Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1632/2022 17.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin mövcud vəziyyətinə uyğun olaraq (cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olaraq, ümumi sahəsi 176.3 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinə uyğun olaraq (cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olaraq, ümumi sahəsi 176.3 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində 38 nömrəli qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 məxsusdur. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 57.7 kv.m dir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 176.3 kv.m təşkil edir. Uzun müddətdir çıxarışda qeyd olunmayan əlavə sahə iddiaçının istifadəsindədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazında bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar olaraq aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi daxilində rekonstruksiya işləri aparılaraq arakəsmələr sökülmüş və qeyri-yaşayış sahəsinə bitişik əlavə 103.1 kv.m sahə inşa olunmuşdur. İnşa edilən əlavə sahə layihədə öz əksini tapsada, qeyri-yaşayış sahəsinin əlavə tikililərinə dar “Daşınmaz əmlakın dövlət reyestri haqında” Azərbaycan Respublikası qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənələr təqdim edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə uyğun olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Məhkəmə tərəfindən 19 avqust 2021-ci il, 30 sentyabr 2021-ci il və 13 yanvar və 17 mart 2022-ci il tarixlərinə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iddiaçı iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmişdir. İddiaçı məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifəni icra etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (16.07.2021-ci il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmə iclaslarına gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, qanun və məhkəmənin tələblərini yerinə yetirməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinə uyğun olaraq (cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olaraq, ümumi sahəsi 176.3 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin mövcud vəziyyətinə uyğun olaraq (cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olaraq, ümumi sahəsi 176.3 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla barədə dövlət reyestrindən yeni çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1632/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1632/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver