **********0398 nömrəli Qərar qəbul olunaraq iddiaçıya 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi, müştəri tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşları tərəfindən ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqin tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.11.2018-ci tarixli **********0398 nömrəli qərarın ləğv edilməsi hissəsində əsassızdır və iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsi üzrə, «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında» 05.11.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir (11 nəfər – Tağıyev Hüseyn, İsayeva Kəmalə, Canıyeva Gülnarə, Əliyeva Arzu, Əzizov Məhəmməd, Süleymanova Zəminə, Kərimova Aytən, Əlizadə Nizami, Əmrahov Əmrah, Osmanov Novruz, Tağıyev Elvin). Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.11.2018-ci tarixli **********1050 nömrəli Qərar qəbul olunaraq iddiaçıya 11000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X21, X39, X17 və X44 iddiaçının işçiləri deyillər, onlar əmək müqaviləsi üzrə "xxxx" MMC-nin işçiləridirlər. İddiaçı "xxxx" MMC arasında bağlanmış 01.10.2018-ci il tarixli Ticarət yerinin idarə edilməsi müqaviləsindən də görünür ki, iddiaçı özünə məxsus ticarət obyektlərində "xxxx" MMC-yə şirniyyat məhsullarının satışı üçün xüsusi yer ayırır, "xxxx" MMC isə bunun müqabilində həmin yerdə ticarəti həyata keçirir, "xxxx" MMC malların satışlarının həyata keçirilməsi və bununla bağlı bütün digər lazım olan hərəkətlərin (malların yerləşdirilməsi, alıcılara təqdim edilməsi və s.) edilməsini öz hesabına edir və bunun üçün öz işçisini və ya işçilərini ona Marketlərdə ayrılmış yerlərə təyin edir. Belə olan halda qeyd olunan şəxslərə aid hissədə qərar əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.11.2018-ci tarixli **********1050 nömrəli qərarın ləğv edilməsi hissəsində qismən təmin edilməli, həmin qərar iddiaçının 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməlidir. Eyni zamanda keçirilmiş operativ vergi nəzarəti zamanı 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı üzrə, «Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında» 05.11.2018-ci il tarixli VN-16 seriyalı 009193 nömrəli akt (akt iş materiallarına əlavə edilmişdir) tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən 15.11.2018-ci tarixli **********1040 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq iddiaçıya 30711,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edildi ki, X22 fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı 20.04.2018ci il tarixdə tərtib edilmiş malların siyahısındakı mallarla İddiaçı 05.11.2018-ci il tarixdə tərtib edilmiş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyənnaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda qeyd edilən mallar əsasında eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə malların yazılması halları vardır və həmin malların ümumi məbləği 299.875,98 manat və həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği 29.987,60 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, digər şəxsin fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş malların siyahısındakı mallarla eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə olan malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan saxlanılmasına görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul olunaraq maliyyə sanksiyasının tətdiq edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.11.2018-ci tarixli **********1040 nömrəli qərarın ləğv edilməsi hissəsində qismən təmin edilməli, həmin qərar iddiaçının 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni İddiaçı 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia digər hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni İddiaçı 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X55 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-163/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-163/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver