Məhkəmə qərarları › İş №2-1(112)-1652/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1652/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1652/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddaçı İddiaçı (ünvan N ünvanda qeydiyatda olan) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini və müharibə veteranına ödənilən sosial müavinatın almadığı illərin ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx N965-ci il tarixində Bakı şəhərində anadan olmuş, hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ev 23 mənzil 56-da yaşayır. Bildirir ki, hərbi xidmətdə olduğu illərdə vətənin bütövlüyü uğrunda vuruşmuşdur. Odur ki, N2-ci il tarixində vətənin bütövlüyü uğurunda Ağdam rayonu istiqamətində gədən döyüşlərdə N saylı hərbi hissəsinin səyyar hospitalında “leytenant” rütbəsi ilə tağım komandiri olaraq iştirak etmişdir. Bu faktı təsdiq edən xx.xx.N2-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfindən Ağdam rayonu istiqamətində N saylı hərbi hissəsinin səyyar qospitalına “leytinant" rütbəsi ilə tağım komandiri olaraq hərbi xidmətə çağırılmağı barədə N578 nömrəli əmr vardır. Bundan əlavə FJN N87274 nömrəli hərbi bilətinin notarial qaydada təsdiq edilmiş surətinin NN-cu bəndində görünür ki, N2-ci il tarixində N nömrəli hərbi hissədə sərhəd hospitalının tağım komandiri olaraq hərbi xidmətdə olmuşdur. Qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Narimanov rayon idarəsi həmən faktı idarə rəisinin imzası və idarənin möhürü ilə təsdiq edir. Əmək kitabçasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərəfindən N578 nömrəli əmri əsasında əvvəlki iş yerindən onun azad edilməsi və hərbi xidmətə çağırıldığı qeyd olunmuşdur. N6 oktyabr N2-ci il tarixli, N2N76 nömrəli Azərbaycan Respublikası Müdafiə Nazirliyin əmrinin çıxarışında qeyd olunmuşdur ki, qanuna uyğun olaraq tutuğu vəzifədən yəni N saylı hərbi hissəsinin səyyar hospitalının “leytnant” rütbəsi ilə tağım komandiri vəziləsindən azad olunaraq, AR Müdafiə Nazirliyinin Mərdəkən Hərbi istirahət evinin tibb məntəqəsi rəisi vəzifəsinə “Baş leytinant” rütbəsi ilə təyin olunmuşdur. Bildirir ki, yuxarıda qeyd olunanlara baxmayaraq AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə onun hərbi hidmətdə olduğunu təsdiq edən arxiv arayışının verilməsi ilə bağlı müraciətinin əsasında AR Müdafiə Nazirliyinin Mərkəzi Arxiv xx.xx.2N2N-ci il tarixli məktubda qeyd edilmişdir ki, onunla bağlı arxiv sənədləri tapılmamışdır. Qeyd edir ki, təqdim etdiyi sənədlər onun hərbi xidməti haqqında məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olmamağı mümkünsüzdür. Ərizəyə əlavə etdiyi sənədlərdən onun harda, nə vaxt, hansı rütbə və vəzifədə hərbi xidmətdə olduğu dəqiq göstərilib. Əlavə olaraq qeyd edir ki, Qarabağ müharibəsində iştirak etməsini döyüş yoldaşları təstiq edə bilərlər və hərbi kitabçasında da iştirakı qeyd olunur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul ediləsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 №- li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara NN may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasinə daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia ərizəsinə əlavə edilmiş və müvafiq sorğular əsasında təqdim edilən sənədlər tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir. İddiaçı F.S.İİxaszadə iddia ərizəsində, İddiaçı ərizəsindən və əlavə edilmiş sənədlərdən görünür ki. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N578 nömrəli xx.xx.N2-ci il tarixli əmri ilə “leytnant” hərbi rütbə verildi N nömrəli hərbi hissənin səyyar hospitalında taqım komandiri vəzifəsində hərbi xidmət keçmiş, Müdafiə Nazirliyinin xx.xx.N2-ci il tarixli N2N76 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək Müdafiə Nazirliyinin Mərdəkan hərbi istirahət evinin tibb məntəqə rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçıya məxsus TJN N87274 nömrəli hərbi biletində qeyd edilən məlumatlar öz əksini tapmış və xx.xx.N4-cü il tarixdən “HDQ Hospitalının psixonevroloji kabinetinin rəisi” vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N8-ci il tarixli N852 nömrəli əmri ilə “xidmət müddəti başa çatdığına görə” hərbi xidmətdən tərxis edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sından daxil olmuş N/N-N3244 nömrəli xx.xx.2N2N-ci il tarixli məktub və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2N2N-ci il tarixində komissiya etdiyi müraciəti xx.xx.2N2N-ci il tarixində komissiyanın iclasında baxılmış, onun mürciəti və ona əlavə edilmiş sənədlərə dair müsbət qərar qəbul edilməmişdir. Bu hala dair əsas olaraq Mərkəzi Arxivin xx.xx.2N2N-ci il tarixli 9/2-6249 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissə komandirinin iyun-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat olmaması götürülmüşdür. Sözügedən məktubda əlavə olaraq, N nömrəli hərbi hissənin xx.xx.N2-ci il tarixdə yaranması və xx.xx.N3-xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi yazılmışdır. Buna əsas olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı" qeyd edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 9/2-992N nömrəli xx.xx.2N2N-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin zabit və gizir heyətinin əlifba qeydiyyatı kitabında leytenant İddiaçı Müdafiə nazirinin xx.xx.N2-ci il tarixli N678 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə manqa hərbi xəstəxanasının rəisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N () nömrəli hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə qzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən irəli sürülən hərbi biletində döyüş əməliyyatlarında iştirak etmə hallari ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissənin xx.xx.N2-ci il tarixdə yaranması və xx.xx.N3xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Qeyd olunan hallara əsasən iddiaçının N2-ci ilin iyun və oktyabr aylarında N () nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi onun döyüş əməliyyatlarında iştirak etməsini ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2NN7-ci il tarixli 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Məhkə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ГЛN87274 saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən verilmiş N78 253N8 saylı, xx.xx.2N2N-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən İddiaçı məhkumluğu yoxdur. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsinə iddiaçının hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunmasına dair əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2N2N-ci il tarixli, N487 saylı məktubdan görünür ki, xx.xx.N965-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı xx.xx.NNN2-ci ildən xx.xx.N2-ci ilədək N saylı hərbi hissədə, xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək Mərdəkan Mərkəzi Hərbi İstirahət evində, xx.xx.N4-cü ildən xx.xx.N9-cu ilədək Hərbi Dəniz Qüvvələri Hospitalında xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N8-ci il tarixli N852 nömrəli əmrinə əsasən yaşa görə ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2N2N-ci il tarixli, N/İ-NN246 saylı məktubdan görünür ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2N2N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi arxivin xx.xx.2N2N-ci il tarixli 9/2-6249 nömrəli arayışına əsasən N () nömrəli hərbi hissə komandirinin iyun-oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidməti barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 6N-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İddiaçının qənaətinə görə onun xx.xx.N2-ci il tarixdə N nömrəli hərbi hissədə sərhəd hospitalının tağım komandiri olaraq xidmət keçməsi barədə hərbi biletinin NN-cü bəndində qeydə əsasən döyüş əməliyyatlarında iştirak etdiyindən ona “müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Hazırki mübahisə üzrə cavabdeh iddiaçının xidməti barədə nizami hissə üzrə əmrlərdə xidməti barədə məlumat Arxiv arayışları ilə təsdiqlənmədiynə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən bununla bağlı araşdırıma aparılmış, xx xxxxxx N965-ci il təvəllüdlü İddiaçı xidmət etdiyi N saylı hərbi hissənin döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olub-olmaması barədə məlumatın, iddiaçının döyüşlərdə iştirakını təsdiq edən sənədlərin təsdiq edilmiş surəti soğru əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi X2 İdarəsinə ünvanladığı N5 oktyabr 2N2N-ci il tarixli məktubundan görünür ki, N №li hərbi hissənin zabit və gizir heyətinin əlifba qeydiyyatı kitabında leytenant İddiaçı Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli N678 №li əmrinə əsasən 7N4 №li hərbi hissədə manqa hərbi xəstəxanasının rəisi vəzifəsinə təyin edilməsi barədə məlumatın olduğu, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyatın aparılmadığı, həmçinin N () №li hərbi hissə komandirinin oktyabr N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2N2N-ci il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin N aprel N2-ci il tarixdə yarandığı, xx.xx.N3-xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Əsas olaraq xx.xx.N7-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı. Məhkəmə iddiaçının, onun xx.xx.N2-ci il tarixdə N nömrəli hərbi hissədə sərhəd hospitalının tağım komandiri olaraq xidmət keçməsi barədə iştirak etdiyindən ona “müharibə veteranı” adı və vəsiqəsi verilməli olmasına dair arqumentinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırması nəticəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissənin xx.xx.N2-ci il tarixdə yarandığı, lakin xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edildiyindən, iddiaçının N2-ci ilin iyun və oktyabr aylarında N () nömrəli hərbi hissənin tərkibində xidmət keçməsi onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq etmir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - NN-ci il oktyabrın 9-dan N4-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə Məhkəmə araşdırması nəticəsində iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edildiyindən, iddiaçının isə həmin dövrdə N saylı hərbi hissədə xidmət etmədiyi müəyyən edilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi sübut edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.N, 52, 58, 68-69, 75.4 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 54N-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar