Məhkəmə qərarları › İş №2-1(112)-1636/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1636/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1636/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, -, ev 1370 (C.Cabbarlı küçəsi, ev 83) (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında yerləşən 716,5 kv.metr torpaq sahəsinin İddiaçı Mərət oğluna məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ev 1370 (Yeni qaydalarla: ünvan 2 ünvan və hazırda olan ünvan ünvan 3 yerləşən, sahəsi 716.5 kv.metr olan, torpaq sahəsi və onun üzərində olan yaşayış evi iddiaçıya babasından qalmış və iddiaçının və ailəsinin daimi istifadəsindədir. Fərdi yaşayış evini vərəsəlik qaydasında adına salaraq çıxarış almış, ancaq torpaq sahəsinə dair müraciət edildikdə isə buna dair imtina edilmişdir. İmtina ondan ibarət olmuşdur ki, texniki pasport arxivdə yoxdur. Qərarla 400 kv. metr olsa da texniki pasportda torpaq sahəsi 716.5 kv. metrdir. Cavabdehin imtinası əsassızdır və məhkəmə qaydasında onun torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilə bilər. Belə ki, torpaq sahəsi ayrılan vaxtdan iddiaçının ailəsinin daimi istifadəsində olmaqla orada yaşayırlar. Torpaq sahəsi üzərində əvvəlki evdə qalmışdır, sonradan müəyyən artımlar edilmişdir. Arxivdə hər hansısa sənədin olmaması və ya hər hansısa yalnışlığın məsuliyyəti vətəndaşın üzərində qalmamalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 ünvan 4 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş və **********14 nömrəli, xx.xx.2024-cü il tarixli, məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş texniki pasport barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Eyni zamanda, həmin texniki pasportla idarənin arxivində mövcud olan sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, Maştağa Rayon ZDS İcraiyyə Komitəsinin 42 nömrəli qərarı ilə 1954-cü il tarixində torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, lakin texniki pasportda evin tikilmə tarixi 1953-cü il kimi göstərilmiş, həmçinin pasportda əmlakın ünvanı ünvan 5 Sabunçu rayonu, Maştağa qəsəbəsi, ev 1370 kimi qeyd olunmuşdur. Elektron kadast məlumatına əsasən təqdim edilən texniki pasportla torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Həmçinin torpaqayırma sənədində torpaq sahəsinin ölçüsü 400 kv.m, texniki pasportda 716,5 kv.m qeyd olunmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü isə 0,1058 ha-dır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı fərdi yaşayış evinə bitişik sahədə əlavə yaşayış və köməkçi otaqların inşa edilərək genişləndirildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 10.1969-cu il tarixli texniki pasporta əsasən ünvan 6 ünvanında 716,5 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı Mərət oğluna məxsusluğu müəyyən olunur. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, -, ev 1370 (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Qanun üzrə vərəsəlik hüququ haqqında 13 fevral 2024-cü il tarixli Şəhadətnaməyə əsasən xx.xx.1983-cü il tarixdə vəfat etmiş İddiaçı Mərət oğlunun vərəsələri: oğlu X5 idi, lakin onun xx.xx.2003-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun nəvələri: İddiaçı, X10, X3, gəlini X1 və onların hər biri miras əmlakdan ¼ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, -, ev 1370 (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 15 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.2024-cü il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən X10, X3, X4 onlara çatası miras payı iddiaçıya bağışlamışlar. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 7 ünvan rekviziti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Əvvəlki ünvanı ünvan 8 Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 9 ünvan rekviziti təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi əvvəlki müraciət zamanı təqdim edilmiş texniki pasporta əsasən 0,07165 ha olsa da, faktiki olaraq 0,1058 ha təşkil edir. Həmçinin sahə üzərində mövcud olan fərdi yaşayış evi reyestrdən çıxarışa əsasən sahəsi 15 kv.m qeyd olunsa da, faktiki olaraq ümumi sahəsi 79,2 kv.m təşkil edir. Qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi **********20-10301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Əvvəlki müraciət zamanı təqdim edilmiş fərdi yaşayış evinə dair texniki pasportda 1 və 2 saylı otaqlar naturada mövcuddur. Həmin sahələrə bitişik əlavə yaşayış və köməkçi sahələr inşa edilərək genişləndirilmişdir. Bundan əlavə torpaq sahəsində ikimərtəbəli yaşayış evi (yarımçıq vəziyyətdə) mövcuddur. Ümumi sahəsi 79.2 kv.m olan fərdi yaşayış evinin (faktiki vəziyyətinə uyğun) planı əlavə olundu. İdarənin arxivində qeyd olunan fərdi yaşayış evinə dair texniki pasport aşkar edilmədiyindən torpaq sahəsinin sərhəd qonşuluğunda yerləşən digər torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin mərhum babasına məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 10.1969-cu il tarixli texniki pasporta əsasən ünvan 6 ünvanında 716,5 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı Mərət oğluna məxsusluğu müəyyən edilir. İddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh təqdim edilmiş texniki pasport barədə məlumatın idarənin arxivində aşkar edilmədiyini, həmin texniki pasportla idarənin arxivində mövcud olan sənədlər arasında uyğunsuzluğun mövcud olduğunu, fərdi yaşayış evinin ünvanı ilə bağlı qeyri-müəyyənlik olduğunu, həmçinin texniki pasportda torpaq sahəsinin 716,5 kv.m qeyd olunsa da, faktiki sahənin 1058 kv.metr olduğunu əsas götürərək iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, həmin hallar iddiaçının tələbindən imtinaya əsas deyildir. Belə ki, Maştağa Rayon ZDS İcraiyyə Komitəsinin torpaq ayırma barədə qərarı 1954-cü ildə verilmiş olsa da, texniki pasportda evin tikilmə tarixinin 1953-cü il kimi göstərilməsi uyğunsuzluq hesab edilə bilməz. Belə ki, fərdi ev torpaq sahəsinin ayrılmasından daha öncə də inşa edilə bilərdi. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daha artıq olmasına gəldikdə qeyd edilməlidir ki, iddiaçı məhz sənəd üzrə olan sahəyə mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Torpaq sahəsində yerləşən tikililərin ölçüləri və sair məsələlər də mübahisənin amhiyyəti üzrə hər hansı əhəmiyyət kəsb etmir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, -, ev 1370 (C.Cabbarlı küçəsi, ev 83) (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında yerləşən 716,5 kv.metr torpaq sahəsinin iddiaçının mərhum babası İddiaçı Mərət oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, -, ev 1370 (C.Cabbarlı küçəsi, ev 83) (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında yerləşən 716,5 kv.metr torpaq sahəsinin İddiaçı Mərət oğluna məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar