Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1636/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı qısamüddətli mühafizə orderin verilməsi və kompensasiya tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vəzifəli şəxsləri tərəfindən yol verilən və onun hüquq azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması, ona “qısamüddətli mühafizə orderinin” verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində ona vurulmuş 5000 manat məbləğində ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X4 ilə 2009-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü Nəsirova Aida və xx.xx.2011-ci il təvəllüdlü Nəsirov Əliyusif adlı uşaqları var. Həyat yoldaşı Aysin Nəsirov bütün bu illər ərzində onu döyüb, təhqir edib, polisə və məhkəməyə şikayət etdiyi təqdirdə isə uşaqlarının gözü qarşısında onu öldürəcəyi ilə təhdid edib. O, illər boyu ailəsinin dağılmaması və uşaqlarının atasız böyüməməsi üçün ona qarşı edilən bütün fiziki və iqtisadi zorakılıq hərəkətlərinə dözmüşdür. Lakin təxminən 9 ay əvvəl həyat yoldaşı X4 evə küçədə tanış olduğu İsmayılova Ləman adlı bir qadını gətirərək artıq onunla ikinci arvad kimi yaşayacağını bildirmişdir. Bu qadın 9 ay ərzində onun evində uşaqlarının gözü qarşısında Aysinlə bir otaqda qalaraq ona və uşaqlarına psixoloji və fiziki zorakılıq edir, onun qazancından, maaşından evinə alınan ərzaqlardan özü və uşaqları istifadə edirlər. O bu hallara etiraz etdiyində Ləman İsmayılova onu həyat yoldaşı ilə birgə öldürəcəkləri ilə hədələyir. Ləman İsmayılova səhər o, işə gedən zaman uşaqları ilə pis rəftar edərək onların gözü qarşısında həyat yoldaşı ilə mazağlaşaraq uşaqlarının gününü qara edir. O, hər dəfə qızı ilə atasının arasında söz-söhbət salmaq məqsədi ilə 12 yaşlı qızına iftiralar ataraq yoldaşından onun cəzalandırmasını tələb etmişdir. O dəfələrlə onun və iki uşağının evindən çıxmalarını tələb etsə də o, həyat yoldaşına şikayət edib onun döyülməsinə səbəb olmuşdur. Hal-hazırda Aysin Nəsirovla nikahlarının xitam edilməsi üçün məhkəməyə müraciət etmək fikrindədir. Bu səbəbdən də Aysin və faktiki ər-arvad münasibətində yaşadığı Ləman adlı qadın ona təhdid mesajları yazaraq öldürməklə hədələyirlər. Bu xüsusatları nəzərə alaraq hesab edir ki, Aysin Nəsirovun ona və uşaqlarına qarşı etdiyi psixoloji, fiziki, iqtisadi zorakılıqlardan qorunmaq üçün qanunvericiliyin tələblərinə əsasən o və uşaqları qısamüddətli mühafizə orderi ilə təmin olunmalıdır. Qanunvericiliyin tələblərini rəhbər tutaraq xx.xx.2021-ci ildə (poçt qəbzi əlavə olunur) ərizə ilə müraciət etmişdir. Orderdə məişət zorakılığından zərərçəkmiş şəxs olaraq ərinin hazırda ünvan 1 ünvanında qeydiyyatda olan - X2 yazılı xəbərdarlıq edilməklə ona qarşı məişət zorakılığının təkrar törətməsi, onu axtarması, ona yaxınlaşması, onunla söhbət etməyə və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onun hər hansı formada təqib edilməyini, ona zəng etməsi, mesaj və ya hər hansı elektron vasitələrdən istifadə edərək məktub və ya ismarıc yazması, ona narahatlıq gətirən digər hərəkətləri etməsi qadağan edilməsi, həmçinin qısamüddətli mühafizə orderinin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi haqqında məlumat göstərilməsini xahiş etmişdir. Ərizə ilə bağlı o, vəkili ilə birgə Nərimanov İH-nə dəvət olunaraq məişət zorakılığı ilə bağlı ətraflı məlumat vermişdirlər. Lakin bu günə qədər o, Nərimanov İH tərəfindən “qısa müddətli mühafizə orderi ilə” təmin edilməmişdir. Cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olumuş müddət ərzində ərizəyə baxılmaması nəticəsində o, məişət zorakılığından müdafiə vasitəsi olan “qısa müddətli mühafizə orderindən” məhrum olunmuşdur bu da onun və uşaqlarının əlavə stress, əsəb gərginliyi keçirməyinə səbəb olmuşdur. Hesab etmişdir ki, inzibati orqan qanunvericiliyin tələblərinə riayət etmədiyi və hüquq pozuntusuna yol verdiyi üçün ona 5000 manat məbləğində kompensasiya ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Salyan rayonu, Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 472314 nömrəli, xx.xx.2009-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X3 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanılmışdır. Ərə Nəsirov, arvada Nəsirova soyadları verilmişdir. - Salyan rayonu, Qaraçala qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 533208 nömrəli, xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası İddiaçı olan X8 xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 799221 nömrəli, xx.xx.2011-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası İddiaçı olan X6 xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuşdur. - “Təmiz Dünya” X7 Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 171 №-li psixoliji rəydən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodron yaşayış masivində yerləşən “Təmiz Dünya” X7 Birliyinin nəzdində fəaliyyət göstərən Reabilitasiya və Reintegrasiya Mərkəzi ilə aşağıda imza edən tərəflər arasında xx.xx.2021-ci il tarixində xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X1 qəbul edilmişdir, sığınacağa daxil olan zaman psixoloji vəziyyəti: kompleks şəkili fobiya, diqqət əksikliyi, emosianal gərginlik, yuxu pozğunluğu, stress aşkar edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən və "xxxx" MMC-nin ********* №-li, xx.xx.2021-ci il tarixli məxaric qəbzindən görünür ki, iddiaçı cavabdehə müraciət edərək ona və uşaqları xx.xx.2009-cu il təvəllüdlü Nəsirova Aida və xx.xx.2011-ci il təvəllüdlü Nəsirov Əliyusif adlı uşaqları 30 gün müddətinə qısamüddətli mühafizə orderi verilməsini, orderdə məişət zorakılığından zərərçəkmiş şəxs olaraq ərinin hazırda ünvan 1 ünvanında qeydiyyatda olan X2 yazılı xəbərdarlıq edilməklə ona qarşı məişət zorakılığının təkrar törətməsi, onu axtarması, ona yaxınlaşması, onunla söhbət etməyi və ya hər hansı şəkildə əlaqə qurmağa cəhd etməsi, onun hər hansı formada təqib edilməyini, ona zəng etməsi, mesaj və ya hər hansı elektron vasitələrdən istifadə edərək məktub və ya ismarıc yazması, ona narahatlıq gətirən digər hərəkətləri etməsi qadağan edilməsi, həmçinin qısamüddətli mühafizə orderinin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi haqqında məlumatın göndərilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin “qısamüddətli mühafizə orderinin” verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində iş üzrə icraata xitam edilməli, “cavabdehdən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş 5000 manat məbləğində ziyana görə kompensasiyanın ödənilməsi” hissəsində isə iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8641/2021 nömrəli qərardadı ilə İddiaçı müraciətinə 30 (otuz) gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri, Cavabdehə həvalə edilmiş, Bakı şəhəri, Cavabdeh tərəfindən İddiaçı 07 iyun 2022-ci il tarixli, 01 nömrəli qısamüddətli mühafizə orderi verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qısamüddətli mühafizə orderinin verilməsinə dair tələbi təmin olunduğundan, işin mahiyyəti üzrə həmin hissədə mübahisənin artıq mövcud olmadığından iddia tələbinin “qısamüddətli mühafizə orderinin verilməsi” hissəsində iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehdən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş 5000 manat məbləğində ziyana görə kompensasiyanın ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtinanı almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia “kompensasiyanın ödənilməsi” hissəsində mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiasının “qısamüddətli mühafizə orderinin” verilməsi” hissəsində iş üzrə icraata xitam verilsin. İddiaçı iddiası “kompensassiya ödənilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1636/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1636/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver