Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1644/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə, üçüncü şəxs X2 qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə, üçüncü şəxs X2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, X1 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə cavabdeh X3 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evini ünvan 3spublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, seriya RX № ******* saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 80 ünvanında yerləşən 45 saylı mənzil iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdeh X4 mənzili iddiaçıya satıldıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacağını bildirsə də, lakin o, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdınlmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin harada yaşaması iddiaçıya məlum deyildir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Rerspublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 80 ünvanında yerləşən 45 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X4 06 iyul 2015-ci il tarixdən İddiaçı məxsus ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması dövründə xx.xx.2001-ci il təvəllüdlü X1 ünvan 4 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti sorğu əsasında Cavabdehndən tələb edilmişdir. Cavabdeh tərəfindən 12 mart 2020-ci il tarixli, 087-7351-1220 saylı məktubla məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü X4 ünvan 4 ünvanına ilk dəfə xx.xx.2015-ci il tarixdə ASAN-4 tərəfindən qeydiyyata alındığından Nizami RPİ-nin arxivində heç bir məlumat aşkar edilməmişdir. Bununla bağlı 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinə sorğu göndərilmiş və sorğu aidiyyəti üzrə cavab verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 018-4279-1220 saylı məktubla göstərilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü X4 ünvan 6 ünvanına yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvan üzrə ilk dəfə xx.xx.2015-ci il tarixdə AZE-12219750 nömrəli, xx.xx.2018-ci il tarixdə isə AZE-19177431 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmə tərəfindən Bakı şəhəri 30 saylı dövlət notariat kontoruna sorğu göndərilərək, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqavilə üzrə alqı-satqı işinin təsdiq olunmuş surəti tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən 13 mart 2020-ci il tarixli, G-61 saylı məktubla X5 ilə İddiaçı arasında bağlanmış 27 iyun 2015ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə dair sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 80 ünvanında yerləşən 45 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 087-22806M-3219 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən mənzildə qeydiyyatda olan şəxslərin ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirildiyi, buna görə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı 27 iyun 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 80 ünvanında yerləşən 45 saylı mənzili almışdır və mənzil üzərində onun mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Mənzil həmin tarixdən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, xx.xx.2001-ci il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdən bu günədək iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin həmin mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, xx.xx.2001-ci il təvəllüdlü X4 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 80 ünvanında yerləşən 45 saylı mənzildəalqısatqı müqaviləsi bağlanan vaxtdan yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 80 ünvanında yerləşən 45 saylı mənzildənqeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 80 ünvanında yerləşən 45 saylı mənzildən xx.xx.2001-ci il təvəllüdlü X1 qeydiyyatdan çıxarılması vəzifəsiCavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1644/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1644/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver