Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16494/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair iddiası üzrə inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının (vəsiqə ilə birlikdə) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam RHK tərəfindən xx.xx.N992ci il tarixdə çağrılaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N №-li hərbi hissəyə həqiqi xidmət keçmək üçün göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlar zamanı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cı il tarixə kimi Müdafiə Nazirliyinin N və N №li hərbi hissələrin tərkibində Qubadlı,Laçın,Goranboy,Ağdərə,Füzuli,Kəlbəcər, Ağdam rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N40 nömrəli əmrinə əsasən, ərzaq təminatlarından çıxarılaraq ştatdan kənar saxlanılmışdır. Müdafiə Nazirliyinin xx.xx.N996cı il və xx.xx.N996-cı il tarixli müvafiq əmirlərinə əsasən N nömrəli hərbi hissə komandirinin N fevral N996-cı il tarixli N nömrəli əmrinə əsasən o, hərbi hissənin çıxarılaraq qeydiyyat sənədləri qanunsuz olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat- Səfərbərlik İdarəsinə və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna göndərilmişdir. İddiaçi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya"rəsmi ərizə ilə zəruri sənədlərlə birlikdə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işxalçılarına qarşı aparılan hərbi əməliyatlarda Müdafiə Nazirliyinin 836, N nömrəli hərbi hissələrin tərkibində onun Qubadlı, Laçın, Goranboy, Ağdərə, Ağdam, Füzuli, Kəlbəcər rayonları uğrunda gedən döyüşlərdə iştirakını və döyüşdə yaralanmağımı Müdafiə Nazirliyinin arxiv arayışı, Gəncə Hərbi Hospitalının arayışı, Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının epikriz xəstəlik tarixindən çıxarışı, Hərbi Həkim Komissiyasının arayışı təsdiq edir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Lənkəran oğlu N nömrəli hərbi hissə komandirinin N aprel N992-ci il tarixli 04 nömrəli əmri ilə xx.xx.N992-ci il tarixdən hərbi hissənin tədris batalyonunun şəxsi heyətinin siyahısına daxil edilmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin N may N992-ci il tarixli N nömrəli əmri ilə (əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) İddiaçı hərbi hissənin siyahısına daxil edilmişdir. Həmçinin İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli N24 nömrəli əmri ilə hərbi hissənin ərzaq təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N994-cü il tarixli N40 nömrəli əmri ilə hərbi hissədə ştatdankənar saxlanılmışdır. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il və xx.xx.N996-cı il tarixli müvafiq əmrlərinə əsasən N nömrəli hərbi hissə komandirinin N fevral N996-cı il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq bütün qeydiyyat sənədləri və adlı siyahısını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik İdarəsinə və Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən döyüşlər aparılan dövrdə hərbi hissəni özbaşına tərk etmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığı: Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. -Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.N973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Hərbi bilet əvəzi arayışdan görünür ki, iddiaçı xx.xx.N992-xx.xx.N994 müddətdə hərbi xidmətdə olmuş, xx.xx.N998-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon (şəhər) bölməsində hərbi qeydiyyatdadır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə ittiham edilməsinə dair NN/N5395-97 saylı cinayət işinə “hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Mili Məclisinin xx.xx.N997-ci il tarixli qərarının N.6 maddəsinə əsasən xitam verilmişdir. -Bakı Qarnizonu Hərbi Prokurorluğunun xx.xx.N997-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində xx.xx.N997ci il tarixdə seçilmiş həbs qətiimkan tədbiri və onun axtarışı ləğv edilmişdir. Həbs qətimkan tədbirinin ləğvinin əsası kimi cinayət işinə xitam verilməsi olmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N998-ci ildə Ağdam rayon hərbi komissarlığında qeydiyyata alınıb. 20N2-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış ültə Döyiət Xidmətinin Ağdam rayon şöbəsində qeydiyyatdadır. Fərarilik etməyib. -Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 04 №-li əmrilə İddiaçı Lənkəran oğlu xx.xx.N992-ci il tarixdən Tədris batalyonunun tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 52 №-li əmrində təlim keçmiş və xx.xx.N992-ci il tarixdən hərbi hissənin siyahısından silinərək N №-li hərbi hissəyə verilən əsgərlərin siyahısında İddiaçı Lənkəran oğlunun adı qeyd olunmuşdur. Ağdam RHK-ğı tərəfindən göndərilmiş İddiaçı Lənkəran oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 77 №-li əmrilə həqiqi hərbi xidmətə götürülmüş, hərbi hissənin siyahısına salınmış və bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN5 №-li əmrində sıravi İddiaçı tutduğu vəzifədən azad edilərək mühəndis səddçəkmə tağımının minadan təmizləmə bölməsində sürücü vəzifəsinə təyin olunması barədə məlumat qeyd olunmuşdr. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N49 №-li əmrində İddiaçı xidməti işlə əlaqədar Qubadlı rayonuna 5 (beş) gün müddətinə ezamiyyətə getmiş hesab edilərək ərzaq təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN №-li əmrində sıravi əsgər İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N-ci Hərbi Səhra Cərrahiyyə Hospitalının xx.xx.N992-ci il tarixli müvafiq nömrəli göndərişinə əsasən, sıravi əsgər İddiaçı Lənkəran oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN №-li əmrilə Gəncə şəhər Hərbi Hospitalına göndərilmiş və müvəqqəti olaraqər hərbi hissənin ərzaq təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N76 №-li əmrində İddiaçı tutduğu vəzifədən azad edilərək mühəndis səddçəkmə tağımında sürücü mexanik vəzifəsinə təyin olunması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N98 №-li əmrilə İddiaçı Lənkəran oğlu N №-li hərbi hissəyə ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 46 №-li əmrində Mühəndis-istehkam bölüyünün sıravi əsgər İddiaçı Bakı şəhərindən, Mərkəzi Hərbi Hospitaldan qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 46a №li əmrində sıravi əsgər İddiaçı səhhəti ilə əlaqədar 30 (otuz) gün müddətinə Ağdam şəhərinə ezamiyyətə göndərilərək ərzaq təminatından çıxarılması barədə məlumat qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 79 №-li əmrində mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, sıravi əsgər İddiaçı məzuniyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 82 №-li əmrində zabit və əsgərlərin hərbi tapşırığı yerinə yetirmək üçün Kəlbəcər rayonuna göndərilərək ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 83 №-li əmrində xx.xx.N993-cü ildə 82 №-li əmrin 6-cı paraqrafına aid göstərilən zabit və əsgərlərin adlı siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N73 №-li əmrində İddiaçı hərbi tapşırığı yerinə yetirmək üçün Bəyəhmədli kəndinə göndərilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N74 №-li əmrində İddiaçı hərbi tapşırığı yerinə yetirmək üçün Bəyəhmədli kəndinə göndərilməsi barədə məlumat qeyd olunmuşdur. N №li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 254 №-li əmrində Mühəndis-İstehkam bölüyünün hərbi qulluqçusu İddiaçı bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 46 №-li əmrində Mühəndis- İstehkam bölüyünün hərbi qulluqçusu İddiaçı hərbi tapşırığı yerinə yetirmək üçün Hacıkənd kəndinə ezamiyyətə göndərilməsi barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 58 №-li əmrində Mühəndis-İstehkam bölüyünün hərbi qulluqçusu İddiaçı Hacıkənd kəndindən ezamiyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması barədə qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 69 №-li əmrində MİB-in hərbi qulluqçusu İddiaçı həqiqi hərbi xidməti xx.xx.N994-cü ildə başa çatmış hesab edilməsi və onun bundan sonrakı xidmətinin il yarımdan çox hesablanması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 9N №-li əmrində sıravi İddiaçı hərbi tapşırığı yerinə yetirmək üçün Füzuli rayonuna ezam edilərək ərzaq təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N07 №-li əmrində İddiaçı Füzuli rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N08 №-li əmrində sıravi İddiaçı hərbi tapşırığı yerinə yetirmək üçün Ağdam rayonuna ezam edilərək ərzaq təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N20 №-li əmrində İddiaçı Ağdam rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması barədə məlumat qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli N24 №-li əmrində hərbi hissəni özbaşına tərk etdiyinə görə, İddiaçı ərzaq təminatından çıxarılması barədə məlumat qeyd olunmuşdur. Mühəndis-İstehkam bölüyünün hərbi qulluqçusu İddiaçı Lənkəran oğlu hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N40 №-li əmrilə ştatdan kənar saxlanılmışdır. İddiaçı Lənkəran oğlu hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il və xx.xx.N996-cı il tarixli müvafiq nömrəli əmrlərinə əsasən, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N №-li əmrilə hərbi hissənin siyahısından silinərək bütün qeydiyyat sənədləri və adlı siyahının 2 nüsxəsi - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinə, N nüsxəsi - Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək və xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Hazırkı halda işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.N998-ci il tarixdən isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon (şəhər) bölməsində hərbi qeydiyyata götürülmüşdür. İddiaçı hərbi xidmət yerini özbaşına tərk etdiyinə görə xx.xx.N994-cü il tarixli N24 nömrəli əmrlə ərzaq təminatından çıxarılmışdır. Həmin faktla əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə cinayət işi başlanmış (NN/N5395-97 saylı cinayət işi), barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonradan cinayət işinə “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə Amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının N.6-cı bəndinə əsasən xitam verilmiş, iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.N992–xx.xx.N994-cü illər ərzində hərbi xidmətdə olması və ezamiyyətlərə göndərilməsi faktı mövcud olsa da, onun hərbi xidmət yerini özbaşına tərk etməsi hüquqi cəhətdən təsdiq edilmiş, bu səbəbdən barəsində cinayət işi başlanmış və yalnız amnistiya aktının tətbiqi nəticəsində cinayət məsuliyyətindən azad olunmuşdur. Belə olan halda isə o, müharibə veteranı adı almaq hüququ olan şəxslər sırasına aid edilmir. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci maddəsinin “Qeyd” hissəsinin hüquqi məzmununa xüsusi diqqət yetirilməlidir. Həmin “Qeyd” müddəası ümumi qayda olaraq müharibə veteranı adının verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər müəyyən edir və yalnız istisna hal kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə şamil edilmir. Başqa sözlə, ərazi bütövlüyünün müdafiəsi ilə bağlı əlillik faktı təsdiq edilmiş şəxslər barəsində göstərilən məhdudiyyət tətbiq olunmur. Hazırkı iş üzrə isə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olması müəyyən edilməmişdir. Bu səbəbdən, Əsasnamənin N-ci maddəsinin “Qeyd” hissəsi iddiaçıya şamil olunur. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində başlanmış cinayət işinə amnistiya aktının tətbiqi nəticəsində xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Lakin amnistiya aktının tətbiqi şəxsin təqsirsizliyini təsdiq etmir və törədilmiş əməlin hüquqi nəticələrini tam aradan qaldırmır, yalnız cinayət məsuliyyətinin həyata keçirilməsindən azad olunmanı nəzərdə tutur. Beləliklə, iddiaçının amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olması və onun ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin müəyyən edilməməsi halları birlikdə qiymətləndirildikdə, onun müharibə veteranı adının və vəsiqənin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş subyektlər dairəsinə aid olmadığı müəyyən olunur. Məhkəmə, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-N(N02)- 463/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeni də nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, həmin qərarda kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, “Məlumdur ki, Birinci Qarabağ müharibəsi zamanı (N988– N994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra N2 may N994-cü il tarixli atəşkəs sazişi imzalanmışdır. Sazişin əsas müddəası N2 may N994-cü il saat 00:0N-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Göründüyü kimi N2 may N994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları dayandırılmış və atəşkəs elan edilmişdir. İş materiallarına əlavə edilmiş hökmdən isə göründüyü kimi iddiaçı hərbi xidmətlə bağlı cinayət əməlini, N995-ci ilin oktyabr ayında yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları bitdikdən sonra törətmişdir. Beləliklə, oxşar mübahisə üzrə kassasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, şəxsin cinayət əməli döyüş əməliyyatları dövrünə təsadüf etmədiyi halda, təkcə məhkum olunma faktına istinad etməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi hüquqi cəhətdən əsaslı sayıla bilməz. Lakin hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən hərbi xidmət yerinin özbaşına tərk edilməsi halı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının davam etdiyi və atəşkəs elan edilmədiyi dövrə təsadüf etdiyindən (xx.xx.N994-cü il) qeyd olunan hüquqi mövqenin konkret halda tətbiq edilməsi istisna olunur. İddiaçının irəli sürdüyü iddia məcburetmə növündə olduğundan və mahiyyətcə iddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. Belə ki, İPM-nin N4.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun NN.N-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun NN.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-16494/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16494/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver