Məhkəmə qərarları › İş №2-1(112)-1655/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1655/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1655/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Bank VTB (Azərbaycan)” ASC və "xxxx" ASC 3-cü şəxslər qismində məhkəmə icraatına cəlb olunmaqla “kompensasiyanın ödənilməsi üçün adının müvafiq siyahıya daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə iddiaçı arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 138851-CNS-13729 saylı nağd pul kredit müqaviləsi və 03 dekabr 2014-cü il tarixli 138851-1-13121 saylı kredit xətti müqaviləsi üzrə kompensasiyanın ödənilməsi üçün iddiaçının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən “kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısı”na daxil edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-6340/2020 saylı qərardadı ilə “Bank VTB (Azərbaycan)” ASC və "xxxx" 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 138851-CNS-13729 saylı nağd pul kredit müqaviləsinə əsasən bankdan 2554 ABŞ dolları və 03 dekabr 2014cü il tarixli 138851-1-13121 saylı kredit xətti müqaviləsi üzrə isə 1100 ABŞ dolları məbləğində kredit almışdır. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən "xxxx" VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 138851-CNS-13729 saylı nağd pul kredit müqaviləsi və 03 dekabr 2014-cü il tarixli 138851-1-13121 saylı kredit xətti müqaviləsi borcuna kompensasiya ödənilməsi üçün kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına əlavə olunmalıdır. Lakin iddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış müqavilələr Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına əlavə edilməmişdir. Çoxsaylı şifahi və yazılı müraciətlərdən sonra iddiaçıya məlum olmuşdur ki, bunun səbəbi isə iddiaçının “NBC” bankda Qasımova Vəsilə Xantəmir qızına zamin durduğu zaminlik müqaviləsinin texniki səhv olaraq birgə kredit götürən kimi qeyd edilməsi olmuşdur. Sonradan müraciəti əsasında “NBC” bank iddiaçının adından 23500 manat məbləğində borcun silinməsi üçün xx.xx.2019-cu il tarixli, 2361 saylı məktubla Kredit Bürosuna müraciət etmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı iddiaçının kredit borcuna yenə də şamil edilməmişdir. Daha sonra dəfələrlə müraciət etdikdə iddiaçı kredit borcuna kompensasiya hesablanmasını bildirsə də, indiyədək heç bir kompensasiya hesablamamışdır. Sonradan isə iddiaçıya Maliyyə Bazarlarına Nəzarət Palatasının bağlandığı, səlahiyyətlərinin isə Mərkəzi Banka verilməsi bildirilmişdir. X1 müraciət etmişdir. İddiaçıya cavab olaraq bildirilmişdir ki, ona xx.xx.2019cu il tarixdə ak.cbar.az elektron səhifəsində cavab verilmişdir. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin "xxxx" tərəfindən iddiaçı Qasımova Vəsilə Xantəmir qızına zamin durduğu zaminlik müqaviləsinin texniki səhv olaraq birgə kredit götürən kimi qeyd edilməsi iddiaçını kompensasiya almaq hüququndan məhrum etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 138851-CNS-13729 saylı nağd pul kredit müqaviləsi və 03 dekabr 2014-cü il tarixli 138851-1-13121 saylı kredit xətti müqaviləsi üzrə kompensasiyanın ödənilməsi üçün İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.440,70 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 630,22 manat kompensasiya hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə və bu iddiaya qarşı Mərkəzi Bankdan öz münasibətini yazılı şəkildə bildirmək tələbinə dair məhkəmədən Sərəncam daxil olmuşdur. Bununla bağlı qeyd olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə 2.554,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixində 1.100,00 ABŞ dolları dəyərində kredit xətti müqaviləsinin bağlanılmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Belə ki, bu qeydlərə əsasən iddiaçının birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu müvafiq olaraq 2.380,23 ABŞ dolları və 0 ABŞ dolları, habelə ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu üzrə qalıq məbləği 1.409,41 ABŞ dolları və 1.050,37 ABŞ dolları təşkil etmişdir. Lakin Palatanın məlumat bazalarında vətəndaşın kredit tarixçəsinə daxil edilmiş, ləğv prosesində olan "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Fərmanın 2-ci hissəsinə görə kompensasiya məbləği ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəlməli olduğundan, ləğv prosesində olan "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış sözügedən müqavilə üzrə hesablanacaq kompensasiya məbləğinin ləğv prosesində olan “NBC Bank" ASC-də olan kredit borcuna yönəldilməli olmasını və ya birbaşa olaraq iddiaçının sərəncamına verilməsini müəyyən etmək mümkün olmamışdır. Üçüncü şəxslər “Bank VTB (Azərbaycan)” və "xxxx" ASC-lər tərəfindən iddiaya dair etiraz (münasibət) məhkəməyə təqdim edilməmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin və 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli 28497 saylı qərarı ilə iddiaçıya bildirilmişdir ki, müraciətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında baxılmışdır. Cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin adına olmasının müəyyən edilməsini mümkün olmamışdır. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışıdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya göndərilmiş 11 avqust 2020-ci il tarixli 26-13056-2020 saylı məktub ilə bildirilmişdir ki, müraciətinə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsi yaradılmışdır. Problemli krediti ilə bağlı müraciəti göstərilən elektron səhifədə qeydiyyat keçirilmiş və xx.xx.2019-cu il tarixində cavab verilmişdir. - "xxxx" ASC tərəfindən iddiaçıya göndərilmiş 1 avqust 2019-cu il 2396 saylı bildirişi ilə bildirilmişdir ki “Qasımova Vəsilə Xantəmir qızı 07/010/AİF saylı kredit müqaviləsinə əsasən 27 dekabr 2012-ci il tarixində 23 500 AZN məbləğində ipoteka krediti götürmüşdür. Həmin kredit üzrə İddiaçı birgəborcalan kimi çıxış etmişdir. Qasımova Vəsilə Xantəmir qızının Kredit Bürosundan Çıxarışında qeyd olunan xx.xx.2012-ci il tarixli 23 500 AZN məbləğində kredit texniki səhv nəticəsində həm də İddiaçı Kredit Bürosundan Çıxarışında görünür. Mövcud yalnışlığın aradan qaldırılması üçün İddiaçı Kredit Bürosundan Çıxarışında qeyd olunan xx.xx.2012-ci il tarixli 23 500 AZN məbləğində kreditin silinməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, 2361 saylı məktubla Kredit Bürosuna müraciət olunmuşdur. 3 cü şəxs olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri xidmətinə göndərilmiş xx.xx.2019cu il tarixli 703 saylı məktubu ilə bildirilmişdir ki, “Qasımova Vəsilə Xantəmir qızı xx.xx.2012 tarixdə 23500 AZN məbləğində ipoteka krediti almışdır. Həmin kredit İD səhvi səbəbindən səhvən İddiaçı MKR-ə yüklənmişdir. Həmin kreditin İddiaçı MKR-dən silinərək Qasımova Vəsilə Xantəmir qızının MKR-ə yüklənməsinə köməklik göstərməyiniz xahiş olunur”. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzi Kredit Reyestri Xidmətinə göndərilmiş xx.xx.2019-cu il tarixli 750 saylı məktubunda bildirilmişdir ki, Qasımova Vəsilə Xantəmir qızı xx.xx.2012-ci il tarixdə 23500 AZN məbləğində ipoteka krediti almışdır. Həmin kredit İD səhvi səbəbindən səhvən İddiaçı MKR-ə yüklənmişdir. Həmin kreditin İddiaçı MKR-dən silinərək Qasımova Vəsilə Xantəmir qızının MKR-ə yüklənməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 iyun 2021-ci il tarixli 16-02124-2021 saylı məktubu ilə bildirilmişdir ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə 2.554,00 ABŞ dolları dəyərində kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixində 1.100,00 ABŞ dolları dəyərində kredit xətti müqaviləsinin bağlanılmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Belə ki, bu qeydlərə əsasən iddiaçının birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu müvafiq olaraq 2.380,23 ABŞ dolları və 0 ABŞ dolları, habelə ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu üzrə qalıq məbləği 1.409,41 ABŞ dolları və 1.050,37 ABŞ dolları təşkil etmişdir. Lakin Palatanın məlumat bazalarında vətəndaşın kredit tarixçəsinə daxil edilmiş, ləğv prosesində olan "xxxx" ASCnin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli sözügedən kredit müqaviləsi Qasımova Vəsilə Xantəmir qızı ilə bağlanmış və texniki səhv nəticəsində MKR məlumat bazasına bu müqavilə üzrə borcalanın İddiaçı olduğu göstərilmişdir. Beləliklə, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə birinci devalvasiya gününə müvafiq olaraq 2.380,23 ABŞ dolları və 0 ABŞ dolları, ikinci devalvasiya gününə isə əsas kredit borcu üzrə qalıq məbləğlərinin müvafiq olaraq 1.409,41 ABŞ dolları və 1.050,37 ABŞ dolları olduğu nəzərə alınarsa, Fərmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.440,70 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 630,22 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; 3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: - 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin tapşırığın icra edilməsi nəticəsində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 27 mart 2019-cu il tarixli, ********** nömrəli qərarı hazırlanmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 3.1-ci bəndində göstərilmişdir: Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Həmin Qaydanın 3.2-ci hissəsinə əsasən kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən Kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən Palatanın bu Qaydanın 4.1-ci bəndinə əsasən müəyyənləşdirdiyi siyahı üzrə, Fərmanın 2-ci hissəsinə uyğun olaraq, kompensasiyanın ödənilməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 4.3.1. kompensasiya, ilk növbədə, proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir; 4.3.2. bu Qaydanın 4.3.1-ci yarımbəndində nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 138851- CNS-13729 saylı nağd pul kredit müqaviləsinə əsasən bankdan 2554 ABŞ dolları və 03 dekabr 2014-cü il tarixli 138851-1-13121 saylı kredit xətti müqaviləsi üzrə 1100 ABŞ dolları məbləğində kredit almışdır. Həmin müqavilələr də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşür. İddiaçı (FİN: xxxxxxx) ilə bağlanılmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Belə ki, bu qeydlərə əsasən iddiaçının birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu müvafiq olaraq 2.380,23 ABŞ dolları və 0 ABŞ dolları, habelə ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixinə) əsas kredit borcu üzrə qalıq məbləği 1.409,41 ABŞ dolları və 1.050,37 ABŞ dolları təşkil etmişdir. Lakin Palatanın məlumat bazalarında vətəndaşın kredit tarixçəsinə daxil edilmiş, ləğv prosesində olan "xxxx" ASCnin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə əsl borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Hazırda ləğv prosesində olan "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli sözügedən kredit müqaviləsi Qasımova Vəsilə Xantəmir qızının "xxxx" ASC arasında 27 dekabr 2012-ci il tarixində bağlanmış 07/010/AİF saylı kredit müqaviləsi Mərkəzi Bankın MKR və PK məlumat bazalarında əsasən texniki səhv nəticəsində İddiaçı adı borcalan kimi göstərilmişdir. Buna görə də, iddiaçının hazırki tələbi cavabdeh tərəfindən icra edilməmişdir. Halbuki, məhkəmə araşdırması zamanı həmin müqavilə üzrə borclunun Qasımova Vəsilə Xantəmir qızının olması və İddiaçı isə yalnız həmin müqavilə üzrə zamin olması müəyyən edilmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə birinci devalvasiya gününə müvafiq olaraq 2.380,23 ABŞ dolları və 0 ABŞ dolları, ikinci devalvasiya gününə isə əsas kredit borcu üzrə qalıq məbləğləri müvafiq olaraq 1.409,41 ABŞ dolları və 1.050,37 ABŞ dolları olduğu nəzərə alınaraq, Fərmanın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməli və ona xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.440,70 manat ( (2.380,23 ABŞ dolları x 0.25 AZN = 595.06 AZN) + (1.409,41 ABŞ dolları x 0.6AZN = 845.64 AZN) = (595.06 AZN +845.64 AZN) = 1.440,70 AZN), xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 630,22 manat (1050,37 ABŞ dolları x 0.60 AZN = 630,22 AZN) kompensasiya hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, “Bank VTB (Azərbaycan)” ASC ilə iddiaçı arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 138851-CNS-13729 saylı nağd pul kredit müqaviləsi və 03 dekabr 2014-cü il tarixli 138851-1-13121 saylı kredit xətti müqaviləsi üzrə kompensasiyanın ödənilməsi üçün İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və ona xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.440,70 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 630,22 manat kompensasiya hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 138851-CNS-13729 saylı nağd pul kredit müqaviləsi və 03 dekabr 2014-cü il tarixli 138851-1-13121 saylı kredit xətti müqaviləsi üzrə kompensasiyanın ödənilməsi üçün İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.440,70 manat, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 630,22 manat kompensasiya hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar