Məhkəmə qərarları › İş №2-1(112)-1648/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1648/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1648/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin peşə xəstəliyi ilə əlaqəli təyin olunması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutulduğu xəstəliyin peşə xəstəliyi kimi qeydə alınması və əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1967-ci ildən neft sənayesində əmək fəaliyyətinə başlamış, ayrı-ayrı dövrlərdə neft, qaz, kimya sənayesində ağır və zərərli əmək şəraitində işləmişdir. Xüsusilə 06.09.1984-cü il tarixdən 30.04.2003-cü il tarixinədək olan dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli, 92 nömrəli qərarında göstərilən əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə zərərli və ağır peşə olan quyuların sementlənməsi üzrə maşinist-operator peşəsində çalışmış və bu səbəblə 15.03.2006-cı il tarixdən güzəştli şərtlərlə təqaüdə çıxmışdır. Sonuncu iş yeri "Azneft" İB-nin Qobustan Nəqliyyat İdarəsinin 1 saylı təmir emalatxanasında 6-cı dərəcəli təmir çilingəri peşəsi olmuşdur. 2014-cü ilin fevral ayında qəfil xəstələndiyi üçün xəstəxanaya müraciət etdikdə onda "Sağ ağ ciyərin infiltrativ vərəmi" müəyyən edilmiş və həmin ilin oktyabr ayına qədər 1 saylı vərəm dispanserində stasionar müalicə olunmuşdur. 03.11.2014-cu il tarixdə Milli Onkologiya Mərkəzində növbəti müayinədən keçən zaman onda sağ ağ ciyərin yuxarı payının periferik xərçəngi xəstəliyi aşkar olunmuş və xəstəliyi ilə əlaqədar ona İİ qrup müddətsiz əlillik təyin olunmuşdur. İşlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.01.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq olunmuş "İşçilərin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısı"nın 1-ci sırasında peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yeri kimi göstərildiyindən dəfələrlə "Azneft" İB-nə xəstəliyinin peşə xəstəliyi kimi qeydiyyata alınması üçün müvafiq tədbirlərin görülməsi (X4 və Tibbi-Sosial Ekspert Komissiyasına göndəriş verilməsini) və peşə xəstəliyinə görə ona dəymiş ziyanın əvəzinin ödənilməsinə köməklik göstərilməsi üçün müraciət etsə də heç bir nəticəsi olmamışdır. Respublika ərazisində peşə xəstəliyi yalnız bir qurum (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X2 İnstitutu (X6)) tərəfindən müəyyən olunur. Buna görə də o, peşə xəstəliyinin müəyyən olunması üçün bir qayda olaraq işəgötürənə ("Azneft" İB-nə) müraciət edərək əziyyət çəkdiyi xəstəliyinin peşə xəstəliyi olub-olmamasını müəyyən etmək məqsədi ilə X4 göndəriş verilməsini xahiş etmişdir. Lakin işəgötürən dəfələrlə rəsmi qaydada müraciət edilməsinə baxmayaraq müxtəlif əsassız bəhanələr gətirərək X4 göndəriş vermədiyi üçün "hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında" ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qaradağ rayon Məhkəməsi tərəfindən məhkəmə gedişatı zamanı peşə xəstəliyinin müəyyən olunması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X2 İnstitutu (X6tu) tərəfindən verilmiş 23.05.2017-ci il tarixli, 71/2 nömrəli rəydə göstərilmişdir ki, onun tutulduğu xəstəlik peşə xəstəliyi hesab oluna bilər. Buna görə də onun "hüquqi əhəmiyyətli faktın müəyyən olunması" haqqında ərizə Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(002)-1084/2017 saylı qətnaməsi ilə təmin olunmuş, xəstəliyinin peşə xəstəliyi kimi qeydə alınmalı olduğu qət edilmişdir. Lakin Qaradağ rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(002)-1084/2017 saylı qətnaməsindən iş üzrə maraqlı şəxs qismində çıxış edən "Azneft" İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 12.10.2017-ci il tarixli, 2(103)-9129/2017 saylı qətnaməsi ilə təmin olunmuş, Qaradağ rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli, 2(002)-1084/2017 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək onun "hüquqi əhəmiyyətli faktın müəyyən olunması" məzmunlu ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi qətnaməsində göstərmişdir ki, peşə xəstəliyinə məruz qalmağının araşdırılması üçün məhkəməyə müraciət etməzdən əvvəl ilk öncə o, Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) müraciət etməli, həmin orqan müvafiq araşdırmanı həyata keçirməkdən və şəhadətnaməni verməkdən imtina etdikdə aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Bakı Apelyasiya Məhkəməsinin 12.10.2017-ci il tarixli, 2(103)-9129/2017 saylı qətnaməsindən tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 03 mart 2018-ci il tarixli, 2(102)-1604/18 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlanılmışdır. Bundan sonra o, 16.06.2020-ci il tarixdə tutulduğu xəstəliyin peşə xəstəliyi kimi qeydə alınması və əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması üçün rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi- Sosial Espertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Lakin bu günədək inzibati orqan onun müraciətinə hər hansı bir cavab verməmişdir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, sənədlərin təhlilindən görünür ki, İddiaçı 05.05.2015-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və ona ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Qiymətləndirmə dövründə, yəni 05.05.2015-ci il tarixdə qüvvədə olan Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 93 saylı qərarı ilə təsdiq edilmiş “Tibbt-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.5-ci bəndinə görə “İstehsalat zədəsi və ya peşə xəstəliklərinə görə ilkin müayinə olunan şəxslər peşə qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş təşkilatın yazılı sorğusunu bədbəxt hadisənin baş verməsini təsdiq edən akt, yaxud məhkəmənin qərarı, sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd təqdim edirlər”. Həmin vaxt iddiaçı tərəfindən qeyd edilən sənədlər təqdim edilmədiyinə görə əlilliyin səbəbi düzgün olaraq ümumi xəstəlik səbəbindən təyin edilmişdir. Hazırda qüvvədə olan Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndinə görə “İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, “V.Y.Axundov adına X2 İnstitutu” tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyin TSEK-na təqdim edir. TSEK qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir”. İddiaçı Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10-cu bəndinə müvafiq sənədləri təqdim etdiyi halda əlillik vəziyyəti qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Qeyd olunanları və iddiaçının əlilliyinin səbəbinin dəyişdirilməsi ilə əlaqədar müraciəti olmadığını nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş çıxarışıdan görünür ki, İddiaçı 05.05.2015-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20.09.2018-ci il tarixli, **********4 №-li, 20.09.2018-ci il tarixli məktubdan görünür ki, onun əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması ilə bağlı müraciətinə baxılmışdır. Əlilliyinin peşə xəstəliyi ilə əlaqəli təyin olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli X1 tərəfindən verilmiş epikrizdə xəstəliyinin “Peşə xəstəliyi” olması qeyd olunmalıdır. Həmin sənəd işə götürənin sorğusu ilə birlikdə qeydiyyatda olduğu rayonunun Əmək müfəttişliyində qeydiyyatdan keçdikdən sonra, həmin sənədlərlə qeydiyyatda olduğu rayonun poliklinikasına (səhiyyə müəssisəsinə) müraciət etməlidir. Səhiyyə müəssisəsi tərəfindən peşə xəstəliyi göstərilməklə göndəriş (88 nömrəli forma) verildiyi halda, əlillik vəziyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli Qərarına uyğun olaraq özünün iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən TSERAS üzərindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndiriləcəkdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.6-ci bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.10-cu bəndinə əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. - 3.1-cü bəndinə əsasən əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçıa 05.05.2015-ci il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı əlilliyinin ümumi xəstəlik səbəbinin dəyişdirilərək peşə xəstəliyi kimi qeyd olunmasın cavabdeh inzibati orqandan tələb etsə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.10cu bəndində nəzərdə tutulmuş müvafiq sənədlərə (peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən akt və ya məhkəmənin qərarı, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənəd) malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə hesab edir ki, İddiaçı inzibati orqana qanunvericilklə tələb olunan sənədləri təqdim etmədiyindən cavabdeh inzibati orqan tərəfindən onun hansı hüquqlarının pozulduğu və ya hüquqlarının pozulması ilə nəticələnən hər hansı hərəkətin edildiyi, vəzifənin yerinə yetirilmədiyi müəyyən olunmur. Belə olan halda İddiaçı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar