Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1635/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçının həqiqi hərbi xidməti haqqında arxiv arayışının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı N iyul N992-ci il tarixində Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və Badamdar qəsəbəsindəki hərbi hissəyə göndərilmişdir. Bir necə gün təlim keçəndən sonra həyəcan siqnalı ilə qaldınlaraq Tərtər istiqamətində döyüşlərə qatılmışdır. Onun xidmət yeri düşmənlə üz-bəüz olan düşmən səngərləri olmuşdur. O, hərbi xidmət dövrü hər an döyüş tapşırığını yerinə yetirməyə hazır vəziyyətdə tağıma təhkim edilmişdir. O, oradakılarla birlikdə daim səngərlərdə idilər və döyüş tapşırığını yerində yerinə yetirirdilər. İddiaçı vətən qarşısında borcunu layiqincə yerinə yetirmək üçün gecə-günduz. yağış, şaxta, qar. isti-soyuq bilmədən daim xidmət vəzifələrini icra etmişdir. Hərbi xidməti dövründə dələlərlə komandanlıq tərəfindən mükafatlndırılrmş və hərbi xidmət dövrümdə baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hərbi xidməti N və N nömrəli hərbi hissələrdə olmuşdur: N iyul N992-ci il tarixdən N sentyabr N994-cü il tarixədək N nömrəli hərbi hissədə, təşkilati tədbirlərlə əlaqədar olaraq N sentyabr N994-cü il tarixdən 26 oktyabr N996-cı il tarixədək N nömrəli hərbi hissədə onun hərbi xidməti Tərtər və Goranboy rayonları ərazisində döyüş mövqeyində düşmənlə təmas xəttində müharibə şəraitində keçmişdir. O da N iyul N992-ci il tarixdən döyüş əməliyyatları dayananadək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Onun müharibədə iştirakı ilə əlaqəli qeyd edilən faktlar mübahisə predmeti deyil. Bununla əlaqədar olaraq, AR Müdafiə Nazirliyinin bu işdə məsul şəxslərinin qanunsuz hərəkətlərinə o, öz etirazını bildirir. O, qanuni olaraq hərbi xidmətə çağırılmış və ehtiyyata buraxılmışdır. Barəsində fərariliklə bağlı hərbi hissə komandirlərinin heç bir əmri yoxdur. Belə hal olardısa, o, mütləq əmrləşdirilməli və barəsində tədbirlər görülməli idi. İşin içərisində olan AR Hərbi Prokurorluğundan verilən cavab məktubundan görünür ki. onun barəsində hərbi cinayət olmamış, təqsirləndirici material toplanılmamışdır. Belə olduğu halda, AR Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən onun N nömrəli hərbi hissədəki hərbi xidmətinin şübhə altına alınması, belə bir fərziyyənin irəli sürülməsi ona qarşı ədalətsilik və inzibati orqan olaraq AR Müdafiə Nazirliyi tərəfindən kobud qanun pozuntusudur. Belə hərəkətlər onun Vətən qarşısındakı xidmətlərini qiymətləndirməmək kimi qəbul edilir. Onu sübut olunmayan hərbi cinayətdə ittiham etmək qanunla yol verilməzdir. O, sübut edir ki. N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Onun hərbi xidməti və döyüşlərdə iştirakı hərbi biletindəki mötəbər qeydlər və möhürlərlə təsdiq edilir. Döyüş əməliyyatları dayanandan sonra da 26 oktyabr N996-cı il tarixədək ön səngərlərdə döyüş növbətçiliyi apararaq düşmən təxribatlarının qarşısını almaqda Vətən yolunda xidmət etmiş, həmişə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmiş, daim komandanlıq tərəfindən təşəkkürlərə layiq görülmüş, baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hazırda o, Qarabağ müharibəsi veteranı vəsiqəsini və statusunu almaq istəyir. Digər döyüş yoldaşlarından fərqli olaraq o, bu günədək müxtəlif səbəblərdən müharibə veteranı adı və statusunu ala bilmir. Hərbi xidməti dövründə onun barəsində cinayət işi açılmamış, heç bir təhqiqat araşdırılması aparılmamış, təqsirləndirici materiallar toplanmamışdır. Əsas maneə ondan ibarətdir ki, onun N saylı hərbi hissədə xidməti ilə əlaqədar Müdafiə Nazirliyi Mərkəzi Arxivində məlumat yoxdur. O, N iyul N992-ci il tarixdə Qaradağ RHK-dan həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin tarixdən N sentyabr N994-cü il tarixədək N saylı hərbi hissə və N sentyabr N994-cü il tarixdən 26 oktyabr N996-cı il tarixədək N57 saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, N57 saylı hərbi hissəsinin müdafiə zolağının möhkəmləndirilməsi keçirilən təşkilati tədbirlərlə əlaqədar olaraq, onun xidmət etdiyi artilleriya batareyası yuxarı rəhbərliyin əmrinə əsasən həmin hərbi hissəyə keçirilmişdir. Bununla əlaqədar olaraq, o, müharibə dövründə siyahısında olduğu, sıralarında həqiqi hərbi xidmət keçdiyi və sıralarında döyüş tapşırığı yerinə yetirdiyi N nömrəli hərbi hissədəki hərbi xidməti haqqında arxiv arayışı verilməsinə dair köməklik göstərilməsini Müdafiə Nazirliyindən dəfələrlə xahiş etmişdir. Müdafiə Nazirliyi bu günədək onun N nömrəli hərbi hissədəki hərbi xidməti haqqında arayış verə bilmir. Bu səbəbdən də bu günədək digər döyüşçü yoldaşlarından fərqli olaraq müxtəlif səbəblərdən Qarabağ müharibəsi veteranı adı və statusunu ala bilməmişdir. Hərbi xidməti dövründə onun barəsində cinayət işi olmamış və haqqında heç bir təhqiqiat aparılmamış, təqsirləndirici materiallar toplanmamışdır. Tələb olunan sənədləri toplayaraq ona müharibə veteranı adının və statusun verilməsi üçün AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsqələrin verilməsi üzrə komissiyaya təqdim etmişdir. Komissiyanın katibi tərəfindən imzalanmış 26 fevral 2020-ci il tarixli məktubda qeyd edilir ki. . . . «Vətəndaşların müraciətləri haqqında» AR Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmək hüququna malikdir. Müharibədən sonra onun döyüşçü yoldaşlarına “müharibə veteranı” adı və statusu verilmişdir. Hal-hazırda onların hamısı Prezident təqaüdü alırlar. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının N2, N6, 25, 57, 60, 7N-ci maddələrinə, «İnsan Hüquqlarının və XN Haqqında» Avropa Konvensiyasının müddəalarına, «İnzibati icraat haqqında» AR Qanununun N2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə, İPM-in 34.N, 70.3-ci maddələrinə, «Vətəndaşların müraciətləri haqqında» AR Qanunun müddəalarına və s. əsaslanaraq, ona (iddiaçıya) N saylı hərbi hissədəki həqiqi hərbi xidməti haqqında arxiv arayışının verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə İPM-in 47-ci maddəsinə uyğun olaraq təqdim etdiyi yazılı münasibətində (etirazında) aşağıdakıları bildirir: - İddiaçı iddia tələbi mümkün hesab edilə bilməz. Belə ki, İPM-nin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia İPM-in 33.N-ci maddəsində təsbit edilən məcbuetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. AR Müdafiə Nazirliyi Mərkəzi Arxivi iddiaçının xidmətinə dair Mərkəzi Arxivdə olan əmrlər əsasında araşdırma apararaq, iddiaçıya arayış təqdim etmişdir. İddiaçının müraciəti üzrə hərəkətsizlik edilməmişdir. Göstərilənlərə və İPM-in 35, 48.2-ci maddələrinə, AR Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” N0 aprel 20N5-ci il tarixli qərarının N.4, 9-cu bəndlərinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İPM-in N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh gəlməməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə ilk növbədə vurğulayır ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.N.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının N09-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan AR Müdafiə Nazirliyi tərəfindən iddiaçının ona müharibə veteranı adı və vəsiqəsinin veriməsi barədə müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən 29 aprel 2020-ci il tarixli məktubla (iş materiallarına əlavə olunur) imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.N.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının N994, N996-cı illərdə müvafiq hərbi hissələrdə, o cümlədən döyüş əməliyyatları aparan hissələrdə xidməti və şəxsi heyəyin sıralarından çıxarılması barədə müvafiq əmrlər mövcud olsa da, onun N992-ci ildə N saylı hərbi hissədə xidməti barədə əmrlər aidiyyəti qurum kimi AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin də bildirdiyi kimi (iddiaçı bu halı təkzib etməmişdir), iddiaçının N992-ci ildə həmin hərbi hissədə xidməti barədə məhkəmə icraatında da yetərli sübutıar təqdim edilməmiş, eləcə d\ belə sübutların əldə olunması ilə bağlı vəsatət verilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 62, 75, 78 – 79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1635/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1635/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver