Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1638/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında şəhadətamədə milliyətin “alman” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus sənədlərdə və X7 məxsus Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş və doğum haqqında akt qeydləri kitabında 1182 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətamədə milliyətinin “alman” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı alman milliyətinə mənsub olduğu üçün ona məxsus sənədlərdə və eləcə də uşaqlarına məxsus doğum haqqında şəhadətnamələrdə miliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsini istəyir. Hal-hazırda onun alman milliyətinə mənsub olmağı faktının müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı X1 qeydiyyatı orqanına (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi) X1 qeydinə ona məxsus sənədlərdə (eləcə də uşaqlarına məxsus doğum haqqında şəhadətnamələrdə) onun miliyyətinin “azərbaycanlıdan” “almana” dəyişdirilməsi haqqında ərizə ilə müraciət etmişdir. Lakin X1 qeydiyyatı orqanı (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi) tərəfindən cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində miliyyətin “azərbaycanlı”dan “alman”a dəyişdirilməsi imkanları xaricindədir. Nərimanov rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət olunsa da, məhkəmə tərəfindən ərizənin icraata qəbul olunmasından imtina edilmiş və mübahisəyə inzibati məhkəmədə baxılmalı olması qənaətinə gəlinmişdir. Aşağıda göstərilən hüquqi əsaslara görə iddiaçı hesab edir ki, X1 qeydinə ona məxsus sənədlərdə (eləcə də uşaqlarına məxsus doğum haqqında şəhadətnamələrdə) onun miliyyətinin “alman” kimi göstərilməsi öhdəliyi Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən icra edilməlidir. İddiaçı hesab edir ki, X1 qeydiyyatı orqanı tərəfindən onun anası X4 alman milliyyətinə mənsub olması faktı nəzərə alınmamışdır. Belə ki, Bakı şəhəri VVAQ Caparidze şöbəsi tərəfindən verilmiş 12 iyun 1956-cı il tarixli iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə anasının milliyyəti “alman" olaraq göstərilmişdir (əlavə edilir), bu isə faktiki olaraq onun alman milliyyətinə mənsubluğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq vətəndaşın hüquq və azadlıqları ümumi qəbul edilmiş beynəlxalq hüquq prinsipləri və normalarına və həmin Konstitusiyaya müvafiq olaraq tanınır və zəmanət verilir. İnsanların əsas hüquq və azadlıqları özgəninkiləşdirilmir və hər kəsə doğulandan məxsusdur. Hər kəs öz milli mənsubiyyətini təyin etmək və göstərmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının ali hüquqi qüvvəyə malik olduğunu nəzərə alaraq vətəndaşın məhkəmə qaydasında milli mənsubiyyətinin müəyyən edilməsinə X1 qeydinə dəyişikliklərin (düzəlişlərin) daxil edilməsi vasitəsilə birbaşa təsir edilməsi yolveriləndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş X1 X5 2.8-ci bəndinə əsasən Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti akiarının arxivində, Naxçıvan Muxtar Respublikasının X1 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; İddiaçı hesab edir ki, X1 qeydində ona məxsus sənədlərdə (eləcə də uşaqlarına məxsus doğum haqqında şəhadətnamələrdə) onun miliyyəti “alman” kimi göstərilməlidir. Belə ki, ona məxsus Caparidze rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1956- cı il tarixli, İ ИE 083995 №-li doğum haqqında şəhadətnamədən görünür ki, ana qrafasında X8 qeyd olunmaqla milliyyət qrafasında alman qeyd olunmuşdur.
3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək bildirilmişdir ki, iddia X7 və İddiaçı münasibətdə ayrılıqda qaldırılmalıdır. Həmçinin iddia tələbi həmin şəxsə aid vətəndaşlıq vəziyyəti aktına dair qeydə (hansı qeyd göstərilməklə) dəyişiklik edilməsi kimi dəqiqləşdirilməklə tələblə bağlı X9 tərəfindən inzibati orqana müraciət edilməlidir.
4. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə kəskin ürək çatmamazlığından ölmüşdür.
5. Məhkəmənin xx.xx.2022-cu il tarixli qərardadı ilə X9 hazırki inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq İddiaçı ilə X2 adına tərtib olunmuş 1167 saylı xx.xx.1990-cı il tarixli nikah haqqında akt qeydi və X6 adına tərtib olunmuş 1182 saylı xx.xx.1992-ci il tarixli doğum haqqında akt qeydi təqdim olunmuşdur.
7. X6 adına tərtib olunmuş doğum haqqında akt qeydindən görünür ki, İddiaçı və X3 milliyəti azərbaycanlı olaraq göstərilmişdir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin 23 noyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı doğum haqqında akt qeydi Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən 1264 saylı xx.xx.1956-cı il tarixli akt qeydi ilə qeydə alınmışdır.
9. Məhkəmə iclasında tərəflər iştirak etmir.
II. İddianın mümkünlüyü
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
12. Belə ki, iddiaçı hansı sənədi göstərmədən özünə məxsus sənədlərdə və oğluna aid olan doğum haqqında akt qeydində milliyətinin “alman” kimi qeyd edilməsini tələb edir.
13. Bununla bağlı iddiaçıya hüquqi marağına uyğun iddianın qaldırılması ilə bağlı hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən ağlabatan müddət təyin edilməsinə baxmayaraq, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir).
14. Məhkəmə qeyd edir ki, “X1 dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.8.1-ci maddəsinə əsasən uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 reyestri xidmətində (bundan sonra - X1 reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının X1 arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun vazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir. Qaydanın 2.9-cu bəndinə əsasən, bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
15. Odur ki, iddiaçı özünə münasibətdə hansı sənədində düzəliş edilməsini qeyd etmədiyindən (dəqiqləşdirmədiyindən), oğluna münasibətdə isə (yetkinlik yaşına çatmış şəxs olduğu üçün) müvafiq tələblə X9 özü müraciət etməli olduğundan iddia mümkün sayılmamalıdır.
16. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva