Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1655/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “torpaq sahəsinə dair çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən «5» saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən «5» saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Belə ki, müraciəti ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsi ona «Kimyaçı» bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının olmadığını bildirmişdir. Qəbul edilmiş qərar əsassızdır. «Kimyaçı» bağçılıq-yoldaşlıq təsərrüfatının üzvünün 5 nömrəli kitabçası ilə sözügedən torpaq sahəsi 1988-ci ildən onun mülkiyyətindədir. Aylıq üzvlük haqqı da tərəfindən mütəmadi olaraq ödənilmişdir. «Kimyaçı» bağçılıq-yoldaşlıq təsərrüfatının üzvünün 5 nömrəli kitabçasında adı qeyd edilmiş və möhürlə təsdiq olunmuşdur. Bundan başqa 4 saylı Bakı «Asan Xidmət» Mərkəzinə xx.xx.2022-ci il tarixli ərizə ilə tərəfindən müraciət olunmuşdur. Müraciəti əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi xx.xx.2022-ci il tarixli BA-03828- 2022 nömrəli məktubla ona keçmiş Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin (İnzibati Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 7/417 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı (2 vərəqdən ibarət sənədi) təqdim etmişdir. Keçmiş Bakı şəhər XDS İK-nin (İnzibati Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 7/417 saylı qərarı əsasında Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən «5» saylı torpaq sahəsinə dair cizgi-planı (təsdiq olunmuş formada) və adı ümumi (siyahıda qeyd edilməklə) siyahıda tərtib edilmişdir. Cavabdeh əsassız qərar vermişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Kimyaçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********52 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, göstərilən əmlakın sənəd üzrə sahəsi 0.05 ha, faktiki ölçüsü 0.0489 ha təşkil edir. Belə ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********52 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Kimyaçı” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1989-cu il tarixə dair “Kimyaçı” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adı 28-ci sıradadır. 5 saylı “Kimyaçı” bağçılıq təsərrüfatı üzvünün şəxsi kitabçasından görünür ki, İddiaçı 1988-ci ilin yanvar ayından yoldaşlıq-bağçılıq təsərrüfatına götürülmüş və ona 500 kv.m ölçüdə 5 saylı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq BA-04826-2022 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 7/417 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Məlumat üçün həmin qərardan təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət göndərilmişdir. Vətəndaşlara dair üzvlük kitabçaları və ya üzvlərin iclas protokolundan çıxarış, sxematik xəritələr Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 7/417 saylı xx.xx.1988-ci il tarixli qərarının 1.3-cü bəndindən görünür ki, Azərbaycan SSR EA NKPİ Təcrübə- Sənaye zavodunun 33 üzvünə bağ sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Qərara adlı siyahı əlavə edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********03 saylı xx.xx.2022-ci il tarixli məktubla “Kimyaçı” bağçılıq yoldaşlıq təsərrüfatına aid arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. İddiaçı məxsus xx.xx.1968-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə 13/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən Azərbaycan SSR EA Neft-kimya prosesləri institutu Təcrübə-Sənaye zavodunda madditexniki təchizat və satış şöbəsinə avtomaşınlarda malyükləyən vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 8 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən müvəqqəti olaraq hazır məhsullar anbarı müdirinin vəzifələri verilməklə mərkəzi anbar müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə 57/n saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən 4 saylı sexə 3-cü dərəcəli apparatçı vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixdə 14 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən yeni əmək şərtlərinə keçməklə əlaqədar 3-cü dərəcəli apparatçı vəzifəsinə yenidən tarifləşdirilmişdir. xx.xx.1992-ci il tarixdə 17/n saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən 4 saylı sex 3 saylı sex kimi qeydiyyata alınmışdır. xx.xx.1992-ci il tarixdə 53 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən ona apparatçının 4-cü dərəcəsi verilmişdir. xx.xx.1995-ci il tarixdə 123/n saylı xx.xx.1995-ci il tarixli əmrə əsasən ona apparatçının 5-ci dərəcəsi verilmişdir. xx.xx.2005-ci il tarixdə 27/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2010-cu il) çıxarışa əsasən Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi “Kimyaçı” b/y-nın 5 saylı bağ sahəsi X1 xüsusi mülkiyyətindədir. X2 məxsus Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi “Kimyaçı” b/y-nın 5 saylı bağ sahəsidə dair **********66 reyestr nömrəli xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışa əsasən sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi müəyyən edilmişdir:
1. X = 429692,8 ; Y = 4470099,99 ; 1-2 ; 24,77 kv.m;
2. X = 429696,57 ; Y = 4470124,47 ; 2-3 ; 23,99 kv.m;
3. X = 429720,17 ; Y = 4470120,15 ; 3-4 ; 24,67 kv.m;
4. X = 429716,48 ; Y = 4470095,76 ; 4-1 ; 24,05 kv.m. Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 13/705 saylı xx.xx.1989cu il tarixli qərarı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Kimyaçı” b/y=nın xx.xx.1999-cu il tarixli 01 saylı protokoluna əsasən X2 məxsus Əzizbəyov rayonu Türkan bağ massivində yerləşən 600 kv.m sahəsi olan 5 saylı bağ evinin tikintisi üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 251917 saylı plan və ölçü tərtib edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01 saylı xx.xx.1999-cu il tarixli qərarına əsasən Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 13/705 saylı xx.xx.1989-cu il tarixli qərarı Əzizbəyov rayonunun Türkən qəsəbəsində 7/1194 saylı ərazidə X2 bölgü planına uyğun olaraq 5 saylı 6 sot torpaq sahəsi verilmişdir. 112 saylı xx.xx.2008-ci il tarixli orderdən görünür ki, X2 həqiqətən Bakı Şəhər İcra Hakimiyyətinin 13/705 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən xx.xx.1989-cu il tarixdə Türkan qəsəbəsində 7/1194 saylı ərazidə 6 sot bağ üçün torpaq sahəsi ayrılmışdır. X2 məxsus bağçılıq təsərrüfatı üzvü kitabçasından görünür ki, o, bağçılıq cəmiyyəti üzvlərinin 01 saylı xx.xx.1999-cu il tarixli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Əzizbəyov rayonu Türkan qəsəbəsi bağçılıq cəmiyyəti bağından sahəsi 6 sot olan 5 nömrəli bağ sahəsi xx.xx.1989-cu il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-7920/2023 **********20 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, EA-nın Neftkimya proseslərinin təcrübə zavodu “Kimyaçı” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 5 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. "xxxx" ASC-nin “Kimyaçı” bağçılıq yoldaşlığının 5 saylı bağ sahəsi X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3-21-3-30/2-13142/2023 **********42 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən müvafiq torpaq sahəsi faktiki olaraq 489,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədləri 3 tərəfdən qonşu hasarlarla ayrılıb, yol tərəfdən isə sərhəddi şərtidir. Qeyd edilənlərlə bağlı torpaq sahəsinin koordinatları göstərilməklə sxem əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlir. Bundan əlavə olaraq İddiaçı ********** nömrəli xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş “Kimyaçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Xəzər rayonu Türkan qəsəbəsi 5 saylı bağ sahəsinin (faktiki sahəsi: 489 kv.m) koordinatları aşağıdakı kimi müəyyən edilmişdir:
1. X = 431157,0476 ; Y = 4469826,5211 ; Z = 0,0000;
2. X = 431151,7920 ; Y = 4469802,2538 ; Z = 0,0000;
3. X = 431132,3444 ; Y = 4469806,9218 ; Z = 0,0000;
4. X = 431138,2583 ; Y = 4469831,0990 ; Z = 0,0000. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək Azərbaycan SSR EA NKPİ Təcrübə-Sənaye zavodu “Kimyaçı” Bağçılıq Təsərrüfatına üzvlük kitabçası və üzvlərin iclas protokolundan çıxarış da daxil olmaqla iddia ərizəsinə əlavə olunmuş sənədlərin və əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 489 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş üçüncü şəxs X4 bildirmişdir ki, Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi “Kimyaçı” b/y-nın 5 saylı bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Onun bağ sahəsi ilə İddiaçı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddiaçıya və ona məxsus torpaq sahələrinin yerləşmə yerləri fərqlidir. O, iddiaçının istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmir, məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə müəyyən edir ki, qanunun tələbinə uyğun olaraq iddiaçının adına bağçılıqyoldaşlıq təsərrüfatı tərəfindən verilmiş üzvlük kitabçası və üzvlərin siyahısında adı mövcuddur. Torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və həmin sahə ilə bağlı digər şəxslərin müraciəti və ya mübahisə yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən bağ sahəsinə dair hüquqlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğunluğu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə müəyyən edir ki, iddiaçının ona məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 489 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan formada bütün sənədlər mövcuddur, iddiaçının qeyd edilən bağ sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 489 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova