Məhkəmə qərarları › İş №2-1(112)-1647/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1647/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1647/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin mənzilin özəlləşdirilməsi barədə müraciətə dair imtinasının qanunsuz hesab edilməsi; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 15 “B” saylı binanın 7-ci mərtəbəsindəki, 2 otaqlı, 75 saylı mənzilə dair mülkiyyət hüquqlarımın tanınması, həmin mənzillə bağlı adına çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzildən ibarət bina inşa edilmişdir. İddiaçı mənzil növbəsində olduğuna görə Azərbaycan Respublikasının ƏƏSM Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 08 noyabr 2010-cu il tarixli 11/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın 04 fevral 2011-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 15 “B” saylı binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 87,85 kv.m, yaşayış sahəsi 44,52 kv.m olan 2 otaqlı, 75 saylı mənzil ailəsi ilə birlikdə istifadəsinə verilmişdir. Daha sonra ƏƏSMN Komissiyasının qərarı əsasında Səbail Rayon İcra Hakimiyyətinin 217 saylı, 03 oktyabr 2011-ci il tarixli “Sərancam”ı ilə yuxarıda qeyd edilən mənzil növbəsində Səbail Rayon İcra Hakimiyyətində olduğundan həmin mənzilin ailə üzvləri ilə birgə iddiaçıya ayrılması, sosial kirayə müqaviləsinin bağlanması və mənzil növbəsindən çıxarılması qərara alınmışdır. İddiaçı sözügüdən mənzilə 2011-ci ildən sahiblik edir və ailə üzvləri ilə birgə orada qeydiyyatdadır. 06 mart 2024-cü il tarixdə sözügedən mənzilə mülkiyyət hüququmun tanınması və çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin 03 aprel 2024-cü il tarixli məktubuna əsasən müəyyən zəruri sənədlər olmadığından onların ərizəyə əlavə edilərək yenidən müraciət edilməsi tövsiyyə edilmişdir. Zəruri sənədlərin əldə edilməsi ilə bağlı iddiaçı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizələr göndərilib həmin sənədlər istənilmişdir. Lakin qeyd edilən dövlət qurumları ərizələrinin məzmununa uyğunsuz və aidiyyəti olmayan cavab məktubları göndərmişlər. Həmin cavab məktubları ilə iddiaçıya ayrılmış mənzilin sənədləşdirilməsinə razı olmadıqları açıq-aşkar başa düşülür. Bu səbəbdən dövlət qurumu tərəfindən müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində həm subyektiv, həm də mənzilə mülkiyyət hüquqları pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaya əlavə edilmiş qərardan çıxarışın surətindən görünür ki, iddiaçı 3-cü qrup müddətsiz “20 yanvar əlili” kimi xx.xx.1995-ci il tarixdən mənzil növbəsində olmuş və ƏƏSMN Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə mənzil ayrılmış və Səbail Rayon İcra Hakimiyyəti bununla bağlı müvafiq sərəncam vermişdir. İddiaya əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı çıxarışın və arayışın surətlərindən görünür ki, iddiaçı həqiqətən 3 qrup müddətsiz “20 yanvar əlili” kimi qeydiyyatdadır. İddiaya əlavə edilmiş Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, sahibliyində olan mənzildə ailə üzvləri ilə birgə xx.xx.2012-ci il tarixdən qeydiyyatdadır. İddiaya əlavə edilmiş Qaradağ rayonu MKTB-nin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 15 “B” saylı binanın 2 otaqlı, 75 saylı mənzilinə dair iddiaçının adına 640 saylı şəxsi hesab açılmışdır və iddiaçı ailə üzvləri ilə birgə orada qeydiyyatdadır. İddiaya əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, iddiaçının sahibliyində olan mənzildə qeydiyyatda olan şəxslər sözügüdən mənzilin adına sənədləşdirilməsinə razılıq vermişlər. İddiaçı hesab edir ki, mənzil növbəsinə 1995-ci ildən dayandığından sahibliyində olan sözügedən mənzilə hüquqların həmin vaxtdan yaranmışdır.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 4 evin, 75 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 217 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Həmçinin müraciətlərə qeyd olunan mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tarnam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunai-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı “Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15 “b” nömrəli evin 75 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********37 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 4 evin, 75 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti başçısının 217 saylı sərəncamı xx.xx.2011-ci il tarixdə verilmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə ümumi sahəsinin 87.85 kv.m, yaşayış sahəsinin 44.52 kv.m olduğu qeyd edilsə də, faktiki ümumi sahəsinin 86.0 kv.m, yaşayış sahəsinin isə 41.7 kv.m olduğu məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir.

5. Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının “Əlil və şəhid ailələrinə yaşayış sahəsinin verilməsi haqqında” xx.xx.2011-ci il tarixli Sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa edilmişdir. Bakı şəhərinin rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş əlillər və şəhid ailələrinin sırasında daha vacib ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirilməsi məqsədilə nazirliyin 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmri ilə yaradılmış komissiyanın 14 yanvar və 14 fevral 2011-ci il tarixli iclasının qərarına əsasən Səbail rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və daha çox ehtiyacı olan ailələrin yaşayış sahəsi ilə təmin edilmək hüququ olan 4 (dörd) Qarabağ müharibəsi əlilinə, 3 (üç) şəhid ailəsinə, 1 (bir) “20 Yanvar” əlilinə və 1 (bir) “Çemobıl faciəsi” əlilinə 2 otaqlı mənzillər ayrılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi komissiyasının xx.xx.2011-ci il tarixli qərarını nəzərə alaraq: 1.8. Binanın 7-ci mərtəbəsindəki ümumi sahəsi 87,85 kv.m yaşayış sahəsi, 44,52 kv.m olan 2 otaqlı, 75 №-li mənzili 5 (beş) nəfər ailə tərkibi ilə birlikdə 3-cü qrup “20 Yanvar” əlili İddiaçı adına sosial kirayə müqaviləsi bağlanılmış və mənzil növbəsindən çıxarılmışdır:

1. İddiaçı – 1969 (özü)

2. X6 – 1966 (həyat yoldaşı)

3. X14 – 1991 (qızı)

4. X9 – 1993 (qızı)

5. X12 – 1995 (oğlu)

6. X1 Sistemi Əlillik haqqında Arayışa əsasən İddiaçı 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar sağ daban nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ aşıq-daban oynağının artroza-artriti. Nevrosteniya. Sağ aşağı ətraf funksiyasının və yerimə funksiyasının pozulması diaqnozu ilə xx.xx.2006-cı iil tarixdən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

7. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011 -ci il tarixli 217 saylı Sərəncamının kserosurətindən görünür ki, Bakı şəhərinin Qaradağ rayonunda Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa edilmişdir Bakı şəhərinin rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmasının obyektiv həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası ƏƏSMN-in 08 noyabr 2010-cu il tarixli, 11/7-143 nömrəli Əmri ilə yaradılmış Komissiyanın 14 yanvar və 14 fevral 2011 -ci il tarixli iclaslarının Qərarına əsasən yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və mənzilə ehtiyacı olan və yaşayış sahəsi ilə təmin edilmək hüququ olan şəxslərə mənzillər ayrılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011 -ci il tarixli Qərarına əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı binanın 7-ci mərtəbəsindəki, ümumi sahəsi 87,85 kv.m., yaşayış sahəsi 44,52 kv.m. olan 2 otaqlı, 75 saylı mənzili ailə üzvlərinizlə birlikdə Sizə ayrılmışdır. Səbail RİH başçısının xx.xx.2011 -ci il tarixli, 217 saylı Sərəncamı ilə Siz ailə üzvlərinizlə birlikdə mənzil növbəsindən çıxarılmış, adınıza sosial kirayə müqaviləsi bağlanılması məqsədilə sözügedən ünvana qeydiyyata alınmağınız üçün sərəncamın kserosurətləri Qaradağ Rayon Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinə və Sizə göndərilmişdir. Qeyd edilənləri və müraciətinizi nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözügedən xx.xx.2011-ci il tarixli Protokol Qərarının təsdiqlənmiş surətim, Səbail Rayon icra Hakimiyyəti başçısının xx.xx.2011 cı il tarixli, 217 saylı Sərəncamının kserosurətinin arxiv çıxarışın yaşayış yeri üzrə MKİS-in Forma 2 Arayışını. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və ya MKİS ilə bağlanın.ş kirayə müqaviləsim şəxsiyyəti təsdiq edən sənədləri, razılıq ərizələri, Qarabağ müharibəsi əlili barədə Vəsiqənin təsdiqlənmiş surətini toplayıb aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməsi tövsiyə olunur.

8. 2475580004575 nömrəli, xx.xx.2024-cü il tarixli Ərizəyə əsasən X6 qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

9. 2472780004996 nömrəli, xx.xx.2024-cü il tarixli Ərizəyə əsasən X14 qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

10. 2475580005005 nömrəli, xx.xx.2024-cü il tarixli Ərizəyə əsasən X12 qeydiyyatda olduğu ünvan 3 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

11. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli Müayinə (baxış) Aktına əsasən mənzil 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşir (giriş-3, soldan 3-cü qapı).

12. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, 31 saylı mənzil X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, 46 saylı mənzil X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, 26 saylı mənzil X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, 61 saylı mənzil X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, 64 saylı mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, ev 15B, 5 saylı X5 mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

19. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

20. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, iddiaçı Haşımov X13 Rayon İcra Hakimiyyətində xx.xx.1995-ci il tarixdən 3-cü qrup 20 Yanvar əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna götürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharəsi əlilləri və şəhid ailələri üçün Qaradağ rayonunda inşa edilmiş 81 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə xx.xx.2010-cu il tarixli 11/7-143№-li əmrlə komissiya yaradılmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli sərəncamı ilə ünvan 4 ünvanda inşa olunmuş 81 mənzilli yaşayış binasında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və yaşayış sahəsi ilə təmin edilmək hüququ olan ailələrə (1.8. İddiaçı) mənzil ayrılmışdır. İddiaçı 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu və 2 qızı) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15B, 2 otaqlı sahəsi 87,85 kv.m olan 75 saylı mənzil verilmiş və mənzil növbəsindən çıxarılmışdır. İddiaçı hazırda ailəsi ilə birlikdə mübahisə edilən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində, 15B nömrəli ev, 75 nömrəli mənzildə yaşayır və həmin ünvanda qeydiyyatdadır.

21. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

22. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvlərinin razılıq ərizələrinə əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur və etirazları yoxdur.

23. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 98 Nömrəli 22 avqust 2012-ci il tarixli sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, mübahisəli daşınmaz əmlak iddiaçıya ailə üzvləri ilə birlikdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 98 saylı xx.xx.2012-ci il tarixli sərəncamı əsasında ayrılsa da, iddiaçının mübahisəli mənzilə hüquqları xx.xx.2012-ci il tarixdən deyil, mənzilin ona verilməsi vaxtından əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək – xx.xx.2009-cu ilədək yaranmışdır. Çünki iddiaçı 20 Yanvar əlili kimi xx.xx.1995-ci il tarixdən mənzil növbəsindədir.

24. Məhkəmə eyni zamanda qeyd edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1ci maddəsi çıxış edir. Belə ki, Səbail Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli Sərəncamına əsasən müəyyən olunur ki, qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin müvəqqəti olaraq və ya kirayəyə verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır.

25. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbi, Seymur Orucov küçəsi, 15B saylı evin 75 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar