Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1653/2020 29.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı (üçüncü şəxs X4) “cavabdehin üzərinə borcun digər şəxsə aid edilməsi barədə öhdəliyin qoyulması və üçüncü şəxsin barəsində xüsusi qərardad çıxarılması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinə qarşı (üçüncü şəxs X4) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdehin üzərinə üçüncü şəxs X1 əməliyyatlar aparmaqla, ümumilikdə, 23.643,76 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmədiyindən, həmin borcun X2 aid edilməsi barədə öhdəliyin qoyulması və X1 hərəkətlərində dələduzluq cinayətinin əlamətləri olduğundan barəsində xüsusi qərardad çıxarılıb aidiyyəti prokurora xəbər verilməsini xahiş etmişdir. Sonradan işə Bakı İnzibati Məhkəməsində 2-1(112)- 1653/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia ərizəsindən məlum olur ki, "xxxx" MMC və "xxxx" MMC İddiaçı adına təsis edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamenti tərəfindən həmin hüquqi şəxslərin vergidən yayınması faktı müəyyən edilmiş, bununla baglı sonuncu tərəfindən Beyləqan rayon Məhkəməsinə iddiaçının həmin hüquqi şəxslərin rəhbəri kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə müraciət edilmiş, həmin məhkəmənin 13 may 2019-cu il tarixli, 2(020)-897/2019 saylı qətnaməsi ilə "xxxx" MMC və "xxxx" adlı hüquqi şəxslərin icra orqanının rəhbəri olan Beyləqan rayonunun Milabad qəsəbəsində qeydiyyatda olan və yaşayan İddiaçı tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 23.643,76 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı (doğulduğu tarix xx.xx.1998-ci il, doğulduğu yer Beyləqan, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi: xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi AZE ********) ölkədən getmək hüququnun məhdudlaşdırılması və İddiaçı 10 (on) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş Şirvan Apellyasiya Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2019-cu il tarixli sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamenti Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. 29 yanvar 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, Beyləqan rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(020)-897/2019 saylı qətnaməsi ilə "xxxx" MMC və "xxxx" adlı hüquqi şəxslərin icra orqanının rəhbəri olan Beyləqan rayonunun Milabad qəsəbəsində qeydiyyatda olan və yaşayan İddiaçı tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 23.643,76 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması qət edilmişdir. Halbuki hüquqlarını müdafiə etdiyi şəxsin "xxxx" MMC və "xxxx" adlı hüquqi şəxslərlə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, onu təsisçi kimi işə qəbul etmək adı ilə sənədlərə imza etdirmişlər. Rəsmi sənədlərdə o, həmin cəmiyyətlərin rəhbəri kimi qeyd edilmiş, lakin əsl sahibi X3r. Odur ki, cavabdehin üzərinə X1 əməliyyatlar aparmaqla, 23.643,76 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmədiyindən, həmin borcun X2 aid edilməsi barədə öhdəliyi qoyulmalıdır. Beyləqan rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(020)-897/2019 saylı qətnaməsində göstərilmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan "xxxx" MMC və "xxxx" MMC-nin dövlət büdcəsinə vergi borcu vardır. Lakin, hələ də "xxxx" MMC və "xxxx" MMC barəsində cavabdeh vergi orqan tərəfindən qəbul edilmiş vergilərin hesablanması barədə qərarları əldə edə bilməmişlər. Bundan başqa, həmin hüquqi şəxslərə aid möhürləri də iddiaçı əldə edə bilməmişdir. Bu halda iddianın məhkəmədə İddiaçı və ya sözügedən hüquqi şəxslərin adından qaldırılması elə də böyük əhəmiyyət kəsb etmir. Nümayəndə izahatının sonunda işə iddia tələbində qeyd edilən məzmunda mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarında olan, qanuni qüvvəyə minmiş Beyləqan rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(020)-897/2019 saylı qətnaməsindən məlum olur ki, hazırki iddia tələbində qaldırılan məsələ Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamenti tərəfindən "xxxx" MMC və "xxxx" MMC-yə vergi borclarının hesablanması barədə qərarlarla bilavasitə əlaqəlidir ki, bu halda da iddia tələbi hazırkı iş üzrə İddiaçı tərəfindən yox, həmin hüquq şəxslərin adından qaldırılmalı idi. Lakin, hazırkı vəziyyətdə İddiaçı həmin hüquqi şəxslərin qanuni təmsilçisi və ya səlahiyyətli nümayəndəsi kimi deyil, subyektiv hüququ olmadığı halda fiziki şəxs kimi məhkəməyə müraciət etmişdir. Əlavə olaraq, məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbinə iddia ərizəsində qeyd edilmiş məzmunda baxılmağını xahiş etməsini nəzərə alaraq, qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddialara aid edildiyindən və iddiaçı tərəf qaldırdığı məsələlər barəsində cavabdeh inzibati orqana məhkəməyədək müraciət etməsini təsdiq edən sübutunu və ya cavabdehin imtina məktubunu məhkəməyə təqdim edə bilmədiyindən bu halda da hazırkı iddiaya mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. İddiaçıya izah edilir ki, iddia tələbində qaldırdığı məsələlərin həlli üçün əvvəla yuxarıda adları qeyd edilmiş hüquqi şəxslər barəsində vergi orqanı tərəfindən qəbul edilmiş vergilərin hesablanması barədə qərarları rəsmi qaydada əldə etməli, daha sonra isə fiziki şəxs kimi öz adından deyil, həmin hüquqi şəxslərin səlahiyyətli təmsilçisi (nümayəndəsi) kimi sözügedən qərarların mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlb etmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1653/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1653/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver