Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1632/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilərək pensiya məbləğinin hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilərək pensiya məbləğinin hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 6581/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinə əsasən (artıqvermə) iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Yenidən hesablanmış pensiya məbləği 17837,58 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 75520,13 manat artıq ödəmə hesablanmışdır. xx.xx.2023-cü il tarixdən 42 ay 1783,76 manat tutulur. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, əmək pensiyasından tutulmanın dayandırılması və ona ödənilməyən 1783,76 manat pensiya məbləğinin hesablanaraq, ödənilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filial tərəfindən aparılan araşdırma zamanı vaxtilə pensiya məbləği düzgün hesablanmadığı müəyyən edilmişdir. Vaxtilə pensiya təyin edilərkən təqdim edilmiş sənədlərdə qeyd olunanlara əsasən 20 yanvar 2004-cü il tarixinədək ümumi iş stajı 32 il 3 ay 9 gün, güzəştli iş stajı isə 14 il 4 ay 9 gün təşkil edir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, tələb olunan 20 ildən artıq 12 ilə görə hər il üçün 2 %, zərərli və ağır sahədə 10 ildən artıq 4 il üçün 4 % (4x1 %) olmaqla orta aylıq əmək haqqının 98 % faizi miqdarında (20 il üçün 70 faiz+20 ildən artıq 12 il üçün 24 (12x2) faiz) müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində 25500,00 AZM-manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Belə ki, əmək pensiyanız orta aylıq əmək haqqına uyğun 1 yanvar 2008-ci il tarixinə 1650,87 manat orta aylıq əmək haqqı (2003-2005-ci illər üzrə olan əmək haqqına əsasən) sözügedən tarixədək istifadə olunmuş minimum əmək haqqının üç misli-51,00 manat məbləğində azaldılaraq, 1599,87 manat hesablanaraq onun 98 faizi-1567,87 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4546,08 manat sığorta kapitalınıza uyğun 31,57 (4546,08:144) manat və baza hissəsi (60,00 manat) əlavə edilərək, xx.xx.2008-ci il tarixinə ümumilikdə 1659,44 manat məbləğində (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 17837,58 manat) hesablanmalı olduğu halda, xx.xx.2006-cı il tarixinə səhvən 1960,03 manat məbləğində müəyyən edilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2-ci maddəsinin tələbləri nəzərə alınmadan (26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir) xx.xx.2008-ci il tarixinədək indeksləşdirilərək həmin tarixə 2537,50 manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 20247,53 manat) artıq əmək pensiyası hesablanaraq ödənilmişdir. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla sizə 75520,13 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 75520,13 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 1783,76 manat) əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 17837,58 manat təşkil edir”. İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-6581/2023 saylı və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-8764/2023 saylı qərarının ləğv edilməsini və xx.xx.2023cü il tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilmiş bu səbəblə şəxsin pensiyasından məbləğin tutulması hüquqaziddir. Belə ki, İddiaçı xx.xx.2004-cü ildən pensiyaya çıxmışdır və pensiya çıxdığı zaman onun pensiya ödənişlərin hesablanması şərtləri “Vətəndaşların pensiya təminatı haqqında” qanunla təmzimlənirdir. Qeyd olunan qanuna əsasən İddiaçı orta əmək haqqısın 98 faizi ilə pensiyaya çıxmışdır və xx.xx.2023cü il tarixinədək yuxarıda qeyd olunan pensiya ödənişlərin almışdır. İddiaçı pensiyaya çıxdığı zamandan yanı xx.xx.2004-cü ildən bir necə dəfə pensiya ödənişləri indeksasiya olmuşdur, lakin İddiaçı inzibati orqan tərəfindən artıq ödənilmiş məbləğ barədə heç bir məlumat verilməmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubunda artıq ödənilmiş pensiya ödənişlərin geri alınmasını “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2 maddəsi ilə əsaslandırmışdır, lakin cavabdeh orqan nəzərə almamışdır ki, İddiaçı əmək pensiyasına xx.xx.2004-cü il tarixində çıxmışdır, qeyd olunan tarixdə, ümumiyyətlə, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmamışdır. Faktiki olaraq cavabeh orqan İddiaçı əleyhinə olaraq, qanunun geriyə qüvvəsini tətbiq edir. İddiaçın pensiyasından tutulmaların tətbiq edilməsi ilə bağlı İddiaçı bu barədə heç bir məlumat verilməmişdir, inzibati orqana dəvət olunmamışdır və hər hansı inzibati akt təqdim edilməmişdir. Faktiki olaraq, cavabdeh orqan kobud surətdə AR “İnzibati icraat haqqında” qanunun bir necə maddələrini pozaraq İddiaçın pensiya ödənişlərinə tutulmaları yönəltmişdir. Odur ki, İddiaçı əmək pensiyasından 1783,76 manat məbləğ tutulması tamamilə hüquqaziddir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun pensiya məbləğinin azalmasına səbəb olmuşdur ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Mübahisələndirilən qərarların iddiaçıya hansı tarixdə təqdim (elan) edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etmədiyindən məhkəmə iddiaçının iddia müddətinə əməl etməsi qənaətinə gəlir (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 6581/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinə əsasən (artıqvermə) iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı hazırda həmin qərarın ləğv edilməsini və xx.xx.2023-cü il tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən inzibati icraat qaydalarına əməl edilməməsinə, iddiaçıya məlumat verilməməsinə, cavabdehin qəbul etdiyi qərarın iddiaçıya təqdim edilməməsinə istinad edir. Bununla bağlı qeyd edilməlidir ki, inzibati icraat qaydaların pozulması düqzgün olmayan qərarın, mahiyyəti ilə qanunsuz inzibati aktın qəbulu il nəticələndiyi təqdirdə qərarın ləğvi üçün əsas ola bilər. Qəbul edilmiş inzibati aktların iddiaçıya təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hal məhkmə tərəfindən nəzərə alınmış və iddiaçı tərəfindən xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlardan xx.xx.2023-cü il tarixdə iddia qaldırılmasına baxmayaraq məhkəmə iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qəbul etdiyi qərarlar mahiyyəti üzrə, yəni maddi hüquqi baxımdan əsaslı olduğundan iddiaçının istinad etdiyi inzibati icraat qaydalarının pozulması hazırda mübahisələndirilə qərarların ləğvi üçün əsas təşkil etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçıya xx.xx.2004-cü il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin hazırda mübahisələndirilən qərarlarla iddiaçının pensiyası yenidən hesablanmışdır. Cavabdeh pensiyanın yenidən hesablanması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, əmək pensiyası orta aylıq əmək haqqına uyğun 1 yanvar 2008-ci il tarixinə 1650,87 manat orta aylıq əmək haqqı (2003-2005-ci illər üzrə olan əmək haqqına əsasən) sözügedən tarixədək istifadə olunmuş minimum əmək haqqının üç misli-51,00 manat məbləğində azaldılaraq, 1599,87 manat hesablanaraq onun 98 faizi-1567,87 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4546,08 manat sığorta kapitalına uyğun 31,57 (4546,08:144) manat və baza hissəsi (60,00 manat) əlavə edilərək, xx.xx.2008-ci il tarixinə ümumilikdə 1659,44 manat məbləğində (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 17837,58 manat) hesablanmalı olduğu halda, xx.xx.2006-cı il tarixinə səhvən 1960,03 manat məbləğində müəyyən edilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2-ci maddəsinin tələbləri nəzərə alınmadan (26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir) xx.xx.2008-ci il tarixinədək indeksləşdirilərək həmin tarixə 2537,50 manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 20247,53 manat) artıq əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçı isə iddia hesab edir ki, ona pensiya xx.xx.2004-cü il tarixdə təyin edildiyindən, qeyd olunan tarixdə, ümumiyyətlə “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmamışdır. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya ilkin olaraq pensiya təyin edilərkən qüvvədə olmuş qanunvericilik əsas götürülmüşdür. İddiaçıya pensiya təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmaması, həmin Qanunun sonradan qəbul edilməsi və qanuna edilmiş dəyişikliklərin iddiaçıya şamil edilməməsi barədə iddiaçının dəlili əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində 25500,00 AZM-manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Göründüyü kimi, Qanuna edilmiş dəyişiklik həmin normanın qüvvəyə minməsindədək olan münasibətlərə tədbiq edilə bilməz. Lakin Qanun qüvvəyə minəndən sonra aparılmış münasibətlərə tədbiqi istisna edilə bilməz. Baxılan işdə iddiaçının əmək pensiyası orta aylıq əmək haqqına uyğun 1 yanvar 2008-ci il tarixinə 1650,87 manat orta aylıq əmək haqqı (2003-2005-ci illər üzrə olan əmək haqqına əsasən) sözügedən tarixədək istifadə olunmuş minimum əmək haqqının üç misli- 51,00 manat məbləğində azaldılaraq, 1599,87 manat hesablanaraq onun 98 faizi-1567,87 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4546,08 manat sığorta kapitalına uyğun 31,57 (4546,08:144) manat və baza hissəsi (60,00 manat) əlavə edilərək, xx.xx.2008-ci il tarixinə ümumilikdə 1659,44 manat məbləğində (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 17837,58 manat) hesablanmalı olduğu halda, xx.xx.2006-cı il tarixinə səhvən 1960,03 manat məbləğində müəyyən edilmiş pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.2-ci maddəsinin tələbləri nəzərə alınmadan (26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir) xx.xx.2008-ci il tarixinədək indeksləşdirilərək həmin tarixə 2537,50 manat (indeksləşdirilərək və sonrakı yenidən hesablamalarda nəzərə alınaraq xx.xx.2023-cü il tarixinədək 20247,53 manat) artıq əmək pensiyası hesablanaraq ödənilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1632/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1632/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver