Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1652/2023 16.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı X4 direktoru X2 xx.xx.2022-ci il tarixli, 3309 saylı “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” Qərarının ləğv edilməsi ilə əlaqədar, iddiaçının müavinət almağı ilə bağlı imtiyazının bərpa edilməsinə dair iddiaçıya müavinətin verilmədiyi günlərin hesabına həmin günlər üçün müavinətin hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixindən fiziki şəxs olaraq, “Şadlıq evinin xidmətləri” (56102) faəliyyət sahəsində çalışdığı üçün vergi ödəyicisi kimi qeydiyyata götürülmüşdür və ona ********** VÖEN verilmişdir. Artıq iş olmadığı səbəbindən, xx.xx.2016-cı il tarixdə fiziki şəxs olaraq ərizə yazaraq, fəaliyyətini xx.xx.2021ci il tarixinə qədər dayandırmışdır. xx.xx.2019-cu il tarixindən iddiaçıya sosial müavinət təyin edilmişdir. xx.xx.2021-ci il tarixində, fiziki şəxs olaraq uçotdan çıxarılmağına, vergi ödəyicisinin ləğv olunmasına dair onlayn ərizə yazmışdır. Elə həmin vaxt da, ona ərizəsinin qəbul edilməsinə dair onlayn bildiriş gəlmişdir. 2022-ci ilin yanvar ayında iddiaçıya vergi orqanından verilmiş məlumatdan bilmişdir ki, fəaliyyətinin dayandırıldığı müddət bitdiyindən, yeni fəaliyyət dövrü başlanmışdır. xx.xx.2021-ci il tarixində, fiziki şəxs olaraq uçotdan çıxarılmasına, vergi ödəyicisinin ləğv olunmasına dair onlayn yazmış olduğu ərizə də nəzərə alınmamışdır. Odur ki, xx.xx.2022-ci il tarixində, onlayn ərizə yazaraq, fiziki şəxs olaraq fəaliyyəti və əməliyyatları yenidən dayandırmışdır. Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix, xx.xx.2062-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 22 fevral 2022-ci il tarixli, **********9 saylı “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” məktubunu, məktuba əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı X4 direktoru X2 xx.xx.2022-ci il tarixli, 3309 saylı “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” qərarının kserosurətini xx.xx.2022-ci il tarixində poçt vasitəsilə almışdır. Sosial Ödənişlər Təyinatı X4 direktoru X2 xx.xx.2022-ci il tarixli, 3309 saylı “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” Qərarına görə, xidməti yoxlama zamanı müəyyən etmişlər ki, İddiaçı, xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi olmuşdur. Odur ki, iddiaçıya sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu səbəbdən də, vətəndaşa xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilmiş 4388,77 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. Beləliklə, Sosial Ödənişlər Təyinatı X4 direktoru X3 qərara almışdır ki, borclu İddiaçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək müavinət üzrə artıq ödənilmiş 4388,77 manat məbləğ, tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilsin. İddiaçıya xx.xx.2019-cu il tarixdən müavinət' veriləndə, iddiaçının xx.xx.2015-ci il tarixindən fiziki şəxs olaraq, “Şadlıq evinin xidmətləri” (56102) faəliyyət sahəsində çalışmağı üçün vergi ödəyicisi kimi qeydiyyatı var idi, qeydiyata götürülmüşdü və ona ********** VÖEN verilmişdir. Qurumun özünün səhlənkarlığıdır ki, qanunvericiliyin tələblərini özləri pozmuşlar, onun xx.xx.2015-ci il tarixindən fiziki şəxs olaraq, “Şadlıq evinin xidmətləri” (56102) faəliyyət sahəsində çalışmağı üçün vergi ödəyicisi kimi qeydiyyatının olduğunu, xx.xx.2016-cı il tarixdə fiziki şəxs olaraq ərizə yazaraq, fəaliyyətini xx.xx.2021-ci il tarixinə qədər dayandırdığını bilməmişlər. İndi də, hansısa xidməti yoxlama keçirmişlər və məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi olmuşdur. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı X4 direktoru X2 xx.xx.2022-ci il tarixli, 3309 saylı “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” Qərarının” ləğv edilməsinə dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(112)-S644/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı X4 direktoru X2 xx.xx.2022-ci il tarixli, 3309 saylı “Artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” Qərarı ləğv edilmişdir. Ona görə də iddiaçı hesab edir ki, məhkəməyə müraciət etməli, özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməlidir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 iddiaya etirazında bildirilmişdir ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixindən ona yaşa görə müavinət təyin edilmişdir. Bu səbəbdən ona təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Bununla da, Fondun Sosial Ödənişlərin Təyinatı X4 xx.xx.2022-ci il tarixli 3309 nömrəli qərarına əsasən ona təyin edilmiş sosial müavinətin xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 4388,77 manat məbləğində artıq ödənildiyi müəyyən edilmişdir. Təqdim edilən Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********281200 nömrəli arayışına əsasən İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixində dondurulmasına baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Qanunun 7-ci maddəsinə əsasən, yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin olunur. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları hesab olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 53 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Oanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən raşiayaraq 2021 ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Digər tərəfdən “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.13-cü maddəsinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət təyin edilir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya müavinət təyin edlməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda; 2) beşdən çox uşaq doğub tərbiyə etdikdə. Hazırkı halda hər iki şərt ödənilmir. 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli qərarda artıq üç uşaq deyil, beş və daha çox uşaq doğub, onları tərbiyə etmiş və böyütmüş qadınlara təyin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçı nəinki yaş həddini, həmçinin 3 uşağı olması səbəbindən ümumən qanunvericliyin tələblərini ödəmədiyi müəyyən edilmişdir. Haqlı olaraq İddiaçı müraciəti üzrə tələbinə Filial tərəfindən imtina cavabı verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda müavinət təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin Hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 10 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubu ilə göndərilmiş müavinət işinə dair sənədlərdən görünür ki: -Sosial müavinətin təyinatı üzə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 85 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixindən İddiaçı yaşa görə sosial müavinət təyin edilmişdir. -Sosial ödənişlər alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş sosial müavinət xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. -İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə 4 saylı Dost Mərkəzinə müraciət edərək yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 xx.xx.2022-ci il tarixli, 3309 nömrəli qərarı ilə xx.xx.1962-ci il tarixində ünvan 1 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək müavinət üzrə artıq ödənilmiş 4388,77 manat məbləğ tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8644/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 “artıq ödənilmiş sosial müavinət məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli, 3309 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********006300 nömrəli məktubunda bildirilmişdir ki, vergi orqanında olan uçotbaza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək təqdim edilmiş 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi məlumatlarına əsasən dövriyyə məbləği 0,00 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu, 2020-ci illərin 1-4-cü rübləri və 2021-ci ilin 1-3-cü rübləri üzrə vergi orqanına sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2015-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən bərpa olması, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən bərpa olması, xx.xx.2022-ci il tarixdən xx.xx.2062ci il tarixədək dayandırılması və xx.xx.2021-ci il tarixli **********883200 nömrəli "Fiziki şəxsin uçotdan çıxarılması haqqında" ərizə ilə müraciət etməsi barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə təqdim edilməyən bəyannamə üzrə öhdəliyinin həmçinin digər vergi məsuliyyəti ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlı məlumatın olmadığı müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********979000 nömrəli məktubunda bildirilmişdir ki, vergi orqanında olan uçotbaza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək təqdim edilmiş 2021-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi məlumatlarına əsasən dövriyyə məbləği 0,00 manat təşkil etmişdir. Eyni zamanda bildiririk ki, vergi ödəyicisi tərəfindən 2019-cu, 2020-ci illərin 1-4-cü rübləri və 2021-ci ilin 1-3-cü rübləri üzrə vergi orqanına sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazrda qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Məlumat üçün bildiririk ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə müavinət təyin edilmişdir. Mərkəzi Filialın xidməti yoxlaması zamanı məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN **********) olduğunuz halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2019-cu il tarixindən sizə yaşa görə müavinət təyin edilmişdir. Bu səbəbdən sizə təyin edilən yaşa görə müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Bu səbəbdən Fondun Sosial Ödənişlərin Təyinatı X4 xx.xx.2022-ci il tarixli 3309 nömrəli qərarına əsasən sizə təyin edilmiş sosial müavinətin xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 4388,77 manat məbləğində artıq ödənildiyi müəyyən edilmişdir. Bildiririk ki, təqdim etdiyiniz Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********281200 nömrəli arayışına əsasən aktiv vergi ödəyicisi kimi fəaliyyətinizin xx.xx.2022-ci il tarixində dondurulmasına baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci, 67.2-ci, 67.6.2-ci və 67.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maraqlı şəxs səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qorunması hüququna istinad edə bilməz. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur, ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Eyni zamanda bildiririk ki, həmin Qanununun 67.2-ci, 82.1-ci, 82.2-ci, 82.3cü maddələrinin tələblərinə riayət etməklə inzibati orqan olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 əlverişli inzibati aktını ləğv etmək və ödənilmiş pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul etməklə vətəndaşın qeydiyyat ünvanı üzrə icraya yönəltmək hüququ var. Həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: -borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; -pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; -inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Qeyd olunanları nəzərə alaraq, sizə artıq ödənilmiş 4388,77 manat məbləği 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun aşağıda qeyd olunan hesabına ödəməyiniz tələb olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia qismində mümkün iddiadır. İddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə yönəlib. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın bu növ iddia üzrə nəzərdə tutulmuş xüsusi mümkünlük şərti də ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. İşin hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara müavinət növündə yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya müavinətin ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmış, cavabdeh orqan tərəfindən xx.xx.2019-xx.xx.2021-ci il tarixədək ödənilmiş müavinətin artıq ödənilmiş sosial müavinət kimi geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli 3309 nömrəli qərar qəbul edilmiş, həmin qərar Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 8644/2022 nömrəli qərarı ilə ləğv edilmişdir. Hazırkı iddiasında iddiaçı ona təyin edilmiş müavinətin dayandırıldığı tarixdən bərpasını tələb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Sadalanan normalara istinadən məhkəmə qeyd edir ki, inzibati orqanın cavabdehə yaşa görə müavinətin təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya yaşa görə müavinətin təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, o ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin əlverişli inzibati aktın nəticələrinin icrasından imtina edilməsi yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və yeni icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin sosial müavinət hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından sosial ümavinətlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən müavinətin ləğv olunması ilə bağlı hallarda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə müvafiq qurumlara sorğuların göndərilməsini təmin etmək vəzifəsi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Hazırkı müavinət işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı müavinətinin dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, müavinətin dayandırılmasına əsas verəcək hallar araşdırılmadan iddiaçı barəsində müavinət ödənişini dayandırılmışdır. Bundan əlavə, hazırkı işdən görünür ki, inzibati orqan iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinət ödənişinin xx.xx.2021-ci il tarixindən dayandırılmasını iddiaçının xx.xx.2015-xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi olması ilə əsaslandırır. Halbuki, iddiaçının icraat zamanı inzibati orqana təqdim etdiyi arayışlarda, eləcə də məhkəmənin sorğusu ilə əldə edilmiş cavab məktublarında iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sübut olunmur. Belə ki, iddiaçı vergi ödəyicisi kimi (VÖEN: **********) xx.xx.2015-ci il tarixdə uçota alınmış, fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2062-ci il tarixədək dayandırmış, xx.xx.2021-ci il tarixli **********883200 nömrəli "Fiziki şəxsin uçotdan çıxarılması haqqında" ərizə ilə vergi orqanına müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarında bildirilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək təqdim edilmiş 2021-ci ilin 4cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi məlumatlarına əsasən dövriyyə məbləği 0,00 manat təşkil etmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu, 2020-ci illərin 1-4-cü rübləri və 2021-ci ilin 1-3-cü rübləri üzrə vergi orqanına sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən dövriyyə məbləği müəyyən edilməmişdir. İddiaçının xx.xx.2022-ci il tarixə təqdim edilməyən bəyannamə üzrə öhdəliyinin həmçinin digər vergi məsuliyyəti ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlı məlumatın olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının adına olan vergi uçotu sosial müavinət aldığı dövrdə dayandırılmış vəziyyətdə olmuş, yalnız xx.xx.2016 və xx.xx.2021-ci il tarixlərdə vaxtı çatdığı üçün avtomatlaşdırılmış qaydada bərpa olunmuş, həmin günlərdən sonra növbəti günlərdə iddiaçının vergi ödəyicisi kimi fəaliyyəti yenə dayandırılmışdır. Eyni zamanda mübahisələndirilən dövrlər üzrə iddiaçının ümumiyyətlə vergi dövriyyəsi olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının barəsində əliverişsiz inzibati aktı qəbul etməzdən öncə müvafiq sorğular verməklə araşdırma aparmamış və yaxud iddiaçının iştirakını bilavasitə təmin etməklə qeyd edilən hallara aydınlıq gətiməyə təşəbbüs göstərməmiş, bilavasitə iddiaçının vergi uçotunun olmasına istinad edərək iddiaçını xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən qazanılmış müavinət almaq hüququndan məhrum etmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X4 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1652/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1652/2023
16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver