Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1642/2020 19.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə xərclərini ödənilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, mənzil növbəsinə götürülmüş şəxs kimi yaşayış sahəsi ilə təmin olunana qədər müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 03.08.2000-ci il tarixdən 09.08.2010-cu il tarixədək AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. AR Müdafiə Nazirinin 09.08.2010-cu il tarixli, 0346 №-li əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü daimi yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçı Xətai rayonu ərazisində pasport qeydiyyatındadır. Xətai rayon İcra Hakimiyyəti Başçısının 41 saylı, 15.02.2016-cı il tarixli sərəncamına əsasən 1 nəfər ailə tərkibi ilə 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi güzəştli mənzil növbəsindədir. Lakin iddiaçı yaşayış sahəsi ilə təmin olunana qədər yaşaış sahəsi olmayan şəxs kimi cavabdeh tərəfindən müvəqqəti mənzilin kirayəsi üçün kirayə xərci ilə təmin olunmamışdır. İddiaçı və onun ailə üzvləri (həıyat yoldaşı və bir uşaq) kirayədə yaşayır.Yaşayış sahəsi ilə təmin olunana qədər AR Nazirlər Kabinetinin 174 №-li, 06.08.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin edilməyi barədə sərəncam verilməsi xahişi ilə iddiaçı cavabdehə müraciət etmişŞ lakin müraciətə 26.09.2019-cu il tarixli, M-298-029 №-li məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, AR Nazirlər Kabinetinin 174 №-li, 06.08.2012-ci il tarixli Qərarına əsasən yalnız 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşadıqları yaşayış məntəqələrində mənzil növbəsinə alınır və onlar mənzil sahəsi ilə təmin olunanadək yaşayış sahəsi olmayan şəxsi kimi kirayə xərcləri ilə təmin olunurlar. İddiaçının təqdim etdiyi sənədlərə əsasən, qeyd edilən müddət ərzində iddiaçı Hərbi Xidmətdə olmadığından onun xahişini təmin etmək mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası tam əsassız və qanunsuzdur. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddiaiddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 18076706 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1983-cü ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. İşdə olan: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 23 aprel 2018-ci il tarixli, 181 №-li arayışından görünür ki, 1983-cü il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı 03.08.2000-ci ildən 09.08.2010-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin 09.08.2010-cu il tarixli 0346 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Cavabdeh Başçısının 15.02.2016-cı il tarixli, 41 №-li sərəncamından çıxarışından görünür ki, vətəndaş İddiaçı 1 nəfər (özü) ailə tərkibində yaşayış yeri üzrə mənzil növbəsinə alınması və İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi güzəştli siyahıya daxil edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 08 dekabr 2015-ci il tarixli, 01/854 saylı arayışına əsasən, Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən İddiaçı adına torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı 333,74 manat məbləğində pensiya alır. - Tibbi Sosial Ekspert Komisiyasının 514993 nömrəli arayışından görünür ki, xx.xx.1983cü il təvəllüdlü İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlildir. - Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 12 dekabr 2015-ci il tarixli, **********59 və **********58 saylı arayışlardan görünür ki, Bakı şəhər inzibati ərazi vahidi üzrə X1 (həyat yoldaşı) ə İddiaçı adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 10.12.2015-ci il tarixli, 4200 saylı arayışın surətindən görünür ki, ehtiyyatda olan hərbi qulluqçu baş leytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. - Mənzilərin, evlərin (bağların) müvvəqi istifadəyə verilməsi barədə 06.03.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,65 kv/m, yaşayış sahəsi 42,65 kv/m, yardımçı sahəsi 18 kv/m olan 3 otaqlı mənzil X2 tərəfindən İddiaçı aylıq 350 manat müəyyən edilməklə kirayəyə verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Başçısının Aparatının 26 sentyabr 2019-cu il tarixli, M-298-029 saylı məktubundan görünür ki, İddiaçı “ehtiyatda olan hərbiçi kimi kirayə haqqının ödənilməsi”nə dair ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, o, Xətai rayon İcra Hakimiyyəti Başçısının 41 saylı, 15.02.2016-cı il tarixli, Sərəncamına əsasən, 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi güzəştli mənzil növbəsinə götürülmüş, lakin iddiaçı qeyd edilən müddət ərzində Hərbi Xidmətdə olmadığından, onun ərizəsini təmin etmək mümkün olmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xəstəliyə görə həqiqi hərbi xidmətdən buraxıldığına, həmçinin mənzil növbəsinə durduğununa əsaslanaraq, mənzil ilə təmin olunanadək ona kirayə xərclərinin inzibati orqan tərəfindən ödənilməsini tələb edir. Məhkəmə ilk öncə vurğulamağı zəruri hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu və Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə»Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li 06.08.2012-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən: 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə qüvvədə olan normativ hüquqi aktın tələblərini rəhbər tutaraq, qeyd etmək istəyir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Yaşayış sahəsi və ya yaşayış sahəsi alana kimi kirayə haqqı yalnız o halda verilir ki, vətəndaşın mülkiyyətində hər hansı bir əmlak mövcud olmasın və vətəndaşın kirayədə yaşaması ilə bağlı müvafiq sənədlər olsun. (kirayə müqaviləsi) İddiaçının hazırki iddia tələbi üzrə təqdim etmiş sənədlərdən də göründüyü kimi, iddiaçı Xətai rayon icra Hakimiyyətinin Başçısının sərəncamı əsasında mənzil növbəsinə durmuş, İİ qrup hərbi xidmət dövrü ilə əlaqədar əlil kimi güzəştli siyahıya alınmış və onun adına hər hansı bir mülkiyyət aşkar olunmamışdır. Cavabdehin imtinasının qanunsuz olmağının əsaslı səbəbi odur ki, cavabdeh iddiaçının müraciətinə imtina edərkən, iddiaçının hərbi xidmətinin yetərli olmadığına əsaslanmışdır. Halbuki, xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçulara kirayə müqaviləsi və ya kirayə xərci ödənilərkən, onların 15 təqvim ili ərzində həqiqi hərbi xidmətdə olması zəruri deyildir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı həqiqi hərbi xidmətdən “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxıldığından, həmçinin onun adına hər hansı bir əmlak olmadığından, o, cümlədən iddiaçı hazırda kirayə müqaviləsi əsasında ailəsi ilə birlikdə mənzildə yaşadığından, o, mənzil ilə təmin olunanadək, ona ailə üzvləri ilə birlikdə kirayə xərcləri verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülmüş şəxs kimi yaşayış sahəsi ilə təmin olunana qədər müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə