Məhkəmə qərarları › İş №2-1(112)-16469/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16469/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16469/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X43bala qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və X6rşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və X6rşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil İstismar Sahəsinin üçüncü şəxs qismində göstərilməklə, xx.xx.2010-cu il tarixdə X43bala qızının qeydə alınmasında əsas olan sənədlərin və məlumatların həqiqətə uyğun olmadığı və qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxslərin hərəkətlərin qanunsuz hesab edilməsi həmin qeydiyyatın ləğv edilərək ilkin vəziyyətə qaytarılması, yəni Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə, ev 46 kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X13 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə iddiaçı və digər qardaş və bacıları uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. Mənim qardaşım X43bala qızı ilə ailə həyatı qurduqdan sonra 1987-ci ildə atama məxsus evin 2-ci mərtəbəsinə gəlin köçmüşdür.. 2009-cu il tarixdə İradə Yusifova qardaşım Qafar Yusifova qarşı həmin evə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmış 2009-cu il tarixdə 05 noyabr tarixdə iddia tələbi təmin edilmiş beləliklə 48 saylı evə istifadə hüququ tanınmışdır. Həmin qətnamədən atası və qardaşı apellyasiya şikayət vermiş, beləliklə nəticədə Nəsimi Rayon məhkəməsinin 2(006)-3036/2009 saylı qətnaməsi ləğv olunub, Yusifova İradənin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Ali Məhkəməyə şikayət verilmiş və məhkəmə qətnaməni qüvvədə saxlamışdır. 03 mart 2010-cu ildə Nəsimi rayon məhkəməsinin hakimi İlqar Dəmirov tərəfindən qərardad qəbul edilmişdir. Orda qeyd olunmuşdur ki, X25 Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə 46/48 saylı evə qeydiyyata alınması ilə bağlı səlahiyyətli orqanlara müraviət etmədən məhkəmə qaydasında baxılmalı olmayan Nəsimi rayon polis idarəsinin Qeydiyyat və X28nin səlahiyyətlərinə aid məsələ ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikasının MPM XX fəslin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə xitam verir. 2010-cu ilin avqust ayında qardaşım X30 İradənin nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra iradə Yusifova qardaşı Qafarla birgə nikah dövründə aldıqları Nəsimi rayonu, M.Əlizadə küçəsi, 40 saylı evdə yaşamışlar. Daha sonra İradə Yusifova mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilib, onun xeyrinə qətnamə qəbul edilmiş və mənzilə köçürülmüşdür. İradə Yusifova mənzilə köçürülməyə dair məhkəmə qətnaməsini əsas götürərək, qətnamə qanuni qüvvəyə minməmiş Nəsimi Rayon "Mənzil İstismar Sahəsindən" saxta arayış alaraq Nəsimi Rayon Polis idarəsinin şəxsiyyət və qeydiyyat şöbəsində işləyən adı iddiaçıya məlum olmayan vəzifəli şəxsi ilə əlbir olub qanunsuzluq edərək atasına məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə özoğlu Yusifov Əliəkbər ilə birlikdə, xx.xx.2010 noyabr tarixində qanunsuz qeydiyyata düşmüşdür. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi həmin evə qeydiyyata alınmaq üçün əsas deyildir. Evə qeydiyyata alınmaq üçün həmin evin sahibinin rəsmi icazəsi lazımdır, lakin İradə Yusifovaya belə icazə verilməmişdir. (MM 180-lci maddə) İradə Yusifovanın qanunsuz qeydiyyata düşməsi faktının araşdırılması, hüquqi qiymət verərək onun barəsində cinayət işinin başlanılması üçün Nəsimi Rayon Prokurorluğuna ünvanladığı ərizəyə baxılaraq Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara görə İradə Yusifovanın və oğlu Yusifov Ələkbərin qeyd olunan ünvana saxta sənədlər əsasında qeydiyyata düşməsi müəyyən olunmuş, lakin CM-nin 75.1.1- ci maddəsinin tələblərinə görə cinayətin törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina edilmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında qanunun 5-ci maddəsində qeydiyyata düşməyin əsasları göstərilmişdir. Həmin maddədə göstərilən əsaslardan heç birini İradə Yusifovaya şamil edib onu atasına məxsus olan evə qeydiyyata salmaq mümkün deyildir. Həmin maddədə mənzilə köçürülmə barədə qətnamənin olması qeydiyyata alınmaq üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9-cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüyvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır. X15 özbaşına tikili olan ünvan 3 ünvanında olan fərdi yaşayış evinə qanunsuz olaraq qeydiyyata düşmüş, daha sonra isə "mənzilə köçürülmə" tələbinə dair iddiası təmin olunmuş və mənzilə köçürülmüş, fərdi yaşayış evinin 2/1 hissəsini zəbt etmişdir. Köçürüldüyü mənzil ərinə məxsus olmamış , birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli fərdi yaşayışa evi qaynatasına məxsus olmuşdur.Daha sonra isə isə "mənzildən istifadəyə maneçiliyin aradn qaldırılmasına dair " əsassız iddia ilə məhkəməyə müraciət etmiş ,iddia təmin olunmuş, X15 ünvan 3 ünvanında olan fərdi yaşayış evini faktiki olaraq tam ələ keçirmiş, özünü oranın tam sahibi kimi aparmaqla hal- hazırda da orada yaşamır.Bundan başqa X15 ünvan 3 ünvanında olan fərdi yaşayış evinə qanunsuz qeydiyyata düşməklə qeydiyyatda olan yeganə şəxs kimi hüquqi cəhətdən də fərdi yaşayış evini tam ələ keçirmişdir. X43bala qızı qanunsuz və əsasız olaraq atama məxsus mənzilə qeydiyyata düşmüşdür. Bildirmişdir ki, mən məhkəmə qətnaməsi ilə qeydiyyata düşmüşəm. Halbuki 2009-cu ildən 2011-ci ilə kimi keçirilən məhkəmə prosesslərində qeyd edilmişdir ki, məhkəmə qeydiyyat işinə baxılmır. Bakı İnzibati Məhkəməi tərəfindən verilmiş xx.xx.2023 saylı sorğu əsasında X43bala qızı və mənim fərdi uçot kartoçkalarımın surətləri məhkəməyə təqdim olunmuşdur. Həmin kartoçkalarada qeydiyyatla bağlı məsələlər öz əksini tapmışdır. Qeydiyyat məsələsinə yerli polis idarəsinin pasport şöbəsi baxır. Məhkəmənin gedişatı dövrü ərizində xx.xx.2010-cu il tarixdə Yusifova İradə ilkin şəxsiyyət vəsiqəsində 46 ünvanı olduğu halda həmin tarixdə güya şəxsiyyət vəsiqəsini ititb 59 saylı MKİS-dən qanunsuz yollarla almış olduğu arayışı alıb Nəsimi royon Polis İdarəsinə təqdim etməklə yeni şəxsiyyət vəsiqəsi alıb. Polis idarəsində hər hansı bir araşdırma aparmadan (həmin şöbənin əməkdaşı Azər) qeydiyyata salmışdır. Həhkəmə prosesslərində Yusifova İradə saxta şəxsiyyət vəsiqəsini hər hansı bir məhkəməyə təqdim etməmişdir. (Sübut kimi məhkəmə iclas protokolları.) Yenədə müddət bitmədən həmin ilin xx.xx.2010-cu il tarixdə yenidən saxta arayışla və saxta imza ilə yeni şəxsiyyət vəsiqəsi almışdır. Bunuda hər hansı bir məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yenə də 2002-ci ildə almış AZE 00426647 seriyalı əsl şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Yenidən xx.xx.2011-ci il tarixdə üçüncü dəfə qanunsuz arayış və saxta imza ilə yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Bu şəxsiyyət vəsiqəsinidə hər hansı bir məhkəməyə təqdim etməmişdir. Yenidən 2020-ci il tarixdə sonuncu şəxsiyyət vəsiqəsini almışdır. Göründüyü kimi son 10 il ərizində şəxsiyyət vəsiqələrini dörd dəfə dəyişmiş və polis orqanları bu hala göz yumub ona hər hansı bir əsas gətirmədən şəxsiyyət vəsiqələri təqdim etmişlər. Müraciətim əsasında Nəsimi rayon polis İdarəsi Yusifova İradəni qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Məhkəməsinə qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə aidiyyəti üzrə Bakı İnzibati məhkəməsinə müraciət edilməsi üçün iddia ərizəsini geri qaytarmışdır. Apellyasiya Məhkəməsidə bu işə inzibati qaydada baxılmalı olduğundan həmin qərardadı qüvvədə saxlamışdır. ünvan 4 ünvanları eyni mənzildir. ünvan 5eyd edilir ki, mənim M.Əlizadə küçəsi 48 Yusifova İradənin pasport qeydiyyatında olan 46/48 ünvanları eyni ünvanlardır. 59 saylı MKİS-nin 02 saylı, xx.xx.2024 saylı arayışında qeyd edilir ki, 46/48 və 48 ünvanları mərhum X7 adına olmuş ümumi həyət tipli yaşayış evidir.MKİS-də olan sənədlərə əsasən Forma В və Forma A kartlarında 46/48 yazılmalıdır. Forma В kartında 46, 48 46/48 ünvanları şəxsiyyət vəsiqələrində qeyd olunmuş və 14 nəfərin həmin ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Şəxsiyyət vəsiqələrində 46,48, 46/48 kimi qeyd olunsa da bu ünvandan heç kim qeydiyyatdan çıxmamışdır. Yusifova İradənin qeydiyyata düşməsi barədə hər hansı bir məhkəmə qərarı yoxdur. Ancaq mənzilə köçürülmə haqqında qətnaməsi mövcuddur. Mənzilə köçürülmə qətnaməsinin olması Yaşayış yeri və olduğu yerhaqqında qanuna əsasən qeydiyyata düşməsi üçün əsas deyildir. xx.xx.2011-ci il tarixdə ali Məhkəmənin qərarı ilə köçürülmə təmin edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüyvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır. Qeyd etdiyi məsələ ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi,Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişəm və inzibati orqan tərəfindən müraciətimə xx.xx.2024- cü il tarixli imtina verilərək müraciətimə inzibati məhkəmə icraatında baxıla biləcəyi izah edilmişdir. Məhkəmə tərəfindən AR İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək əsl olmayan cavabdehin əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdehin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-13-51/1-Y-439xx/xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Məhkəmə orqanlarına müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18/2-Y-32941 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, müraciətdə qeyd edilən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi inzibati məhkəmə icraatı qaydasında həyata keçirilir. Qeyd olunanı nəzərə alaraq, məhkəməyə müraciət etmək tövsiyə olunur. 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 02 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, M.Əlizadə küçəsi 46/48: 48 saylı ünvan mərhum X8 adına olmuş ümumi həyət tipli yaşayış evidir. MKİS-də olan sənədlərə əsasən Forma “B” və Forma “A” kartlarında 46/48 yazılmışdır. Forma “B” kartında mərhum X8 üstündə 14 nəfər qeydiyyatdadır. Lakin şəxsiyyət vəsiqələrində 46: 48: 46/48 kimi qeyd olunmuşdur. Bu ünvanda qeydiyyatda olanlardan heç kim qeydiyyatdan çıxmamışdır. Azərbaycan Respublikasının Bakı Şəhər Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsi tərəfindən X43bala qızına ünvanlanmış 9/13-4617/47 saylı xx.xx.2010-cu il tarixli məktubda bildirilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,order, icarə və ya kirayə müqaviləsi yaxud Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Yuxarıda sadalanan sənədləri təqim edə bildiyi təqdirdə Nəsimi rayonu M.Əlizadə səsi ev 48-ə yaşayış yeri üzrə qeydiyyata alınmanız müsbət həll olunacaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X43bala qızı Bakı şəhəri, M.Əlizadə küçəsi 48 saylı evə hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşayış sahəsinə qeydiyyata alınması üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)-694/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli 2(103)-694/2009 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnaməsi çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2390/10 saylı xx.xx.2010-cu il tarixli qərarına əsasən X43bala qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın həmin iş üzrə 03 mart 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X16 cavabdehlərə münasibətdə yaşadığı Bakı şəhəri Nəsimi rayonu M.Əlizadə küçəsi ev 46 saylı evin 48 saylı mənzilinə köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-364/10 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X17 və X5 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1902/11 saylı xx.xx.2011-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nəsimi rayon 59 saylı MKİS-in rəis əvəzi A.Dadaşov mühəndisi C.Qədirli; sahə nəzarətçisi A.Haqverdiyev bu aktı tərtib edirik ona görə ki, xidməti ərazimizdə yerləşən özbaşına ttikili olan M.Əlizadə küçəsi 46/48 saylı ünvanda. ünvan 9 olduq. Sözügedən ünvanda mərhum X13 aid olmuş 1-ci mərtəbədəki yaşayış sahəsi tərəfimizdən ölçüldü, lakin 2-ci mərtəbəinin ölçülməsi üçün yerində şərait yaradılmadığından ölçülməsi mümkün olmadı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 51/2-Y-5652/3-11/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciət əsasında Nəsimi Rayon Prokurorluğunda müvafiq araşdırma aparılmış və həmin araşdırmanın nəticəsi nəzərə alınaraq vətəndaş Yusifova X2 ünvandan qeydiyyatdan çıxarılması üçün Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3519/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin cavabdeh İradə Yusifovaya qarşı “qeydin etibarsız hesab edilməsi və yaşayış hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilmiş və iddiaçının nümayəndəsinə qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5593/2023 nömrəli qərarına əsasən Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq iddiaçının nümayəndəsi və vəkili X29 tərəfindən verilmiş şikayətin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3519/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Eyni zamanda qərarda qərardadın qəbul edildiyi andan qüvvəyə minməsi, qərardaddan şikayət verilə bilməməsi də qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3519/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin cavabdeh X12 qarşı "qeydin etibarsız hesab edilməsi və yaşayış hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilməlidir kı, o, müvafiq tələbi ilə bağlı aidiyyəti üzrə inzibati icraat qaydasında baxmalı olan məhkəməyə müraciət edə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5593/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkili X29 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3519/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1668/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-15709/2023 saylı 22 dekabr 2023cü il tarixli qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18/2-Y-3424 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1986-cı il tarixdən hazıradək ünvan 11-də; xx.xx.1938-ci i! təvəllüdlü X9 xx.xx.1972-ci i! tarixdən xx.xx.2005-ci il tarixədək ünvan 12-də, xx.xx.2005-ci il tarixdən Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 46/48 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2013-cü il tarixdə şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir. xx.xx.1963-cü il təvəllüdlü X14 xx.xx.1983-cü il tarixdən ünvan 11 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir. XX.XX.1932-Cİ il təvəllüdlü X19 06.084958-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46-da xx.xx.2005-ci il tarixdən ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi ölüm səbəbi ilə deaktivləşdirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsmi Rayon Polis İdarəsinin 51/2-39969 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X23 Ağabala qızının və İddiaçı fərdi uçot kartlarının təsdiqlənmiş kserosurətləri göndərilir. X1 azyaşlı olduğundan valideyninin olduğu yer üzrə qeydiyyata alınaraq 1 saylı Asan xidmət tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsmi Rayon Polis İdarəsinin 51/2-Y-23040 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, eyniməzmunlu müraciət əsasında Nəsimi Rayon Prokurorluğunda müvafiq araşdırma aparılmış və həmin araşdırmanın nəticəsi nəzərə alınaraq Yusifova X2 ünvandan qeydiyyatdan çıxarılması üçün tərəfindən Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. İ.Yusifovanın göstərilən ünvandan qeydiyyatdan çıxarılması məsələsinə məhkəmə baxışının nəticəsi üzrə baxılacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X43bala qızı və X3) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməmişdir. Üçüncü şəxs X15 xx.xx.2024-cü il tarixli yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı qeyd edir ki, guya X15 ünvan 7 ünvana köçürülməyinə dair iddiası təmin edildikdən sonra, həmin mənzilə köçürülmüş, qətnamə qanuni qüvvəsin minməmiş mənzil istismar sahəsindən “saxta” arayış alaraq Nəsimi RPİ-nin şəxsiyyət və qeydiyyat şöbəsində işləyən, adı iddiaçıya məlum olmayan vəzifəli şəxs ilə əlbir olaraq atasına (sağlığında) məxsus M.Əlizadə küçəsi, 46/48 saylı evə qanunsuz qeydiyyata düşmüşdür. Daha sonra mənzilə köçürülmə barədə qətnamənin həmin evə qeydiyyata alınmaq üçün əsas olmadığını, bunun üçün həmin evin sahibinin rəsmi icazəsinin lazım olduğu halda belə icazənin olmadığını qeyd edir. Həmçinin həmin ünvana saxta sənədlər əsasında qeydiyyata düşməyinə dair əsaslar “müəyyən” edilsə də, xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərar qəbul olunduğunu və sairə mülahizələr göstərməklə xx.xx.2010-cu il tarixdə qeydə alınmağına əsas olan sənədlərin və məlumatların həqiqətə uyğun olmadığı və qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxslərin hərəkətlərin qanunsuz hesab edilməsi, həmin qeydiyyatın ləğv edilərək ilkin vəziyyətə qaytarılması, yəni Nəsimi rayonu, M.Əlizadə küç.ev 46 kimi qeydiyyata alınması öhdəliyini cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Belə ki, onun - İradə Yusifovanın saxta sənədlər əsasında mənzilə qeydiyyata düşməsinə dair cinayət işinin bağlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X21 icraatında olan NH-1/209 saylı toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda onun-X4 yaşayış yeri üzrə qeydiyyata alınması üçün Nəsimi RPİ-nin Qeydiyyat və Şəxsiyyət Şöbəsinə müraciət etdiyi, keçmiş qaynatası X8 M.Əlizadə küçəsi 46/48 ünvanda yalnız özü qeydiyyatda olduğundan, onun razılığından sonra İradə Yusifovanın və Əliəkbər Yusifovun həmin ünvana qeydiyyata alınması müəyən edilmişdir. İddiaçı həmin qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Nəsimi rayon məhkəməsinin 6(006)-38/2022 saylı, xx.xx.2022 tarixli qərarı ilə təmin etməyərək, adı çəkilən qərarı qanuni hesab etmişdir. Nəsimi rayon Məhkəməsinin qeyd olunan qərarından narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(103)-106/2022 saylı qərarı ilə şikayət təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı qüvvəsində saxlanılmaqla, Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Həmin qərar qətidir, ondan şikayət və protest verilməsi nəzərdə tutulmamışdır. Nəsimi Rayon Prokurorluğunun 13 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının 7-ci səhifəsinin son abzasında “araşdırma zamanı X4 ünvan 14 ünvanına qeydiyyata alınması üçün sənədlərin saxtalaşdırılması və ya saxta sənəddən istifadə etməsini müəyyən edilməməsi qənaətinə” gəlinir. O cümlədən qeyd olunan qərarın 8-ci səhifəsində CPM-nin 39.1.2-ci maddəsinə istinad olunaraq qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 399-C-22 saylı material üzrə X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin bağlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin həmin qərarın 7-ci səhifəsinin sonuncu abzasdan əvvəlki abzasda müəyyən edilmişdir ki, İradə Yusifova M.Əlizadə küçəsi 46/48 ünvanda qeydiyyatda olan keçmiş qaynatası X8 razılığından sonra övladı ilə birlikdə həmin ünvana qeydiyyata alınmışdır. İddiaçı İmanverdi oğlunun Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5165/2021 saylı xx.xx.2021 -ci il tarixli qərardadı ilə X4 və X10 iddiaçının atasına “məxsus” olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Nəsmi RPİ-nin üzərinə qoyulması barədə iddiası təmin edilməyərək, iddiaçının hazırki mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, onun belə bir hüququ, qanun, müqavilə və ya inzibati aktla təsbit edilmədiyindən iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2219/2021 saylı, xx.xx.2021 -ci il tarixli Qərardadı ilə Bakı İnzibati Məhkəmsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-15709/2023 saylı Qərardadı ilə İddiaçı İmanverdi oğlunun cavabdeh Bakı şəhəri Nəsimi RPİ-nə qarşı X4 və X10 Nəsimi rayonu M.Əlizadə 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8340/2024 saylı Qərarı ilə İddiaçı Bakı şəhəri Nəsimi RPİ- nə qarşı X4 və X10 Bakı şəhəri Nəsimi rayonu M.Əlizadə küçəsi ev 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir. İddiaçı qeyd olunan qərardan vermiş olduğu Apellyasiya şikayəti Bakı Apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)- 3192/2024 saylı Qərarı ilə təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8340/2024 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçı hələ illər öncə Bakı İnzibati Məhkəməsində Nəsimi RPİ-nə qarşı iddia qaldıraraq şəxsiyyət vəsiqəsində onun yaşayış ünvanının M.Əlizadə küçəsi 48 qeydini dəyişərək M.Əlizadə 46/48 qeydinin aparılması öhdəliyini Nəsimi RPİ-nin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-9989/2021 saylı Qərarı ilə iddia təmin edilməmişdir. Həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2544/2022 saylı Qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. M.Əlizadə 46/48 ünvanda yerləşən yaşayış sahəsi özbaşına tikilidir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək və digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümuməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 31 yanvar 2003-cü il tarixli Qərarına əsasən (müəyyən etdi hissəsi 17-ci abzas) vətəndaşın yaşadığı yerə gəldikdə isə bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alma bilər. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. (22-ci abzas) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil və sairə) hər hansı bir şəxsin yaşayış yeri sayılır. Məlum olduğu kimi mən həmin mənzildə qanuni əsaslarla daimi yaşayıram. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsinə əsasən cavabdeh qismində iştirak edən mərhum qaynatam X19 və mərhum yoldaşı X11 qarşı qaldırılmış iddiaya əsasən, X15 ünvan 17 ünvana köçürülməyi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2 (103)-364/l0 saylı qətnaməsi ilə, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2011-ci il tarixli 2(102)-1902/2011 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərin siyahısında, həmçinin “Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” ifadəsi işlənmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində həmin səhayə köçürülməyinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu iştirak edə bilər. Göründüyü kimi İddiaçı, məzmunu eyni əsasdan, predmetdən, tələbdən ibarət olan çoxsaylı iddiaları ilə fasiləsiz olaraq məhkəməyə müraciət etmək hüququndan sui-istifadə edərək, ciddi hüquqi əsası olmayan, artıq bir neçə instansiya məhkəmələri tərəfindən hüquqi qiymət verilmiş halları təkrar-təkrar mübahisələndirilməklə maraqlı şəxs kimi bizi narahat etməklə yanaşı, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan mövqe nümayiş etdirir. Artıq uzun illərdir ki, mübahisə edilən ünvanda yerləşən evin dörd ətrafı yeni çoxmərtəbəli binalarla əhatə olunduğu halda İddiaçı lüzumsuz şikayətləri əsasında yaşadığı mənzilin pilot layihə çərçivəsinsə inşaat şirkəti tərəfindən alınması dayandırılmışdır. İddiaçı Məhkəməni aldatmaq məqsədi ilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətlər təqdim etməklə yanaşı, məhkəməyə təqdim edilən Mənzil İstismar sahəsindən alman saxta, təhrif olunmuş faktlara əsaslanan sənədlərlə müraciət edərək qeyri-səmimi, təxribatçı mövqe sərgiləyir. Bununla da o ədalət mühakiməsinin effektivliyinə zərər vurmaqla, məhkəmə resursların əsassız şəkildə israf olunmasına səbəb olmaqla dövlət adından çıxarılan məhkəmə qərarları üzərində ictimai etimadın azalmasına, şikayət etmək hüququndan yanlış məqsədlərlə manipulyasiya edə biləcəyi təəssüratı yaradır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddia düzgün cavabdehə qarşı qaldırılmamışdır və iddia tələbi formal tələblərə uyğun deyil. Belə ki, iddiaçının hazırki iddianı qaldırmaqda məqsədi üçüncü şəxsin Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə olan qeydiyyatının ləğv edilməsidir. Ləğv edilmənin əsası kimi qeydə alınma zamanı vəzifəli şəxslərin hərəkətlərinin qanunsuzluğunu iddia edir və iddiaçının qeydiyyatının ləğv edildikdən sonra əvvəlki vəziyyətə qaytarılmasını, yəni, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə, ev 46 kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi, iddiaçının arzuladığı nəticə üçüncü şəxsin qeydiyyatının ləğv edilməsidir. Cavabdeh qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Qeydiyyat və X28 göstərilmiş, iddiaçıya cavabdehin əsl cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsi barədə ərizənin təqdim edilməsi təklif edilsə də, iddiaçı cavabdehin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi, eləcə də cavabdehin əsl cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsi iddianın mümkünsüzlüyünü aradan qaldırmayacaqdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni predmet barəsində eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X43bala qızı və X3) qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərarda qeydə alınma səbəbləri və əsasları ətraflı tədqiq edilmiş və məhkəmə tərəfindən qiymət verilərək üçüncü şəxsin sözügedən ünvanda qeydiyyatının ləğv edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil İstismar Sahəsinin qanuni maraqlarına toxunma ehtimalı olmadığından onların inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Vəsatət təmin edilməsin. İddia ərizəsində qeyd edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil İstismar Sahəsinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar