Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1651/2021 02.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “1ci dərəcə əlilliyin bərpası” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci qrup əlil üçün ayrılmış sosial müavinətin verilməsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı iddia tələbi üzrə dəqiqləşdirilmiş ərizə təqdim edərək. ona 1-ci dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin nümayəndəsi X4 iş üzrə vəsatət verərək, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçı onun 1-ci dərəcə əlilliyinin bərpa edildiyini bildirdi. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı araşdırılmış sənədlərdən görünür ki, iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, o xx.xx.2010-cu il tarixdə TSEK tərəfindən ilkin müayinə olunmuş və ümumi səbəbdən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, sonraki illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlillik qüvvədə saxlanılmış, xx.xx.2015-ci il tarixdə TSEK tərəfindən təkrar müayinə olunmuş və 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.xx.xx.2016-cı il tarixdə 2-ci dərəcə əlilliyi 5 il müddətinə uzadılmışdır. Məhkəmə icraatı zamanı cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx xxxxxx 2021-ci il tarixli protokolundan görünür ki, İddiaçı müayinəsi ilə bağlı komissiyanın üzvləri birgə müzakirə aparmış, komissiyanın üzvü Ş.Qədiməliyev çıxış edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2772003AAA3Z nömrəli göndərişinə əsasən xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz İ (birinci) dərəcə əlillik təyin edilmişdir. Lakin əlillik altsisteminə daxil edilərkən İİ (ikinci) dərəcə göstərilərək əlillik müddəti bir il göstərilmişdir. Bununla bağlı Əlillik altsistemində İddiaçı əlillik müddəti başa çatdığından təqaüd ödənişi dayandırılmışdır. Xəstənin əlillik vəziyyəti əyani müayinə yolu ilə yenidən qiymətləndirilir. Əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, S.X3 X1 verilən rəydə qeyd olunan diaqnozla “Sağ ağ ciyərin fibroz-kavernoz vərəmi VMB (-). Xroniki respirtor çatmamazlığı ll-lll d. Xroniki obstruktiv bronxit.” mövcud sağlamlıq vəziyyəti ilə eynilik təşkil edir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.3 bəndinə uyğun olaraq, İ (birinci) dərəcə əlilliyin təyini üçün əsasdır və məqsədə müvafiqdir. Qeyd edilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.3 bəndinə uyğun olaraq, İ (birinci) dərəcə əlillik qüvvədə saxlanılması, əlililliyin qiymətləndirilməsinə dair məlumatlar Agentlik tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilsin və gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi qərara alınmışdır. TSEK-müayinənin nəticəsinə dair sənəddən görünür ki, iddiaçının əlillik qrupu kimi 1-ci dərəcəli əlillik qeyd edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “1-ci dərəcə əlilliyin bərpası” tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “1ci dərəcə əlilliyin bərpası” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1651/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1651/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver