Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1652/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı9 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, X5 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, X4 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı8 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, X6 ünvan 2 ünvanında qeydiyyatdadır. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı4 ünvan 3 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı10 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı7 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı5 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AA43354573 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı11 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı6 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən görünür ki, İddiaçı3 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, № 002047 qeydiyyat vərəqəsinə əsasən İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, L.Şmidt küçəsindəki 2 otaq 25.5 kv.m yaşayış sahəsi, 45.6 kv.m ümumi sahəsi olan 1 saylı fərdi yaşayış evinin üzərində xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 (Yeni qaydalarla: AZ 1104, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 və İbad Mamed oğlunun paylı mülkiyyətindədir. İddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, giriş 46 ünvanına qeydiyyata alınmaları üçün Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçıların ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-yə təqdim olunması vacibdir. Lakin, göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-yə təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmaları imkan xaricindədir. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, X3, X5 və X2 ünvan 8 qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadiq Cəfərov küçəsi, giriş 46 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Qulam oğlu xx.xx.1947-ci il tarixdə Kürdəmir rayonu Beyi kəndində anadan olmuşdur. 30 ilə yaxın müddətdir ki, ailə üzvlərilə birlikdə xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Belə ki, xx.xx.1999-cu ildə Bakı şəhəri Zabrat 2- L. Şmidt küçəsi ev 1-də yaşayan Bəsti İbad qızı ilə İddiaçı1 Qulam oğlu notarial qaydada Bakı şəhəri 17 saylı Dövlət notariat kontorunun Dövlət notariusu F.İ.Hüseynov tərəfindən təsdiq edilməklə № 095405 alğı-satqı müqaviləsi imzalamışlar. Həmin müqaviləyə görə Bəsti İbad qızı Bakı şəhəri TİB-dən verilmiş xx.xx.1990-cı il tarixli, kitab: 03, səhifə 362 30/ 4576 qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Zabrat-2, L.Şmidt küçəsi, ev 1-də yerləşən və atası İbad Mamed oğlundan miras qalmış fərdi yaşayış evinin ona məxsus olan ¼ hissəsini - yaşayış sahəsi 25.5 kv.m; 20 kv.m köməkçi otaqdan ibarət ¼ hissəni ona 6.125.000 manata satmışdır. Bu müqavilə 3MA/53 № li reyestrdə qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin FM seriyalı, № 002047 qeydiyyat vərəqəsinə əsasən İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, L.Şmidt küçəsindəki 2 otaq 25.5 kv.m yaşayış sahəsi, 45.6 kv.m ümumi sahəsi olmaqla torpaq sahəsindən ibarət 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilməsi və 03 saylı reyestr kitabında № 30/18266 xx.xx.1999-cu il tarixində qeydə alınması ilə bağlı qeydiyyat vəsiqəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən iddiaçıya verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə 45.60 kv metr, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi giriş 46 ev 1-dəki fərdi yaşayış evinin onun xüsusi mülkiyyətində olduğu təsdiq edilmişdir. İddiaçı əvvəllər də çıxarış almış, bu dəfəki çıxarışı isə yaşadığı fərdi yaşayış sahəsinin yerləşdiyi küçənin adı dəyişdirildiyinə görə çıxarışda da küçənin adını dəyişdirmək üçün almışdır. İddiaçı1, ailə üzvləri - İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, X3, X5 və X4 ilə birlikdə ünvan 8 qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, giriş 46 ünvanında yaşayır. Hazırda xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi küçənin adı dəyişdiyi üçün yeni göstərilən ünvanda qeydiyyatda deyillər. Odur ki, hesab edir ki, hazırki vəziyyətdə xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi küçənin adı dəyişdiyi üçün onlar yeni ünvan üzrə yəni, ünvan 8 qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, giriş 46 qeydiyyata alınmalıdırlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı13 ərizəsi təmin edilərək, ona münasibətdə iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıların “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, X5 və X1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadiq Cəfərov küçəsi, giriş 46 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə digər iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadırlar və yaşayırlar. İddiaçıların qeydiyyatda olduqarı ünvan yeni qaydalarla AZ 1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadiq Cəfərov küçəsi, giriş 46 ünvanı kimi qeydiyyata alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı yaşadıqları və qeydiyyatda olduqları ünvana yeni qaydalarla AZ 1104, Bakı şəhəri, ünvan 9 ünvana qeydiyyata alınmaları ilə bağlıdır. Cavabdeh iddiaçıların müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iş materiallarında olan sübutlara istinad etməklə bildirir ki, iddiaçıların mövqeyi qanuni və əsaslıdır. Belə ki, iddiaçılarn qeydiyyata alınmasını tələb etdiklari AZ 1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, giriş 46 ünvanı onların hazırda qeydiyyatda olduqları Bakı şəhəri, ünvan 10 ünvandır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. CMS-AZEMİS məlumat-axtrarış sistemindən, o cümlədən məhkəmənin sorğusuna cavab olaraq Sabunçu Rayon Polis İdarəsi tərəfindən göndərilmiş iddiaçılara məxsus fərdi uçot kartoçkalarının surətindən görünür ki, iddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında qeydiyyatdadırlar. İddiaçıların qeydiyyatda olduqları ünvanlarda qəsəbənin adı “Zabrat qəsəbəsi”, “Zabrat-1 qəsəbəsi”, “Zabrat-2 qəsəbəsi” qeyd olunsa da, həmin ünvanların eyni ünvan olması mübahisə doğurmur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar qeydiyyata alınmağı arzu etdikləri fərdi yaşayış evində yaşayırlar. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, X5, X4 ünvan 11 ünvanında yerləşən evdə yaşayırlar. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçıların hazırda qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadıq Cəfərov küçəsi, ev 1 ünvanında yerlşən fərdi yaşayış evinə yeni qaydalarla AZ 1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadiq Cəfərov küçəsi, giriş 46 ünvanı verildiyindən, həmçinin həmin ünvan üzrə fərdi yaşayış evinə dair İddiaçı1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olduğundan, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən iddiaçıların həmin ünvana qeydiyyata alınmaları üçün əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir. Qeyd edilən yanaşma X11 məhkəməsinin təcrübəsinə də əsaslanır. X11 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X11 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi tərəfindən qeyd edilən hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin birneçə yaşayış yeri ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçılar qeydiyyata alınmalarını xahiş etdikləri ünvanda yaşadıqlarından və həmin ünvana dair İddiaçı1 adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olduğundan, o cümlədən iddiaçılar köhnə ünvan üzrə qeydiyyatda olduqlarından iddiaçıların iddia etdikləri ünvana qeydiyyata alınmaları vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiaları təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, X6, X5 və X1 AZ 1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadiq Cəfərov küçəsi, giriş 46 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2-1(112)-1652/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1652/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver