Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1630/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv olunması, mənzil növbəsinə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və kirayə xərcinin ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 (dörd) nəfər ailə tərkibi ilə hərbi qulluqçusu kimi mənzil uçotuna götürülməyi, ödənilməyən ayların müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Yasamal rayon İcra Başçısının xx xxxxxx 2020-ci il tarixdə verdiyi sərəncamın ləğv edilməsi, onun və ailə üzvlərinin ehtiyatda olan zabit qismində hərbi qulluqçuların güzəştli mənzil növbəsinin bərpa olunması və ödənilməyən ayların kirayə xərclərinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixindən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.2017-ci il tarixli 1986 ş/h saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”-nin 41,0.9-cu maddəsi ilə (öz arzusu ilə) polkovnik-leytenant hərbi rütbəsi ilə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. Hal-hazırda Azərbaycan Respublikası SHXÇDX-nin Bakı Şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. Hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməyi ilə bağlı Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə ünvanladığı ərizəyə cavab olaraq xx xxx 2018- ci il tarixli 98 saylı əmr ilə mənzil növbəsinə götürülmüş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Başçısının 169 nömrəli sərəncamı əsasında “Bakı şəhəri Yasamal rayonu İcra başçısının xx.xx.2018-ci il tarixli 98 nömrəli Sərəncamı ləğv edilmiş və mənzil növbəsindən çıxarılmışdır. Hesab edir ki, cavadehin sözügedən mənzil növbəsindən əsassız çıxarılmağı Hərbi Qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikası Qanununa ziddir. Belə ki, “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində həqiqi hərbi xidmətdən olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Onun Silahlı Qüvvələrin sıralarından ehtiyyata buraxılmağı səbəbi hərbi qulluqçu kimi müvafiq imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. Ehtiyyata buraxıldıqdan sonra “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçu kimi xx.xx.2018-cil il tarixdən xx.xx.2020-ci il tarixədək o, Yasamal rayonu üzrə mənzil növbəsində olmuşdur. Bundan əlavə, Azəraycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 51.4-cu maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (maddə 53.1.1) və müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan, qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə (maddə 53.1.2) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imitinaya yol verilir. Məcəllədə nəzərdə tutulan bütün sənədlər İcra Hakimiyyətinə təqdim edilməsinə baxmayaraq nəzərə alınmamış və qanunvericiliyin bu tələbi də pozularaq mən mənzil növbəsinə götürülməyim barədə sərəncam ləğv edilmişdir. Şərh olunanlara əsasən cavabdehin istinad etdyi dəlillər “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikası Qanununa, həm də Azəraycan Respublikası Mənzil Məcəlləsinə zidd olduğundan mənim hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyim barədə sərəncamın ləğv edilməsi əsas götürülə bilməz. Hal hazırda ailə üzvləri ilə birlikdə (2 az yaşlı övladları) ünvan 2 ünvanında kirayədə yaşayır. 24 il 7 ay təqvim ili ilə xidmətinə polkovnik-leytenant hərbi rütbəsi ilə ehtiyyata buraxılmağına, 2018-ci ildən 2020- ci ilin avqust ayınadək Yasamal rayonu İcra Hakimiyyətində mənzil növbəsində qeydiyyata götürülməyinə baxmayaraq, Yasamal rayonu İcra Hakimiyyəti başçısı tərəfindən mənzil növbəsi barəsində sərəncamın ləğv edilməsi yuxarıda qeyd olunmuş qanunvericilik normalarının tələblərini kobud pozulmasıdır. 2019-cu ilin may ayında 2020-ci ilin yanvar ayınadək Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunmaması səbəbindən ona və ailə üzvlərinə müvəqqəti mənzil kirayə xərcləri ödənilmişdir. 2020-ci ilin yanvar ayında müxtəlif səbəblər gətirilərək müvəqqəti mənzil kirayə xərclərinin ödənişi dayandırılmış, mart ayından etibarən isə az yaşlı övladları adında mülk və mənzili olmamağı haqqında əssasız arayışlar tələb edilmişdir. Ölkədə karantin şəraitinin olmasına baxmayaraq, həmən sənədlər Cavabdehnə təqdim edilmişdir. Lakin, bundan sonrada müvəqqəti kirayə xərcləri ona ödənilməmişdir. Cavabdeh başçısının xx.xx.2020-ci il 169 saylı sərəncamı avqust ayında çıxarılmasına baxmayaraq 2020-ci il yanvar ayından avqust ayınadək kirayə haqları ödənilməmişdir. Tərəfindən zəruri sənədlər toplanılıb Cavabdehnə təqdim olunmasına baxmayaraq, İcra Hakimiyyəti tərəfindən təqdim olunan sənədlərin ona geri qaytarılması müraciəti təmin edilməyərək, həmin sənədlərin yalnız nüsxəsi ksero sürəti ona təqdim olunmuşdur. İş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, o 1993-2018-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, polkovnik-leytenant rütbəsinə kimi yüksəlmiş, 23 il boyunca layiqincə vətənə xidmət etmişəm. 2018-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin 1986 ş/h saylı əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O, ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh Başçısının 98 nömrəli, xx.xx.2018-ci il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Cavabdeh Başçısının 169 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən əsasən Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanunun 41.0.9-cu maddəsi (öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 iİ xidmət etmiş kadr zabitlər) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Həmin sərəncam ilə o ailə üzvlərilə birlikdə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və növbəsinə dair Cavabdeh Başçısının 98 nömrəli, xx.xx.2018-cu il tarixli Sərəncamı ləğv olunmuşdur. İddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, Azərərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx xxxx 2018-ci il tarixli 103 saylı arayışına əsasən İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanunun” 41.0.9-cu maddəsi (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının qanunun” 41 ,0.9-cu maddəsi (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2,-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (yani, Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Eyni zamanda Məcəllənin 49.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən kateqoriyalardan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normalardan yuxarı ayrlılma norması müəyyən edilə bilər. Yuxarıda qeyd olunan istinadlara əsasən rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması üçün İcra Hakimiyyətinin mənzil fonduna mənzillərin ayrılması zəruridir. Eyni zamanda Cavabdeh mənzil fondunda mənzillərin olmadığını nəzərə alaraq rayon İcra Hakimiyyəti tərəfindən mənzillərin ayrılması mümkün deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3.-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 150 nömrəli arayışdan görünür ki, 1976-cı il təvəllüdlü polkovnik-leytenant İddiaçı həqiqətən xx.xx.1993-cü ildən, xx.xx.2018-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1986 ş/h saylı, xx.xx.2017-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9 mad. (öz arsuzu ilə) əsasən ehtiyata buraxılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. Bakı şəhəri Cavabdeh Başçısının 169 nömrəli, xx.xx.2020-ci il tarixli “Cavabdeh Başçısının 98 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi haqqında” Sərəncamının surətindən görünür ki, Cavabdeh Başçısının 98 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu) ilə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədə müvafiq hesab edilərək, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 98 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamı ləğv edilmişdir. İddiaçının şikayət ərizəsinə cavabdeh tərəfindən verilmiş M-249-068 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, müraciəti ilə əlaqədar bildirilmişdir ki, öz arzusu ilə ehtiyata buraxılması səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mənzil növbəsinə götürüləcək ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 169 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı və onun ailə üzvləri ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisi Aparatı Dövlət Quruculuğu, İnzibati və Hərbi Qanunvericilik Şöbəsi tərəfindən Bakı şəhəri Cavabdeh Başçısına ünvanlanmış 05/1-85 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı 2020-ci il 10 iyul tarixli, 215/g-10 nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli qərarında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi məsələləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışların surətlərindən aydın görünür ki, X1, X4, X3 və X6 (ailə üzvləri) daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı milli qeydiyyat sistemində məlumat yoxdur. Yasamal rayon Yasamal Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 10 nömrəli arayışından görünür ki, X5 və X7 Yasamal rayonu, 1-ci Alatava küçəsi ünvanında qeydiyyatdadırılar və Yasamal Bələdiyyəsindən onlara torpaq sahəsi ayrılmamışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1)Yasamal rayon İcra Başçısının xx xxxxxx 2020-ci il tarixdə verdiyi sərəncamın ləğv edilməsi, onun və ailə üzvlərinin ehtiyatda olan zabit qismində hərbi qulluqçuların güzəştli mənzil növbəsinin bərpa olunması; 2)ödənilməyən ayların kirayə xərclərinin ödənilməsi. Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi dəlillər əsassızdır və bu səbəbdən də, iddia təmin edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. İş materiallarından müəyyən olunur ki, iddiaçı 15 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir və iddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və ya mənzillə təmin olunmamışdır. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək Məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim edilmiş dəlilləri də, əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, “X11 haqqında” Konstitusiya Qanununun 90.1-ci maddəsinə əsasən normativ hüquqi aktın məzmununda qeyri-müəyyənliklkər və fərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları şərh edir. Lakin, hazırki mübahisədə normativ hüquqi aktın məzmununun rəsmi şəkildə şərh edilməsi ilə bağlı nə normayaratma orqanın, nə dəki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəsmi şərhi mövcud deyildir. Belə olan halda, mübahisələndirilən sərəncam ləğv edilməli, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalır. İddiaçının digər tələbi əvvəlki ayların kirayə xərclərinin ödənilməsidir. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə»Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li xx.xx.2012-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən: 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə qüvvədə olan normativ hüquqi aktın tələblərini rəhbər tutaraq, qeyd etmək istəyir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Yaşayış sahəsi və ya yaşayış sahəsi alana kimi kirayə haqqı yalnız o halda verilir ki, vətəndaşın mülkiyyətində hər hansı bir əmlak mövcud olmasın və vətəndaşın kirayədə yaşaması ilə bağlı müvafiq sənədlər olsun(kirayə müqaviləsi). İş materiallarına iddiaçının kirayədə yaşamasını təsdiq edən xx xxx 2019-cu il tarixli kirayə müqaviləsinin surəti əlavə edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh orqan əsassız olaraq Cavabdeh Başçısının 98 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamını xx.xx.2020-ci il tarixli 169 saylı sərəncamı ilə ləğv etdiyindən, hazırki mübahisənin araşdırması çərçivəsində Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 169 saylı sərəncamı ləğv edilməli, iddiaçı ailə üzvləri ilə birlikdə hərbi qulluqçu kimi mənzil növbəsinə bərpa olunmalı və keçmiş müddət ərzində ödənilməyən kirayə xərcləri ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh başçısının 169 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ləğv olunsun. İddiaçı və onun ailə üzvlərinin ehtiyyatda olan hərbi qulluqçuların mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Ödənilməyən aylar üzrə kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər.
Hakim: Aytən Oruczadə