Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1652/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Rəşid Behbudov küçəsi 46 ünvanda mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evinin 600 kv.m ibarət olan həyətyanı torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi, torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 25 mart 1997-ci il tarixli 242 nömrəli sərəcamına əsasən “RJA” xüsusi memarlıq tikinti şirkətinə Bakı şəhəri, Binəqədi rayonu, Pişəvəri küçəsinin 3215-ci məhəlləsində yaşayış evlərinin tikintisi və layihələndirilməsi məqsədilə torpaq sahəsi ayrılmışdır. “RJA” şirkətinin 07 iyul 1998-ci il tarixli, 012 nömrəli qərarı ilə həmin torpaq sahəsindən 30x20 m ölçüdə baş plan üzrə fərdi yaşayış evi tikmək üçün Qədir Rüstəmova ayrılmışdır. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının G88 nömrəli, 24 iyul 2002-ci il tarixli Sərəncamına əsasən BŞİH Başçısının 242 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə “RJA” xüsusi memarlıq və tikinti şirkətinə yaşayış evi tikmək üçün ayırdığı sahədən “RJA” şirkətinin 012 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün vətəndaş X1 ayrılmış 600 kv.m sahədə razılaşdırılmış layihə əsasında tikintisi başa çatdırılmış M.Ə.Rəsulzadə qəsəbəsi, Pişəvəri küçəsi 22 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Sonradan iddiaçının Qədir Rüstəmovdan daşınmaz əmlakı alqı-satqı yolu ilə əldə edilmiş və xx.xx.2008-ci il tarixdə həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin torpaq sahəsinə hüququ qeydiyyata alınmamışdır. Fərdi yaşayış evini əldə etdiyi tarixdən hal-hazıradək həmin ünvanda yerləşən 600 kv.metr torpaq sahəsi faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Hazırda sözügedən ünvan ünvan 1nır. İddiaçı qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə olan hüquqlarının qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən 242 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı “RQA” xüsusi memarlıq şirkətinə torpaq sahəsinin ayrılması haqqında olmuşdur. Həmçinin qeyd olunan torpaq sahəsi “RQA” xüsusi memarlıq şirkətinə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Torpaq sahəsi “RQA” xüsusi memarlıq şirkətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim edilən əlaqəli sənəd əsasında qeydiyyat aparıla bilər. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, arxiv planında qeyd olunan İİİ tikili sökülmüşdür.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 mart 1997-ci il tarixli 242 nömrəli sərəcamına əsasən “RJA” xüsusi memarlıq tikinti şirkətinə Bakı şəhəri, Binəqədi rayonu, Pişəvəri küçəsinin 3215-ci məhəlləsində yaşayış evlərinin tikintisi və layihələndirilməsi məqsədilə torpaq sahəsi ayrılmışdır. -“RJA” şirkətinin 07 iyul 1998-ci il tarixli, 012 nömrəli qərarı ilə “RJA” firmasına məxsus olan 25 mart 1997-ci il tarixli 242 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin sərəcamı ilə ayrılmış Binəqədi rayonu, Pişəvəri küçəsinin 3215-ci məhəllə sahəsindən 22 nömrəli torpaq bölümü ölçüsü 20x30 olan qenplan üzrə fərdi ev tikintisi üçün Qədir Rüstəmova ayrılmışdır. - Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 688 nömrəli, 24 iyul 2002ci il tarixli sərəncamına əsasən BŞİH Başçısının 242 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə “RJA” xüsusi memarlıq və tikinti şirkətinə yaşayış evi tikmək üçün ayırdığı sahədən “RJA” şirkətinin 012 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün vətəndaş X1 ayrılmış 600 kv.m sahədə razılaşdırılmış layihə əsasında tikintisi başa çatdırılmış M.Ə.Rəsulzadə qəsəbəsi, Pişəvəri küçəsi 22 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. -23 avqust 2003-cü il tarixli, 196573 nömrəli müqaviləyə əsasən X3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 9 saylı evi İddiaçı satmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, keçid 3-də istifadədə olan 0,01646 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 4 otaqlı, 85.9 kv.metr yaşayış, 279.1 kv. metr köməkçi sahədən ibarət 9 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 8985 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 21/205 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonunda Pişəvəri küçəsinin adı dəyişdirilməklə Cavadxan (Gəncə xanı) küçəsi adlandırılmışdır. Bakı səhəri, Binəqədi rayonu, 3215-ci məhəllə, Pişəvəri küçəsi, ev 22 ünvanı Bakı səhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, keçid 3, ev 9 olaraq eynilik təşkil edir. ünvan 5 ünvanına "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli. 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla Bakı səhəri, Binəqədi rayonu, X6 qəsəbəsi, Rəşid Behbudov küçəsi, 46 ünvan rekviziti təyin edilmişdir. -“X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən 145 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin konfiqurasiyası və faktiki naturada yerləşmə vəziyyəti sənəd üzrə naturaya uyğundur, tikililərin mövqeyində hər hansı uyğunsuzluq və sahə fərqi yoxdur. Torpaq sahəsinin koordinatları müəyyən edilərək tərtib olunmuş sxemdə qeyd olunur. Torpaq sahəsi dövlət mülkiyyətinə aiddir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0, 8.0.1 maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İş materiallarına görə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25 mart 1997-ci il tarixli 242 nömrəli sərəcamına əsasən “RJA” xüsusi memarlıq tikinti şirkətinə Bakı şəhəri, Binəqədi rayonu, Pişəvəri küçəsinin 3215-ci məhəlləsində yaşayış evlərinin tikintisi və layihələndirilməsi məqsədilə torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 688 nömrəli, 24 iyul 2002-ci il tarixli sərəncamına əsasən BŞİH Başçısının 242 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə “RJA” xüsusi memarlıq və tikinti şirkətinə yaşayış evi tikmək üçün ayırdığı sahədən “RJA” şirkətinin 012 saylı, xx.xx.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün X1 ayrılmış 600 kv.m sahədə razılaşdırılmış layihə əsasında tikintisi başa çatdırılmış M.Ə.Rəsulzadə qəsəbəsi, Pişəvəri küçəsi 22 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. 23 avqust 2003-cü il tarixli, 196573 nömrəli müqaviləyə əsasən X3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 9 saylı evi İddiaçı satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, keçid 3-də istifadədə olan 0,01646 ha torpaq sahəsində yerləşən 1 ədəd 2 mərtəbəli, 4 otaqlı, 85.9 kv.metr yaşayış, 279.1 kv. metr köməkçi sahədən ibarət 9 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının tələbinin əsaslandığı hallara görə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Rəşid Behbudov küçəsi 46 ünvanında iddiaçıya mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evinin 600 kv.m ibarət olan həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilən 242 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamı “RQA” xüsusi memarlıq şirkətinə torpaq sahəsinin ayrılması haqqında olmuşdur ki, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına tələb etməyə heç subyektiv hüququ yoxdur. Beləliklə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, hazırkı işin hallarına görə qanunvericiliklə daşınmaz əmlaka hüquqların qeydiyyatı üçün müəyyən edilmiş əsaslardan heç biri iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də ərizəçi mülkiyyəti və ya yaşayış yerini təsdiq edən hər hansı sübutu təqdim etmədikdə, onun şikayətləri mütləq rədd edilir (bax, misal üçün: sahibliyin sübutu olmadığı halda Məhkəmə şikayəti rationae materiae əsassız elan etdiyi Lordos and Others v. Turkey, 15973/90 nömrəli ərizə, § 50, 2 noyabr 2010-cu il; həmçinin Kerimova and Others v. Russia işindəki bəzi ərizəçilər ilə bağlı nəticələr). Bəzi işlərdə Məhkəmə təkrarlamışdır ki, ərizəçilərdən öz şikayətlərini müdafiə etmək üçün kifayət qədər prima facie sübutların təqdim edilməsi tələb edilir. Damayev v. Russia işində (36150/04 nömrəli ərizə, §§ 108-111, 29 may 2012-ci il) Məhkəmə hesab etmişdir ki, evinin dağıdılması barədə şikayət edən ərizəçi heç olmazsa müvafiq əmlakın qısa təsvirini təqdim etməlidir. Heç bir sənəd və ya təfərrüatlı tələb təqdim edilmədiyindən onun şikayəti əsassız hesab edilmişdir. Məhkəmə əmlakın və ya yaşayış yerinin prima facie sübutları kimi, həmçinin torpaq üzərində mülkiyyəti təsdiq edən sənədləri, torpaq və ya vergi reyestrindən çıxarışları, yerli idarəetmə orqanlarının sənədlərini, planları, fotoşəkilləri və təmir işlərinə dair qəbzləri, habelə poçt göndərişləri barədə bildirişləri, şahid ifadələrini və ya hər hansı başqa müvafiq sübutları göstərmişdir (bax, misal üçün: 54 ÇİRAQOV VƏ DİGƏRLƏRİ ERMƏNİSTANA QARŞİ, QƏRAR (MAHİYYƏT ÜZRƏ) Prokopovich v. Russia, 58255/00 nömrəli ərizə, § 37, ECHR 2004-Xİ, və Elsanova v. Russia (dec.), 57952/00 nömrəli ərizə, 15 noyabr 2005-ci il). Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva