Məhkəmə qərarları › İş №2-1(112)-16407/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16407/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16407/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “məcburi müalicəyə cəlb edilmə və əlilliyin dərəcəsinin müəyyən olunması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun məcburi müalicəyə cəlb olunması və əlillik dərəcəsinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri bildirmişdir ki, iddiaçı cavabdeh tərəfindən məcburi müalicəyə cəlb edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-in 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, məhkum İddiaçı müraciəti əsasında Cavabdeh tərəfindən cəza çəkdiyi müəssisənin Tibb-sanitar hissəsində məhkuma və onun tibbi sənədlərinə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən dəvət olunmuş mütəxəssislər tərəfindən baxış keçirilmiş, onun sağlamlıq durumunun hazırki vəziyyətinin qiymətləndirilməsi məqsədilə əlavə müayinədən keçirilməsi tövsiyyə edilmişdir. Bununla əlaqədar olaraq, məhkum İddiaçı 11.10- xx.xx.2025-ci il və 10.11-xx.xx.2025-ci il tarixlərdə İxtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülərək müayinələrdən keçirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Respublika Əlillərin Bərpa Mərkəzinə daşınaraq orada zəruri müayinələrdən və mütəxəssis baxışından keçirilmişdir. Aparılmış müayinə və mütəxəssis baxışı nəticəsində İddiaçı səhhətində müəyyən edilən patologiyanın ağırlıq dərəcəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də nəzərdə tutulan meyarlarla uyğun olmamış və bu səbəbdən barəsindəki aidiyyəti məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Altsisteminin elektron bazasına daxil edilməsinə hüquqi əsas olmamışdır. Qeyd edilir ki, Əlilliyini dərəcəsinin müəyyən edilməsi məsələsi Cavabdeh səlahiyyətində deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh və Agentlik arasında qarşılıqlı razılaşmaya əsasən əlillik vəziyyətlərinin qiymətləndirilməsi zərurəti yaranan məhkumların barələrində göndərişlərin rəsmiləşdirilməsi Agentlikdə aparılan əyani müayinə nəticəsində müəyyən edilərək həyata keçirilir. Bununla əlaqədar İddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və ya patofunksional dəyişikliklər aşkarlanmamışdır. Göründüyü kimi iddiaçı 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Onun tələbi artıq hazırkı iş üzrə cavabdeh tərəfindən təmin edilmiş, 11.10- xx.xx.2025-ci il və 10.11xx.xx.2025-ci il tarixlərdə cavabdeh tərəfindən ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülərək müayinələrdən keçirilmişdir. Eyni zamanda iddiaçı xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq sağlamlıq vəziyyətində əlillik təyininə əsas verən ağırlaşmalar və ya patofunksional dəyişikliklər aşkarlanmamışdır. Yəni, cavabdeh iddiaçıya əlillik təyin edilməsi ilə bağlı öz üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Bu səbəbdən artıq iddiaçının tələbi cavabdeh tərəfindən təmin edilmişdir və tərəflər arasında mübahisə mövcud deyildir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə mövcud olmadığı üçün hazırkı vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, əlillik dərəcəsinin təyin olunması isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin yox, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin səlahiyyətlərinə aiddir. Bu səbəbdən, iddiaçı əlilliyin təyin edilməsi ilə bağlı həmin inzibati orqana müraciət edə, imtina aldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsina qarşı “məcburi müalicəyə cəlb edilmə və əlilliyin dərəcəsinin müəyyən olunması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar