Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-165/2022 22.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, üçüncü şəxs Ə.Qafarovun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MTK və X7) “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər "xxxx" MTK və X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş hündürmərtəbəli yaşayış evinin 1-ci blokunda, 16-cı mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 195 kv.m-dən ibarət 46 saylı mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 020364 saylı, xx.xx.2007-ci il tarixli orderin ləğv edilməsi və həmin mənzilin onun adına sənədləşdirilməsi barədə sərəncam verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ə.Qafarovun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya, cavabdehə və digər üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10B, mənzil 46 (Yein qaydalarla: AZ1033, ünvan 2 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ xx.xx.2015-ci ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, mənzil 46 (X4 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan) ilə ünvan 3 ünvandır). Həmin mənzil Hədiyyə verən İddiaçı ilə Hədiyyə alan X5 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 mülkiyyətinə verilmişdir, həmin mənzilə mülkiyyət hüququ xx.xx.2015-ci ildə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin mənzil X1 ilə X3 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətinə verilmişdir, həmin mənzilə mülkiyyət hüququ xx.xx.2018-ci ildə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəli ünvana mülkiyyət hüququ hazırda İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda deyil, iddiaçı həmin ünvanın mülkiyyətçisi deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Qeyd olunan qərardakı hüquqi mövqeyə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. İş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan mənzilə mülkiyyət hüququ hazırda İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda deyil, iddiaçı həmin ünvanın mülkiyyətçisi deyil. İddiaçı qeyd olunan ünvana dair hər hansı hüquqa malik olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədi. Belə olan halda iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Bundan başqa, iddiaçı həmçinin həmin mənzilin onun adına sənədləşdirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir, lakin qanunvericilikdə qeyd olunan halda cavabdehin belə bir səlahiyyəti nəzərdə tutulmamışdır. İş materiallarından isə görünür ki, həmin mənzil artıq iddiaçının adına qeydiyyatdan keçmiş, sonra isə iddiaçı tərəfindən başqa şəxsin mülkiyyətinə verilmişdir. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-165/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-165/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver