Məhkəmə qərarları › İş №2-1(112)-1656/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1656/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1656/2022 11.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X8 (Bakı şəhərində qeydiyyatdadır, vəkil), iddiaçının nümayəndələri X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), X11 (Bakı şəhərində qeydiyyatdadır, mühasib) cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, hüquq idarəsinin məhkəmə işlərinin təşkili şöbəsinin rəisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Şirkətinin filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin filialı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Svıft Enjınırınq (Azərbaycan) Lımıted” şirkətinin filialı barəsində qəbul etdiyi 22.01.2021-ci il tarixli, **********143962 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı Şirkətinin filialı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şirkətinin filialı X22 Sazişləri üzrə Saziş iştirakçılarına üzun müddətdir ki, Subpodratçı qismində xidmət göstərir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən 01.09.2016-cı ildən 01.08.2019-cu ilədək olan dövr əhatə olunmaqla Filialın fəaliyyəti üzrə səyyar vergi yoxlaması keçirilmiş və 03.12.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması aktı əsasında Baş İdarə tərəfindən Filial barədə 22.01.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və Filiala 6.119.169,12 manat əlavə vergi məbləği və 995.388,54 manat məbləğində faiz hesablanmış, eləcə də 21.943,71 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bu qərar əsassız hesab edildiyindən müvafiq qərarın qismən ləğv edilməsi barədə Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin inzibati şikayətin qismən təmin edilməsi barədə 05.05.2021-ci il tarixli qərarı ilə məsuliyyətə cəlb edilmə barədə qərar qismən ləğv edilmiş və xarici subpodratçılara ödənilmiş vəsaitlərə görə hesablanmış vergi məbləği 172.325,55 manat, faiz məbləği isə 28.313,72 manat məbləğində azaldılmışdır. Dövlət Vergi Xidmətinin müvafiq qərarından verilmiş şikayət isə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 17.06.2021-ci il tarixli qərarı ilə mahiyyəti üzrə araşdırma aparılmadan təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş məsuliyyətə cəlb edilmə barədə qərar və Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli qərarı qanunsuz və əsassızdır və buna görə də xarici subpodratçılara ödənilmiş məbləğlərə görə hesablanmış vergi və faiz hissəsində ləğv edilməlidir. Vergi orqanları müvafiq qərarların qəbulu zamanı “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən iddiaçıya əcnəbi işçilərin təqdim edilməsi üzrə Azərbaycan Respublikasında xidmətlərin göstərilməsi və qeyd olunan işçilərlə əmək müqaviləsinin “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti ilə olmasını əsas götürmüşdür. X22 haqqında Sazişlər (HBPŞ) Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qanun formasında qəbul edilmişdir və digər qanunvericilik normaları ilə ziddiyyət təşkil etdikdə onlar daha üstün statusa malik olurlar. HBPŞ-ların vergi müddəalarına əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan Subpodratçılar yalnız Azərbaycan Respublikası ərazisində təqdim edilən təchizatlardan əldə edilən gəlirlər üzrə Azərbaycanda vergilərə cəlb edilə bilərlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti də müvafiq HBPŞ müddəaları əsasında Xarici Subpodratçı statusuna malikdir. Bununla əlaqədar, qeyd edilir ki, “Swift Technical (Sinqapore) Pte Ltd” Şirkəti Azərbaycan Respublikası ərazisində heç bir fəaliyyət göstərməmiş və heç bir mal, iş/xidmət təqdim etməmişdir. Belə ki, İddiaçı Şirkətinin filialı və “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti arasında bağlanmış “İnsan resursları və əmək haqqı ödənişlərinin uçotu üzrə” müqaviləyə əsasən sonuncu iddiaçıya xidmətləri göstərməyi öhdəsinə götürmüşdür və bu xidmətləri tam olaraq Azərbaycan Respublikasından kənarda göstərmişdir. Əcnəbi işçilərin Azərbaycan Respublikası ərazisində mənzillə təmin edilməsi, onların tibbi və sağlamlıq sığortası, o cümlədən əmək haqlarından vergilərin və digər icbari sığortaların tutulması da iddiaçı tərəfindən həyata keçirilmişdir. Xarici ölkənin hüquqi şəxsi ilə həmin əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə yerinə yetirən əcnəbilərə Əmək Məcəlləsinin müddəaları tətbiq edilmir. Tərəflər arasında olan həm bu hüquqi münasibətlər, həm də mövcud faktiki halların təhlili nəticəsində “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin əmək münasibətləri çərçivəsində işəgötürən deyil, iddiaçının icraçısı funksiyasını daşıdığı məlum olur. Həmin əcnəbi işçilər iddiaçı tərəfindən HPBŞ-nın iştirakçısı olan BP Exploration (Shah Deniz) Ltd. İlə bağlanmış müqavilə üzrə sonuncuya Layihənin İdarə Edilməsi Xidmətlərinin Göstərilməsinə cəlb olunmuşdur. Tərəflər arasında bağlanmış Əsas Müqavilənin 14-cü maddəsinə əsasən iddiaçı xidmətlərin göstərilməsi üçün zəruri işçi heyətini təmin etməli və işçilərin tibbi müayinəsi, təlimi, səyahət məsələləri, bir sözlə bütün inzibati və əmək məsələlərinə məsuliyyət daşımalı və xərclərini ödəməlidir. Bu Müqavilənin müddəaları da əcnəbi işçilər üzrə yeganə işəgötürən kimi iddiaçı şirkəti tanıyır. HPBS-lərin X5 Protokolunun 1.3-ci maddəsinə əsasən Xarici Subpodratçılar ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı sazişin müddəaları ilə, belə saziş mövcud olmadıqda isə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 01.11.1997-ci il tarixində yenidən işlənmiş Gəlir və kapital üzrə nümunəvi vergi Konvesiyasına uyğun müqavilə qüvvədə olacağı halda əldə edə biləcəyi güzəştlərdən istifadə edə bilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, səyyar vergi yoxlaması aktı və yoxlama materialları əsasında Baş İdarə tərəfindən iddiaçı barədə “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.01.2021-ci il tarixli, **********143962 nömrəli qərar qəbul edilmiş və iddiaçıya ümumilikdə 6.031.394,30 manat əlavə vəsait, 995.388,54 manat məbləğində faiz hesablanmış, eləcə də 21.943,71 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən inzibati qaydada yuxarı vergi orqanına şikayət verilmişdir. Şikayətə baxılan zaman vergi ödəyicisi tərəfindən müqavilə təqdim edilmişdir və xarici subpodratçının ticarət əlavəsinin 2 faiz olduğunu bildirmişdir. Buna əsasən vergi orqanı tərəfindən qərara düzəliş edilərək 20.05.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar çıxarılmışdır. Nəticədə vergi ödəyicisinin xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi məbləği 172.325,56 manat və 28.313,73 faiz borcu azaldılmışdır. İddiaçı Şirkətinin Filialı yoxlanılan dövrdə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər dənizinin sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və X22 haqqında”, “Azərbaycan Respublikası hökuməti və X25 kəməri iştirakçıları arasında tranzit ərazisinə malik ölkənin hökuməti ilə” bağlanmış sazişlər çərçivəsində xidmətlər göstərmişdir. Filialın dövriyyəsinin 72,29%-i Azəri və Çıraq, 0,59%-i Şahdəniz, 0,19%-i Abşeron yatağı və 26,93%-i CQBK Sazişi çərçivəsində xidmətlərdən ibarət olmuşdur. Sazişlər üzrə “X3 cəlb edilməsi haqqında” Protokollara əsasən CQBK Sazişi istisna olmaqla, karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən Xarici Subpodratçılardan kompensasiya edilən məsrəflər çıxılmaqla karbohidrogen fəaliyyəti ilə bağlı aparılan ümumi ödənişlərdən Azəri və Çıraq Sazişi üzrə 5%, Şahdəniz Sazişi üzrə 6,25%, Abşeron yatağı üzrə 5,5% vergi tutulur. CQBK Sazişinə əsasən Xarici Subpodratçılara ödəniş aparılarkən ödəniş mənbəyində vergiyə cəlb edilmə nəzərdə tutulmamışdır. “Svift Enjinirinq (Azərbaycan) Limitet” Şirkətinin Azərbaycan Respublikasının Filialında çalışan xarici əməkdaşların əmək haqqları “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən ödənilmiş, əmək müqavilələri həmin şirkətlə bağlanılmış, əmək haqqları həmin şirkət tərəfindən hesablanmış və xarici işçilərin əmək haqqlarında vergilər isə İddiaçı Şirkətinin filialı tərəfindən hesablanaraq büdcəyə ödənilmişdir. Göründüyü kimi “Swift Technical (Singapure) Pte Ltd” Şirkətinin karbohidrogen fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasında işçilik xidmətlərindən əldə etdiyi gəlirlərdən ödəmə mənbəyindən vergi tutulmamışdır. Halbuki, “Xəzər Dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” (bundan sonra Şahdəniz) X2 X23 Haqqında Protokollarına əsasən “Xarici Subpodratçı"- Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaş, olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). Həmçinin Protokola uyğun olaraq "xxxx" Podratçı tərəfindən yaxud Əməliyyat Şirkətinin Azərbaycan Respublikasında karbohidrogenlərlə bağlı hər hansı fəaliyyəti deməkdir, bu fəaliyyətin Azərbaycan Respublikasında yaxud onun hüdudlarından kənarda həyata keçirilməsinin fərqi yoxdur. Bundan başqa Protokola əsasən Podratçı tərəflə və ya Əməliyyat Şirkəti ilə və ya onların adından birbaşa və ya vasitəli müqavilə üzrə Sazişə dair mallarla təchiz edən, işləri həyata keçirən və ya xidmətlər göstərən istənilən fiziki və ya hüquqi şəxs deməkdir. “Vasitəli” ifadəsi Subpodratçı ilə birbaşa müqavilə əsasında material, avadanlıq, mallar təchiz edən, işlər görən, yaxud xidmət göstərən hər hansı fiziki və ya hüquqi şəxsə şamil edilir. Protokolun 1.1-ci bəndində nəzərdə tutulur ki, Karbohidrogen fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasında işlər və xidmətlər yerinə yetirən xarici Subpodratçılar kompensasiya edilən məsrəflər çıxılmaqla Karbohidrogen fəaliyyəti ilə bağlı alınan ödənişlərdən 25% vergi qoyulan mənfəət, 25% mənfəət vergisi dərəcəsi ilə vergiyə cəlb edilir ki, bu məbləğ belə ödənişlərdən tutulan 6,25% vergi həcmini təşkil edir. Həmçinin Protokolun 1.1.1-ci bəndinə əsasən bu Protokolun məqsədləri baxımından “Kompensasiya edilən məsrəflər” dedikdə, malların satın alma ödənişlərindən fərqli olan, mənfəət edilən əsas fəaliyyətinin bir hissəsi olmayan məsrəflər başa düşülür. Göründüyü kimi, Protokola əsasən “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin işçilərinin Azərbaycan Respublikasındakı fəaliyyəti karbohidrogen fəaliyyəti hesab edilir, həmin xidmətlərin göstərilməsi şirkətin əsas fəaliyyətinə aidddir. “Xəzər dənizinin sektorunda Şahdəniz prespektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və X22 haqqında” sazişlər üzrə qəbul edilmiş “X3 cəlb edilməsi haqqında” protokolların müddəalarına əsasən xarici subpodratçılar hazırda tədbiq edilən ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəları ilə, yaxud belə saziş mövcud deyilsə, İqtisad Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 01.11.1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud olarsa, mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hazırda Azərbaycan Respublikası Hökuməti və Sinqapur Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırması haqqında Konvensiya mövcud deyildir. X9 və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 01.11.1997-ci il tarixdən yenidən işlənən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə mövcud deyildir. Bundan başqa Azərbaycan Respublikası göstərilən Təşkilatın üzvü deyildir və Konvensiyaya qoşulmamışdır. Əməkdaşların Filialın öz işçiləri olması barədə iddiası tamamilə əsassız və əmək qanunvericiliyinin aşkar tələblərinə ziddir. Belə ki, mövcud əmək müqavilələrinə əsasən işəgötürənin “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti olması müəyyən edilmişdir. İşçinin öhdəlikləri ilə bağlı xüsusi qeyd olunur ki, işçi öz əmək fəaliyyətində məhz “Swıft Technical (Singapure) Pte Ltd” məmnuniyyəti üzrə çalışmalıdır, əmək haqları da həmin qeyri-rezident tərəfindən hesablanmışdır. Xarici əməkdaşların xidmətlərin həyata keçirdikləri yer də Azərbaycan Respublikasının ərazisidir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili Məmmədov Şahlar Elman oğlu, iddiaçının nümayəndələri Niftəliyev Seymur Arif oğlu və Məlikli Emil Sakit oğlu iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi Abdullayev Şamil Xasayxan oğlu iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkil və nümayəndələrini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Şirkətinin filialı 17.02.2003-cü ildə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydə alınmışdır. **********191521 nömrəli, 03.12.2020-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”na əsasən cavabdeh tərəfindən iddiaçıda 2016-2019-cu il dövrlərində vergilərə və digər icbari ödənişlərə dair qanunveticiliyə əməl edilməsinin vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün növbəti səyyar vergi yoxlaması aparılmış və səyyar vergi yoxlamasının nəticələrinə görə səyyar vergi yoxlaması ilə ümumilikdə 6.119.169,12 manat (xarici subpodratçılardan ödəmə mənbəyindən tutulan vergilər üzrə 6.031.394,30 manat, müzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə 43.887,41 manat və məcburi dövlət sosial sığorta haqqı üzrə 43.887,41 manat) əlavə hesablanma, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 21.943,71 manat maliyyə sanksiyası və 995.388,54 manat faiz (Libor+4%) hesablanması təklif olunmuşdur, həmin yoxlama aktının 1.8-ci bəndində göstərilmişdir ki, yoxlanılan dövrdə iddiaçı müvəqqəti işçi qüvvəsi təminatı fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin 22.01.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ına əsasən iddiaçıya xarici subpodratçıların ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 2016-cı ildə 858017,99 manat vergi, 186.555,83 manat faiz, 2017-ci ildə 3117443,09 manat vergi, 566.381,18 manat faiz, 2018-ci ildə 1627221,62 manat əlavə vergi, 207.053,59 manat faiz, 2019-cu ildə 428.712,60 manat vergi, 30.986,65 manat faiz hesablanmışdır, 2018-ci il üzrə MDSS – 9.731,47 manat əlavə hesablanmış, 4865,74 manat maliyyə sanksiyası tətbiq edilmişdir; 2019-cu il üzrə MDSS – 34.155,94 manat əlavə hesablanmış, 17.077,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin (Əlavə dəyər vergisi tərkibində) azaldılmasına görə 2018-ci il üzrə 9.731,47 manat vergi, 1.020,64 manat faiz; 2019-cu il üzrə 24.155,94 manat vergi, 3.387,65 manat faiz hesablanmışdır, cəmi 6.119.169,12 manat vergi əlavə hesablanmış, 995.388,54 manat faiz hesablanmış, 21.943,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” 22.01.2021-ci il tarixli tələbnamə ilə iddiaçıdan əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları” üzrə 6119169,12 manatın, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları – 21943,71 manatın, vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış 995388,54 manat faizlərin 5 iş günü müddətində ödənilməsi İddiaçı Şirkətinin filialından tələb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli, **********109800 nömrəli qərarına əsasən İddiaçı Şirkətinin filialının inzibati şikayəti qismən təmin edilərək 03.12.2020-ci il tarixli, **********191521 nömrəli səyyar vergi yoxlaması aktı əsasında cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22.01.2021-ci il tarixli, **********143962 nömrəli qərarı 172.325,55 manat məbləğində vergi və 28.131,72 manat məbləğində faiz (libor+4%) hissəsində ləğv edilmiş, qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 20.05.2021-ci il tarixli, **********146955 nömrəli qərarına əsasən cavabdehin 22.01.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ına düzəliş edilməsi məqsədilə qərara alınmışdır ki, iddiaçıya ümumilikdə 5946843,56 manat vergi və 967074,81 faiz hesablansın, 21943,71 manat maliyyə sanksiyası tətbiq edilsin (xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi, MDSS, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində). İddiaçı Şirkətinin filialı ilə “Swıft Technıcal (Sıngapore) Pte Ltd” Şirkəti arasında imzalanmış 21.01.2014-cü il tarixli “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında müqavilə”yə əsasən sonuncu iddiaçıya BP Exploration (Caspian SEA) Limited şirkəti ilə imzalanan Layihə İdarəetməsi Xidmətlərinin göstərilməsi haqqında CAS-MA-024 nömrəli Əsas Müqavilənin məqsədləri üçün Podratçı əcnəbi (qeyri-azərbaycanlı) işçi qüvvəsi barəsində, o cümlədən aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmadan İR və əmək haqqı ödənişlərinin uçotu üzrə, xaricdə namizədlərin axtarılıb tapılması (Benefisiarın tələb etdiyi ixtisas dərəcəsinə uyğun olaraq) və onların Azərbaycan Respublikasında Benefisiarın xeyrinə işləməsinin təklif edilməsi, seçilmiş namizədlərin Azərbaycan Respublikasında Benefisiar ilə əmək münasibətlərinə daxil olması üçün onların nəqliyyat vasitəsinə mindirilməsi və göndərilməsinə aid olan hüquqi məsələləri namizədlərin daimi yaşayış ölkəsi ilə həll edilməsində Benefisiara köməklik göstərilməsi, seçilən və sonradan Azərbaycan Respublikasında Benefisiar tərəfindən işə götürülən namizədlər barəsində tələb olunan Mənşə ölkəsi sənədləşməsinin tərtib edilməsi, rəmiləşdirilməsi və saxlanılması; Namizədlərin Azərbaycan Respublikasında, Benefesiar tərəfindən məşğulluğu (Benefisiarın təqdim etdiyi məlumata uyğun olaraq) nəticəsində namizədlərin əmək haqqı cədvəlinin rəsmiləşdirilməsi, onların ümumi və xalis əmək haqlarının (maaşlar və s.) hesablanması; namizədlərin Azərbaycan Respublikasında Benefisiar üçün işləməsinə aid olan xalis əmək haqlarının onların bank hesablarına köçürülməsi, (bu Müqavilənin şərtlərinə uyğun olaraq bu cür köçürmə əməliyyatı Podratçının hesabına yerinə yetiriləcək, sonra isə yenidən Benefisiardan tutulacaqdır); Azərbaycan Respublikasında fəaliyyətləri başa çatan namizədlərin öz ölkələrinə qaytarılmasına və onların barəsində Mənşə ölkəsinin vergi və hüquq məsələlərinin həll edilməsində Benefisiara köməklik göstərilməsi xidmətlərini iddiaçıya göstərməyi öhdəsinə götürmüşdür, müqavilənin 1-ci bölməsinə əsasən isə iddiaçının hüquqları və öhdəlikləri kimi aşağıda göstərilənlər müəyyən edilmişdir: tələb olunan namizədlərin miqdarını və ixtisas dərəcələrini müəyyən etmək, Azərbaycan Respublikasında işləməsi üçün Benefisiar tərəfindən işə götürülən namizədlərin zəhmət haqqının ödənilməsi paketinin məbləğini və strukturunu müəyyən etmək, tələb olunan namizədlərin iş cədvəli rejimini müəyyən etmək, işə götürmək məqsədilə namizədləri seçmək, həmin namizədlərlə və bu cür işə götürülmüş namizədlər barəsində Podratçı ilə qurulmuş müqavilə münasibətlərini ləğv etmək, Benefisiar tərəfindən və ya onun məsuliyyəti daxilində seçilən və işə götürülmüş namizədlərin Azərbaycan Respublikasında öz işlərini yerinə yetirəcəyi məkanları və yerləri seçmək, işə götürülmüş namizədlərin Azərbaycan Respublikasında işləməsi məqsədilə lazımi şəkildə rəsmiləşdirilməsi üçün lazım olan bütün icbari normativ tələbləri (misal üçün viza, iş icazəsi və s.) icrasını təşkil etmək və lazımi şəkildə yerinə yetirmək, işə götürülmüş namizədlər tərəfindən yerinə yetiriləcək iş üçün lazım olan avadanlığı, alətləri və materialları təchiz etmək, işin hansı qaydada yerinə yetirilməli olduğu barədə işə götürülmüş namizədlərə təlimat vermək səlahiyyətlərinə malik olmaq, işə götürümüş namizədlərin fəaliyətinə aid olan intizam tənbeh tədbirlərini tətbiq etmək və s.bu kimi hüquq və öhdəliklər. SOCAR Sərmayələr İdarəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmş 02.02.2017-ci il tarixli məktubuna əsasən “BiPi Eksploreyşn (Kaspian Sİ) Limited” şirkəti tərəfindən İddiaçı Şirkəti filialı fəaliyyət göstərməsi nəzərdə tutulan əcnəbi mütəxəssislərə iş icazəsinin alınmasına köməklik göstərilməsi üçün SOCAR-a müraciət etmişdir. Bu səbəbdən də 12 nəfər əcnəbi mütəxəssisə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazəsinin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. “Tibbi xidmətlərin təmin edilməsi haqqında” 01.08.2014-cü il tarixli razılaşmaya əsasən İddiaçı Şirkətinin filialı ilə “German İndustrial end Medical Consulting” arasında işçilərin tibbi müayinəsinin aparılması haqqında razılaşma əldə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən əcnəbi işçilərə əmək haqları bank vasitəsilə iddiaçı tərəfindən ödənilmək üçün köçürülmüşdir, habelə əcnəbi işçilərin Azərbaycan Respubliasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş iş icazələrində (0043053,0023386 və digər) işəgötürən kimi İddiaçı Şirkətinin filialı göstərilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. İddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş, iş materiallarında olan sənədləri tədqiq etdikdən sonra məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 5946843,56 manat vergi və 967074,81 faiz hesablanmış, 21943,71 manat maliyyə sanksiyası tətbiq edilmişdir (xarici subpodratçılardan ödəmə mənbəyində tutulan vergi, MDSS, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (ƏDV bəyannaməsi tərkibində), hazırda iddiaçı cavabdehin vergilər və faizlər hesablanması qərarını xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində əsassız hesab edərək ləğv edilməsini tələb edir, işin faktiki hallarına əsasən cavabdeh iddiaçıya həmin hissədə vergiləri hesablayan zaman “Swift Technical (Singapure) Pte Ltd” Şirkətinin karbohidrogen fəaliyyəti ilə əlaqədar iddiaçıya Azərbaycan Respublikasında göstərdiyi işçilik xidmətlərindən əldə etdiyi gəlirlərdən ödəmə mənbəyindən vergi tutulmasını əsas götürmüş və vergini hesablayan zaman “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında neft hasilatının pay bölgüsü”, “Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv yatağının kəşfiyyatı, işlənməsi və neft hasilatının pay bölgüsü haqqında”, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Cənubi Qafqaz Boru Kəməri İştirakçıları arasında Tranzit Ərazisinə malik ölkənin hökuməti ilə bağlanməş sazişlərə istinad etmişdir. İşin halları ilə bağlı olaraq məhkəmə ilkin qeyd edir ki, “Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X15 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X14 Limited şirkətləri arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublıkasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X15 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X14 Limited şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və X22 haqqında Saziş (bundan sonra «Saziş» adlanacaq) qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Sazişlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 iyul tarixli qərarı ilə Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X15 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X14 Limited şirkətlərinə verdiyi Azərbaycan Respublikası Hökumətinin təminatları və öhdəlikləri (bundan sonra «Hökumət təminatı» adlanacaq) qəbul edilmiş və onların həyata keçirilməsinə icazə verilmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Sazişin əsas mətninə edilmiş on (10) əlavə, habelə ARDNŞ KOŞ-un yaradılmasına və OİİK-in ana şirkətinə dair qoşmalar (bundan sonra «əlavələr» adlanacaq) qəbul edilmiş və onların həyata keçirilməsinə icazə verilmişdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. “Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ARDNŞ Kommersiya Ortaq Şirkəti, Bi-Pi Eksploreyşn (Azərbaycan) Limited, Elf Petroleum Azərbaycan B. V., LUKoyl İnternəşnl LTD, X15 ənd Konstrakşn, Statoyl Azərbaycan A.S., Törkiş X14 Limited şirkətləri arasında Sazişin 12.4-cü bəndində göstərilmişdir ki, (a) xarici Subpodratçılardan vergi aşağıdakı qaydada tutulur: (i) aşağıdakı 12.4 (b) bəndinə uyğun olaraq belə hesab edilir ki, xarici subpodratçılar karbohidrogenlər fəaliyyəti ilə əlaqədar olaraq aldıqları ödəniş məbləğlərinin iyirmi beş faizi həcmində vergi qoyulan mənfəət əldə edirlər və sonradan həmin mənfəətə onun iyirmi beş faizi həcmində vergi qoyulmalıdır ki, bu vergi də ümumən həmin məbləğlərin 6,25%-ni təşkil edir.Belə ödəniş məbləğlərini verən hər hansı şəxs həmin ödənişlərdən 6,25 faiz vergi tutur və tutulan vergilərin ödənmə tarixindən sonra 30 gün müddətində dövlət büdcəsinə keçirir, bu vergilər həmin xarici subpodratçının vergi məsuliyyətini, habelə onun bəyannamə təqdim etmək və bütün vergilər ödəmək öhdəliklərini tamamilə əhatə edir, qeyd edilən sazişin 12.4-cü bəndinin (ııı) yarımbəndində qeyd edilmişdir ki, xarici subpodratçılara ödənişlərdən bu 12.4 (a) bəndində göstərilənlərdən savayı heç bir vergi tutulmur və vergi tutulmamalıdır, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq Yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s, LUKoyl SƏHMDAR ÇƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK, PENNZOYL KASPİAN KORPOREYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROLLERİ A. O., YUNOKAL XƏZƏR, LTD arasında Sazişin qəbul və təsdiq edilməsi, onun həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə AMOKO KASPİAN Sİ PETROLEUM LİMİTED, Bİ-Pİ EKSPLOREYŞN (KASPİAN Sİ) LİMİTED, DELTA NİMİR XƏZƏR LİMİTED, DEN NORSKE STATS OLYESELSKAP a. s, LUKoyl SƏHMDAR CƏMİYYƏTİ, MakDERMOTT AZƏRBAYCAN İNK., PENNZOYL KASPİAN KORPO- REYŞN, REMKO XƏZƏR ENERCİ LİMİTED, TÜRKİYE PETROL LERİ A. O., YUNOKAL XƏZƏR, LTD arasında Saziş qəbul və təsdiq edilir, onun həyata keçirilməsinə icazə verilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanunun qüvvəyə mindikdən sonra Saziş və 1994-cü il noyabrın 15-də imzalanmış Azərbaycan Respublikası hökumətinin təminatı və öhdəlikləri barədə sənəd qanun olurlar, habelə onlar Sazişdə konkret surətdə başqa cür göstərilmiş hallar istisna edilməklə, Sazişin qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasında müddəaları bu Sazişə və təminatlar barədə sənədə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvədə mindikdən sonra Sazişin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin xarici pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirlikləri, dövlət komitələri, baş idarələri və dikər dövlət orqanları Sazişdən irəli kələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına və Birgə Əməliyyat Şirkətinə bütün lisenziyaların, gömrük icazələrinin, vizaların, başqa səlahiyyətlərin və sanksiyaların verilməsini təmin edirlər. “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq Yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Sazişin 12.6-cı bəndinin (i) bəndinə əsasən belə hesab edilir ki, Karbohidrogenlər fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasında təsərrüfat fəaliyyəti göstərən Xarici subpodratçılar karbohidrogenlər fəaliyyəti ilə əlaqədar olaraq Azərbaycan Respublikasında gördükləri işlər və ya göstərdikləri xidmətlər müqabilində alınan ödəniş məbləğlərinin iyirmi faizi (20%) həcmində vergi qoyulan mənfəət ədə edirlər və həmin mənfəətin iyirmi beş faizi (25%) vergi kimi tutulmalıdır ki, bu vergi də ümumən həmin ödəniş məbləğlərinin beş faizini (5%) təşkil edir.Ödəniş məbləğlərini verən hər hansı şəxs həmin vergini də bu məbləğlərdən tutur və tutulan vergiləri ödənmə tarixindən sonra 30 (otuz) gün müddətində müvafiq vergi idarələrinə keçirir.Bu vergilər həmin Xarici subpodratçının vergi məsuliyyətini, habelə onun bəyannamə təqdim etmək və bütün vergiləri ödəmək öhdəliklərini tamamilə əhatə edir, həmin Sazişin 12.6-cı bəndinin (iii) bəndinə əsasən Xarici subpodratçılara bu 12.6 (a) bəndində göstərilənlərdən savayı əlaqədar olaraq vergilər qoyulmur. X3 X19 Protokola əsasən bu protokol X3 cəlb olunması qaydalarını və Saziş üzrə qarşılıqlı anlaşmanı müəyyən edir. Həmin Protokolun müddəalarına əsasən xarici subpodratçı - Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla yaradılmış və ya təşkil edilmiş və Azərbaycan Respublikasında Karbohidrogen fəaliyyəti ilə bağlı olaraq təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və ya təşkilat olan şəxslər Subpodratçı deməkdir (Azərbaycan Respublikasının vətəndaşı olmayan və Xarici Əməkdaşlar olan fiziki şəxslər daxil olmaqla). Beləliklə, işin mübahisəedilməz halı ondan ibarətdir ki, iddiaçı X22 üzrə Sazişlər çərşivəsində fəaliyyət göstərən Subpodratçıdır, cavabdeh həmçinin etirazda iddiaçıya Azərbaycan Respublikasında işçilik xidmətlərini göstərən şirkət kimi göstərdiyi “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti isə Xarici Subpodratçıdır və onlarla bağlı vergi məsələləri yuxarıda qeyd edilən Sazişin müddəaları çərçivəsində tənzimlənir. İşin faktiki hallarına əsasən “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti xaricdə yaradılmış hüquqi şəxs olmaqla iddiaçıya da Azərbaycan Respublikasının ərazisində deyil Azərbaycan Respublikasından kənarda İddiaçı Şirkətinin filialı ilə “Swıft Technıcal (Sıngapore) Pte Ltd” Şirkəti arasında imzalanmış 21.01.2014-cü il tarixli “Şirkətlər qrupu daxilində insan resursları (İR) və əmək haqqı ödənişlərinin uçotu üzrə xidmətlər haqqında müqavilə”yə əsasən BP Exploration (Caspian SEA) Limited şirkəti ilə imzalanan Layihə İdarəetməsi Xidmətlərinin göstərilməsi haqqında CAS-MA-024 nömrəli Əsas Müqavilənin məqsədləri üçün Podratçı əcnəbi (qeyri-azərbaycanlı) işçi qüvvəsi barəsində, o cümlədən aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmadan İR və əmək haqqı ödənişlərinin uçotu üzrə, xaricdə namizədlərin axtarılıb tapılması (Benefisiarın tələb etdiyi ixtisas dərəcəsinə uyğun olaraq) və onların Azərbaycan Respublikasında Benefisiarın xeyrinə işləməsinin təklif edilməsi, seçilmiş namizədlərin Azərbaycan Respublikasında Benefisiar ilə əmək münasibətlərinə daxil olması üçün onların nəqliyyat vasitəsinə mindirilməsi və göndərilməsinə aid olan hüquqi məsələləri namizədlərin daimi yaşayış ölkəsi ilə həll edilməsində Benefisiara köməklik göstərilməsi, seçilən və sonradan Azərbaycan Respublikasında Benefisiar tərəfindən işə götürülən namizədlər barəsində tələb olunan Mənşə ölkəsi sənədləşməsinin tərtib edilməsi, rəmiləşdirilməsi və saxlanılması; Namizədlərin Azərbaycan Respublikasında, Benefesiar tərəfindən məşğulluğu (Benefisiarın təqdim etdiyi məlumata uyğun olaraq) nəticəsində namizədlərin əmək haqqı cədvəlinin rəsmiləşdirilməsi, onların ümumi və xalis əmək haqlarının (maaşlar və s.) hesablanması; namizədlərin Azərbaycan Respublikasında Benefisiar üçün işləməsinə aid olan xalis əmək haqlarının onların bank hesablarına köçürülməsi, (bu Müqavilənin şərtlərinə uyğun olaraq bu cür köçürmə əməliyyatı Podratçının hesabına yerinə yetiriləcək, sonra isə yenidən Benefisiardan tutulacaqdır); Azərbaycan Respublikasında fəaliyyətləri başa çatan namizədlərin öz ölkələrinə qaytarılmasına və onların barəsində Mənşə ölkəsinin vergi və hüquq məsələlərinin həll edilməsində Benefisiara köməklik göstərilməsi xidmətlərini göstərmişdir. Qeyd edilən müqavilənin 1-ci bölməsindən göründüyü kimi müqavilə üzrə iddiaçının hüquqları və öhdəlikləri kimi aşağıda göstərilənlər müəyyən edilmişdir: tələb olunan namizədlərin miqdarını və ixtisas dərəcələrini müəyyən etmək, Azərbaycan Respublikasında işləməsi üçün Benefisiar tərəfindən işə götürülən namizədlərin zəhmət haqqının ödənilməsi paketinin məbləğini və strukturunu müəyyən etmək, tələb olunan namizədlərin iş cədvəli rejimini müəyyən etmək, işə götürmək məqsədilə namizədləri seçmək, həmin namizədlərlə və bu cür işə götürülmüş namizədlər barəsində Podratçı ilə qurulmuş müqavilə münasibətlərini ləğv etmək, Benefisiar tərəfindən və ya onun məsuliyyəti daxilində seçilən və işə götürülmüş namizədlərin Azərbaycan Respublikasında öz işlərini yerinə yetirəcəyi məkanları və yerləri seçmək, işə götürülmüş namizədlərin Azərbaycan Respublikasında işləməsi məqsədilə lazımi şəkildə rəsmiləşdirilməsi üçün lazım olan bütün icbari normativ tələbləri (misal üçün viza, iş icazəsi və s.) icrasını təşkil etmək və lazımi şəkildə yerinə yetirmək, işə götürülmüş namizədlər tərəfindən yerinə yetiriləcək iş üçün lazım olan avadanlığı, alətləri və materialları təchiz etmək, işin hansı qaydada yerinə yetirilməli olduğu barədə işə götürülmüş namizədlərə təlimat vermək səlahiyyətlərinə malik olmaq, işə götürümüş namizədlərin fəaliyətinə aid olan intizam tənbeh tədbirlərini tətbiq etmək və s.bu kimi hüquq və öhdəliklər. Yəni iddiaçı faktiki olaraq həmin işçilərə münasibətdə onların işəgötürəni kimi çıxış etmişdir, onların sayını və ixtisas dərəcələrini müəyyən etmiş, iş cədvəli rejimini müəyyən etmiş, onları seçmiş, iş yerlərini müəyyən etmiş, iş icazələrini öz adına almış, əmək haqlarını ödəmişdir. İddiaçının “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən təqdim edilmiş əcnəbi işçilərin işəgötürəni olmasını o da təsdiq edir ki, iddiaçı əcnəbi işçilərin Azərbaycan Respublikasının ərəzisində işləyə bilmələri üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə iş icazələri alması üçün müraciət etmiş və bu sahədə köməklik göstərilməsi üçün Azərbaycan Neft Şirkətinə də müraciət etmişdir. Alınmış iş icazələrnin üzərində də işəgötürən qismində məhz iddiaçı qeyd edilmişdir. Eyni zamanda iddiaçı İddiaçı Şirkətinin filialı tərəfindən “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin təqdim etdiyi əcnəbi işçilərin əmək haqlarınn ödniməsi, onarın tibbi və sağlamlıq sığortası, əmək haqlarından vergilərin və digər icbari sığorta haqlarının tutulması inzibati iş materiallarında olan iddiaçının təqdim etdiyi ödəniş sənədləri ilə təsdiqlənir. Cavabdehin etirazında əmək qanunvericiliyinin müddəalarına istinadına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin ç) bəndinə əsasən xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları şamil edilmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, X4 X20 Protokolun 1.3-cü bəndinə əsasən yuxarıda deyilənlərə baxmayaraq, Xarici Subpodratçılar hazırda tətbiq edilən İkiqat Vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında hər hansı Sazişin müddəaları ilə yaxud belə saziş mövcud deyilsə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997-ci il tarixində yenidən işlənilən Gəlir və Kapital üzrə Vergi Konvensiyasına müvafiq müqavilə qüvvədə olarsa mövcud ola bilən güzəştlərdən istifadə edə bilər. Hər iki halda xarici hüquqi şəxsin belə güzəştlərdən istifadə etməsinə şərait yaratmaq üçün inzibati tədbir görməyə ehtiyac yoxdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən qəbul edilmiş və 1 noyabr 1997ci il tarixdə yenidən işlənilən ”Gəlir və Kapital üzrə Vergi Konvensiyası” ölkələr üçün ümumi model funksiyası daşıyır, yəni ölkələr öz aralarında ikiqat vergitutmanın aradan qaldırılması barədə sazişlər bağlayarkən bu Konvensiyadan model kimi istifadə edə bilərlər. Model Konvensiyasının müddəaları ölkələr üçün tövsiyyə xarakteri qaşıyır. Həmin Konvensiyanın 7.1-ci maddəsinə əsasən Razılığa gələn Dövlətin müəssisəsinin mənfəəti, əgər həmin müəssisə Razılığa gələ digər Dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirmirsə yalnız adı birinci çəkilən Dövlət vergiyə cəlb olunur. Əgər müəsissə sahibkarlıq fəaliyyətini yuxarıda göstərilən tərzdə həyata keçirirsə, yaxud keçiribsə, bu halda onun mənfəəti yalnız həmin daimi nümayəndəliyə aid edilən hissədə digər dövlətdə vergiyə cəlb edilə bilər. Həmin Konvensiyanın 5-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün “daimi nümayəndəlik” dedikdə müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirildiyi daimi fəaliyyət yeri başa düşülür. Həmin Konvensiyanın 8.12-ci maddəsinə əsasən bununla belə hər hansı bir şəxs tərəfindən göstərilən xidmətlərin dövlət tərəfindən düşgün şəkildə iki müəssisə arasında bağlanmış xidmətlər üzrə müqavilə əsasında deyil, əmək münasibətlərinə göstərilən xidmətlər kimi qəbul edilib-edilməməsi həmişə aydın olmayacaqdır.Bunun olub-olmaması ilə bağlı dövlətlər arasında fikir ayrlığı aşağıdakı prinsiplər və nümunələr əsasında həll edilməlidir (lazım olduqda qarşılıqlı razılaşma prosedurundan istifadə etməklə). Həmin Konvensiyanın 8.13-cü maddəsinə əsasən Fərd tərəfindən göstərilən xidmətlərin xarakteri mühüm amil olacaqdır, çünki işçinin işəgötürən tərəfindən həyata keçirilən biznes fəaliyyətinin tərkib hissəsi olan xidmətlə göstərdiyini güman etmək məntiqlidir. Buna görə də fiziki şəxs tərəfindən göstərilən xidmətlərin bu xidmətlərin göstərildiyi müəssisənin biznesinin tərkib hissəsini təşkil edib-etmədiyini müəyyən etmək vacib olacaqdır.Bu zaman əsas nəzərə alınmalı məqam işin nəticələrinə görə hansı müəssisənin məsuliyyət və risk daşımasıdır.Aydındır ki, bu təhlil yalnız fiziki şəxsin xidmətləri birbaşa müəssisəyə göstərildiyi təqdirdə aktual olacaqdır. Məsələn, fiziki şəxs müqaviləli istehsalçıya və ya biznesin kənardan satın alındığı müəssisəyə göstərildikdə həmin şəxsin xidmətləri sözügedən məhsul və ya xidmətləri əldə edəcək müəssisələrə göstərilmir. Həmin Konvensiyanın 8.14-cü maddəsinə əsasən əgər fiziki şəxsin göstərdiyi xidmətlərin xarakteri ilə onun rəsmi işəgötürəninin və xidmətlərin göstərildiyi müəssisənin həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin müqayisəsi rəsmi müqavilə münasibətlərindən fərqli əmək münasibətlərinə işarə edirsə, aşağıdakı əlavə amillər bunun həqiqətən belə olub olmadığını müəyyən etmək üçün uyğun ola bilər: işin necə yerinə yetirilməli olduğu barədə şəxsə göstəriş vermək səlahiyyətinə kimin malik olması; işin yerinə yetirildiyi yerə nəzarət edən və məsuliyyət daşıyanın kimin olması; fiziki şəxsin əmək haqqı birbaşa işəgötürənin tərəfindən xidmətlərin göstərildiyi müəssisədən tutulur; iş üçün lazım olan alətləri və materialları şəxsin sərəncamına kim verir; iş yerinə yetirən şəxslərin sayını və ixtisasını kim müəyyənləşdirir; işi yerinə yetirəcək şəxsi seçmək və bu məqsədlə həmin şəxslə bağlanmış müqavilə razılaşmalarına xitam vermək hüququna kim malikdir; həmin şəxsin əməyi ilə bağlı intizam tənbehi vermək hüququ kimə məxsusdur; həmin şəxsin bayram günlərini və iş qrafikini kim müəyyənləşdirir. Beləliklə, X22 haqqında Sazişlərin müddəalarının iddiaçıya və digər Subpodratçı və Xarici Subpodratçıya münasibətdə və onlar arasındakı münasibətlərə tətbiq edilməsinə imkan verdiyi Gəlir və Kapital üzrə Vergi Konvensiyasının yuxarıda istinad edilən müddəalarına əsasən də İddiaçı Şirkətinin filialına “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin iddiaçı ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi namizədlər iddiaçının işçiləridirlər və həmin işçilər “Swift Technical (Sinqapore) Pte Ltd” şirkətinin işçiləri olmadığından qeyd edilən işçilərin gördükləri iş “Swift Technical (Sinqapore) Pte Ltd” şirkəti tərəfindən təqdim edilən xidmət hesab edilə bilməz və buna görə də sonuncunun iddiaçıya Azərbaycan Respublikasının ərazisində xidmət göstərməsinə görə ödəmə mənbəyində vergi hesablanması ilə bağlı cavabdehin hərəkətlərinin hüquqi əsası mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin inzibati iş materiallarından göründüyü kimi inzibati orqan qanunla onun üzərinə qoyulmuş vəzifələri tam icra etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmiş, işin bütün hallarının araşdırılması üçün öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İddiaçı Şirkətinin filialı barəsində qəbul etdiyi 22.01.2021-ci il tarixli, **********143962 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin İddiaçı Şirkətinin filialı barəsində qəbul etdiyi 22.01.2021-ci il tarixli, **********143962 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı (Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin 05.05.2021-ci il tarixli qərarı əsasında dəyişdirilmiş formada) xarici subpodratçılara ödənilmiş məbləğlərə görə vergi və faizlərin hesablanması hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar