Məhkəmə qərarları › İş №2-1(112)-1646/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1646/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1646/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının tibbi müayinəsinin kameral ekspertiza təyin etməklə müvafiq rəyin əldə edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin Şirvan rayon şöbəsində xx.xx.2008-ci ildə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı və təkrar tibbi müayinədən xx.xx.2012-ci il tarixdə keçirilməyi müyyən edilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdə eyni əsaslar üzrə təkrar qeydiyyatdan keçməklə xx.xx.2015ci il tarixdə Hərbi Komissiyadan müayinədən keçirilməsi qeyd edilmişdir. İddiaçı yenidən xx.xx.2015-ci il tarixdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə təkrar müayinə vaxtı xx.xx.2018-ci il tarixi qeyd edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə hərbi həkim komissiyası tərəfindən 59 saylı əmrə əsasən dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı hesab edilməklə təkrar müayinədən keçirilməsi xx.xx.2021-ci il tarixi qeyd edilmişdir. Eyni zamanda iddiaçı 2-ci Qarabağ Müharibəsi zamanı Şirvan rayon Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq X3 iştirk etmək üçün müraciət etmiş, lakın iddiaçıya bildirilmişdir ki, kifayət qədər əsgər və zabit heyyəti olduğundan ehtiyac bilindiyi zaman məlumat veriləcəkdir. İddiaçı təkrarən Mərkəzi Hərbi Həkim Komissiyadan müayinədən keçən zaman 2021-ci ilin iyun ayında həkim heyəti ilə narazılığı yarandığından bilərəkdən iddiaçının hərbi xidmətə yararlı olduğu şifahi olaraq bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri hüquqazidd olduğundan hərbi Həkim Komissiyanın rəyi əsassızdır, belə ki, hər-hansı bir müayinə edilmədən rəy verilmiş və həmin rəyin cavabdehdən əldə edilməsinə dair müraciətə cavab verilməmişdir. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi məhkəməyə vəsatət təqdim edərək işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş və müddətli həqiqi hərbi xidmət keçmək üçün xx.xx.2021-ci il tarixdə Xidmətin Şirvan şəhər şöbəsi tərəfindən təyin olundugu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdeh inzibati orqanın nümayəndəsinin vəsatətini nəzərdən keçirərək, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 1143 saylı məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş və müddətli həqiqi hərbi xidmət keçmək üçün xx.xx.2021-ci il tarixdə Xidmətin Şirvan şəhər şöbəsi tərəfindən təyin olundugu Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “iddiaçının tibbi müayinəsinin kameral ekspertiza təyin etməklə müvafiq rəyin əldə edilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının ləğv edilməsinə dair” iddiası üzrə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar