Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1637/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1988-ci ildə anadan olmuş, xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilədək N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş, ailəlidir, 3 övladı var. Vətən müharibəsi zamanı könüllü olaraq Ağdam rayonundan 2020-ci ilin noyabr ayının 11-də hərbi xidmətə getmidir. Onları Ağcabədi rayonunda N noyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə qəbul etmişlər, sonradan N nömrəli hərbi hisənin nümayəndələri N nömrəli hərbi hissədən onunla birlikdə N nəfər əsgər seçilib, 08 noyabr 2002-ci il tarixdə Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişlər. N noyabr 2020-ci ildə atəşkəsdən sonra onlar Seyfəli poliqonuna gəldikdən sonra 13 dekabr 2020-ci il tarixdə ehtiyata buraxmışlar. Onunla birlikdə xidmət keçən əsgər Ağayev Pərviz və Vəliyev Sənan müharibə veteranı adı və vəsiqəsi ilə təmin ediblər. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli və Xocavənd rayonları istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunması məqsədi ilə cavabdehə müraciət etmiş, lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun dəfələrlə ediən müraciətinə cavab vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, N nömrəi hərbi hissənin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissədə öz xidməti vəzifəsini yerinə yetirmiş, xx.xx.2020-ci il tarixdə, saat 17 radlərində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzində Fizuli rayonu, Qacar kəndinə göndərilmiş, ona heç bir silah, sursat və təchizat təhkim edilməmiş, xx.xx.2020-ci il tarixdə Fizuli rayon, Dilağarda kəndində komplektləşdirmə başlayarkən döyüş əməliyyatları bitmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəzifəsinin veriləsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli məktubundan da, görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissədə öz xidməti vəzifəsini yerinə yetirmiş, lakin, xx.xx.2020-ci il tarixdə Fizuli rayonu Dilağarda kəndində komplektləşdirmə başlayarkən döyüş əməliyyatları bitdiyinə görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazilər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 4/3-31N nömrəli məktubla imtina edilmişdir.
8. İddiaçıya məxsus AO seriyalı, ******* nömrəli Hərbi biletin 13 və 14-cü səhifəsindəki N nömrəli hərbi hissə komandiri tərəfindən aparılmış qeydlərə əsasən İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Füzuli və Xocavənd rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir.
9. Azərbaycan Rspublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 99 nömrəli göndərişə əsasən 1988-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci ildə müvafiq hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə qədər N və N saylı hərbi hissədə hərbi xidmət keçib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 274 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı səhəti ilə əlaqədar olaraq müayinə olunması üçün göndərilmişdir.
10. Azərbaycan Rspublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 799 nömrəli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən qismən səfərbəliyə cəlb edilmiş və xx.xx.2020-ci ildə müvafiq hərbi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə qədər N və N saylı hərbi hissədə hərbi xidmət keçib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli, 274 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 6555 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən İddiaçı şəhadətləndirilərək Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 2146 nömrəli, 17 iyul 2024-cü il tarixli məktubla bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 2006- 2007-ci il, N nömrəli hərbi hissə komandirinin 2020-ci, N nömrəli hərbi hissə komandirinin 2020-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə araşdırma apara bilmirlər.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 2249 nömrəli, 29iyul 2024-cü il tarixli məktubla bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədəki xidməti barədə məlumat almaq üçün N nömrəli hərbi hissəyə müraciət edilməsi məqsədəuyğundur.
14. N nömrəli hərbi hissə tərəfindən iddiaçıya və Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4648 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə öz xidməti vəzifəsini yerinə yetirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə axşam saat 17:00 radələrində Ağcabədi rayon 2-ci Tamamlama mərkəzində Fizuli rayonunun Qacar kəndinə göndrilmişdir. Ona dair heç bir silah, sursat və hər hansı növ təchizat təhkim edilməmişdir. xx.xx.2020-ci il tarixdə Fizuli rayonunun Dilağarda kəndində komplektləşdirmə balayarkən döyüş əməliyyatları artıq bitmişdir. xx.xx.2020-ci il tarixdə onun daimi xidməti yerinə (Şəmkir rayonu, Seyfəli təlim mərkəzi) qayıtması barədə sərəncam verilmiş, xx.xx.2020-ci il tarixdə isə daimi xidmət yerində yerləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, o, döyüş əməliyyatlarında iştirak etmədiyi üçün döyüş iştirakılarına nəzərdə tutulmuş təltiflərlə təltif olunması məqsədəuyğun hesab edilməmişdir.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 13 may 2025-ci il tarixli, 3-25-29/2-929/2025 nömrəli məktubla bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 2006-2007-ci il, N nömrəli hərbi hissə komandirinin 2020-ci il tarixli nizami hissə üzrə əmrləri və N nömrəli hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı etməsi barədə araşdırma apara bilməmişlər.
16. N nömrəli hərbi hissə tərəfindən Hüquq İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-170/2-1397/25 nömrəli məktubla bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində hərəkəti barədə əmrdən çıxarışları təqdim edilmişdir. Məktubun qeyd hissəsində göstərilmişdir ki, ehtiyatda olan əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində Fizuli və Xocavənd raonları istiqamətində gedən döyüşlərə cəlb olunması barədə heç bir məlumat yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
22. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir.
23. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
25. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Strateji X1 tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir: ...
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
29. İşin hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı hazırkı mübahisədə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir.
30. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddiaçının arzuladığı hüquqi nəticəyə çatması üçün hazırki qərarda sadalanan qanunvericilik aktlarının tələbləri baxımından tələb olunan sənədlər - hərbi bilet, hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edilməlidir.
31. İş materiallarından müəyyən olunur ki, iddiaçı yuxarıda sadalanan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədləri təqdim etmiş və həmin sənədlərdən onun döyüş əməliyyatlarında iştirak etməsi sübuta yetirilmiş, cavabdeh inzibati orqan isə bu halın əksini təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir.
32. Beləliklə, iddiaçının hərbi biletindən, iş materiallarında olan digər sənədlərdən, eləcə də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş cavab məktublarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi və həmin hərbi hissənin N sentyabr - N noyabr 2020-ci il tairxlərdə Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmuşdur.
33. Bu səbəbdən cavabdehin iddiacıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
34. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 1017/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında sərgilənmişdir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. N. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva