Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1633/2021 05.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 X5 X6 qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx xxxxxx 2019-cu il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi, əmək pensiyası təyin edilərkən hazırki dövrə qədər ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyanın edilməsi üçün İdarəyə müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə xx xxxx 2020-ci il tarixdə rəsmi cavab məktubu təqdim edilərək 2006-cı ilədək 25 il ümumi iş stajı olmadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Onun 2006-cı ilədək təhsil aldığı tekniki peşə məktəblə və hərbi xidmətim daxil olmaqla əmək stajı 25 (iyimi beş) ildən artıq təşkil edir. Həmin əmək stajının 22 il müddətini «xxxxndə» zərərəli işlərlə müxtəlif vəzifələrdə işləmişdir. Onun 2006-cı il tarixə qədər 25 il ümümi iş stajının 12 (on iki) il 06 (altı) aydan artıq zərərli işlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun güzəştli şərtlərlə əmək pensiya almaq hüququ 57 yaşdan yaranmışdır. Buna baxmayaraq həmin tarixdə əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən pensiya hüququnun yarandığını bilmədiyindən müraciət etməmişdir. O, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi 04 (dörd) ay 27 (iyirmi yeddi) gün texniki peşə məktəbini bitirmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi 02 (iki) ay 15 (on beş) gün rayonlar arası təsərrüfat hesablı nəqliyyat müəssisəsinə 3-cü dərəcəli sürücü işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək 03 (üç) il SSRİ-nin ərazisində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1984-cü ildən hazırki dövrədək «xxxxndə» əmək şəraiti xüsusilə zərərli işlərdə müxtəlif vəzifələrdə (1-ci dərəcəli matros, 2-ci dərəcəli matros, mexanik və motorçu, böyük motorçu) işləmişdir. Göründüyü kimi onun 57 yaşı 2019-cü il tarixdə olduğundan onun həmin tarixdə umumi 25 (iyimi beş) il 06 (altı) ay əmək stajının güzəştli şərtlərlə 22 ildən artıq əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. Qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. X2 təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazının məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı sürücülük kursunda təhsil aldığından və həmin təhsil qiyabi təhsil olduğundan iddiaçının təhsil müddəti əmək stajınına daxil edilə bilməz. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Salyan rayonunda doğulmuşdur. - Azərbaycan SSR tekniki peşə məktəbinin 005585 saylı, xx.xx.1980-cı il tarixli şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə (4 ay 13 gün) qədər texniki peşə məktəbində təhsil almışdır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-cı ildən xx.xx.1984-cü ilə qədər (3 il 1 ay 1 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1981-ci ilə qədər (2 ay 15 gün) Salyan rayonlararası təsərrüfat hesablı nəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər “Alazan” gəmi heyətində matros şagirdi, 2-ci və 3-cü dərəcəli matros (10 ay 6 gün), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər “Atlet-2” gəmi heyətində 1-ci sinif motorçu (1 il 6 ay 7 gün), xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilə qədər “İrqiz” teploxodunda baş motorçu (1 il 11 ay 15 gün), xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər “TMİ-2”-də 1-ci sinif matros (1 il 3 ay 25 gün), xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilə qədər “Bolyus”-da 2-ci mexanik (4 il 10 ay 7 gün), xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilə qədər “BPM-701”-də baş mexanik (2 il 9 ay 5 gün), xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilə qədər “Akademik Məmmədəliyev” adına teploxoda baş kapitan koməkçisi (3 il 4 ay 1 gün), xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər “SAV-410” gəmisində kapitan (3 il 11 ay 25 gün), xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə qədər “R.Hacıyev” gəmisində kapitan (1 ay 2 gün), xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə qədər “Taman” gəmisində dublyor kapitan və kapitan (4 ay 3 gün), xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilə qədər “İ.Kərimov” gəmisində dublyor kaptan (xx.xx.2005-xx.xx.2006 4 ay 22 gün), xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilə qədər “Hövsan-2” gəmisində kapitan, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər “Bakı Kaspian” LTD-də kapitan, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər “Şirvan” gəmisində kapitan, xx.xx.2008-ci ildən xx.xx.2012-ci ilə qədər "SLV-411" gəmisində kapitan, xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilə qədər "X8 Limited” “STB-1” kapitan, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər “STB-1” gəmisində kapitan, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər “Barra” gəmisinə kapitanın böyük köməkçisi, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə qədər “Süleyman Vəzirov” gəmisinə kapitan vəzifəlrində işləmiş, xx.xx.2016-cı ildən hazırki vaxta qədər isə “Bunkirovşik-6” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində işləyir. - “xxxx” QSC-nin EN01/02-303 №-li, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü ildə X10 Donanmasının k/s “Alazan” gəmisinə şagird matros peşəsinə (xx.xx.1984-cü il tarixli 172-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə həmin gəmiyə 2-ci dərəcəli matros (xx.xx.1984-cü il tarixli, 232-k nömrəli əmr), xx.xx.1985ci ildə 1-ci dərəcəli matros (xx.xx.1985-ci il tarixli, 55-k nömrəli əmr), xx.xx.1985-ci ildə k/s “Atlet-2” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (xx.xx.1985-ci il tarixli, 134-k nömrəli əmr), xx.xx.1986-cı ildə t/x “İrqiz" gəmisinə böyük motorçu (xx.xx.1986-cı il tarixli, 296-k nömrəli əmr), xx.xx.1988-ci ildə “TMİ-2" gəmisinə 1-ci dərəcəli matros (xx.xx.1988-ci il tarixli, 244-k nömrəli əmr), xx.xx.1990-cı ildə m/k “Bolyus” gəmisinə 2-ci mexanik (xx.xx.1990-cı il tarixli, 52-k nömrəli əmr), xx.xx.1995-ci ildə "BPM-701" gəmisinə böyük mexanik (xx.xx.1995-ci il tarixli, 23-k nömrəli əmr), xx.xx.1997-ci ildə t/x "Ak. Məmmədəliyev" gəmisinə kapitanın böyük köməkçisi (xx.xx.1997-ci il tarixli, 349-k nömrəli əmr), xx.xx.2001-ci ildə “SLV-410” gəmisinə kapitan (xx.xx.2001-ci il tarixli, 46-k nömrəli əmr), xx.xx.2005-ci ildə “R.Hacıyev” gəmisinə dublyor kapitan (xx.xx.2005-ci il tarixli, 54-k nömrəli əmr), xx.xx.2006-cı ildə "Hövsan-2” gəmisinə kapitan vəzifəsinə (xx.xx.2006-cı il tarixli, 154-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2007-ci ildə icarədə olan gəmilərə göndərilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) (xx.xx.2007-ci il tarixli 08-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2008-ci ildə “Şirvan” gəmisinə kapitanın dublyoru vəzifəsinə (xx.xx.2008ci il tarixli, 17-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2012-ci ildə “SLV-411” gəmisinə kapitan vəzifəsinə (xx.xx.2012-ci il tarixli, 475-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli, 216-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü ildə “STB-1” gəmisinə kapitan vəzifəsinə (xx.xx.2014-cü il tarixli, 199-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Bunkerovşik-6” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində çalışır. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X10 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X10 Donanmasının yenidən təşkili yolu ilə "xxxx “ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - İdarənin iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********2 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırki qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 25 il 0 ay 25 gün ümumi və 21 il 4 ay 26 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2019-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 X5 X6 həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova