Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1631/2025 17.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 və tərcüməçi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli DMX İQ-36/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçının vəsatəti təmin edərək iddiaçı və onun ailə üzvü olan övladları – X13 və X16çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli DMX İQ-36/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçının vəsatəti təmin edərək iddiaçı və onun ailə üzvü olan övladları – X13 və X16çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 vətəndaşıdır, xx.xx.1992-ci il təvəllüdlü iddiaçı İslam dininin sünni təriqətinə mənsubdur. O, İordaniya vətəndaşı X14 ilə ailəlidir və iki övladları ilə birgə Azərbaycanda yaşayırlar. Hər ikisi DMX-yə qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmişdir. O, 2010-cu ildə Lubban adlı orta məktəbdə oxumuş, daha sonra “Albaqa al Tatbiqiyya” Universitetinə daxil olmuş və idarəetmə məlumat sistemi ixtisası üzrə ali təhsil almışdır. O, ərinin İordaniya höküməti ilə yaranan problemlərə görə ölkəni övladları ilə birgə tərk etmiş, ərinin dövlət qurumunda işlədiyi zaman bəzi məlumatların jurnalist işləyən dayısına ötürməsi, və sonuncunun o məlumatı yayması, ərinin sosial şəbəkələrdə höküməti tənqidedici paylaşımları yerləşdirməsi və bu səbəbdən təqib edilməsi, o cümlədən həbs edilməsi nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasına 2024-cü il mart ayının 8-də gəlib. Ərizəçinin ərinin dayısı X20 Bazbez X2 deputat mandatına sahib olub və 2015ci ildə ərizəçininin ərini ora işə düzəldib. Ərizəçinin ərinin digər dayısı "Vatani Nevs" qəzetində jurnalist kimi çalışmış və ərizəçinin ərinin Baş nazir X5 (Omandakı səfir) işə gəlməməsi, lakin əməkhaqqı alması barədə verdiyi məlumatı paylaşmış o isə öz növbəsində bu məlumatı dərc etmiş və müxalif yönümlü fikirlər səsləndirmiş, habelə ölkə rəhbərliyini tənqid etmişdir. Sonradan dayısının qəzeti bağlanmış və o, müəmmalı şəraitdə vəfat etmişdir. Ərizəçinin əri sosial şəbəkələrdəki paylaşımlarında İordaniya hökumətini tənqid edərək hökumətin yaratdığı çoxsaylı problemlər haqqında məlumat yaymışdır. Ərizəçi öz övladları ilə birgə Azərbaycan Hökumətinə sığınacaq üçün ərizə təqdim etmiş və onun müraciəti Dövlət Miqrasiya Xidmətində qeydiyyata alınmışdır. DMX imtinaedici qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. Qaçqın statusunun verilməsi ilə bağlı qərar ərizəçiyə 21 may tarixində DMX-nin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmişdir. İddiaçı X4 vətəndaşı olan evli qadındır. O, ərinin İordaniyadakı fəaliyyəti üçün mənşə ölkəsinin dövlət orqanları ilə təhlükəsizlik problemlərinin olduğunu bildirmişdir. O, ərinin keçmiş işinə və sosial şəbəkədəki fəaliyyətinə görə həbs olunmaq və edam olunmaq riski ilə ölkəsinə qayıtmaqdan qorxduğunu bildirib. Ərizəçinin mənşə ölkəsindəki fəaliyyətinə görə təqiblərə məruz qalması iddiası mötəbər qəbul olunur və bunun əsasında geri qayıtma halında əsaslı qorxu qiymətləndirilə bilər. Onun profilinin yoxlanılması nəticəsində müəyyən edilib ki, ərizəçinin ərinin mənşə ölkəsində İordaniya hökuməti ilə problemi var. Beləliklə, mövcud MÖM-ə əsasən, ərizəçinin dövlət qurumları tərəfindən yuxarıda qeyd olunanlara görə təqib oluna bilməsi riski var, çünki Ərizəçinin əri İordaniyanın hazırkı hökumətini tənqid edir. Ərizəçi bildirib ki, 2014-cü ildə əri öz əmisi X18 baş nazir X5 (Omandakı səfir) işə gəlməməsi, heç bir iş görmədən məvacib alması barədə danışıb. Nəticədə ərinin əmisi Əhməd öz qəzetində bu məlumatı dərc edərək yuxarı rəhbərliyi tənqid edib. Daha sonra ərinin əmisinin qəzeti bağlanmış və o, müəmmalı şəraitdə vəfat etmişdir. Ərizəçinin əri İordaniya hökumətini tənqid edib və xaricdə yaşayarkən Facebook və TikTok kimi müxtəlif sosial şəbəkələrdə paylaşım edərək hökumətin yaratdığı çoxsaylı problemlər haqqında məlumat yayıb. Ərizəçi həmçinin qeyd etmişdir ki, onun əri məxfi məlumatları mətbuata ötürməkdə şübhəli bilindiyi üçün saxta ittihamlarla həbs edilib. Bu şübhə ərinin həm Xarici İşlər Nazirliyində, həm də Milli Məclisdə informasiya ilə işlədiyi üçün yaranıb. Ərizəçinin əri İordaniyada işlədiyi zaman jurnalist əmisi, “Vətən Xəbərləri” qəzetinin müxbiri X21 Musa Əl-Hayali vasitəsilə media ilə məlumat paylaşmaqda şübhəli bilindiyi üçün təqiblərə məruz qaldığını bildirib. Ona görə də ölkəsinə qayıtmaq istəmir. “X22”-un İordaniya ilə bağlı 2023 hesabatında da aşağıdakılar qeyd olunur: “Martın 8-də İordaniya hakimiyyəti tanınmış fələstinli amerikalı jurnalist və Əmmanda yerləşən X12 baş direktoru Daoud Kuttabı 2019cu ildə investorun saxlanması ilə bağlı dərc olunmuş məqalə ilə bağlı şikayətindən sonra qısa müddətə həbs etdi. Bir gün əvvəl səlahiyyətlilər jurnalist Taghreed al-Rishq-i hökumətyönlü jurnalisti tənqid etdiyi tvitinə görə həbs etdilər”. “Freedom House”-a görə, “İordaniya 5-ci ən azad ərəb ölkəsi kimi sıralanır, lakin 2021-ci il hesabatında yenə də “azad olmayan” kimi qəbul edilir. O, həmçinin 2020-ci il demokratiya indeksinə görə avtoritar rejimə malik olaraq təsnif edilir”. DMX-nin qəbul etdiyi qərar ərizəçinin qaynının kimisə bıçaqlaması ilə bağlı anlaşılmazlıqdan təsirlənib. Müsahibə qeydlərində mübahisədə iştirak edənin Ərizəçinin ərinin deyil, qaynının olduğu açıq-aydın göstərilsə də, bu hadisə səhv olaraq Ərizəçiyə aid edilmişdir. Bundan əlavə, ərizəçi müsahibə zamanı açıq şəkildə bildirdi ki, ərinin həbsi onun siyasi baxışları ilə bağlıdır. Bununla belə, qərar qəbul edərkən DMX əməkdaşları bu məlumatı nəzərə almamış və ərizəçinin iddia etdiyi iddia edilən siyasi fikrə görə təqib iddiasını qiymətləndirməmişlər. İddiaçının qorxuları obyektiv elementlərlə əsaslandırılmaqla ağlabatandır. Ərizəçinin məruz qaldığını iddia etdiyi və gələcəkdə yaşayacağı qorxusu ilə bağlı iddia etdiyi zərərlərin aspektlərini qiymətləndirərək, mənşə ölkəsinə və ya daimi yaşayış yerinə qayıtdıqda Ərizəçinin qorxusunun əsaslı olduğu müəyyən edilir. O, 1951-ci il Cenevrə Konvensiyasının 1A (2) Maddəsində, eləcə də BMT QAK-ın X1 üçün prosedurlara və meyarlara dair Təlimat və Rəhbər Prinsiplərin 37 və 38-ci bəndlərində müəyyən edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı (pasport nömrəsi: BA BA0761364) ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırma aparılmış və şəxsə və onun ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-36/3 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: şəxs həyat yoldaşının problemlərinə görə vətəndaşı olduğu ölkəni tərk etdiyini bildirmişdir. Azərbaycan Respublikasına gələnədək bir neçə ölkədə olmalarına baxmayaraq, həmin ölkələrin heç birində qaçqın statusunun alınması üçün müraciət etmədiyini bildirmişdir. Şəxs müsahibəsi zamanı ölkəsində heç bir təhdidə və təzyiqə məruz qalmadığını bildirmişdir. . Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsininə əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). - 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 33.2. bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
İş materiallarında olan:
R178821 nömrəli pasportdan görünür ki, İddiaçı Faleh X26 X7 vətəndaşıdır. R178832 nömrəli pasportdan görünür ki, X15 Mohammad Alwasha X7 vətəndaşıdır. R178829 nömrəli pasportdan görünür ki, X24 Mohammad Alwashah X7 vətəndaşıdır. Dövlət Miqrasiya Xidməti X1 İdarəsinin MŞ-46-2024 saylı, 12 iyun 2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, xx.xx.1992-ci il təvəllüdlü X4 vətəndaşı İddiaçı Faleh X26 və ailə üzvlərinə (oğlu – xx.xx.2013-cü il təvəllüdlü X15 Mohammad Alwashaah və qızı – xx.xx.2015-ci il təvəllüdlü X23 Mohammad Alwashah) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 29 mart 2024-cü il tarixdə adına 46-2024 saylı şəxsi iş açılmışdır. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli, İQ-36/3 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarı ilə X4 vətəndaşı İddiaçı Faleh X28 Fayezə və ailə üzvlərinə (oğlu – xx.xx.2013-cü il təvəllüdlü X15 Mohammad Alwashaah və qızı – xx.xx.2015-ci il təvəllüdlü X23 Mohammad Alwashah) qaçqın statusunun verilməsindən imtina edilməsi qərara alınmışdır.
İİİ. Məhkəmənin mövqeyi
5. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir:
6. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
6. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən:
- 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddia ərizəsinə və işdə olan sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır.
7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respubblikası Dövlət Miqrasiya Xidmətinə qarşı “xx.xx.2024-cü il tarixli DMX İQ-36/3 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, iddiaçının vəsatəti təmin edərək iddiaçı və onun ailə üzvü olan övladları – X13 və X16çqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 58-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) Apelyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova