Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1643/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, 2017-ci ilin noyabr ayında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən hesablanmış pensiya məbləğinin saxlanılmasını, əmək pensiyasından tutulmuş 305,58 manat vəsaitin bərpa olunmasını və əyani təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını (bundan sonra – cavabdeh) göstərmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-792/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. X1 uşaqlıqdan serebral iflic xəstəsi olduğu üçün həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 50 yaşının tamam olması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmiş, eyni zamanda həmin vaxtda, yəni 2005-ci ilin noyabr ayında cərrahi əməliyyat olduğuna görə ona ümumi səbəblərdən 2-ci dərəcə əlillik verilmişdir. O, uşaqlıqdan əlilin anası kimi yaşa görə əmək pensiyası təyin olunduğunu bilərək hazıradək pensiya almışdır. Əyani təhsil dövrünün sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması üçün xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmiş, yenidən hesablanmanın nəticəsi barədə maraqlandıqda şöbənin əməkdaşları ona pensiyanın təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirildiyi, təqdim olunmuş sənədlərin həmin Filiala göndərildiyi və ona bu barədə yaxın zamanda məlumat veriləcəyi bildirmişdir. 2020-ci ilin noyabr ayının pensiyasını alan zaman həmin vaxta qədər aldığı 324,59 manat məbləğində pensiyasının azalaraq 245,62 manat məbləğinə azaldılması məlum olmuşdur. Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət etmiş, ona bildirilmişdir ki, 2005-ci il tarixdə təyin olunmuş pensiya əlilliyə görə pensiya olmuş, pensiyanın əlilliyə görə əmək pensiyası növündən yaşa görə pensiya növünə 2015-ci ilin iyul ayında keçirilmiş və yaşa görə pensiya təyin olunduqdan sonra işlədiyi müddət 6 il tamam olmadığı halda yenidən hesablama aparılmışdır. Əmək pensiyasından 2020-ci ilin noyabr, dekabr, 2021-ci ilin yanvar və fevral aylarında 60,60 manat, 2021-ci ilin mart ayında 63,18 manat məbləğində pul tutulur. Hətta bu tutulmanın xx.xx.2022-ci il tarixədək tətbiq olunacağı ona bildirilmışdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçı 2005-ci ildə əlilliyi olan şəxs hesab edilmiş və sığorta stajı kifayət etdiyi üçün həmin ildən də ona əlilliyə görə pensiya təyin edilmişdir: xx.xx.1955 + 15 il = xx.xx.1970; xx.xx.2005-xx.xx.1970 = 35 il 05 ay 09 gün; 35*4 ay=140 ay = 11 il 08 ay (təyinat zamanı İddiaçı sosial sığorta stajı isə 31 ildən çox idi). İddiaçı xx.xx.2015-ci il tarixində ərizə ilə müraciət edərək əlilliyə görə pensiyadan yaşa görə pensiya növünə keçmişdir. Ona görə də həmin tarixdən İddiaçı pensiyasının təyinat tarixi 2015-ci il hesab olunur. Lakin iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsinə əsasən onun pensiyası yanlış olaraq “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış, buna görə də xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək iddiaçıya artıq pensiya ödənilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 39.2-ci maddəsinə uyğun olaraq bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. L Y.Qəhrəmanovanın pensiyası 315,90 manat olduğu üçün onun pensiyasından tutulan məbləğ də 63,18 manat (315,90 * 0,2 = 63,18) təşkil edir. İddiaçı pensiyası yenidən hesablanarkən ona artıq ödənilmiş məbləğin pensiyasından tutulması barədə Qərar da qəbul edilmiş və Qərar qəbul edildiyi xx.xx.2021-ci il tarixində onunla əlaqə saxlanılması üçün təqdim edilmiş +994-55-210-22-66 mobil telefon nömrəsinə SMS formasında məlumat göndərilmişdir. Ona görə də hazırkı məhkəmə mübahisəsi şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) barədədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, işdə olan iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Qax rayon Qaxmuğal kəndində doğulmuşdur. İş materiallarında olan iddiaçının ərizəsindən görünür ki, xx.xx.2005-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət edərək ona 2-ci dərəcə əlilliyə görə pensiya təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin 503 nömrəli, xx.xx.2005-ci il tarixli qərarından görünür ki, iddiaçıya ilkin pensiya xx.xx.2005-ci il tarixdə 2-ci dərəcə əlilliyə görə təyin olmuşdur. İş materiallarında olan iddiaçının xx.xx.2015-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə müraciət edərək ona təyin olunmuş əlilliyə görə pensiyasının yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin 253 nömrəli, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq qərara əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixə sosial sığorta stajı 31 il, ümumi əmək stajı 39 il 11 ay (xx.xx.2015-ci ilədək), xx.xx.2006-cı il tarixdən sonra qeydə alınan pensiya kapitalı 1354, 57 manat təşkil etmişdir. xx.xx.2015-ci il tarixdən əmək pensiyasının baza hissəsi 100 manat, sığorta hissəsi 77,52 manat, əmək pensiyasının ümumi məbləği 177, 2 manat olmuşdur. İş materiallarında olan əmək pensiyasının yenidən hesablanması haqqında **********9 nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçının həmin vaxt pensiyasının məbləği 341,13 manat, yenidən hesablandıqdan sonra isə 315,90 manat olmuşdur. Qərardan görünür ki, iddiaçının yenidən hesablananadək və ondan sonrakı dövürdə xx.xx.2017-xx.xx.2021-ci illər arasındakı əmək pensiyasının məbləği aşağıdakı kimi olmuşdur. xx.xx.2017-xx.xx.2017-ci illərdə əvvəl 221.77 manat, sonra 201.52 manat; xx.xx.2018-xx.xx.2019-cu illərdə əvvəl 234.41 manat, sonra 213.01 manat; xx.xx.2019-xx.xx.2019-cu illərdə əvvəl 214.44 manat, sonra 219.40 manat; xx.xx.2020-xx.xx.2020-ci illərdə əvvəl 281.52 manat, sonra 255.82 manat; xx.xx.2020-xx.xx.2020-ci illərdə əvvəl 306.22 manat, sonra 283.58 manat; xx.xx.2021-ci il tarixdən ömürlük 341.13 manat, hesablandıqdan sonra 315.90 manat. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “İddiaçı xx.xx.2005-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir və xx.xx.2015-ci il tarixində əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İddiaçı sosial sığorta stajı 31 il təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 10 və 29-cu maddələrinin tələblərinə əsasən vətəndaşın xx.xx.2006cı il tarixindən xx.xx.2015-ci il tarixinədək 1467,15 manat pensiya sığorta kapitalı əsasında əmək pensiyasının sığorta hissəsi 10.19 manat (1467.15/144) müəyyən edilmişdir və əmək pensiyasının məbləği aşağıdakı qaydada hesablanmışdır: 100+68.11+10.19=178.30 manat xx.xx.2016 - 100+(68.11+4%)+(10.19+4%)=181.43 xx.xx.2016 - 110+70.84 +10.60=191.43 xx.xx.2017 - (70.84+12.4%)+(10.60+12.4%)=191.43 xx.xx.2018-201.53+5.7%=213.02 xx.xx.2019-213.02+3%=219.40 xx.xx.2020 - 219.40+16.6%=255.82 İddiaçı əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçən zaman xx.xx.2015-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 4 il 10 ay 29 gün sosial sığorta stajına əsasən ümumilikdə 58 ay işlədiyi üçün sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı eyni miqdarda azaldılaraq hesablanmışdır. 144-58=86. 2387.68/86=27.76 manat 27.76+255.82=283.58 xx.xx.2021 - 283.58+11.4%=315.90 manat Həmçinin, 01.11 2017-cı il tarixində “Əmək pensiyaları haqqında” Qanunun 37.3 1-ci maddəsinin tələblərinə zidd olaraq işdən çıxma ilə bağlı hüququ və müraciəti olmadan İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Nəticədə onun əmək pensiyasına artıq vermə məbləği müəyyən edilmişdir. Nəticədə iddiaçının əmək pensiyasının məbləği 315.90 manat təşkil edir, onun əmək pensiyasına xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 927.41 manat artıq vermə məbləği müəyyən edilmişdir.” İddiaçı hazırda 2017-ci ilin noyabr ayında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən hesablanmış pensiya məbləğinin saxlanılmasını, əmək pensiyasından tutulmuş 305,58 manat vəsaitin bərpa olunmasını və əyani təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını xahiş edir. Göründüyü kimi, iddiaçı bu tələbi ilə “Əmək pensiyasının yenidən hesablanması haqqında” cavabdehin **********9 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş pensiya məbləğinin 341,13 manatdan 315,90 manata azaldılması ilə razılaşmır. Məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş 341,13 manat məbləğində pensiyasının saxlanması üçün o, ilk növbədə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə cavabdehin həmin **********9 nömrəli, xx.xx.2021-ci il tarixli qərarını mübahisələndirməlidir. Yalnız həmin qərarın mübahisələndirilməsi çərçivəsində işə baxılarkən iddiaçıya 2017-ci ilin noyabr ayında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən hesablanmış pensiya məbləğinin düzgün olub olmaması, nəticədə həmin məbləğin saxlanılması məsələsi qiymətləndirilə bilər. Bundan başqa, iddiaçı tələbində ondan tutulmuş 305,58 manat vəsaitin bərpa olunması və əyani təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını xahiş edir, hansı ki, iş materiallarında onun bu tələblərlə məhkəməyə qədər cavabdeh inzibati orqan müraciət etməsi barədə məlumat mövcud deyil. Belə ki, iddiaçının cavabdehə olan xx.xx.2020-ci il tarixli müraciəti pensiyasında tutulma ilə bağlı ona məlumat verilməsi, xx.xx.2020-ci il tarixli müraciəti isə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək pensiyasının yenidən hesablanması barədə olmuşdur. Məsələ ilə bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsinə, dəfələrlə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq iddiaçı iddia ərizəsində yol verilmiş formal xətaları aradan qaldırmamış, həmçinin yalnış iddia növünü münasibi ilə əvəz etməmişdir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı hazırkı halda çatmaq istədiyi məqsədə nail olmaq üçün düzgün müdafiə vasitəsindən istifadə etmədiyindən, həmçinin müvafiq tələblə məhkəməyə qədər cavabdehə müraciət etməməklə iddianın mümkünlük şərtlərinə əməl etmədiyindən iddia mümkün sayılmamalıdır. O da qeyd olunmalıdır ki, iddianın mümkün sayılmaması barədə hazırkı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1643/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1643/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver