Məhkəmə qərarları › İş №2-1(112)-1649/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1649/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1649/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçınun Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan 300 kv.metr torpaq sahəsinin ona satılmasına görə ödədiyi 2080 (iki min səksən) manat pulun hazırkı dövrün indeksasiyasına uyğun olaraq zərərin cavabdeh Səbail rayonu Badamdar bələdiyyəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən 015 saylı, xx.xx.2006-cı il tarixli qərarla Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan 600 kv.m torpaq sahəsinin İddiaçı ayrılmasına görə ödənilmiş 2080 manat pulun hazırki indeksasiyasının əvəzi olaraq 150.000 manat məbləğində pulun cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz istifadəsində olan torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün cavabdeh Badamdar bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında Badamdar bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə qəbul edilmiş 015 saylı qərarla istifadəsində və sahibliyində olan 500 kv.metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin ona verilməsinə əsas və səbəb həmin torpaq sahəsinin onun tərəfindən abadlaşdırılması və yararlı hala gətirilməsi olmuşdur. Torpaq sahəsinin yerləşmə cizgisi hazırlanmış və bələdiyyə sədrinin imzası, bələdiyyənin möhürü ilə təsdiqlənərək ona təhvil verilmişdir. Bütün ödənişləri vaxtı-vaxtında ödəmişdir. 2016-cı il tarixdə ‘'Azərsu" ASC tərəfindən ona məxsus torpaq sahəsi qanunsuz olaraq su anbarının tikintisi adı altında zəbt edilmiş və demək olar ki, ərazi yararsız hala salınmış, qeyd olunan zəbtin səbəbi ilə maraqlandıqda, torpaq sahəsinin İcra Hakimiyyəti tərəfindən bu quruma ayrıldığı bildirimişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, torpaq sahəsinin ona satılmasına dair cavabdehə ödədiyi 2080 manat pul vəsaitinin hazırkı dövrə indeksasiyası üzrə olan məbləğ və bu günədək vergi adı ilə əsassız olaraq iddiaçıdan alınan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı mübahisə iddiaçının Badamdar bələdiyyəsi tərəfindən bələdiyyə ərazisi olmayan sahənin ona qanunsuz olaraq ayrılması əsası ilə həmin sahəyə görə bələdiyyəyə ödədiyi pul vəsaitini dəymiş ziyan kimi tələb etməsi ilə əlaqədar və bələdiyyənin torpaqayırma səlahiyyətindən irəli gələn publik hüquq sahəsindəki fəaliyyətinin nəticələri ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı mövcud tələbi ilə bağlı cavabdehə müraciət etmişdir. -Səbail rayonu Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 015 nömrəli qərarının surətindən görünür ki, Badamdar qəsəbəsi İİİ yaşayış massivində olan daş hasara alınmış, uzun müddət istifadə etdiyi 500,0 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə adına sənədləşdirilməsi barədə xahişi nəzərə alınaraq qeyd olunan torpaq sahəsi İddiaçı alqı – satqı yolu ilə satılmışdır. -Səbail rayonu Badamdar bələdiyyəsinin iclasınının xx.xx.2005-ci il tarixli, 22 nömrəli protokolunun surətinin 4-cü bəndindən görünür ki, “....X1 tərəfindən daxil olan ərizə gündəlikdəki baxılacaq məsələlərin sırasına daxil edilmişdir. Səbail bələdiyyəsi tərfindən İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, cizgi bələdiyyənin sədri tərəfindən təsdiq edilmişdir. Cizgidə ayrılmış torpaq sahəsinin koordinat və məsafələri göstərilməmiş, torpaq ayırma haqqında bələdiyyənin qərarına istinad edilməmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 060302 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı torpaq alqı-satqısı üçün 2080 manat pul ödəmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalının 22 dekabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Səbail rayonu Badamdar Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən xx.xx.2006-cı il tarixli, 015 №li X3 Bakı Filialına təhvil verilməmişdir. -Səbail rayonu Badamdar Bələdiyyəsinin 30 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2006-cı il tarixli, 015 saylı Qərarı və onun verilməsinə əsas olan sənədlər barəsində Səbail rayonu Badamdar Bələdiyyəsinin hazırda mövcud olan məlumat və kompüter bazasında heç bir məlumat yoxdur. -X5 tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin zəbt edilməsinə dair müraciətinə baxılaraq 09 yanvar 2020-ci il tarixli məktub əsasında aşağıdakı məzmunda cavab verilmişdir: “Ərziənizə əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən 500 kv.metr torpaq sahəsinin vətəndaş Nüşəbə Mürsəlzadəyə satılması barədə Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan qanunsuz verilmişdir. Bundan başqa, qeyd edilən qərar və ona əsas olmuş bələdiyyənin xx.xx.2005-ci il tarixli 22 saylı iclas protokolu inzibati nəzarət qaydasında baxılması üçün X2 təqdim edilməmişdir. Qeyd olunur ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir və dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinin ikinci cümləsinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirdi). Həmin dövrdə qüvvədə olan “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci İİ10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının 8-ci bəndinin iyirmi dördüncü abzasına əsasən torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş akt tərtib edilməli idi.” -"xxxx" ASC-nin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, qeyd olunan torpaq sahəsinə dair döngə nöqtələrinin kordinatlarının təqdim edildikdən sonra cavab verilməsinin mümkün olacağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında Qanundan: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, iş materiallarına və tərəflərin məhkəmə iclasında verdiyi izahatlara görə iddiaçıya Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 015 saylı qərarı ilə Badamdar qəsəbəsi, İİİ yaşayış massivində 500 kv.m torpaq sahəsi ayrılmış, bələdiyyə tərəfindən həmin sahənin cizgisi tərtib edilmiş və iddiaçı torpağın 2080 manat dəyərini bələdiyyənin kassasına mədaxil etmişdir. Torpaq sahəsi həmin tarixdən 2016-cı ilədək iddiaçının istifadəsində olmuş, lakin 2016-cı ildən "xxxx" ASC tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazi hasarlanmış və iddiaçı sözügedən sahədən istifadə imkanından məhrum olmuşdur. Hazırda iddiaçı Badamdar bələdiyyəsi tərəfindən bələdiyyə ərazisi olmayan sahənin ona qanunsuz olaraq ayrıldığı əsası ilə həmin sahəyə görə bələdiyyəyə ödədiyi pul vəsaitini ona vurulduğunu hesab etdiyi zərərin əvəzi kimi cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair hüququn qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edə bilməməsi kompensasiya verilməsindən imtina edilməsi üçün əsas olmasa da, iddiaçı Badamdar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə ona ayrılmış mübahisəli torpaq sahəsi üzərində hüququnun qeydə alınmasından müvafiq qeydiyyat orqanı tərəfindən imtina edilməsi, göstərilən torpaq sahəsinin Badamdar bələdiyyəsinin mülkiyyətində olmaması, habelə, sözügedən inzibati aktın hüquqi qüvvəsini itirməsi barədə barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məsələlərə hüquqi qiymət verilmədən hazırkı icraat çərçivəsində Badamdar bələdiyyəsinin qərarının səhv verildiyi ilə bağlı nəticəyə gəlmək mümkün deyildir. Həmçinin iddiaçı ona ayrılmış sahənin "xxxx" ASC tərəfindən zəbt edilməsi, yoxsa icra hakimiyyəti tərəfindən ayrılmasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin bu istiqamətdə apardığı araşdırma torpaq sahəsinin yerləşmə cizgisində istinad nöqtələri və koordinatların qeyd edilməməsi səbəbindən nəticəsiz qalmışdır. Belə olan halda, iddiaçıya cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində hansısa ziyanın vurulması konkret halda müəyyən olunmur. Halbuki, AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iddiaçının cavabdeh bələdiyyə qurumunun faktiki ona aid olmayan əmlakdan əsassız vergi tutması dəlili ilə bağlı bildirir ki, həmin torpaq sahəsinə görə vergilərin ödənilməsi də maddi zərərin sübutu qismində yox, artıq ödənilmiş vergilərin geri qaytarılması üzrə inzibati və ya inzibati məhkəmə araşdırmasının predmeti qismində çıxış edə bilər ki, hazırkı işdən göründüyü kimi iddiaçı məhz maddi ziyanla həmin vergi məbləğini əlaqələndirmişdir. Məhkəmə isə hesab edir ki, hər hansı növ vergi ödənilmişdirsə həmin vergi maddi ziyan anlayışında qiymətləndirilməməklə artıq ödənilmiş verginin geri qaytarılması ilə bağlı ola bilər. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya hər hansı ziyanın vurulduğu müəyyən edilmədiyindən, həmçinin iddiaçı üçün zərərin nədə ifadə olunması, başqa sözlə, cavabdeh inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona zərərin dəyməsi barədə sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən iddia əsassızdır və təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar