Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16430/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X25 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kliniki Tibbi X5rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : I. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X1 xx.xx.2025-ci il tarixdə ölməyinə dair “ölüm haqqında tibbi şəhadətnamə verilməsi” öhdəliyinin Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X6 xx.xx.2025- ci il tarixdə Bakı şəhərində ölmüşdür. İddiaçı Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X28 Cavabdehnə müraciət etsə də, xx.xx.2025-ci il tarixli, 18-1-2/2-A- 701-42- 536/2025 nömrəli məktubla ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. İddiaçının həyat yoldaşının ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən veriləcək pulun, eləcə də, ondan miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsidir. Buna görə də, iddiaçının mərhum həyat yoldaşının ölüm faktı müəyyən edilməlidir. Bu səbəbdən də, iddiaçı ölüm faktı barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(001)-6271/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilən sənədlərdən görünür ki, X6 xx.xx.2025-ci il tarixdə 1 saylı TTYSnin müşayətilə X17 acil şöbəsinə “Dəqiqləşdirilməmiş hipotoniya” diaqnozu ilə gətirilmişdir, aparılan reanimäsion. tədbirlərə baxmayaraq xx.xx.2025-ci il tarixdə bioloji ölüm baş vermişdir, hadisə barəsində Binəqədi RPİ-nin 43-cü PB-nə məlumat verilmişdir, bu səbəbdən X24 ölüm haqqında şəhadətnamə təqdim edə biməmişdir. Göründüyü kimi ölüm halı tibbi müayinə və müdaxilə zamanı baş vermişdir və bu halda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir, lakin ərizəyə əlavə edilən sənədlərdən müəyyən edilir ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı patoloji-anatomik yə ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsinə müraciət olunmamışdır. Odur ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınmasının mümkünsüzlüyü, müəyyən edilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir və bu səbəbdən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytaramalıdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1959-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixdə saat 23:55-də 1 saylı TTYSnin müşayətilə X17 açil şöbəsinə “Dəqiqləşdirilməmiş hipotoniya” diaqnozu ilə gətirilmişdir. Aparılan reanimasion tədbirlərə baxmayaraq xx.xx.2025-ci il tarixdə saat 05:25-də xəstədə bioloji öiüm baş vermişdir. Hadisə barəsində Binəqədi RPl-nin 43-cü PB-nə növbətçi Əsgərova məlumat verilmişdir. Bu səbəbdən X23 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir III. İddianın növü və mümkünlüyü İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. IV. Tədqiq edilən sübutlar Cavabdeh PHŞ tərəfindən təqdim olunmuş Arayışdan görünür ki, X7 (xx.xx.1959-cu il təvəllüdlü) xx.xx.2025-ci il saat 00:01-də KTM TTTY bölməsinə daxil olmuş, xx.xx.2025ci il saat 05:25-də qəfləti ürək dayanması diaqnozu ilə ölmüşdür. Binəqədi rayonu X8 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, həqiqətən də xx.xx.2025-ci il tarixdə Binəqədi qəsəbəsinin Kənd qəbristanlığında X1 dəfni icra olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-6271/2025 nömrəli Qərardadı ilə İddiaçı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü X6 xx.xx.2025-ci il tarixində saat 23:15-də X26 Briqadasının müşayiətilə X20 gətirilmişdir. Xəstənin dediyinə görə qusma, epiqastral ağrılar, ishal olmuşdur. Xəstə EKQ, KT, USM müayinələri və qanın ümumi analizi olundu. Diaqnoz: Dəqiqləşdirilməmiş qastroenterit. Ürəyin aterosklerotik xəstəliyi. Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları. xx.xx.1959-cu il təvəllüdlü X6 xx.xx.2025ci il tarixində saat 23:54-də X26 Briqadasının müşayiətilə X20 gətirilmişdir. Xəstənin dediyinə görə halsızlıq ,təzyiqin enməsi, epiqastral və qarın nahiyəsində ağrı olmuşdur. Xəstə rentgenoskopiya, USM müayinələri və qanın ümumi analizi olundu. Reanimasiyon tədbirlərə baxmayaraq xəstə xx.xx.2025-ci il tarixində saat 05:25-də bioloji ölüm baş verdi. Diaqnoz: Dəqiqləşdirilməmiş hipotenziya. Çanaq və qarın nahiyəsində ağrılar. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, X1 xəstəxanada ambulator və stasionar müalicəsinə, hər hansı xəstəlikdən müalicə alıb-almamasına rast gəlinməmişdir. Bakı Baş Səhiyyə X21 Mərkəzi 35 nömrəli şəhər poliklinikasının ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan göründüyü kimi, xx.xx.2025-ci il tarixdə X2 ürək və ağciyərdə xroniki dəyişiksiz simptomlar aşkar olunmuşdur. V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq İddia ərizəsinin məzmunundan aydın olur ki, hazırki iddia tələbi iddiaçının ərinə münasibətdə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”:
4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X9 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquqmühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.4. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda; 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.
5. Yekun müddəalar 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Məhkəmə ilk növbədə müəyyən edir ki, iddiaçının əri X6 “X22” X28ində müalicə alarkən vəfat etdiyindən ölüm haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi (“X22” X28i) tərəfindən verilməlidir. Cavabdeh orqan “X22” X28i hadisə barəsində Binəqədi RPl-nin 43-cü Polis Bölməsinə məlumat verildiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının əri X6 xx.xx.2025ci il tarixində saat 23:15-də X26 Briqadasının müşayiətilə X20 gətirilmiş və EKQ, KT, USM müayinələri, qanın ümumi analizi olunmuşdur. Müayinələr nəticəsində X3 münasibətdə “dəqiqləşdirilməmiş qastroenterit. Ürəyin aterosklerotik xəstəliyi. Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları” diaqnozu müəyyən edilmişdir. X6 növbəti tarixdə xx.xx.2025-ci il tarixində saat 23:54-də X26 Briqadasının müşayiətilə X20 gətirilmişdir və rentgenoskopiya, USM müayinələri və qanın ümumi analizi olunmuşdur. X3 münasibətdə “dəqiqləşdirilməmiş hipotenziya. Çanaq və qarın nahiyəsində ağrılar” diaqnozu müəyyən edilmişdir. Reanimasiyon tədbirlərə baxmayaraq xx.xx.2025-ci il tarixində saat 05:25-də bioloji ölüm baş vermişdir. Digər tərəfdən Cavabdeh PHŞ tərəfindən iddiaçıya təqdim olunmuş Arayışdan görünür ki, X7 (xx.xx.1959-cu il təvəllüdlü) xx.xx.2025-ci il saat 00:01də KTM TTTY bölməsinə daxil olmuş, xx.xx.2025-ci il saat 05:25-də qəfləti ürək dayanması diaqnozu ilə ölmüşdür. Məhkəmə işin faktiki hallarını məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçının əri Ağayev X4 Tibbi X21 şəxsində müayinədə olmuşdur və şəxsin ölüm halı məhz tibbi müayinə və müdaxilə zamanı baş vermişdir. Müvafiq faktlar işin mübahisəsiz halı olmaqla cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubla təsdiq olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, şəxsə münasibətdə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunması üçün hüquqi və faktiki əsas mövcud deyil. Cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X1 ölümü haqqında tibbi şəhadətnamənin İddiaçı təqdim edilməsi vəzifəsi cavabdeh X23 X18 üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
X27