Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1640/2024 05.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin göndərişin təqdim edildiyi tarixdən müəyyən edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin göndərişin təqdim edildiyi tarixdən müəyyən edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1964-cü il iyun ayının 08-də Bakı şəhərində anadan olmuşdur. xx.xx.2012-ci il tarixdə ona 2-ci qrup əlilliyə görə təqaüd təyin edilmişdir. 2021-ci il iyun ayında TSEK-dən keçmək üçün Yasamal rayonu 3 saylı poliklinikaya müraciət etmişdir. Sahə həkimi müayinə və müalicə olunması üçün bir aydan sonra xx.xx.2021-ci il tarixdə ona X3 göndəriş verdi. Göndərişə əsasən xəstəxanada müayinə və müalicə alıb xx.xx.2021-ci il tarixdə ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışı sahə həkiminə təqdim etmişdir. Buna baxmayaraq yalnız yenə də bir aydan sonra xx.xx.2021-ci il tarixdə telefonuna “Əlavə müalicəyə ehtiyac olması səbəbindən əllilik təyinatından imtina edilmişdir” mesajı gəlmişdir. Bununla əlaqədar sahə həkiminə müraciət etmişdir. Yenə də, bir aydan sonra heç bir səbəb olmadan sahə həkimi ona xx.xx.2020-ci il tarixdə “X6 Cinayət Xəstəliklər İnstitutuna” göndəriş verdi. Həmin xəstəxanada müayinə və müalicə olunub xx.xx.2021-ci il tarixdən çıxarışı poliklinikaya təqdim etmişdir. Sahə həkimi 3-cü dəfə ona “X4” göndəriş verdi. X5 təkrar müayinə və müalicə olunub xx.xx.2021-ci il tarixdə xəstəlik tarixində çıxarışı sahə həkiminə təqdim etmişdir. Yenə də, bir aydan sonra xx.xx.2021-ci il tarixdə telefonuna 2750003AA FPU № göndəriş natamam doldurma səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır mesajı gəlmişdir. Bununla əlaqədar poliklinikaya dəfələrlə müraciət etməsinə baxmayaraq yalnız 3 aydan sonra xx.xx.2022-ci il tarixdə yenə də, telefonuna ******* AA FXC № göndəriş natamam doldurma səbəbindən səhiyyə müəssisəsinə geri qaytarılmışdır mesajı gəlmişdir. Bundan sonra məcbur olub “Dost” xidmətinə müraciət etmişdir. Orada ona bildirmişlər ki, bu süründürməçilikdir və DTSEK-yə getməyi dedilər. O da, həmin kommisiyaya müraciət etmişdir. Orada əlliliyi xx.xx.2022-ci il tarixdən bərpa edilmişdir. Bildirir ki, bütün sənədləri 4 ay müddətində səhiyyə müəssisəsinə təqdim etməsinə baxmayaraq, heç bir səbəb olmadan yalnız 9 aydan sonra xx.xx.2022-ci il tarixdə əlliliyi bərpa edilmişdir.
3. Məhkəmənin 2-1(112)-11830/2023 saylı 05 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2022-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin, tibb müəssisəsinin göndərişi təqdim etdiyi xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə aparılmış əlillik təyinatının müddəti xx.xx.2021-ci il tarixində bitmiş, sonradan iddiaçının əlillik vəziyyətinə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma.teztez boğulma tutmaları ilə.Hormondan asıllıq ağır gedişli Ağırlaşma J96.1 Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlıgı İİİ dərəcə. Ağırlaşma J43.9 Dəqiqləşdirilməmiş emfizema, Ag ciyərlərin emfizeması Yanaşı xəstəliklər F48.8 Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar, Asteno-nevrotik vəziyyət Yanaşı xəstəliklər İ25.2 Əvvəllər keçirilən miokard infarktı, i20.8-ÜİX.İnfarkdan sonrakı kardioskleroz. Yanaşı xəstəliklər K26.4 Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə Onikibarmaq bağırsağın xora xəstəliyi. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mər Yanaşı xəstəliklər İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ritm pozğunluğu,ekstrosistolik aritmiya.Stend implantasiyası (2014); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41...;” müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1 -ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də, daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən 8 ay keçdikdən sonra qiymətləndirmə əlillik qiymətləndirilməsi nəticəsində yenidən əlillik müəyyən edilmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasn: - xxxxxxx0001 nömrəli akta əsasən “Bronxial astma i\a forma, ağır gedişli, tez-tez tutmaları ilə. Mədənin xorası, qanaxmaya meyilli. TÇ İİ dər.” diaqnozu ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. - xxxxxxx0002 nömrəli akta əsasən “Bronxial astma i\a forma, ağır gedişli, tez-tez tutmaları ilə. ÜİX-yi.qeyri stabil gərginlik stenokardiyası stent qoyulmasından s/v.Xroniki qastrit.TÇ İİ dər.” Diaqnozu ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. - xxxxxxx0003 nömrəli akta əsasən “Bronxial astma infeksion allergik formaTÇ.Allergik renit.” diaqnozu ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 1 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. - xxxxxxx0004 nömrəli akta əsasən “Bronxial astma infeksion allergik formaTÇ.Allergik renit.” diaqnozu ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-cı il tarixədək 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. - xxxxxxx0005 nömrəli akta əsasən “Bronxial astma, qarışıq variant, ağır gedişli. Kəskinləşmə fazasında. Hormondan asıllıq. Tam nəzarət. Ağciyərlərin emfizeması.Tənəffüs çatmamazlığı İİ dər. Onikibarmaq bağırsağın xora xəstəli.ÜİX.stabil gərginlik stenokardiyası İİfs.İnfarkdan sonrakı kardioskleroz. Asteno-nevrotik vəziyyət. Hipertoniya xəstəliyi İİ dər.” diaqnozu ilə iddiaçının əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı var” göstərilmişdir. - xxxxxxx0006 nömrəli akta əsasən “Qarışıq astma, Bronxial astma qarışıq forma.tez-tez boğulma tutmaları ilə. Hormondan asıllıq” diaqnozu ilə (X1: X Sinif- Tənəffüs sistemi xəstəlikləri =˃ J40-J47 – Aşağı tənəffüs yollarının xroniki xətəlikləri =˃ J45 – Astma =˃ J45.8. Qarışıq astma) iddiaçının əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi “Göndərişin natamam doldurulması – Səbəb: son 5 il ərzində stasionar müalicəsi haqqında məlumat yoxdur (2021-ci ildən başqa)” göstərilmişdir. - xxxxxxx0008 nömrəli akta əsasən “Qarışıq astma, Bronxial astma qarışıq forma.tez-tez boğulma tutmaları ilə. Hormondan asıllıq ağır gedişli” əsas diaqnoz ilə (X1: X Sinif-Tənəffüs sistemi xəstəlikləri =˃ J40-J47 – Aşağı tənəffüs yollarının xroniki xətəlikləri =˃ J45 – Astma =˃ J45.8. Qarışıq astma) iddiaçının əlillik dərəcəsi xx.xx.2022ci il tarixdə qiymətləndirilərək ona müddətsiz ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir.
10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən baxılaraq bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Qeyd edilmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci ildən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də, daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Odur ki, əlilliyin son bitmə tarixi xx.xx.2021-ci il tarixinə təsadüf etdiyindən və əlilliyin bitmə tarixi ilə yeni təyinat tarixi arasında qanunvericilikdə müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən ona əvvəlki dövrə dair ödənişin verilməsi mümkün deyildir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
17. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin təyin edilməsinə əsas olan diaqnozla eyni diaqnoza malik olan tibb müəssisəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli göndəriş əsasında həmin göndərişin təqdim edildiyi tarixdən ona əlillik dərəcəsinin müəyyən edilməsinə yönəlmişdir.
20. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2012-ci il taixdə “Bronxial astma i\a forma, ağır gedişli, tez-tez tutmaları ilə. Mədənin xorası, qanaxmaya meyilli. TÇ İİ dər.” diaqnozu ilə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Sonradan eyni diaqnozla əlillik müddəti 1 il və 5 il uzadılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlilliyin müəyyən edilməsi üçün tibb müəssisəi xx.xx.2021-ci il tarixdə və daha sonra xx.xx.2021-ci il tarixdə cavabdehə müvafiq göndərişləri (088 nömrəli forma) təqdim etmiş, cavabdeh əlavə müalicəyə ehtiyacı olması, göndərişin natamam doldurulması- əsasları ilə iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə qərarları qəbul etmişdir.
21. Halbuki, daha sonra tibb müəssisəsinin göndərişi əsasında iddiaçının əlillik dərəcəsi təkrar qiymətləndirilərək xx.xx.2022-ci il tarixdə ikinci dərəcəli müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir.
22. Məhkəmə qeyd edir ki, iddiaçının 5 ilə təyin olunmuş əlilliyin müddəti xx.xx.2021-ci ildə bitmiş və eyni diaqnozla iddiaçıya növbəti əlillik müddətsiz olaraq xx.xx.2022-ci ildə müəyyən edilmişdir.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinin tələblərinə görə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin tarixinin qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
24. İddiaçının tələbi göstərilən maddi hüquq normalarının tələbi baxımından əsaslıdır.
25. Qeyd olunan mübahisə ilə bağlı mövcud məhkəmə təcrübəsi də formalaşmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-389/20224 saylı xx.xx.2024-cü il tarixli qərarı).
26. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
27. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
28. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
29. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
31. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
32. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
34. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
37. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
38. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin, tibb müəssisəsinin göndərişi təqdim etdiyi xx.xx.2021-ci il tarixindən müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva