Məhkəmə qərarları › İş №2-1(112)-1634/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1634/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1634/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə 3-17-1/3-3-4702/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixədək aldığı əmək pensiyasının bərpa edilməsi və xx.xx.2018-xx.xx.2024-cü illər ərzində (dövr) qeydə alınmış sığorta kapitalı əsasında yenidən hesablanma aparılarkən barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tərtib edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq TƏSVİRİ HİSSƏ

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia qaldıraraq, “cavabdeh tərəfindən aparılmış yenidən hesablamanın ləğv edilməsini, 2018-ci ildə aparılmış yenidən hesablanmanın bərpa edilməsini, xx.xx.2018 – xx.xx.2024 tarixləri arasındakı dövr ərzində əmək fəaliyyətinə davam edərək Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci maddəsinə əsasən qazanılmış sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə 3-17-1/3-3-4702/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, xx.xx.2024-cü il tarixədək aldığı əmək pensiyasının bərpa edilməsi və xx.xx.2018-xx.xx.2024-cü illər ərzində (dövr) qeydə alınmış sığorta kapitalı əsasında yenidən hesablanma aparılarkən barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tərtib edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır və pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir. 1 oktyabr 2015-ci il tarixindən pensiyaya çıxdıqdan bir müddət sonra yeni əmək müqaviləsi bağlayıb işləməyə davam etmişdir. xx.xx.2018-ci ildə işdən azad edilmişdir. Bununla bağlı yaranmış pensiyasının yenidən hesablanması hüququndan istifadə edib cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən işdən azad edildiyi tarixə qeydə alınmış sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması aparılmışdır. Daha sonra xx.xx.2018-ci il tarixdə yeni əmək müqaviləsi bağlayıb əmək fəaliyyətinə davam etmişdir. Növbəti dəfə xx.xx.2024-cü il tarixdə 6 il əmək fəaliyyəti tamam olduğu üçün xx.xx.2018-xx.xx.2024 tarixləri arasındakı dövr ərzində qazandığı sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. xx.xx.2024-ci il tarixli müraciəti nəticəsində cavabdeh qurumun məsul şəxsləri tərəfindən 2018-ci ildəki hesablanma ləğv edilmiş, xx.xx.2021-ci il tarixdə qeydə alınmış kapital əsasında yenidən hesablanma aparılmış və bununla da onun pensiya təminatı hüququ pozulmuşdur. Aparılmış hesablanma ilə bağlı narazıdır, pensiya təminatı hüququnun pozulduğunu hesab edir. Cavabdeh tərəfindən xx.xx.2018 tarixli müraciəti əsasında aparılmış yenidən hesablanmanın ləğv edilməsini qanunsuz hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən pensiyaçının pensiyasının yenidən hesablanması iki halda pensiyaçının müraciəti əsasında aparılır: 1) işləyən pensiyaçının əmək müqaviləsinə xitam verilərsə 2) işləyən pensiyaçı 6 il və daha çox işləyərsə. O, pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətinə davam etmiş və onun 2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi üçün pensiyasının yenidən hesablanması məqsədilə cavabdehə müraciət etmişdir. Pensiyasının yenidən hesablanması aparılmışdır. 2018-ci ildə işdən azad edildiyi tarixdə fərdi hesabda yığılan kapital əsasında qanunvericiliyə uyğun olaraq pensiyasının yenidən hesablanması aparılmışdır. 2018-ci ildə işdən azad edildiyi tarixdən üç gün sonra yeni əmək müqaviləsi bağlamış və əmək fəaliyyətinə davam etmişdir. Növbəti 6 il ərzində işlədiyi üçün 2024-cü ildə aprel ayında pensiyasının yenidən hesablanmasını tələb etmək hüququna sahibdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən pensiyaçının pensiyasının yenidən hesablanması aparılması üçün əmək müqaviləsinə xitam verilməsi faktı kifayət edir, həmin maddədə əmək müqaviləsinə xitam verildikdən sonra hansı dövr ərzində yeni əmək müqaviləsi bağlamağın qadağan edilməsi haqqında şərt nəzərdə tutulmayıb. Yəni o, əmək müqaviləsinə xitam verdikdən sonra yenidən əmək müqaviləsi bağlamağa gözləməli deyil və pensiyasının yenidən hesablanması üçün müraciət edə bilər. Qanunun tələblərinə görə, pensiyanın yenidən hesablanmasını tələb etmək üçün hər hansı müddətə yeni əmək müqaviləsi bağlamağa gözləməli deyildir. 2018-ci ildə əmək müqaviləsinə xitam verdikdən sonra yeni əmək müqaviləsi bağlamağı gözləməli deyildir, bununla bağlı “Əmək pensiyaları haqqında” Qanunun hər hansı tələbi yoxdur. Əmək müqaviləsinə xitam verilməsi faktı pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ yaranmış və həmin vaxt o həmin hüquqdan istifadə etmişdir. İşləyən pensiyaçı olduğu üçün işdən azad edildiyi tarix əmək müqaviləsinin xitam verildiyi tarixdir. Əmək müqaviləsinə xitam verildikdə 37.3.1-ci maddənin tələblərinə əsasən pensiyasının yenidən hesablanması hüququ yaranır və həmin hüquqdan istifadə edib-etməmək onun iradəsilə bağlıdır. Qanunda hər hansı müddət yeni əmək müqaviləsi bağlamağın gözləməli olmağı haqqında heç bir şərt yoxdur. Qanunda işdən azad edildiyi tarixdən sonra yenidən hesablanmanı tələb etmək hüququnun yaranması üçün hər hansı müddətə yeni əmək müqaviləsi bağlamağa gözləməli olmağı barədə heç bir şərt yoxdur. Qanun yeni əmək müqaviləsi bağladığı halda yenidən hesablanma hüququnu itirdiyi barədə hər hansı şərt nəzərdə tutmur. 2018-ci ildə işdən azad edildiyi tarixdə fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması hüququnun həyata keçirilməsi üçün hər hansı müddət yeni əmək müqaviləsi bağlamağa gözləməli olduğu barədə qanunvericilikdə şərt nəzərdə tutulmayıb. Məhz buna görə də vaxtilə cavabdeh qurumun məsul şəxsləri tərəfindən hesablanma aparılmışdı. Cavabdeh qurumun 2024-cü ildə etdiyi müraciəti icra edən məsul şəxsləri isə özbaşınalıq edərək onun pensiya təminatı hüququnu pozmuşdur. Həmçinin Cavabdeh qurumun məsul şəxsləri cavab məktubunda qeyd edir ki, onun 2022-ci ildə əmək müqaviləsinə xitam verilmə faktı olub, xx.xx.2022 tarixində əvvəlki xx.xx.2018 tarixli əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022 tarixdə yeni əmək müqaviləsi bağlanılmışdır, lakin o, xx.xx.2022 tarixdə cavabdehə müraciət etməmiş, həmin vaxt yaranmış hüququndan istifadə etmədən o, xx.xx.2018-xx.xx.2024 tarixləri arasındakı dövr ərzində əmək fəaliyyətinə davam etmişdir. Aldığı əmək haqqı, ödənilmiş sosial sığorta haqları bu faktı təsdiqləyir. O, 2018-ci ildə yaranmış hüququndan istifadə edib cavabdehə müraciət etmiş və həmin vaxt yenidən hesablanma aparılmış, lakin 2022-ci ildə müraciəti olmamış, 2022-ci ildə yaranmış hüququndan istifadə etmədən əmək fəaliyyətinə davam etmişdir. Qanun tələb olunan 6 il əmək stajının fasiləsiz müddət ərzində qazanılmasını tələb etmir, müəyyən etmir. İddiaçı 6 il ərzində, qısa fasilə ərzində bir gün fasilə sonra işləməyə davam edərək 6 il stajı qazanmışdır. Qanun fasiləsiz müddət ərzində qazanılmış əmək stajı göstərişini nəzərdə tutmur. xx.xx.2023-ci il tarixədək 37.3.1ci maddənin tələblərinə görə 6 il əmək stajının qazanılması qısa müddətdə fasilə ilə də baş verə bilər. Çünki hesablanma avtomatlaşdırılmış qaydada aparılmırdı, pensiyaçının müraciəti əsasında aparılırdı. İddiaçının isə ilk dəfə 2018-ci ildə və sonra 2024-ci ildə müraciətləri olmuşdur. 2022-ci ilin fevralında müraciəti olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçıya 1 oktyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021 -ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 6 il işləməyilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 230046,08 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (230046,08:352 ay (65 il-41 il 8 ay= 280 ay+(144 ay-72 ay)=653,54 manat) əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 1039,57 manatdan 1593,11 manata (1039,57+653,54) artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 21240,61 manat fərq məbləği hesablanmışdır. Həmin 21240,61 manat pul vəsaiti cari ilin may ayından etibarən hissəhissə (hər ay 663,76 manat) iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2024-cü il tarixindən 2254,17 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü bəndinə əsasən sonuncu iş günü əmək müqaviləsinə xitam verildiyi gündür. İddiaçının əmək kitabçasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsinə xitam verildiyi, xx.xx.2018ci il tarixində yenidən işə başladığı, həmçinin xx.xx.2022-ci il tarixində yenidən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixindən yenidən işə başladığı qeyd edilmişdir.Göründüyü kimi, iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Оdur ki, məhkəmə işə iddiaçı və cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); -33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır.

8. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir, iddia ona cavab verməli olan inzibati orqana qarşı qaldırılmışdır. İddianın növü mübahisələndirmə və öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.

Faktiki hallar və sübutlar.

İddiaçıya məxsus ******* №-li əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" MMC-də uçuş dəstələrinin Boeing 767-300 tipli HG-nin kapitanı vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci ildə “X3 Aviaşirkəti” MMC-də uçuş dəstələrinin Boeing 747-400 tipli HG-nın kapitanı vəzifəsinə qəbul edilmişdir. "xxxx" MMC-nin (direktorunun) xx.xx.2018-ci il tarixli, 22-A №-li əmrindən görünür ki, “X3 Aviaşirkəti” MMC-də uçuş dəstələrinin Boeing 747-400 tipli HG-nın kapitanının əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsi (başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün) və ona istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə xx.xx.2016xx.xx.2017-ci iş ili üçün 25 təqvim günü, xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixindən 29 təqvim günü cəmləşdirərək 54 təqvim günü üçün pul əvəzi və xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək işlədiyi müddət üçün əmək haqqının ödənilməsinin təmin edilməsi əmri verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-4702/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarda göstərilmişdir ki, İddiaçı xx.xx.2015-ci ildə DSMF Nizami rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, hazırkı pensiya məbləği 1394,31 manat təşkil edir, əmək pensiyası yenidən hesablanmış (səbəbi: 0-dan hesablanma, 6 illik, xx.xx.2021-xx.xx.2021 aralığı artıqvermə) və yenidən hesablanmış pensiya məbləği 2254,17 manat əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yenidən hesablanması” barədə məktubun surətindən görünür ki, ona 1 oktyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixinə kişilər 65 yaş)arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, ona əmək pensiyası təyin edildikdən sonra 6 il işləməyilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 230046,08 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (230046,08:352 ay (65 il-41 il 8 ay= 280 ay+(144 ay-72 ay)=653,54 manat) əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 1039,57 manatdan 1693,11 manata (1039,57+653,54) artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 21240,61 manat fərq məbləği hesablanmışdır. Həmin 21240,61 manat pul vəsaiti cari ilin may ayından etibarən hissə-hissə (hər ay 663,76 manat) əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası xx.xx.2024-cü il tarixindən 2254,17 manat təşkil edir. Məlumat üçün, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü bəndinə əsasən sonuncu iş günü əmək müqaviləsinə xitam verildiyi gündür. Əmək kitabçasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsinəə xitam verildiyi, xx.xx.2018-ci il tarixində yenidən işə başladığı, həmçinin xx.xx.2022-ci il tarixində yenidən əmək müqaviləsinə xitam verildiyi, xx.xx.2022-ci il tarixindən yenidən işə başladığı qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-178138/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən 635,70 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006- cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla əmək pensiyası hesablanırdı. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 2 il 2 ay təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 2,56 manat (2,17 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 4,75 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 76456,80 manat sığorta kapitalına uyğun 530,95 manat (76456,80:144) və 100,00 manat baza hissə əlavə edilərək xx.xx.2015-ci il tarixinə ona 635,70 manat (4,75+530,95+100,00) məbləğində əmək pensiyası hesablanmışdır. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əınək pensiyası təyin edildikdən sonra 6 il işləməyilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 230046,08 manat pensiya sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (230046,08:352 ay (65 il-41 il 8 ay=280 ay+(144 ay-72 ay)=653,54 manat) əmək pensiyası xx.xx.2021 -ci il tarixindən yenidən hesablanaraq 1039,57 manatdan 1693,11 manata (1039,57+653,54) artırılıb. Eyni zamanda, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 21240,61 manat fərq məbləği hesablanıb. Həmin 21240,61 manat pul vəsaiti cari ilin may ayından etibarən hissə-hissə (hər ay 663,76 manat) onun əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Əlavə olaraq, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar İddiaçı əmək pensiyası 01.01,2024-cü il tarixindən 2254,17 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin üçüncü bəndinə əsasən sonuncu iş günü əmək müqaviləsinə xitam verildiyi gündür. İddiaçı əmək kitabçasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsinə xitam verildiyi, xx.xx.2018-ci il tarixində yenidən işə başladığı, həmçinin xx.xx.2022-ci il tarixində yenidən əmək müqaviləsinə xitam verildiyi, xx.xx.2022-ci il tarixindən yenidən işə başladığı qeyd edilmişdir. Yəni adıçəkilən şəxs ardıcıl olaraq əmək fəaliyyətini davam etdirərək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməməmişdir. Buna görə də onun əmək pensiyasının xx.xx.2021-ci il tarixindən sonrakı dövr ərzində topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı əmək pensiyasının yenidən hesablanması məsələsinə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya pensiyasının yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; -1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; -1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; -1.0.9. fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; -1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -4.2. yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; -7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; -45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən: -1.107. 45-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”

Məhkəmənin mövqeyi:

12.Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur.

13. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2015-ci ildə (uşuş heyəti-pilot)güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı həmin vaxtdan əmək fəaliyyətini davam etdirmiş, xx.xx.2018-ci ildə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə bağlı cavabdeh tərəfindən onun əmək pensiyasını yenidən hesablamış, daha sonra isə iddiaçı yenidən əmək fəaliyyətini davam etdirmiş və fərdi hesabında toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir.

14. Cavabdeh iddiaçının müraciəti əsasında qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının 2018-ci ildə işləməyən pensiyaçı kateqoriyasına keçdiyi zaman qəbul edilmiş qərar (və ya sərəncamı) ləğv edilmiş və ya etibarsız hesab edilmiş, pensiya 2015-ci ildən 2021-ci ilədək olan dövr üçün (0+6 ildə topladığı pensiya kapitalı) nəzərə alınmaqla yenidən hesablanmışdır.

15. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər.

16. İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanmasını tələb edə bilər.

17. İddiaçının istinad etdiyi “Əmək pensiyalar haqqında” Qanununun 37.3.1-ci maddəsində təsbit edilmiş norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir.

18. Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, iş materiallarından da görünür ki, qərarların qəbulu ilə bağlı heç bir araşdırma aparılmamışdır.

19. Cavabdeh inzibati orqanının iddiaçının müraciəti əsasında qəbul edilmiş pensiyanın yenidən hesablanmasına dair 3-17-1/3-3-4702/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə bağlı, məhkəmə aşagıdakıları qeyd edir.

20. Sözügedən inzibati akt formal və maddi –hüquqi baxımdan qanuni sayıla bilməz. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yazılı formada təsbit olunmuş (iddiaçı üçün əlverişsiz, yəni onun hüququnu məhdudlaşdıran), inzibati akt əsaslandırılmalı olduğu halda, cavabdeh tərəfindən qəbul edilmiş qərarında işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, cavabdehin həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, 2018-ci ildə qəbul etdiyi iddiaçı üçün əlverişli inzibati aktın(qərar və ya sərəncamın) qanunsuz və ya səhv sayılması üçün əsas olmuş halların məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş verdiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

22. İddiaçı 2018-ci ildə pensiya təyin olunduqdan sonra davam etdiyi əmək fəaliyyəti nəticəsində (6 il və daha çox) qazanılmış pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün 2024-cü ildə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının pensiyasının yenidən hesablanmasını, onun müraciət etdiyi tarixini və həmin tarixə fərdi şəxsi hesabın sığorta hissəsində toplanılmış pensiya kapitalının tam məbləğini nəzərə alınmadan, Qanunun hal-hazırda qüvvədə olan 45-ci maddəsinin ikincü cümləsinə istinad etməklə aparılmışdır (yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır). Halbuku, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı (2015-ci ildə) aparılarkən məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək həyata keçirilmişdir.

23. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”.

24. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinə əsasən 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə 3-17-1/3-3-4702/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, xx.xx.2024-cü il tarixədək aldığı əmək pensiyasının bərpa edilməsi və xx.xx.2018-xx.xx.2024-cü illər ərzində (dövr) qeydə alınmış sığorta kapitalı əsasında yenidən hesablanma aparılarkən barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tərtib edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

26. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

28. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 32, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3- 3-4702/2024 nömrəli xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin; İddiaçı xx.xx.2024-cü il tarixədək aldığı əmək pensiyasının bərpa edilməsi və xx.xx.2018-xx.xx.2024-cü illər ərzində (dövr) qeydə alınmış sığorta kapitalı əsasında yenidən hesablanma aparılarkən barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tərtib edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanması yaşı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar