Məhkəmə qərarları › İş №2-1(112)-16410/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16410/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16410/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 29.47 kv.metr olan 13 saylı mənzilə dair mənzil icarə müqaviləsi bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 35, 13 saylı mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1967-ci il tarixdə 009724 nömrəli order əsasında Bakı şəhəri, 4-cü mkr., Tbilisi prospekti (indiki M.Cəlal küçəsi) 35 saylı evin 13 saylı mənzili X9 verilmişdir. Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 59/8 nömrəli sərəncamı əsasında mənzil barəsində X1 Yuriy Aleksandroviçlə mənzil kirayə müqaviləsi bağlanmışdır. Mənzil Kommunal İstismar Sahəsində mənzilə dair X6 adına "Şəxsi hesab vərəqəsi" tərtib edilmişdir. İddiaçı isə X5 ara müqaviləsi əsasında 1993-cü il tarixdən hal-hazıradək həmin mənzildə qeydiyyatsız yaşayır. Mənzilin şəxsi hesab vərəqəsindən görünür ki, X10 1995-ci ildən həmin mənzildən qeydiyyatdan çıxmışdır. Mənzildə hazırda qeydiyyata olan heç kim yoxdur. Qeyd edilən hallar 77 saylı MKİS-in rəisi, mühəndisi və mühasibi tərəfindən tərtib edilmiş akt, arayışlar və şəxsi hesab vərəqəsi ilə öz təsdiqini tapır. İddiaçı mənzilə dair Bakı şəhəri Cavabdeh ilə kirayə müqaviləsinin bağlanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan müraciətin icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın müraciətdən imtina etməsi qanunsuz olmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh yazılı etirazında göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Calal küçəsi 35 nömrəli evin 13 nömrəli mənzilində yaşayan vətəndaş İddiaçı Bakı şəhəri Cavabdehnə 5-15/1-Ə-172-068/2023 saylı, 06.11.23-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək yaşadığı mənzilə kirayə müqaviləsini bağlanmasına dair müvafiq sərəncam verilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh 5-15/1-Ə-172-068/2023 saylı, 15.11.23-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, mənzilə dair hüquq müəyyənədici sənədlər təqdim etdikdən sonra qaldırdığı məsələyə baxıla bilər. “Yerli icra hakimiyyətləri haqqında ” Əsasnamənin 3.9.6-cı maddəsinə görə, yerli icra hakimiyyətləri başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirirlər. 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi əsaslarına uyğun olaraq, hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Yaşayış sahəsinin birtipli icarə müqaviləsini, yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlamaq qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn münasibətlərə, müvafiq hallarda SSR İttifaqının və Azərbaycan SSR-in mülki qanunvericiliyi qaydaları da tətbiq edilir. Sadalanan qanunvericilik aktları normalarına əsasən hesab edir ki, Cavabdeh 5-15/1-Ə-172-068/2023 saylı, 15.11.23-cü il tarixli məktubu qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafıəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin xx.xx.2023-cü il tarixli 5-15/2-4-Ə-172-068/2023 saylı imtina məktubu ilə bildirilmişdir ki, mənzilə dair hüquq müəyyənedici sənəd təqdim etdikdən sonra ərizəsində qeyd edilmiş məsələyə yenidən baxıla bilər. - Bakı Şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1967ci il tarixdə verilmiş 009724 nömrəli order əsasında Bakı şəhəri, 4-cü mkr., Tbilisi prospekti (indiki M.Cəlal küçəsi) 35 saylı evin 13 saylı mənzili X9 ayrılmışdır. - Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 59/8 nömrəli sərəncamı əsasında Bakı şəhəri, 4-cü mkr., Tbilisi prospekti (indiki M.Cəlal küçəsi) 35 saylı evin 13 saylı mənzili barəsində X1 Yuriy Aleksandroviçlə mənzil kirayə müqaviləsi bağlanmışdır. - Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 553 nömrəli, 06 noyabr 2023cü il tarixli arayışa əsasən X8 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 35 saylı evin 13 nömrəli mənzilindən ailəsi ilə birlikdə 1995-ci il tarixdən qeydiyyatdan çıxıb. - Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 552 nömrəli, 06 noyabr 2023-cü il tarixli arayışa əsasən o, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 35 saylı evin 13 nömrəli mənzilində 1993-cü il tarixdən hal-hazıra qədər qeydiyyatsız yaşayır. - Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Vüqar Həmzəyev, mühəndis Maşallah Camalov və mühasib Arzu Məmmədova bu aktı tərtib edirlər ondan ötrü ki, həqiqətən İddiaçı 1993-cü il tarixdən 4-cü mkr. Mir Cəlal küçəsi, ev 35, 13 nömrəli mənzildə qeydiyyatsız yaşayır. Həmin mənzilin sahibi olmuş X8 göstərilən ünvandan 1995-ci il tarixdən ailəsi ilə birlikdə qeydiyyatdan çıxıb. Hal-hazırda qeydiyyatda heç kim yoxdur. Aktın doğrulunu öz imzaları ilə təsdiq edirlər. - Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş Şəxsi hesab vərəqəsinə əsasən X8 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 35, 13 nömrəli iki otaqlı mənzildə 1995-ci ildən qeydiyyatdan çıxıb. Həmin sənədə əsasən tutulmuş sahənin ölçüsü 41,37 kv.m. təşkil edir, norma ilə isə 29,47 kv.m.-dir. İş materiallarından görünür ki, Bakı Şəhər Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş 009724 nömrəli order əsasında Bakı şəhəri, 4-cü mkr., Tbilisi prospekti (indiki M.Cəlal küçəsi) 35 saylı evin 13 saylı mənzili X9 ayrılmışdır. Daha sonra Nəsimi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 59/8 nömrəli sərəncamı əsasında X1 Yuriy Aleksandroviçlə mənzil kirayə müqaviləsi bağlanmışdır. Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlara əsasən X8 mübahisəli mənzildən ailəsi ilə birlikdə 1995-ci il tarixdən qeydiyyatdan çıxmış və iddiaçı mənzildə 1993-cü il tarixdən hal-hazıra qədər qeydiyyatsız yaşayır. Bu fakt Bakı şəhəri Cavabdeh Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli aktla və şəxsi hesab vərəqəsi ilə təsdiq edilir. Hal-hazırda mənzildə qeydiyyatda heç kim yoxdur. İddiaçı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbindən müraciətin icrasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən mənzildə həm faktiki olaraq 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Məhkəmə qeyd edir ki, hüquq münasibətlərinin yarandıgı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 17-ci maddəsinə görə Azərbaycan vətəndaşları dövlətin və ya ictimai qurumların mülkiyyətində olan mənzillərdən kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Qeyd olunan Məcəllənin 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Bakı ŞİH Başçısının 17 fevral 2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının adına mübahisəli mənzilinə dair aidiyyəti qurum tərəfindən order verilməsə də, müvafiq dövlət orqanının (təşkilatın) təşəbbüsü və səlahiyyətləri əsasında həmin mənzil ona verildiyindən, iddiaçı həmin yaşayış sahəsinin qanuni istifadəçisi hesab edilməlidir. Göstərilənləri, eləcə də iddiaçının həmin yaşayış sahəsində uzun müddət yaşamasını, habelə onun mənzildə yaşaması və onunla kirayə müqaviləsinin bağlanması başqa şəxslərin hüquqlarını pozmadığını (bu barədə məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir) nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçı ilə mənzilə dair kirayə müqaviləsinin bağlanmasından imtina etməsi qanuna ziddir və iddiaçının mənzil toxunulmazlıgı hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. Qeyd edilən yanaşma X12 məhkəməsinin təcrübəsinə də əsaslanır. X12 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X12 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi iddiaçının X12 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 35, 13 saylı mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 35, 13 saylı mənzilə dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar