Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1651/2020 17.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsinin üzərində olan möhürün zəif göründüyü və sənədin mötəbərliyinin şübhə doğurduğunu nəzərə alaraq, xx.xx.1975-ci il tarixdə Ermənistan Respublikasının Krasnoselskiy rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş ll-CЛ № 112022 nömrəli doğum haqqında şəhadətnaməsinin dəyişdirilməsinin Cavabdehnə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, sonradan həmin iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan SSR, Krasnoselso rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş ll-CЛ № 112022 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən onun doğum akt qeydinin bərpa edilməsi, “ata” qrafasında X3 adının, “ana” qrafasında X1 adının və “milliyyəti” qrafasında “azərbaycanlı” yazılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 03 avqust 1960-cı il tarixdə Ermənistan Respublikasının Krasnoselk rayonun Ardanış kəndində anadan olmuşdur, Azərbaycanlıdır. ünvan 1 ünvanında qeydiyyatdaydır və hal-hazırda həmin ünvanda yaşayır.İddiaçı ona aid doğum haqqında şəhadətnaməsinin təsdiq edilməsi ilə əlaədar “ASAN” Xidmət Mərkəzinə müraciət etmiş, lakin sonuncu tərəfindən məsələnin həllindən imtina edilmişdir. Əsas olaraq sənəddə olan möhürün zəif göründüyü və sənədin mötəbərliyinin şübhə doğurduğu bildirilmişdir. Bununla əlaqədar olaraq iddiaçı Bakı şəhəri Cavabdehnə müraciət edərək, xahiş etmişdir ki, onun doğum haqqımda şəhadətnaməainin dəyişdirilməsinin mümkünlüyünə baxılsın. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi bildirilmişdir ki, onun tərəfindən kifayət qədər zəruri sənədlər təqdim edilməmişdir. Həmçinin, o da qeyd edilir ki, iddiaçıya məlum olmayan səbəblərdən ermənilər tərəfindən atamsinin adının qeyd edildiyi qrafa boşdur. İddiaçıya aydındır ki, onun doğulmağı haqqında qeydiyyat Ermənistan Respublikasında aparıldığından dövlət arxivlərində bu barədə müvafiq sənədlərin tapılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya dair xx.xx.2019-cu il tarixli, 05/13 2700 saylı yazılı etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli ,52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən ollduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri və konsulliq idarələri tərəfindən icra edilir İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərbası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.1960-cı ildə Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuşdur. Şəxsiyyətini təsdiq edən sənədi olsa da, ona məxsus doğum haqqında şəhadətnaməyə icra edilmiş möhür zəif göründüyündən həmin şəhadətnamə müvafiq dövlət orqanları tərəfindən hüquqi sənəd kimi qəbul edilmir. X2r, lakin ona aid doğum haqqına şəhadətnamədə naməlum səbəblərdən atasının adı qeyd edilməmişdir. Göstərilən səbəblərdən doğum haqqında şəhadətnaməsinin dəyişdirilərək ona yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, lakin ərizəsi sonuncu tərəfindən təmin edilməmiş, ona ünvanlanmış cavab məktubunda isə məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib,iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Xətai RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilən AZE seriyalı, 08452187 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində anadan olmuşdur; - ASAN 2 tərəfindən xx.xx.2019-cu ildə verilmiş 48QR43Z fərdi identifikasiya nömrəli, AA089855 saylı şəxsiyyət vəsiqəsinin və “Elektron məhkəmə informasiya sistemi”nin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində doğulmuşdur; - ll-CЛ № 112022 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistanın Krasnoselskiy rayonunun Ardanış kəndində anadan olmuşdur, doğum haqqında akt qeydlərində xx.xx.1960-cı il tarixdə 54 nömrəsi ilə qeydiyyat aparılmışdır; - Vİİ-ЖГ seriyalı, 434889 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı ilə X5 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmış və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında Bakı şəhəri Cavabdehndə 923 nömrəsi ilə qeydiyyat aparılmış, nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir; - AZ-İ seriyalı, 055475 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Əliyeva Nəsibə Nəbi qızı xx.xx.2003-cü ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 818 nömrəsi ilə qeydiyyat aparılmışdır; - Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 05/15 2184 saylı, xx.xx.2019-cu il tarixli məktubdan aydın olur ki, Cavabdehndə doğum haqqında şəhadətnamənin bərpa edilməsi ilə bağlı ərizəyə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri və konsulliq idarələri tərəfindən icra edilir İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərbası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sonda qeyd edilmişdir ki, kifayət qədər zəruri sənədlər təqdim edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. İş materiallarına, eyni zamanda, ali təhsil haqqında diplomun, iddiaçıya məxsus hərbi biletin, medallarla təltif edilməyə dair vəsiqələrin surətləri və digər sənədlər də əlavə edilmişdir. Beləlikə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistanın Krasnoselo rayonunun Ardanış kəndində doğulmuş, ona məxsus doğum haqqında şəhadətnamənin dəyişdirilməsi barədə Cavabdehnə müraciət etsə də, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının xahişi təmin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Məhkəmə, əlavə olaraq onu da qeyd edir ki, dövlətdaxili qanunvericilikdə “milliyyət” məfhumuna leqal anlayış verilməsə də, hüquq doktrinasında və hüquqi praktikada “milliyyət” şəxslə dövlət arasında olan hüquqi əlaqə kimi qəbul olunur. Habelə, qanunvericilikdə şəxsin milliyyətinin onun atasının və ya yaxud anasının milliyyəti ilə müəyyən edilməsi ilə əlaqədar imperativ qayda da təsbit edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İddiaçının anası X1 milliyyətinin azərbaycanlı olması Ermənistan SSR, Krasnoselso rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə iddiaçıya verilmiş ll-CЛ № 112022 nömrəli doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır; 3-cü bəndində vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinin hallarından biri kimi göstərilmişdir; 4-cü bəndində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biri kimi göstərilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, 03 avqust 1960-cı il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş İddiaçı doğum akt qeydinin Ermənistan SSR, Krasnoselso rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş ll-CЛ № 112022 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən bərpa edilməsi, “ata” qrafasında X3 adının, “ana” qrafasında X1 adının və “milliyyəti” qrafasında “azərbaycanlı” yazılmaqla İddiaçı doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 03 avqust 1960-cı il tarixdə Ermənistan SSR, Krasnoselo rayonu, Ardanış kəndində doğulmuş İddiaçı doğum akt qeydinin Ermənistan SSR, Krasnoselso rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş ll-CЛ № 112022 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən bərpa edilməsi, “ata” qrafasında X3 adının, “ana” qrafasında X1 adının və “milliyyəti” qrafasında “azərbaycanlı” yazılmaqla İddiaçı doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1651/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1651/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver