Məhkəmə qərarları › İş №2-1(112)-1649/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1649/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1649/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi ifadəsinin qeyri-yaşayış sahəsi ifadəsi ilə əvəz edilməklə yeni çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair ona verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ikinci sətrində "Daşınmaz əmlakın növü" qeydinin qarşısında yazılmış "Fərdi yaşayış evi" ifadəsinin "Qeyri-yaşayış sahəsi" ifadəsi ilə əvəz edilməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi cavabdeh orqan tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyətindədir. Həmin fərdi yaşayış evinin sahəsi 362,7 kv.m. təşkil edir. Həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə etmək zərurəti yaranmışdır. Bunun üçün yaşayış sahəsindən qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün iddiaçı tərəfindən zəruri işlər görülmüşdür. Sonradan lazımı sənədləri toplayıb Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdi. Ərizəyə Binəqədi rayon İcra Hakimiyyətində baxılmış və təmin edilməsi üçün sərəncam verilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 69 saylı sərəncamı ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 362.7 kv.metr) qeyri yaşayış sahəsinə keçrilməsinə icazə verilmiş və bu barədə xx.xx.2017-ci il tarixli bildiriş ona təqdim edilmişdir. Sonradan həmin bildiriş əsasında cavabdeh orqan ərizə ilə müraciət edərək ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ikinci sətrində "Daşınmaz əmlakın növü" qeydinin qarşısında yazılmış "Fərdi yaşayış evi" ifadəsinin "Qeyri-yaşayış sahəsi" ifadəsi ilə dəyişdirilməsi barədə müraciəti təmin edilmədi. Həmin imtinadan veridiyi iddia ərizəsi Baki İnzibati Məhkəməsinin qərarı ilə təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iddianın rədd edilməsi üçün səbəb olaraq Binəqədi rayon İcra Hakimiyyətini başçısınınn xx.xx.2017-ci il tarixli 69 saylı sərəncamının məhkəməyə təqdim edilməməsini göstərmişdir. İddiaçı bildirir ki, Binəqədi rayon İcra Hakimiyyətini başçısınınn xx.xx.2017-ci il tarixli 69 saylı sərəncamının deyil, bu barədə bildiriş ona təqdim edildiyi üçün həqiqətən də məhkəməyə həmin sərəncam təqdim edilməmişdir. Vəkil sorğusu əsasında həmin sərəncamı əldə edərək etibarnamə əsasında nümayəndə vasitəsi ilə eyni məzmunlu müraciətlə cavabdeh orqan verdiyi ərizə hərəkətsizlik göstərilərək təmin edilməmişdir. İddiaçı cavabdeh orqanın hərəkətsizliyini qeyri-qanuni və əsasız hesab edir.

3. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 23 may 2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, arxiv texniki pasportuna əsasən torpaq sahəsi artırılmışdır, konfiqurasiya və perimetrik ölçülərdə fərq mövcuddur. Faktiki olaraq tikiliyə bitişik əlavə sahələr inşa edilmişdir. Fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış binası qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Bundan başqa, qeyd edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasına dair məhkəmə mübahisəsi mövcud olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-710/2020 saylı xx.xx.2020-cı il tarixli qərarı ilə ərizəçinin iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5. və 4.11.12.-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1- ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdı. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. 4.Cavabdeh orqan iddia tələbinə yazılı etirazını imtinanın məzmununa uyğun təqdim edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, arxiv texniki pasportuna əsasən torpaq sahəsi artırılmışdır, konfiqurasiya və perimetrik ölçülərdə fərq mövcuddur. Faktiki olaraq tikiliyə bitişik əlavə sahələr inşa edilmişdir. Fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeyriyaşayış binası kimi qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim olunmamışdır. Bundan başqa, İddiaçı iddia tələbi ilə eynilik təşkil edən predmet barəsində, eyni əsaslarla - qeyd edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasına dair məhkəmə mübahisəsi mövcud olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-710/2020 saylı, xx.xx.2020-cı il tarixli qərarı ilə ərizəçinin iddia tələbi təmin edilməmişdir. Müvafiq məhkəmə qərarından İddiaçı kassasiya şikayəti Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-1663/21saylı, 20 oktyabr 2021 ci il tarixli qərardadı ilə mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə cazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1 -ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməlidir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş“ Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” barəsində icazə tələb olunan, lakin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəllənin 89.1-ci (89.1.5-ci maddəsi istisna olmaqla) maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin layihələndirilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.7-1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyətləri orqanları tərəfindən tikintisinə icazənin verilməsi, tikinti zamanı nəzarətin təşkili, tikintisi başa çatmış obyektlərin istismarına icazə verilməsi prosedurlarını və müddətlərini müəyyən edir. Həmin Qaydanın 5.5,-ci maddəsinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir; 6-cı maddəsinə əsasən tikintisi başa çatmış obyektin istismarına icazə verilməsi: 6.1.tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmastni (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddianın mümkün sayılmamasını xahiş edir.

5. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-710/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-308/2019 saylı 12 aprel 2019cu il tarixli qərarı ləğv edilmişdir, iddiaçının ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin qeyri yaşayış sahəsi kimi rəsmiləşdirilməsi, qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi tələbi üzrə iddiası təmin olunmamışdır.

6. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

7. Məhkəmə iddia tələbində daşınmaz əmlakın ünvanının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosessi 18F olaraq göstərilməsini formal xəta hesab edir. Belə ki, təqdim edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və sərəncama əsasən daşınmaz əmlakın ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosessi 18A-dır və məhkəmə araşdırması zamanı iddiaçı məhz həmin daşınmaz əmlakın qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etmişdir.

8. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmənin mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. Beləliklə, məhkəmə müəyyən edir ki, qüvvədə olan məhkəmə aktına əsasən, iddiaçının ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi rəsmiləşdirilməsi, qeyri-yaşayış sahəsinə dair mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi tələbi üzrə iddiası təmin olunmamışdır.

15. Beləliklə, qeyd edilən qüvvədə olan məhkəmə qərarına əsasən, İddiaçı iddia tələbi ilə eynilik təşkil edən predmet barəsində, eyni əsaslarla - qeyd edilən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasına dair məhkəmə mübahisəsi mövcud olmuş və Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)- 710/2020 saylı, xx.xx.2020-cı il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilməmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki, “...iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı həmin obyektə dair tərtib edilmiş layihəni Binəqədi rayon İcra Hakimiyyəti başçısının təsdiq etməyə və tikintiyə icazə sənədi verməyə səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə əsasən bu Əsasnamənin 44.11.11.5-ci yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Hazırki işdə iddia olunan tikinti obyekti Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 69 saylı sərəncamı ilə qeyri-yaşayış sahəsinə keçirildiyi və artıq həmin tikinti obyekti qeyd edilən tarixdən İİİ məsuliyyət səviyyəli binalara aid olmadığı halda Binəqədi rayon İcra Hakimiyyəti Başçısı həmin tikinti obyektinə dair layihəni təsdiq etməyə və tikintiyə icazə sənədi verməyə səlahiyyətli deyildi...”

16. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu və həmin sərəncamın legitimliyinə dair məhkəmənin qeyd edilən mövqeyi aydın şəkildə ifadə olunduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.

17. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar