Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16483/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə Əlihüseyin oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X4rşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X4rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx xxx 1959-cu ildədoğulmuş Rəhimova (Mürsəlova) Əsməgül Əlihüseyin qızına aid Saatlı rayon VVAQ Şöbəsi (hazırda qeydiyyat şöbəsi) tərəfindən 1966-ci ilin mart ayının 24-cü günündə 109 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində düzəliş edilməklə ata bölməsində ata kimi X2 adının qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rəhimova(Mürsəlova) Əsməgül Əlihüseyin qızı xx.xx.1959-cu ildə Saatlı rayonunda doğulmuşdur. xx.xx.1966-cı il tarixdə Saatlı Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə xx.xx.1959-cu ildə doğulmuş və doğumu doğum haqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 109 nömrəsi ilə qeyd edilmiş Mürsəlova (hazırda Rəhimova) Əsməgül Əlihüseyin qızının atası kimi anası kimi isə X10 qeyd olunmuşdur. Lakin ona aid 1966-cı iln mart ayının 24-cü günündə 109 nömrəsi ilə qeyd edilmiş doğum akt qeydində ata adı qeyd olunmamışdır. Akt qeydində düzəliş olunması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu xx.xx.2025-ci il tarixli məktubla müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılaraq qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-16-5/4-13-13185/2025 nömrəli məktubu ilə təqdim edilən xx.xx.1966cı il tarixli 109 nömrəli Doğum haqqında akt qeydinə əsasən X3 xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Doğum yeri: Azərbaycan Respublikası Saatlı rayonu Mollavəzli kəndidir. X1 adı qeyd olunmuşdur. Ata haqqında məlumat qrafası boş saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X6 iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-5/8-16-2988/25 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcədə nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Onun doğumunun valideynlərinizin nikahından əvvəl olduğundan və ata vəfat etdiyindən doğum haqqında akt qeydində ata kimi X5 qeyd edilməsi imkanımız xaricindədir. Göstərilənlərə əsasən atalığın müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Rəhimova(Mürsəlova) Əsməgül Əlihüseyin qızı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X7 müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsini və ata bölməsində X2 adının qeyd edilməsini xahiş etmiş, cavabdeh orqan müraciətin təminindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasının əsassız hesab etməklə doğum aktı qeydlərinə düzəliş edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. -45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. -46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. -46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. -46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. -168.1-ci maddəsinə görə doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; -4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: -1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.8-ci bəndinə görə doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; -2.12-ci bəndinə görə atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 3.1-ci bəndinə görə uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Sadalanan normalardan görünür ki, uşağın atası haqqında məlumat akt qeydinə aşağıdakılar əsasında daxil edilir: -ananın nikahda olduğu vaxtda doğulmuş uşağın atası ananın nikahda olduğu şəxs sayılır və doğum haqqında akt qeydində valideyn (ata) qismində nikahda olan şəxs qeyd olunur; - ananın nikahda olduğu, lakin nikahın pozulduğu, etibarsız sayıldığı vaxtdan və ya atanın ölümündən 300 gün ərzində uşaq doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ana ilə nikahda olmuş keçmiş ər sayılır və doğum haqqında akt qeydində valideyn (ata) qismində keçmiş ər qeyd olunur. - ananın nikahda olmadığı halda doğulmuş uşağın atası valideynlərin birgə ərizəsi, atanın ərizəsi və ya atalığın müəyyən olunması barədə məhkəmənin qətnaməsi əsasında qeyd olunur. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, ilk dəfə qeydiyyat aparılarkən yalnış məlumat daxil edilmiş olsun. Qeydlərdə dəyişiklik edilməsi isə sonradan meydana çıxmış hüquqi hallarla bağlıdır ki, bu hallar ilkin qeydiyyat zamanı mövcud deyildi. Hazırkı iş üzrə iddiaçı öz doğum aktı qeydində ata qrafasında düzəliş edilərək atası qismində X2 adının qeyd olunmasını mübahisələndirir. Halkbuki, təqdim edilmiş akt qeydindən görünür ki, ilkin qeydiyyat zamanı uşağın ata adı qrafasında ümumiyyətlə ata barədə məlumat olmamış, həmin hissə boş saxlanılmışdır. İşin hallarından müəyyə olunur ki, iddiaçı valideynlərin nikahından əvvəl doğulmuş, ata vəfat etmiş və atalığın müəyyən edilməsi barədə məhkəmə qətnaməsi təqdim edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Beləliklə, iddiaçının doğum haqında akt qeydində ata qrafasında hər hansı qeyd mövcud olmamışdır. Qeydlərin özü səhv olmadığı halda ona düzəliş edilməsi də qanunla nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun tələb qeyd edildiyi kimi doğum aktı qeydində ata barədə məlumatların daxil edilməsidir, bu da yalnız atanın ölümündən sonra atalığın tanınması faktı üzrə Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq mülki məhkəmə qaydasında müəyyən oluna bilər. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: -6.1-ci bəndinə əsasən ərizə əsasında Atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən həyata keçirilir. -6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. -6.5-ci bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən olunması haqqında aktların qeydiyyat kitabında atalığın müəyyən olunması barədə akt qeydləri tərtib edilir. -6.7-ci bəndinə görə uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. -6.10-cu bəndinə görə atalığın müəyyən edilməsinin dövlət qeydiyyatının doğumun dövlət qeydiyyatı ilə eyni vaxtda aparıldığı hallar istisna olmaqla, atalığın müəyyən edilməsi haqqında ərizəyə uşağın doğum haqqında şəhadətnaməsi əlavə edilməlidir. -6.14-cü bəndinə əsasən doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. -6.19-cu bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən olunması haqqında qeydlərə əsasən uşağın doğumu haqqında qeydlərdə dəyişikliklər edir və doğma haqqında yeni şəhadətnamə verir. Doğum haqqında əvvəllər verilmiş şəhadətnamə ləğv edilir. -6.22-ci bəndinə əsasən atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi atalığın müəyyən edilməsi haqqında akt qeydinin 18-ci qrafasında göstərilir. Hazırkı iş üzrə iddiaçının doğum aktı qeydinə dəyişiklik edilməsinə əsas olan atalığın müəyyən edilməsi akt qeydi mövcud deyildir. İddiaçı cavabdeh inzibati orqana birbaşa uşağın doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, yuxarıda da qeyd edildiyi kimi atalıq müəyyən edilmədən uşağın doğum haqqında akt qeydinə dəyişiklik edilməsi məsələsinə baxıla bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və ya hərəkət, hərəkətsizliyə yol verdiyi müəyyən olunmadığından iddia tələbi mümkün sayıla bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət X4rşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-16483/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16483/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver