Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-163/2022 12.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Canahgir qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-ci il tarixdən 2001-ci il tarixədək "xxxx" QSC-də işlədiyi müddətin iş stajına hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, 21.01.1991-ci ildən 16.08.2001-ci ilə qədər X14 işlədiyi dövrlərin sosial sığorta stajına daxil etməklə 15.01.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Canahgir qızı izahatında bildirdi ki, o, 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, 21.01.1991-ci ildən 16.08.2001-ci ilə qədər X14 işləmişdir. Qeyd olunan iş stajı arxiv arayışları ilə təsdiq olunur. O, pensiya təyin edilməsi cavabdehə müraciət etmişdir, lakin müraciətinə 06.12.2019-cu il tarixdə cavab olaraq bildirmişlər ki, arxiv arayışlarındakı qeyd edilən dövrləri sığorta stajına daxil etmək mümkün olmamışdır. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 izahatında bildirdi ki, İddiaçı yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq orqana müraciət edərkən, 1972-ci ildən 1989-cu ilədək Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda və 21.01.1991-ci ildən 16.08.2001-ci ilədək X14 işlədiyi dövrlərin iş stajına daxil edilməsi üçün əmək kitabçasını itirdiyini əsas gətirərək, həmin dövrlərdəki iş stajı ilə bağlı arayışlar təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə” 17 nömrəli Qərarının 3.2-ci bəndə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının təyin olunması ilə bağlı müraciət edən şəxs 2006-cı il yanvarın 1-dək olan iş stajının müəyyən edilməsi üçün müvafiq orqana əmək kitabçası və ya əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etməlidir. İddiaçı əmək pensiyası ilə bağlı müraciət etdiyi zaman əmək kitabçası itdiyinə görə təqdim edə bilməmiş və cavabdeh tərəfindən imtina verildikdən sonra əmək kitabçasının təqdim edə bilməməsinin hər hansı fövqəladə hallarla bağlı olmadığı halda arayışlara əsaslanaraq işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, nəzərə alınmalı digər məsələ isə iddiaçının təqdim etdiyi "xxxx" QSC-nin 24.04.2019-cu il tarixli arayışlarının, Kəngərli Rayon Dövlət Arxivinin 28.06.2019-cu il tarixli arayışının və Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 06.05.2019-cu il tarixli arayışlarının birbirinə ziddiyyət təşkil etməsidir. Belə ki, 24.04.2019-cu il tarixli arayışla X4 27.04.2001-ci il tarixli, 74 nömrəli əmrlə işdən azad edilməsi və əmək haqqı cədvəlində 1996-cı ilin dekabr ayı üçün 140797 rəqəminin göstərilməsi ilə 06.05.2019-cu il tarixli arayışla Səmayə Həsənovanın 16.08.2001-ci il tarixli, 265 nömrəli əmrlə işdən azad edilməsi və əmək haqqı cədvəlində 1996-cı ilin dekabr ayı üçün 9720 rəqəminin göstərilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 06.05.2019-cu il tarixli arayışında Səmayə Həsənovanın 1991-ci ildən 1996-cı ilədək işlədiyi dövrlərin göstərilməsi və 1998-2001-ci illərdə sənədin olub adının olmaması, "xxxx" QSC-nin arayışında isə 1996-1999-cu illərin göstərilməsi və s. kimi hallar həmin arayışların doğruluğuna şübhə yaradır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1957ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Naxçıvan MR Şərur rayon VVAQ şöbəsi tərəfindən 14.09.2000-ci ildə verilmiş Vİ-JQ seriyalı 431387 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, X7 ilə X6 14.09.2000-ci ildə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra ərə Qənbərov, arvada Qənbərova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 06.12.2019-cu il tarixli **********0 nömrəli məktubdan görünür ki, iş stajı əmək kitabçası əsasında təyin edildiyindən iddiaçının təqdim etdiyi “Azərbaycan Dəmir Yollan" QSC-nin 24.04.2019-cu il tarixli, NÜA-71/4 saylı, "xxxx" QSC-nin 24.04.2019-cu il tarixli, NÜA-71/3 saylı, Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Dövlət arxivinin 28.06.2019-cu il tarixli, № 13 saylı, Naxçıvan Muxtar Respublikası Dövlət arxivinin 06.05.2019-cu il tarixli, 13/371 saylı, Naxçıvan Muxtar Respublikası Dövlət arxivinin 01.03.2018-ci il tarixli 13/229 saylı arxiv arayışlarındakı qeyd edilən dövrləri siğorta stajına daxil etmək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin HÜA-H/4 nömrəli 24.04.2019-cu il tarixli arxiv arayışından görünür ki, X6 "xxxx" QSC-nin Sərnişindaşımaları Departametində 01.12.1996-ci ildə köçürmə yolu ilə Naxçıvan hissəsindən ADDY X1 stansiyasına bilet kassiri keçirilmiş (əmr № 349, 14.11.1996-ci il), 01.05.2001-ci ildə Yol Rəisinin 06.04.2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir (əmr 74, 27.04.2001-ci il). Əsası: Fond 21 siyahı L/2 şəxsi işdən çıxarış. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin HÜA-H/3 nömrəli 24.04.2019-cu il tarixli arxiv arayışından görünür ki, X6 1996-cı ilin dekabrından 1999-cu ilin dekabrınadək əmək haqqı almışdır, 2000-2001-ci illərin əmək haqqı cədvəlləri arxivdə aşkarlanmamışdır. Əsası: Fond 22 siyahı L/2 ə/haqqı cədvəlləri. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/371 nömrəli 06.05.2019-cu il tarixli arxiv arayışından görünür ki, X4 21.01.1991-ci il tarixli 13 №-li əmrlə həmin tarixdən Şahtaxtı stansiyasına bilet xəzinədarı vəzifəsinə qəbul olunması, NOD-3 rəisinin 14.11.1996-cı il tarixli 349 №-li əmrlə 01.12.1996-cı il tarixdən Azərbaycan Dövlət Dəmir X16 istehsalat birliyinin tabeçiliyinə verilməsi, 02.05.2001-ci il tarixli 200 №-li əmrlə 01.05.2001-ci il tarixdən yenidən NOD-3-ün tabeçiliyinə verilməsi, 16.08.2001-ci il tarixli 265 №-li əmrlə həmin tarixdən işə çıxmadığı üçün Şahtaxtı stansiyasının bilet xəzinədarı vəzifəsindən azad olunması əmr kitablarında göstərilmişdir. Əsas: fond-739, siyahı-1, sax/vah.-184. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Dövlət Arxivinin 13 nömrəli 28.06.2019-cu il tarixli arxiv arayışından görünür ki, Qənbərova (Həsənova) X5 rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda işləmiş, 1972-1989-cü il tarixədək əmək haqqı almışdır. Əsas: fond № 203, siyahı № 1, sax/vah. № 3-4-1-1-3-4-5-1-11-9-5-3-1-2-1- 4-1-1. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası “X15” MMC tərəfindən məhkəməyə ünvanlanmış D/196 nömrəli 16.03.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 21.01.1991-ci il tarixli 13 nömrəli əmrlə Azərbaycan Dövlət Dəmir X11 Şahtaxtı stansiyasında bilet kassiri vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı 21.01.1991-ci il tarixdən 16.08.2001-ci il tarixədək Azərbaycan Dövlət Dəmir X11 Şahtaxtı stansiyasında bilet kassiri vəzifəsində işləmişdir. İddiaçı 16.08.2001-ci il tarixli 265 nömrəli əmrlə işdən azad olunmuşdur. Həmin məktuba əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin NÜA-H/2 nömrəli 05.03.2020-ci il tarixli arxiv arayışından görünür ki, X6 həqiqətən Sərnişindaşımaları Departamentində işləmiş və 1996-cı ilin dekabrından 1999-cu ilin dekabr ayınadək əmək haqqı almışdır, 2000-2001-ci illərin əmək haqqı cədvəlləri arxivdə aşkarlanmamışdır. Əsası: Fond 22 siyahı L/2 əmək haqqı cədvəlləri. Həmin məktuba əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin NÜA-H/1 nömrəli 05.03.2020-ci il tarixli arxiv arayışından görünür ki, X6 həqiqətən "xxxx" QSC-nin Sərnişindaşımaları Departametində işləmişdir. 01.12.1996-ci il köçürmə yolu ilə Naxçıvan hissəsindən ADDY X1 stansiyasına bilet kassiri keçirilmiş (əmr № 349, 14.11.1996-ci il), 01.05.2001-ci il Yol Rəisinin 06.04.2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir (əmr 74, 27.04.2001-ci il). Əsası: Fond 21 siyahı L/2 şəxsi iş. Həmin məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/257 nömrəli 12.03.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Şərur rayon Təhsil şöbəsi-Şahtaxtı kənd orta məktəbində işləmiş və 1980-1981-ci il tarixədək əmək haqqı almışdır. Qeyd: Şərur rayon Təhsil şöbəsi-Şahtaxtı kənd orta məktəbinin 1982, 1983-cü illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. Əsas: fond 127, siyahı 2, sax/vah. 1281, 1301, 1303, 1310, 1323, 1291. Həmin məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/257 nömrəli 12.03.2020-ci il tarixli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər M.S.Ordubadi adına Mərkəzi kitabxananın sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, X4 03.10.1973-cü il tarixli, 125 №-li əmrlə işə qəbul edilməsi, 31.10.1973-cü il tarixli, 137 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Naxçıvan MR Dövlət Dram teatrının 13.01.1975-ci il tarixli, 12 №-li əmrlə işə qəbul edilməsi, 01.03.1975-ci il tarixli, 45 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Əsas: fond 607, siyahı 2, sax/vah. 13; fond 50, siyahı 2, sax/vah. 28. Həmin məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/257 nömrəli 12.03.2020-ci il tarixli arxiv arayışından görünür ki, X6 Azərbaycan Dəmir Yolu Naxçıvan-NOD 3 Hissəsində işləmiş, 1991-1996-cı il tarixədək əmək haqqı almışdır. 1997ci ildə sənəddə adı var, pul yoxdur. 1998-2001-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir. Əsas: fond 739, siyahı 2, sax/vah. 4443, 6886, 6940, 6952. Həmin məktuba əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 13/257 nömrəli 12.03.2020-ci il tarixli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Azərbaycan Dəmir Yolu Naxçıvan-NOD 3 Hissəsinin sənədlərinə baxdıqda müəyyən oldu ki, X4 21.01.1991-ci il tarixli 13 nömrəli əmrlə kassir olaraq işə qəbul olunması, 16.08.2001-ci il tarixli 265 nömrəli əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Əsas: fond 739, siyahı 1, sax/vah. 184. Həmin məktuba əlavə edilmiş Azərbaycan Dövlət Dəmir X16 İstehsalat Birliyinin 74 nömrəli 27.04.2001-ci il tarixli əmrindən görünür ki, Şaxtaxtı stansiyasının bilet kassiri X3 rəisinin 06 aprel 2001-ci il tarixli 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar 01.05.2001-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 02/94 nömrəli 27.07.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı X17-NOD 3 hissəsində işləməsi haqqında əmrlərin surətlərindən görünür ki, X6 13 nömrəli 21.01.1991-ci il tarixli əmrilə X17-NOD 3 hissəsində bilet kassiri vəzifəsinə qəbul edilmiş, 349 nömrəli 14.11.1996-cı il tarixli əmrlə 01.12.1996-cı ildə köçürmə yolu ilə Naxçıvan hissəsindən ADDY X1 stansiyasına bilet kassiri keçirilmiş, Azərbaycan Dövlət Dəmir X12 02.05.2001-ci il tarixli 200 №-li əmrilə yol rəisinin 06 aprel 2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar 01.05.2001-ci il tarixdən Şaxtaxtı stansiyasına bilet kassiri işinə qəbul edilmiş, Azərbaycan Dövlət Dəmir X12 265 nömrəli 16.08.2001-ci il tarixli əmrilə Şaxtaxtı stansiyasına bilet kassiri İddiaçı uzun üddət üzrsüz səbəbdən işə çıxmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2017 - 30.06.2018, qadınlar üzrə pensiya yaşı 60 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. İddiaçı 14.09.2000-ci ildə X7 ilə nikaha daxil olmuşdur və nikah bağlanandan sonra ona Qənbərova soyadı verilmişdir. İş materiallarında olan arxiv arayışlarından görünür ki, iddiaçı 1972-1989-cu illərdə Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, 03.10.1973-cü ildən 31.10.1973-cü ilədək Naxçıvan şəhər M.S.Ordubadi adına Mərkəzi kitabxanasında, 13.01.1975-ci ildən 01.03.1975-ci ilədək Naxçıvan MR Dövlət Dram teatrında, 1980-1981-ci illərdə Şərur rayon Təhsil şöbəsi Şahtaxtı kənd orta məktəbində, 21.01.1991-ci ildən 16.08.2001-ci ilədək Azərbaycan Dövlət Dəmir X11 Şahtaxtı stansiyasında (bilet kassiri) işləmişdir. Göründüyü kimi, iddiaçı ümumilikdə 27 ildən çox sığorta stajına malikdir. Arayışlarda olan ziddiyyətlə əlaqədar məhkəmə qeyd edir ki, araşdırılan arayışlardan görünür ki, iddiaçı 21.01.1991-ci ildə 13 nömrəli 21.01.1991-ci il tarixli əmrlə həmin tarixdən Şahtaxtı stansiyasına bilet xəzinədarı vəzifəsinə qəbul olunmuş, 01.12.1996-ci ildə 349 nömrəli 14.11.1996-ci il tarixli əmrlə köçürmə yolu ilə Naxçıvan hissəsindən Azərbaycan Dövlət Dəmir Yolu X1 stansiyasına bilet kassiri keçirilmiş, 01.05.2001-ci ildə 74 nömrəli 27.04.2001-ci il tarixli əmrlə Yol Rəisinin 06.04.2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, 01.05.2001-ci ildə Azərbaycan Dövlət Dəmir X12 200 nömrəli 02.05.2001-ci il tarixli əmrilə yol rəisinin 06 aprel 2001-ci il tarixli, 54/N saylı əmrinə əsasən Naxçıvan sahəsinin tabeçiliyinə verilməsi ilə əlaqədar Şaxtaxtı stansiyasına bilet kassiri işinə qəbul edilmiş, 16.08.2001-ci ildə Azərbaycan Dövlət Dəmir X12 265 nömrəli 16.08.2001-ci il tarixli əmrilə işdən azad edilmişdir. Göründüyü kimi, iş yeri, işə qəbul və işdən azad olunma tarixləri ilə əlaqədar ziddiyyət mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının əmək haqqı cədvəllərinin saxlanılması vəzifəsi yoxdur və həmin sənədlərin saxlanılmaması üçün iddiaçı məsuliyyət daşımır. Qeyd olunan hala görə iddiaçı konstitusion hüquq olan pensiya hüququndan məhrum edilə bilməz. Eyni zamanda iddiaçının ümumi stajı iş materiallarına əlavə edilmiş arxiv arayışları ilə təsdiq olunur. İddiaçının xx.xx.1957-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 60 il 6 ayının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. İş materiallarından görünür ki, iddiaçının iş stajı arxiv arayışları ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, qeyd olunan arayışlarda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının pensiya hüququ 15.01.2018-ci ildə yaranmışdır (60 il 6 ay) və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1972-ci ildən 1989-cu ilə qədər Kəngərli rayon Şahtaxtı kənd H.Cavid adına sovxozda, 21.01.1991-ci ildən 16.08.2001-ci ilə qədər X14 işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə 15.01.2018-ci il tarixdən (60 il 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləği fərqinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-163/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-163/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver