Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1641/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası üzərinə əlilliyinin təyin edilməsi barədə öhdəliyin qoyulması və pensiya təminatının bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında N saylı hərbi hissədə mexanik, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə radiotelefonçu vəzifəsində xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi Bakı Ali Hərbi Komandanlıq məktəbində komanda taktiki rabitə qoşunu ixtisaslaşdırma - çoxkanallı və məxviləşdirmə rabitə ixtisası təhsil almış və oranı bitirmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi N saylı hərbi hissədə rabitə bölüyünün telefon taqımının komandiri olmuşdur. xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissənin taborun rabitə rəisi - taqqım komandiri vəzifəsində, xx.xx.2001ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi N saylı hərbi hissənin taborun rabitə rəisi - taqqım komandiri vəzifəsində işləmişəmdir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 1182 saylı sərəncaməna əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilmişdir). Hərbi Xidmət Keçmə haqqında əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 652 saylı xx.xx.2006-cı il tarixli əmri ilə ehtiyata buraxılmışdır və xx.xx.2007-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. xx.xx.2003-cü il tarixdə xidmətdə olduğu zaman teleqraf dirəyindən yıxılaraq sağ diz oynağı burxulmaqla zədə almışdır. Bununla əlaqədar və uşaq yaşlarından mövcud olan onurğa sütununda "S"vari skolioza görə MN MHKH-da müalicədə olmuş və hərbi xidmətə yararlılıq dərəcəsi dəyişilməklə xidmətini davam etdirmişdir. Aldığı xəsarətlə əlaqədar xx.xx.2006-cı il tarixdə ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2007-ci ildə, xx.xx.2008-ci ildə, xx.xx.2009-cu ildə, xx.xx.2010-cu ildə, xx.xx.2011-ci ildə. xx.xx.2012-ci ildə, xx.xx.2013-cü ildə, xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə və sonrakı illərdə müayinə olunaraq əlillik dərəcəsi təsdiqlənmiş, 2021-ci ilin dekabr ayınadək 2-ci qrup əlil kimi pensiya almış, lakin xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Eklspert Komissiyası tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsilə bağlı imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə təqdim edərək ona əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” məzmununda dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...,; Diaqnozun mətni: Funksiyanın müalayim dərəcədə pozulması ilə sağ diz oynağının içəri miniksinin hissəvi çıxarılması əməliyyatı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının 28.11,2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Funksiyanın mülayim dərəcədə pozulması ilə sağ diz oynağının iç miniksinin hissəvi çıxarılmasından sonrakı vəziyyət. Artrosopik subtotal meniksektomiyadan sonrakı vəziyyət.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması.Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.Diz oynaqlarında hərəkət məhdudluğu,ağrı sindromu ilə,hərəkətin pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla verilmiş xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması.Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.Diz oynaqlarında hərəkət məhdudluğu,ağrı sindromu ilə,hərəkətin pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin öynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının artrozu.Digər idiopatik skoliozlar. Daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz. döş tipli sklolioz.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edəri vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş əlillik təyinatı ilə bağlı sənədlərdən görünür ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 032888 nömrəli “İlkin müayinə üçün keçən əlillər üçün” Arayışına əsasən xx.xx.2006-cı il tarixli göndərişi əsasında xx.xx.2006-cı il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, Diaqnozun mətni: Funksiyanın mülayim dərəcədə pozulması ilə sağ diz oynağının içəri miniksinin hissəvi çıxarılması əməliyyatı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar” səbəbi ilə əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, növbəti müayinə tarixi xx.xx.2007-ci il olmaqla əlilliyi xx.xx.2008-ci ilədək bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 376949 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2009-cu ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2008-ci il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 989 nömrəli, xx.xx.2007-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 575844 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2010-cu ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2009-cu il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 928 nömrəli, xx.xx.2008-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 758364 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2011-ci ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2010, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 922 nömrəli, xx.xx.2009-cu il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 956267 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2012-ci ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2011, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 898 nömrəli, xx.xx.2010-cu il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı X7 Ekspert Komissiyasının 125814 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2013-cü ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2012-ci il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 920 nömrəli, xx.xx.2011-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 007733 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2014-cü ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2013-cü il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 997 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı X7 Ekspert Komissiyasının 093357 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2015-ci ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2014-cü il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 1016 nömrəli, xx.xx.2013-cü il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı X7 Ekspert Komissiyasının 470991 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2016-cı ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2015-ci, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 1163 nömrəli, xx.xx.2014-cü il tarixli müayinə aktı. İddiaçının əlillik vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması. Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət. Diz oynaqlarında hərəkət məhdudluğu, ağrı sindromu ilə, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət” səbəbi ilə növbəti müayinə tarixi xx.xx.2016-cı il göstərillməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması. Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət. Diz oynaqlarında hərəkət məhdudluğu, ağrı sindromu ilə, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət” səbəbi ilə növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının artrozu. Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. Hər iki aşağı ətrafda İİİ dərəcəli XVÇ, Ağırlaşma M 17.1 Digər birincili qonartroz, Sağ diz oynağının artrozu. Ağırlaşma T91.2 Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri, İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). Ağırlaşma M 62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası. Funksiyanın pozulması mülayim dərəcədə. Ağırlaşma M41.2 Digər idiopatik skoliozlar, Daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz. döş tipli sklolioz (L=36 dərəcə). Ağırlaşma M 24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası. Açıcı bükücü kontrakturası. Ağırlaşma İ 83.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. Ağırlaşma S22.0 Döş fəqərəsinin sınığı, ..İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). Ağırlaşma M54.5 Belin aşağı hissəsində ağrı, Th 9 fəqərəsinin kompression bitişmiş sınığı fəqərə yastılaşması. Ağırlaşma L 91.0 Hipertrofik çapıq. Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdə qoyulmuş diaqnoza münasibətdə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə qiymətləndirilmə aparılaraq diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10509/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, 4513 nömrəli məktubu ilə təqdim edilmiş T 512/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş D.V.Luqanskinin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 33 saylı şəhər poliklinikasında tərtib olunmuş xx.xx.2021 -ci il tarixli, 2767003AADXX saylı göndərişdə qeyd edilən və hazırda əziyyət çəkdiyi “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların maddələrindən hər hansı birini aid etmək mümkün olmadı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 1971 nömrəli məktubu ilə təqdim edilmiş T 269/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1975-ci il təvəllüdlü X3 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş D.V.Luqanskinin əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) “Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - artropatiyalar => M20-M25 oynaqların digər zədələnmələri => M23 - dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu qeyd edilmişdir. Vətəndaş D.V.Luqanskinin məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və ona “Onurğanın döş-bel tipli ikincili dərəcəli skoliozu (4 5°), spondilyoz, osteoxondroz, MRT müayinədə L4-L5 səviyyədə nevral kökə təmas edən 4,5mm ölçüdə yırtıq, L5-S1 3mm ölçüdə arxa-mərkəzi protruziya, kökcük ağrı sindromu, onurğanın hərəkət funksiyasının pozulması, hər iki diz oynağının birincili kontrakturası- 90°, sağ budun medial kondilusunda xondromalyasiya sahəsi-aseptik nekroz, daimi ağrılar, axsama və yerişin pozulması” diaqnozu müəyyən edilmişdir. 2. Hal-hazırda D.V.Luqanskinin əziyyət çəkdiyi xəstəliklə xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulan diaqnozlar tam üst- üstə düşür. 3. Vətəndaş D.V.Luqanskinin düçar olduğu xəstəliklərin tam reabilitasiyası mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirildiyi vaxt hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə ilkin olaraq xx.xx.2006-cı il tarixdə baxılmış və ona “Funksiyanın mülayim dərəcədə pozulması ilə sağ diz oynağının içəri miniksinin hissəvi çıxarılması əməliyyatı” diaqnozu, hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə 1 il müdətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlillik dərəcəsi təkrarən hər il keçirilmiş qiymətləndirmə nəticəsində-xx.xx.2007, xx.xx.2008,, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015-ci il tarixlərdə 1 il olmaqla ikinic dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə baxılmış və 5 il müddətinə xx.xx.2021-ci il tarixədək ikinci əlillik dərəcəsi verilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının sağlamlıq vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdə qoyulmuş diaqnoz əsasında baxılmış və diaqnoza münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə qiymətləndirilmə aparılaraq diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Beləliklə, cavabdehin növbəti dəfə əlillik təyinatından imtinanın əsasında iddiaçıya qoyulmuş əsas xəstəlik və ağırlaşmaların onun sağlamlıq vəziyyətinə uyğun olmaması, dolayısı ilə sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi ilə bağlı olmuşdur. İşin hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə zədələnməsinə görə ona onurğa sütunun döş nahiyyəsinin təsbit olunmuş ikinci dərəcəli (17, 11 dərəcə) “S”ə bənzər skoliozu, funksiyanın cuzi dərəcədə pozulması ilə, sağ diz oynağının medial meniskinin zədələnməsinə görə sağtərəfli meniskektomiya (19.07.05) cərrahiyyə əməliyyatından sonrakı kontrakturası, funksiyanın cuzi dərəcədə pozulması ilə “ diaqozu ilə sıradankənar hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçıya 2006-cı il tarixdən etibarən hər il diaqnozu əsasən “Meniskin təzə cırılması. Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət. Diz oynaqlarında hərəkət məhdudluğu, ağrı sindromu ilə, hərəkətin pozulması” ilə təkrar olaraq əlillik təyinatları aparılmışdır. İddiaçı barəsində sonuncu dəfə xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdəki diaqnozu əvvəlki diaqnozları ilə eyni kateqoriyadan olmuşdur. Belə ki, tibbi göndərişdə: Əsas diaqnoz- M23.2 Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının artrozu. Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. Hər iki aşağı ətrafda İİİ dərəcəli XVÇ, Ağırlaşmaları: M 17.1 Digər birincili qonartroz, Sağ diz oynağının artrozu. T91.2 Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri, İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). M 62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası. Funksiyanın pozulması mülayim dərəcədə. M41.2 Digər idiopatik skoliozlar, Daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz. döş tipli sklolioz (L=36 dərəcə). M 24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası. Açıcı bükücü kontrakturası. İ 83.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. S22.0 Döş fəqərəsinin sınığı, ..İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). M54.5 Belin aşağı hissəsində ağrı, Th 9 fəqərəsinin kompression bitişmiş sınığı fəqərə yastılaşması. L 91.0 Hipertrofik çapıq. R52.2 Digər daimi ağrı, Daimi kökcük ağrı sindromu. Məhkəmə icraatı gedişində xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88də qoyulmuş diaqnozun iddiaçının sağamlıq vəziyyətinə uyğun gəlib-gəlməməsi məqsədilə keçirdiyi məhkəmə tibbi ekspertizalarının nəticələrinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 2767003AADXX saylı göndərişdə qeyd edilən və hazırda əziyyət çəkdiyi “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu iddiaçının stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti “Onurğanın döş-bel tipli ikincili dərəcəli skoliozu (4 5°), spondilyoz, osteoxondroz, MRT müayinədə L4-L5 səviyyədə nevral kökə təmas edən 4,5mm ölçüdə yırtıq, L5-S1 3mm ölçüdə arxa-mərkəzi protruziya, kökcük ağrı sindromu, onurğanın hərəkət funksiyasının pozulması, hər iki diz oynağının birincili kontrakturası- 90°, sağ budun medial kondilusunda xondromalyasiya sahəsi-aseptik nekroz, daimi ağrılar, axsama və yerişin pozulması” diaqnozuna uyğundur və həmin diaqnoz iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulan diaqnozlarla tam üstüstə düşür. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu və iddiaçıda mövcud olan xəstəliyin tam reabilitasiyasının mümkün olmaması məhkəmə icraatı gedişində əldə edilmiş əlavə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında ağırlaşmalar M24.5, M41.2, İ83.9, L91.0 onun ikinci dərəcə əlillik dərəcəsi təyinatına əsas verir. Əlillik dərəcəsinin təyin edilmə tarixinə gəlincə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və əlillik təyinatından imtina edilmişdir. Hazırkı iş üzrə cavabdeh orqanın qeyd edilən imtinası məhkəmədə mübahisələndirilmiş və məhkəmə cavabdehin imtinasının əsassız olduğu qənaətinə gəlmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88 əsasında “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndində göstərilən müddət daxilində baxıb qiymətləndirmiş, bu halda iddiaçıya da hazırkı qərarla təmin olunan əlillik dərəcəsinin təyinatı məhz qiymətləndirmənin aparıldığı gündənxx.xx.2021-ci il tarixdən təyin edilməlidir. Əlillik dərəcəsinin müddətinə gəlincə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. -4.3-cü bəndinə görə əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, ikinci dərəcə əlillik aşağıdakı iki haldan birinin mövcud olduğu təqdirdə müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda. Hazırı işddən görünür ki, iddiaçı barəsində 2007-ci ildən etibarən xx.xx.2021-cı il tarixədək fasiləsiz olaraq 10 ildən artıq ikinci dərəcə əlillik təyinatları aparılmışdır. Odur ki, iddiaçıya hazırkı halda ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi qanunvericiliyin tələblərinə və işin faktiki hallarına uyğundur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1641/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1641/2023
24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver