Məhkəmə qərarları › İş №2-1(112)-1649/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1649/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1649/2022 08.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, İddiaçı X6, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 20 oktyabr 2011-ci il tarixdən həmin Qanunun İV fəslində müəyyən edilmiş “Pensiyaların hesablanması” qaydasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1954-cü il tarixdə anadan olmuşdur. 01 sentyabr 1972-ci il tarixdən, 1973-cü il tarixədək 1 saylı Texniki Peşə Məktəbdə təhsil almışdır. Əmək fəaliyyətinə 27 iyul 1972-ci il tarixdə Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodunda nəqliyyat sexinin 3-cü dərəcəli avtotəmirçi-çilingəri kimi başlamışdır. xx.xx.1973-cü il tarixdə kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri işinə keçirilmişdir. 26 oktyabr 1973-cü il tarixədək həmin vəzifədə işləmişdir. Hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir. 02 noyabr 1973-cü il tarixdən 11 noyabr 1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra əvvəlki iş yerinə qayıtmış və 11 dekabr 1975-ci il tarixdən, 03 oktyabr 1977-ci il tarixədək Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri vəzifəsində işləmişdir. 11 oktyabr 1977-ci il tarixdə Abşeron rayon X18 Lenin rayon APDS ART-ə 3-cü dərəcə xətti boruçəkən vəzifəsinə qəbul olunmuşdur. 18 may 1978-ci il tarixdə 4-cü dərəcə xətti boruçəkən, 01 iyun 1979-cu il tarixdə 5-ci dərəcə xətti boruçəkən dərəcəsi verilmişdir. 14 sentyabr 1979-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. 26 sentyabr 1979-cu il tarixdə 26 Bakı Komissarı adına X1 quyuların əsaslı təmiri sexinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olunmuşdur. 10 aprel 1981-ci il tarixdə 4-cü dərəcə qazmaçı köməkçisi dərəcəsi verilmişdir. 18 avqust 1982-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. 17 sentyabr 1982-ci il tarixdə İliç Buxtası adına X14 İdarəsinə 4-cü dərəcəli qazmaçı vəzifəsinə qəbul olunmuşdur. 01 may 1983-cü il tarixdə 5-ci dərəcəli qazmaçı vəzifəsinə, 01 dekabr 1983-cü il il tarixdə baş mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir. 01 noyabr 1984-cü il tarixdə İliç Buxtası adına X14 idarəsindən köçürülmə qaydasında 3 saylı RİTS-ə mühəndis texnoloq vəzifəsinə keçirilmişdir."Azneft" Birliyinin xx.xx.1985-ci il tarixli 9 saylı əmrinə əsasən X15 idarəsinin adı "Azneft" X5 Qazma İdarəsi adına dəyişdirilmişdir. "Azneft" Birliyinin xx.xx.1987-ci il tarixli 68 saylı əmrinə əsasən X13 Qazması İdarəsinin adı, "Azneft" X16 X7 adına dəyişdirilmişdir. 20 aprel 1987ci il tarixdə həmin ekspedisiyanın 3 saylı RİTS-ə növbə rəisi, 10 sentyabr 1987-ci il tarixdə qazma ustası vəzifəsinə keçirilmişdir. 30 iyul 1990-cı il tarixədək həmin vəzifədə işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. 19 iyun 1998-ci il tarixdən 01 avqust 1998-ci il tarixədək «Qum adası» X22 İdarəsində Buruğa n/q quyularının istismar və kəşfiyyat qazması üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi işləmişdir. 15 iyun 1999-cu il tarixdə "Dədə Qorqud” birliyinə stüart vəzifəsinə qəbul olunmuşdur. Ədliyyə Nazirliyinin xx.xx.2000-ci il tarixli 50 saylı əmrinə əsasən "Need suppord” şirkətinin adı “Eurasiya” adına dəyişdirilmişdir. 25 fevral 2002-ci il tarixdə "Peanok" şirkətinə keçirilmişdir. 01 mart 2002-ci il tarixdə «Dədə Qorqud» platformasına köçürülmə yolu ilə stüart işinə qəbul olunmuşdur. 10 iyul 2008-ci il tarixdə dənizdə yerləşən «Çıraq» platformasına stüart işinə köçürülmüşdür. 03 noyabr 2008-ci il tarixdə «Qərbi Azəri» platformasına stüart işinə keçirilmişdir. 18 aprel 2010-cu il tarixdən 22 may 2018-ci il tarixədək BP Şirkətinin «İaşə və Mehmanxana Xidmətlərinin idarə edilməsi» müqaviləsi üzrə Xəzər dənizində yerləşən «Qərbi Azəri» qurğusunda stüart vəzifəsində işləmişdir. 23 may 2018-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək BP Şirkətinin «Dənizdə İaşə və Otel Xəzər mərkəzində xidmətlərin göstərilməsi» müqaviləsi üzrə Xəzər dənizində yerləşən «Qərbi Azəri» qurğusunda stüart vəzifəsində işləmişdir. Göstərilənlərə əsasən 01 sentyabr 1972-ci il tarixdən 1973-cü il tarixədək 1 saylı Texniki Peşə Məktəbdə oxuduğu 1 (bir) illik təhsil müddəti və 02 noyabr 1973-cü il tarixdən 11 noyabr 1975-ci il tarixədək Ordu sıralarında olduğu həqiqi hərbi xidmət müddəti ümumi iş stajına daxildir. 27 iyul 1972-ci il tarixdən 26 oktyabr 1973-cü il tarixədək (həqiqi hərbi xidmətə çağırılmazdan əvvəlki iş stajı), Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodunda işlədiyi müddət, habelə 11 dekabr 1975-ci il tarixdən neft sənayesi sahəsində işlədiyi müddət (30 iyul 1990-cı il tarixdən 19 iyun 1998-ci il tarixədək işləmədiyi müddət çıxılmaqla) olan dövr ümumi iş stajına hesablanmaqla 01 yanvar 2006-cı il tarixdə “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək 26 ildən çox iş stajına malik olduğundan 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmişdir. Ona görə də, müvafiq sənədlərlə ona 57 yaşdan etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X21 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətindən güzəştli iş stajının 12 il 6 aydan az ( 8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsi əsas götürülərək imtina edilmişdir. Cavabdeh orqanın hesablamasına görə onun güzəştli iş stajı 12 il 6 aydan az müddət təşkil edir. Cavabdehin məktubundan görünür ki, cavabdeh tərəfindən onun güzəştli iş stajı 8 il 11 ay 9 gün (xx.xx.1975xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-ci il, xx.xx.1987-xx.xx.1990-ci il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) hesablanmış, digər dövrlər hesablanmamışdır. Buna görə də, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdehin göstərilən hala əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsini əsassız hesab edir. Belə ki, 27 iyul 1972-ci il tarixdə Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodunda nəqliyyat sexinin 3-cü dərəcəli avtotəmirçi-çilingər işinə qəbul olunmuşdur. 10 avqust 1973-cü il tarixdə kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri işinə keçirilmişdir. 26 oktyabr 1973-cü il tarixədək həmin vəzifədə işləmişdir. Həmin iş həqiqi hərbi xidmət müddətindən sonra 11 dekabr 1975-ci il tarixdən 03 oktyabr 1977-ci il tarixədək Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri vəzifəsində işlədiyi işlə tam eyni işdir. Cavabdeh tərəfindən 11 dekabr 1975-ci il tarixdən 03 oktyabr 1977-ci il tarixədək işlədiyi müddət güzəştli iş stajına hesablandığı halda, həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 27 iyul 1972-ci il tarixdən 26 oktyabr 1973-cü il tarixədək olan müddət güzəştli iş stajına hesablanmamışdır. Cavabdeh əsassız olaraq, Abşeron rayon X10 rayonu APDS AKT-də 11 oktyabr 1977-ci ildən 14 sentyabr 1979-cu ilə qədər xətti boruçəkən vəzifəsində işlədiyi illəri, 3-cü dərəcəli (xx.xx.1977-xx.xx.1978), 4-cü dərəcəli (xx.xx.1978-xx.xx.1979) və 5-ci dərəcəli (xx.xx.1979-xx.xx.1979) şərtlərlə pensiya təyin edilməsi hüququ verən əmək stajına daxil etməmişdir. Halbuki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyaları hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarında “tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər” vəzifəsi göstərilmişdir. Həmin İdarədən göstərilən illərin əmək haqqı naryadları tələb edilib alınarsa birmənalı təsdiq olunar ki, həmin vəzifədə göstərilən işi yerinə yetirmişdir. Göstərilən dövr üçün əmək stajı 1 il 7 ay 20 gün təşkil edir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən xx.xx.1983-cü il - xx.xx.1984-cü il tarixləri arasında dövr ərzində işlədiyi böyük mühəndis-texnoloq (10 ay 11 gün), xx.xx.1984-cü il xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq (2 il 5 ay 23 gün), xx.xx.1987ci il - xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbə rəisi (4 ay 10 gün) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»na əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən stajına hesablanmamışdır. Bu hala əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsassızdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşı tamam olduğu gündən, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında dövr ərzində işlədiyi böyük mühəndis-texnoloq, xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) qazma bəndində (10.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş satjı 12 il 6 aydan az (8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1972-xx.xx.1973-cü il tarixədək 1 saylı Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1972-ci il tarixdə Paris Kommunası adına Bakı Gəmiri Təmiri Zavodunda nəqliyyat sexinin 3-cü dərəcəli avtotəmirçi-çilingəri, 10 avqust 1973-cü il tarixdə kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri peşəsinə keçirilmiş, 26 oktyabr 1973-cü il tarixdək həmin vəzifədə işləmişdir. 02 noyabr 1973-cü il tarixdən 11 noyabr 1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 11 dekabr 1975-ci il tarixdən 03 oktyabr 1977-ci il tarixədək Paris Kommunası adına Bakı Gəmi Təmiri Zavodu kompleks dok sexinin ikinci dərəcəli gəmi təmiri çilingəri vəzifəsində işləmiş, 11 oktyabr 1977-ci il tarixdə Abşeron rayon X18 Lenin rayon APDS ART-ə 3-cü dərəcə xətti boruçəkən vəzifəsinə qəbul olunmuş, 18 may 1978-ci il tarixdə 4-cü dərəcə xətti boruçəkən, 01 iyun 1979-cu il tarixdə 5-ci dərəcə xətti boruçəkən dərəcəsi verilmiş, 14 sentyabr 1979-cu il tarixdə həmin vəzifədən azad edilmiş, 26 sentyabr 1979-cu il tarxidə 26 Bakı Komissarı adına X1 quyuların əsaslı təmiri sexinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olunmuş, 10 aprel 1981-ci il tarixdə 4-cü dərəcə qazmaçı köməkçisi dərəcəsi verilmiş, 18 avqust 1982-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. 01 noyabr 1984-cü il tarixdə İliç Buxtası adına X14 idarəsindən köçürülmə qaydasında 3 saylı RİTS-ə mühəndis texnoloq vəzifəsinə keçirilmişdir. 20 aprel 1987-ci il tarixdə "Azneft" X16 X7 həmin ekspedisiyanın 3 saylı RİTS-ə növbə rəisi, 10 sentyabr 1987-ci il tarixdə qazma ustası vəzifəsinə keçirilmişdir. 30 iyul 1990-cı il tarixədək həmin vəzifədə işləmiş və öz xahişi ilə işdən azad olunmuşdur. 19 iyun 1998-ci il tarixdən, 01 avqust 1998-ci il tarixədək «Qum adası» X22 İdarəsində Buruğa n/q quyularının istismar və kəşfiyyat qazması üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi işləmişdir. 15 iyun 1999-cu il tarixdə "Dədə Qorqud” birliyinə stüart vəzifəsinə qəbul olunmuşdur. 25 fevral 2002-ci il tarixdə "Peanok" şirkətinə keçirilmişdir. 01 mart 2002-ci il tarixdə «Dədə Qorqud» platformasına köçürülmə yolu ilə stüart işinə qəbul olunmuşdur. 10 iyul 2008-ci il tarixdə dənizdə yerləşən «Çıraq» platformasına stüart işinə köçürülmüşdür. 03 noyabr 2008-ci il tarixdə «Qərbi Azəri» platformasına stüart işinə keçirilmişdir. 18 aprel 2010-cu il tarixdən 22 may 2018-ci il tarixədək BP Şirkətinin «İaşə və Mehmanxana Xidmətlərinin idarə edilməsi» müqaviləsi üzrə Xəzər dənizində yerləşən «Qərbi Azəri» qurğusunda stüart vəzifəsində işləmişdir. 23 may 2018-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək BP Şirkətinin «Dənizdə İaşə və Otel Xəzər mərkəzində xidmətlərin göstərilməsi» müqaviləsi üzrə Xəzər dənizində yerləşən «Qərbi Azəri» qurğusunda stüart vəzifəsində işləmişdir. - НЗ seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı 02 noyabr 1973-cü il tarixdən 11 noyabr 1975-ci il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - ИВ seriyalı, 029665 nömrəli diploma əsasən İddiaçı 1973-cü ildə M.Əzizbəyov adına X19 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş 1982-ci il tarixdə İnstitutun Neft və Qaz quyularının qazılması ixtisasını bitirmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatın imtina haqqında” xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktuba əsasən, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında dövr ərzində işlədiyi böyük mühəndis-texnoloq, xx.xx.1984-2.02.1987-ci il tarixləri arasındakı dövr ərzində mühəndis-texnoloq, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) qazma bəndində (10.1) rəhbərlər və mütəxəssilər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 6 aydan az (8 il 11 ay 9 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1979-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesba edilməmişdir. - “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış SƏ01-01/22 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən, xx.xx.2021-ci il tarixinə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi “Quyuların əsaslı və yeraltı təmir sahəsi”nin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin tərkibindədir. - “Azneft” İstehsalat Birliyi “Bibiheybətneft” NQÇİ tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış SƏ01-01/56 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən, İdarənin xx.xx.2021-ci l tarixinə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi “Quyuların əsaslı və yeraltı təmiri sahəsi”nin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin tərkibindədir. Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisinin iş funksiyası quyuların əsaslı təmiri üzrə qazmaçı peşəsinin iş funksiyaları ilə eynidir. - SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış arxiv arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə kimi “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Bayıl Limanı” X17 İdarəsində işləmişdir. Bu müddətdə iş stajı 02 il, 00 ay, 24 gün təşkil edir. O, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) qazmaçılar və qazma köməkçiləri, 10.1 b) bilavasitə buruqda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) güzəştli şərtlərə təqaüd almaq imkanına malikdir. Buruda “texnoloq” və “qazma üzrə mühəndis” vəzifələrinin əmək funskiyaları eynidir . - Neft Kəmərləri İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış 17 fevral 2021-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə ilə xətt boruçəkən peşəsində işləmişdir. X11 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində xətt boruçəkən peşəsində çalışmış İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olubolmamasını təsdiqləmək Neft Kəmərləri İdarəsinin səlahiyyətinə aid deyil. - Socar Baş ofisi Mərkəzi Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən 22 noyabr 2021-ci il tarixli məktubla təqdim edilmiş arxiv arayışlarına əsasən, İddiaçı RMTX-nin mühəndistexnoloqu, növbə rəisi, buruq ustası işlədiyi xx.xx.1984-xx.xx.1990-cı illərə dair iş vaxtından artıq işləmək haqqı, əvəzçilik və birdəfəlik əmək haqqı ödənişinin nəzərə alınması müəyyən edilmişdir. - SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən məhkəmənin sorğusuna 04 mart 2022ci il tarixli məktubla verilmiş cavab məktubuna əsasən, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək mühəndis-texnoloq işləmiş və onun peşəsi “Güzəştli şərtlərlə yaşa görə epensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında 1100000B- 22247 kodu ilə qeyd edildiyindən onun bu peşə üzrə iş stajı 2 il, 05 ay, 18 gün güzəştli iş stajı təşkil edir. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1987-ci il tarixədək işlədiyi vəzifəyə uyğun kod yuxarıda qeyd edilən siyahıda aşkar olunmadığından bu müddət ərzində işlədiyi həmin vəzifələr üzrə güzəştli şərtlərlə (pensiya hüququ verən) iş stajına malik deyil. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər işlədiyi buruq ustası vəzifəsi yuxarıda adı çəkilən siyahıda 1100000B- 23196 kodu ilə qeyd edildiyindən onun bu peşə üzrə iş stajı 2 il 11 ay 29 gün təşkil edir. - SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən məhkəmənin sorğusuna 17 may 2022-ci il tarixli məktubla verilmiş cavab məktubuna əsasən İddiaçı həqiqətən X11 Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək 3-cü dərəcəli xətt boruçəkən; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 4-cü dərəcə ilə xətt boruçəkən; xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək 5-ci dərəcə ilə xətt boruçəkən peşələrində işləmişdir. X11 Kəmərləri İdarəsinin Abşeron Rayon Neft Kəmərləri İdarəsində İddiaçı işlədiyi xətt boruçəkən peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmamışdır. - SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosuna ünvanlanmış 07 iyun 2022-ci il tarixli məktuba əsasən, naryadların arxivdə saxlanılma müddəti beş il olduğu üçün X11 X8 rayon Neft Kəmərləri İdarəsi Qəza bərpa mənqətəsində 1.10.1977-xx.xx.1979-cu illərdə işləmiş İddiaçı aid yazılmış naryadlar silinərək məhv edilmişdir. - SOCAR Neft Kəmərləri İdarəsi tərəfindən məhkəmənin sorğusuna 19 iyul 2022-ci il tarixli məktubla verilmiş cavab məktubuna əsasən Y.X4 Neft Kəmərləri İdarəsinin Abşeron rayon Neft Kəmərləri İdarəsində işlədiyi xx.xx.1997-ci ildən xx.xx.1978-ci ilədək 3-cü dərəcə ilə xətt boruçəkən, xx.xx.1994-cü ildən xx.xx.1979-cu ilədək 4-cü dərəcə ilə xətt boruçəkən və xx.xx.1979cu ildən xx.xx.1979-cu ilədək 5-ci dərəcə ilə xətt boruçəkən peşələrinin xarakteristikaları və funksiyaları barədə məlumatın və həmin peşələrə dair vəzifə təlimatının saxlanma müddəti başa çatdığına görə silinərək məhv edilmişdir. Bu səbəbdən də, qeyd edilən məlumatların tərəflərindən təqim edilməsi mümkün deyil. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 08 iyun 2021-ci il tarixli, **********8 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə cavabdehin etirazında və imtinasında qeyd olunan dəlillərlə razılaşaraq qeyd edir ki, iddia tələbindən görünür ki, iddiaçının hazırki tələbinin hüquqi əsasını ona xx.xx.2006cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda, əgər iddiaçının ümumi və xüsusi iş stajı imkan verərsə, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil etməsinə baxmayaraq, xüsusi iş stajı isə 12 il 6 aydan az təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müvafiq qurumlara göndərilmiş sorğulara və iş materiallarında olan digər sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işlədiyi dövrlər aşağıdakı dövrləri əhatə edir: xx.xx.1975-xx.xx.1977; xx.xx.1979-xx.xx.1982; xx.xx.1982-xx.xx.1984; xx.xx.1984-xx.xx.1987; xx.xx.1987-xx.xx.1990 və xx.xx.1998-xx.xx.1998-ci illər. Həmin illər ümumilikdə 12 il 4 ay 07 gün təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi, bununla da, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X12 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar