Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16573/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4, 3-cü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X20 işə cəlb edilməklə qeydiyyat ünvanında qeydin ləğv edilərək əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı xx.xx.2010-cu il arixdə X45bala qızının qeydiyyat ünvanında aparılmmı qeydin ləğv edilərək ilkin vəziyyətinə qaytarılması, yəni 59 saylı MKİS tərəfindən qeydiyyatda olan şəxslərin siyahısında X45bala qızı və oğlu X28 qeydiyyat hissəsində əvvəlki qaydada M.Əlizadə ev 46 kimi qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu ev 46 onun X3 məxsusdur. Həmin evdə anadan olmuş, təhsil almış, indiyə kimi orada qeydiyyatdadır. xx.xx.2024-cü il Azərbaycan Respublikası Daxili İşlər Nazirinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin cavab məktubunda qeyd olunur ki, 2005-ci ilə kimi kirayəçi X30, ünvan qrafası M.Əlizadə, ev 46, anası Yusifova Saabxanım M.Əlizadə, ev 48 kimi qeyd olunurdu. 2005-ci ildən yaşla əlaqədar anası və atası şəxsiyyət vəsiqəsini dəyişəndə, şəxsiyyət vəsiqələrinin ünvan qrafası M.Əlizadə, ev 46/48 kimi, onda 46, qardaşlarında 48, bacılarında 48 kimi qeyd olunmuşdur. 2005-ci ildən sonra MKİSdən ailə tərkibi haqqında arayış alanda, arayışın başlığında artıq 46 yox, 46/48 kimi qeyd olunmuşdur. Ailə üzvlərinin ünvan qrafaları müxtəlif olsa da, hamısı bir ünvanda, bir mənzildə qeydiyyatdadır. 59 saylı MKİS-in Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi sorğuya cavabda qeyd etmişdir ki, ev X30yə məxsusdur. Həmin mənzildə 14 nəfər qeydiyyatdadır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, 46, 48, 46/48 ünvan göstəriciləri fərqli olmasına baxmayaraq söhbət eyni daşınmaz əmlakdan gedir və buna məhkəmə tərəfindən yekun qiymət verilmişdir. Atası X1 olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdə iddiaçı, digər qardaş və bacıları uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. Onun qardaşı X35 İradə Ağabala qızı ilə ailə həyatı, qurduqdan sonra 1987-ci ildə atasına məxsus evin 2-ci mərtəbəsinə gəlin köçmüşdür. 2009-cu il tarixdə İrada Yusifova qardaşı Qafar Yusifova qarşı həmin evə istifadə hüququnun tanınması tələbinə dair iddia qaldırmış, 2009-cu il tarixdə 05 noyabr tarixdə iddia tələbi təmin edilmiş, beləliklə 48 saylı evə istifadə hüququ tanınmışdır. Həmin qətnamədən atası va qardaşı şikayət vermiş, beləliklə nəticədə Nəsimi rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı qətnaməsi ləğv olunub, Yusifova İradənin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Ali Məhkəməyə şikayət verilmiş və məhkəmə qətnaməsi qüvvədə saxlanılmışdır. xx.xx.2010-cu ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirovun sədrliyi ilə qərardad çıxarılmış və qərara alınmışdır ki, X23 Bakı şəhəri, M.Əlizadə, ev 46/48 saylı evə qeydiyyata alınmasına dair hissəsində işin icraatına məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir. İddiaçı X23 Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə qeydiyyata alınması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət şöbəsinə müraciət edə bilər. Məhkəmədə birbaşa qeyd olunmuşdur ki, qeydiyyat məsələsinə baxılmır, qeydiyyata düşmək üçün Nəsimi rayon Polis İdarəsinin qeydiyyat şöbəsinə müraciət edə bilər. X31 2010-cu ilin avqust ayında nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra İradə Yusifova qardaşı Qafarla birga nikah dövründə aldıqları Nəsimi rayonu, M.Əlizadə küçəsi, 40 saylı evdə yaşamışlar. Daha sonra İradə Yusifova mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmiş, onun xeyrinə qətnamə qəbul edilmiş və mənzilə köçürülmüşdür. İradə Yusifova mənzilə köçürülməyə dair məhkəmə qətnaməsini əsas götürərək, qətnamə qanuni qüvvəyə minməmiş Nəsimi Rayon "Mənzil İstismar Sahəsindən" saxta arayış alaraq Nəsimi Rayon Polis İdarasinin Pasport və Qeydiyyat İdarəsinin adı iddiaçıya məlum olmayan vəzifəli şəxsi ilə əlbir olub qanunsuzluq edərək atasına məxsus olan Bakı, şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə öz oğlu Yusifov Əliəkbər ilə birlikdə, xx.xx.2010-cu il noyabr tarixində qanunsuz qeydiyyata düşmüşdür. Mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi həmin evə qeydiyyata alınmaq əsas deyildir. Evə qeydiyyata alınmaq üçün həmin evin sahibinin rəsmi icazəsi lazımdır, lakin İradə Yusifovaya belə icazə verilməmişdir. İradə Yusifovanın qanunsuz qeydiyyata düşməsi faktının araşdırılması, hüquqi qiymət verərək onun barəsində cinayət işinin başlanılması üçün Nəsimi Rayon Prokurorluğuna qardaşı tərəfindən ünvanladığı ərizəyə baxılaraq Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə "Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərara görə İrada Yusifovanın və oğlu Yusifov Ələkbərin qeyd olunan ünvana saxta sənədlər əsasında qeydiyyata düşməsi müəyyən olunmuş, lakin CM-nin 75.1.1-ci maddəsinin tələblərinə görə cinayətin törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina edilmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında qanunun 5-ci maddəsində qeydiyyata düşməyin əsasları göstərilmişdir. Həmin maddədə göstərilən əsaslardan heç birini İrada Yusifovaya şamil edib onu atasına məxsus olan evə qeydiyyata salmaq mümkün deyildir. Həmin maddədə mənzilə köçürülmə barədə qətnamənin olması qeydiyyata alınmaq üçün əsaslardan biri kimi nəzərdə tutulmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqinda Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları göstərilmişdir. Həmin qanunun 9-cu maddəsinin 6-cı hissəsinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll ediərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında qeydiyyatdan çıxarılmalıdır. Nəsimi Rayon Polis İdarasi Nəsimi rayonu prokurorunun araşdırmasının nəticəsini nəzərə alaraq X10 va oğlu X2 ünvandan qeydiyyatdan çıxarılması üçün Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. İdianin əsas tələbi qeydin etibarsız hesab edilməsi və yaşayış hüququna xitam verilməsi olub. Nəsimi Rayon Məhkəməsinə verilmiş iddia ərizəsi va ona əlavə edilmiş sənəddə iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdə imtina edilmiş va iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək işə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmçinin, bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qararına əsasan Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi qərardad dəyişdirilmədən saxlanılmışdır. Odur ki, qeyd olunan məsələ ilə bağlı aidiyyatı üzrə yəni İnzibati Məhkəməyə müraciət etməyi qeyd olunmuşdur. Yenidən prokurorluqda araşdırma zamanı izahatı alınmış Nəsimi rayon 59 saylı MKİS-də 1996-cı il tarixdən işləyən X27 öz ifadəsində bildirmişdir ki, Yusifova İrada məhz M.Əlizadə 46 ünvanı barədə arayış, verilməsini xahiş etmişdir. Verilmiş olan arayış məhz 46 ünvanı ilə bağlı olmuşdur. Bu hal bir fakt kimi həmin şəxsin ifadəsində öz əksini tapmışdır. Nəsimi RPİ-nin 3-13-51/2-22958/2025 saylı məktuba əlavə edilmiş X45bala qızının adına olan fərdi uçot kartoçkalarında görünür ki, İradə Yusifova xx.xx.2002-ci il tarixdə pasportunu dəyişməsi səbəbi ilə AZE00426647 nömrəli şəxsiyyət vəsiqəsi əldə 11 etmişdir: Həmin vəsiqədə qeydiyyat ünvanı M.Əlizada 46, soyadı isə Yusifova göstərilmişdir. Bundan sonra Yusifova ilkin şəxsiyyət vəsiqəsində soyadının yanlış göstərilməsi səbəbi ilə (Yusufova) xx.xx.2010-cu il tarixdə AZE08248366 nömrəli şəxsiyyət vəsiqəsi əldə edib. Həmin vəsiqədə qeydiyyat ünvanı M.Əlizadə 46/48, soyadı isə Yusifova göstərilmişdir. Bundan sonra İrada Yusifova xx.xx.2010-cu il tarixdə AZE08248366 nömrəli şəxsiyyət vəsiqəsini boşanma səbəbi ilə xx.xx.2010-cu ii tarixdə AZE08251163 nömrəli yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir Həmin vəsiqədə qeydiyyat ünvanı M.Əlizadə 46/48 göstərilmişdir. Bundan sonra İ.Yusifova xx.xx.2010-cu tarixdə AZE08251163 nömrəli şəxsiyyət vəsiqəsini şəxsiyyət vəsiqəsinin itməsi səbəbi ilə xx.xx.2011-ci ii tarixdə AZE09360522 nömrəli yenidən saxta imza ila şəxsiyyət vəsiqəsi əldə edib. Özündə gizli saxlayıb həmin ərəfələrdə keçirilən məhkəmələrə qanunla qüvvədən düşmüş 2002-ci ildə aldığı şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Yusifova İradə xx.xx.2014-ci il tarixində yenidən yaşla əlaqəli Asan xidmətdən şəxsiyyət vəsiqəsi alıb. xx.xx.2020-ci ildə Yusifova İradə son şəxsiyyət vəsiqəsini Asan xidmətdən alıb. Vəsiqədə qeydiyyat ünvanı M.Əlizadə 46/48 göstərilmişdir. Bu hal cinayət işinin başlanması barədə Nəsimi rayon Prokurorluğunun qərarında da öz əksini tapmışdır. Bundan əlavə X20 özbaşına tikili olan ünvan 7 ünvanında olan fərdi yaşayış evinə qanunsuz olaraq qeydiyyata düşməsi, daha sonra isa “mənzilə köçürülmə" tələbinə dair iddiasının təmin olunması va mənzilə köçürülmüş, fərdi yaşayış evinin 2/1 hissəsindən artıq yeri zəbt etməsi dövlət qurumlarının bu hala hələ də susması qeyri-müəyyən olaraq qalır. Köçürüldüyü mənzil əri, yəni qardaşına məxsus olmamış, birgə nikah dövründə əldə edilməmişdir. Mübahisəli fərdi yaşayış evi qaynatasına məxsus olmuşdur. Daha sonra isə “mənzildən istifadəyə maneçiiliyin aradan qaldırılmasına dair” əsassız iddia ilə məhkəməyə müraciət etmiş, iddia təmin olunmuş, X23 ünvan 7 ünvanında olan fərdi yaşayış evini faktiki olaraq tam ələ keçirmiş, özünü oranın tam sahibi kimi aparmaqla halhazırda da orada yaşamır. Bundan başqa X23 ünvan 7 ünvanında olan fərdi yaşayış evinə qanunsuz qeydiyyata düşməklə qeydiyyatda olan yeganə şəxs kimi hüquqi cəhətdən də fərdi yaşayış evini tam ələ keçirmişdir. Qeydiyyat məsələsinə yerli polis idarəsinin pasport şöbəsi baxır. Məhkəmənin gedişatı dövrü ərzində xx.xx.2010-cu il tarixdə ilkin şəxsiyyət vəsiqəsində 46 ünvan, olduğu halda həmin tarixdə guya şəxsiyyət vəsiqəsini itirib, 59 saylı MKİS-dən qanunsuz yollarla almış olduğu arayışı alıb, Nəsimi rayon Polis İdarəsinə təqdim etməklə yeni şəxsiyyət vəsiqəsi alıb. Polis İdarəsində hər hansı bir araşdırma aparmadan (həmin şöbənin əməkdaşı Azər) qeydiyyata salmışdır. Məhkəmə prosesslərində Yusifova İradə saxta şəxsiyyət vəsiqəsini hər hansı bir məhkəməyə təqdim etməmişdir (sübut kimi məhkəmə iclas protokolları). Yusifova İradə 2002-ci ildən 2020-ci ilə kimi 6 ədəd şəxsiyyət vəsiqəsi alıb, bunlardan 4-ünü Nəsimi Rayon Polis İdarəsinə, 2-ni isə Asan Xidmətdən (Bunlardan 2-si saxta imza, 4-ü əsl imza). Yusifova İradə 6 dəfə aldığı şəxsiyyət vəsiqələrini 3-nü (saxta arayışla) xx.xx.2009-cu il - xx.xx.2011-ci illərdə keçirilən məhkəmə prosesləri vaxtı almağa nail olub (sübut kimi məhkəmə iclas protokolları, çıxarış). Bu şəxsiyyət vəsiqəsində hər hansı bir məhkəməyə təqdim etməmişdir. Bu haİla bağlı başlamış cinayat işlərinin hər biri rədd edilmişdir. xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Nəsimi rayon Prokurorluğunun qərarında buna bir sübutdur. Qərarda qeyd olunmuşdur ki, Yusifova İradənin xx.xx.2010-cu il tarixində ilkin şəxsiyyət vəsiqəsində yanlış göstarilməsi, yəni soyadını səhvən "Yusufova" göstarilməsinə görə yeni şəxsiyyət vəsiqəsi almaq üçün Nəsimi Rayon Qeydiyyat və X22 müraciət etmiş və yeni şəxsiyyət vəsiqəsinin soyadı Yusifova göstərilməklə hər hansı əsas olmadan qeydiyyat ünvanı ünvan 8ylı MKİS-in təqdim etdiyi sənədlərdə Yusifova İradənin qanunsuz qeydiyyat tarixi xx.xx.2010-cu ildə göstərilir. Halbuki, Yusifova İradə onların ünvanına illk dəfə xx.xx.2010-cu ildə qanunsuz qeydiyyata düşmüşdür. Nəsimi Rayon Polis İdarasinin Nəsimi Rayon Prokurorluğuna göndərdiyi UÇOT kartoçkalarında Yusifova İradənin bu ünvana qanunsuz, əsassız saxta sənədlərlə, saxta imzalarla qeydiyyata düşməsi, açıqaydın görünür. Yusifova İradə atasının evinə qeydiyyata gah məhkəmə qətnaməsi, gah da atasının razılığı ilə düşməsini deyir. Halbuki, 2010-cu ildə keçirilən məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, məhkəmə qeydiyyat işinə baxmır, evlarin mülkiyyət hüququ yoxdur, atasının razılıq verməsi ixtiyarı yoxdur (MM - 180-ci maddə). Yusifova İradənin UÇOT kartoçkalarını araşdırsalar onun qanunsuz əməllərini açıq-aydın görmək olur. Qeyd edir ki, “Niyə görsə də, bəzi məmurlar buna göz yumurlar, araşdırmaq istəmirlər ki, o bu ünvana necə düşüb?! Əgər qanuni yola düşmüsünsə, nəyə görə 2009-2011-ci il tarixində keçirilən məhkəmə proseslərinə ilk aldığı şəxsiyyət vəsiqəsini təqdim etmir, qanunsuz yolla aldığı şəxsiyyət vəsiqələrini gizli saxlayıb?!” Həmçinin, qeyd edir ki, ünvan 11 ünvanları, eyni mənzildir. ünvan 12 qeyd edir ki, onun M.Əlizadə küçəsi 46, qardaşı Aydın Yusifov 48, saxta yolla qeydiyyat ünvanın dəyişən İradə Yusifovanın pasport qeydiyyatında olan 46/48 ünvanları eyni ünvanlardır. 59 saylı MKİS-nin 02 saylı, xx.xx.2024-cü il saylı arayışında qeyd edilir ki, 46/48, 46 va 48 ünvanları mərhum X11 adına olmuş ümumi həyət tipli yaşayış evidir. MKİSdə olan sənədlərə əsasən Forma B va Forma A kartlarında 46/48 yazılmalıdır. Forma B kartında 46, 48, 46/48 ünvanları şəxsiyyət vəsiqələrində qeyd olunmuş va 14 nəfərin həmin ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3058/2022 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadında onun atasına məxsus əmlakda qeydiyyatda olduğunu və həmin mənzilə hüququ bağlılığı haqqında qərardad qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8340/2024 saylı üzrə qərardadında 59 saylı MKİS-in xx.xx.2024-cü ildə 29 saylı məktubuna əsasən o və qardaşı həmin ünvanda 52 metr aralıda yerləşən, sonradan özbaşına inşa edilmiş evdə qeydiyyatsız yaşayır və həmin evə aid MKİS-də heç bir sənəd yoxdur. 46,48 va 46/48 ünvan göstəriciləri fərqli olmasına baxmayaraq söhbət faktiki olaraq eyni daşınmaz əmlakdan gedir. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə almması prioritet təşkil etdiyindən həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun, eləcə də vərəsəlik hüququnun gözləntisi mövcuddur və o da mübahisəli evi inşa etmiş şəxsin, yəni X30nin varisidir. Subyektiv hüququ artıq tanınmışdır. xx.xx.2022-ci il tarixində 1 saylı "ASAN" Xidmət mərkəzindən X37 Hüququ haqqında" Şəhadətnamə" almışdır. Yusifova İradənin qeydiyyata düşməsi barədə hər hansı, bir məhkəmə qərarı yoxdur. Ancaq mənzilə köçürülmə haqqında qətnaməsi mövcuddur. Mənzilə köçürülmə qətnaməsinin olması, "Yaşayış yeri və olduğu yer" haqqında qanuna əsasən qeydiyyata düşməsi üçün əsas deyildir. xx.xx.2011-ci il tarixdə Ali Məhkəmənin qərarı ilə köçürülmə təmin edilmişdir, yəni atasına məxsus 2 mərtəbəli evin 2-ci mərtəbəsinə müvəqqəti köçürülmüşdür. Qeyd etdiyi məsələ ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş və inzibati orqan tərəfindən müraciətinə xx.xx.2025-ci il tarixli imtina verilərək müraciətinə inzibati məhkəmə icraatında baxıla biləcəyi izah edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6573/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X45bala qızı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. 3-cü şəxs X45bala qızı tərəfindən iddia ərizəsinə qarşı etirazla müraciət edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən bildirilmişdir ki, qeyd olunan iddia təhrif olunmuş hallara istinad olunaraq bütövlükdə qərəzlidir. Belə ki, eyni iddialarla iddiaçının qardaşı X18 ilə otuzdan artıq məhkəmə qərarları mövcuddur ki, onun müraciət etmək hüququ tükəndikdən sonra bu dəfə qardaşı Rəhmanın adından iddialar verməyə davam edir (bax: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5165/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı, hakim Səlma Salahova; 2-1(112)-15709/2013 saylı, xx.xx.2023-cü il tarixli qərarı, hakim Səlma Salahova; 2-1(112)-9989/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı, hakim Rüstəm Kərimli; 2-1(112)-8340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı, hakim Aygün Əhədova; 2-1(112)- 16469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı, hakim Aysel Almazova; Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2219/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi sədrlik edən Azər Hüseynov; 2-1(103)-2544/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə, sədrlik edən Aida Hüseyn; 2-1(103)-1668/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə sədrlik edən Xəyalə Cəmilova; 2-1(103)-3192/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə, sədrlik edən Cahangir Yusifov). İddia İddiaçı adından verilsə də, qardaşı Aydın Yusifovun iddiaçı olduğu 2(103)-1668/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara istinad olunur. Halbuki, məhkəmə aktının preyudisiallığı subyektiv tərkibinin eyniliyini şərtləndirir. Bununla yanaşı onun qeydiyyatdan çıxarılmağına dair bütün bu qərarlarla iddia təmin edilməmişdir və göründüyü kimi hazırda da həmin ünvanda qeydiyyatda olmaqla, orada yaşayır. Onun, X16 və X12 qarşı “mənzilə köçürülməyinə dair” iddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3683/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təmin edilərək, ünvan 14 ünvana köçürülməyi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)-364/10 saylı qətnaməsi və Ali Məhkəmənin 29 iyun 2011-ci il tarixli, 2(102)- 1902/2010 saylı qərarı ilə cavabdehlər X24 və X5 müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, beləliklə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı tələbini onun saxtakarlıq ilə cinayət əməli törədərək həmin ünvana qeydiyyata düşdüyünü, məhkəmənin köçürülməyinə dair qətnaməsinin həmin evə qeydiyyata alınması üçün əsas olmadığını, evə qeydiyyata alınmaq üçün həmin evin sahibinin rəsmi icazəsinin olmalı olduğunu, lakin ona belə icazə verilmədiyini əsaslandırır. İddiaçı həmçinin, qardaşı Aydın Yusifov tərəfindən İradə Yusifovanın cinayət törətməsi ilə əlaqədar prokurorluğa müraciət etdiyini, lakin CM-nin 75.1.1-ci maddəsinin tələbinə görə cinayətin törədildiyi vaxtdan 2 il keçdiyi üçün cinayət işinin başlanmasından imtina olunduğunu bildirir. İddiaçının “saxtalaşma” ilə əlaqədar aşağıdakı qərarları diqqətə çatdırmağı vacib bilir: 1) İlkin olaraq Nəsimi RPİ-nin 20-ci PB-nin (təhqiqatçı Orxan Qurbanov) xx.xx.2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İradə Yusifova tərəfindən hərhansı saxtalaşdırma xəttşünaslıq ekspertizası tərəfindən müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. 2) Eyni əsaslarla Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli (müstəntiq Sübhan Zeynalov) qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 3) Əməlində cinayət faktının olmaması əsası ilə Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 4) Əməlində cinayət faktının olmaması əsası ilə Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 5) Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 6) Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(006)-38/2022 saylı qərarı ilə xx.xx.2022-ci il tarixli cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin qərarı qanuni hesab edilmişdir. 7) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 6(103)-106/2022 saylı qərarı ilə Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuni hesab edilməsinə dair Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci 11 tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 8) Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. 9) Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət tərkibinin olmaması səbəbi ilə cinayət işinin başlanması rədd edilmişdir. 9) Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edir ki, birinci istintaq orqanının cinayət işinə xitam verilməsi barədə qərarı hazırki iş üçün preyudisial əhəmiyyətə malik ola bilməz. Nəsimi rayon Məhkəməsinin 2(006)-3683/10 saylı, 15 oktyabr 2010-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar tərtib edilmiş xx.xx.2011-ci il tarixli aktında borclu İmanverdi Yusifov bildirmişdir ki, icra sənədi üzrə tələbkar İradə Yusifovaya M.Əlizadə küçəsi 46/48 saylı ünvanda yaşamasına heç bir etirazı yoxdur və ona maneçilik törətmir. Həmin aktı icra məmuru ilə yanaşı aktın doğruluğu ilə razılaşan borclu, tələbkar və iki nəfər hal şahidi öz imzaları ilə təsdiqləmişlər. Sonuncu dəfə İddiaçı (bəlkə də Aydın Yusifov) tərəfindən “saxta sənəd” barədə edilmiş şikayətə cavab olaraq xx.xx.2025-ci il tarixli qərara əsasən toplanmış 399-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda izahatında İddiaçı göstərmişdir ki, İradə Yusifova M.Əlizadə küçəsi 46/48 ünvana xx.xx.2010-cu il tarixli qətnamə əsasında köçürülmüşdür və bildiyinə görə həmin ünvana, yəni M.Əlizadə küçəsi 46/48 qeydiyyata düşməsinə əsas səbəblərdən biri də rəhmətlik atası İmanverdi Yusifovun yazılı razılığı olmuşdur. İddiaçı həmin izahatında, həmçinin qeyd etmişdir ki, X8 və onun oğlu Əliəkbər Yusifovun qeyd olunun ünvanda yaşamasına heç bir etirazı yoxdur. Qanunvericilik və ya bağlayıcısı ilə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini qeyd etməklə sadalanan sənədlərlə və ya bunlar olmadan yaşayış sahəsini verən şəxsin ərizəsi ilə də qeydiyyata alınmanın mümkünlüyünü nəzərə çatdırır. Başqa sözlə, yaşayış sahəsi verən şəxsin ərizəsi mütləq şərt olmayıb mümkün şərtlərdən biridir. Əgər “və ya” bağlayıcısı əvəzinə “və” bağlayıcısı olmuş olsa idi, onda digər sənədlərdən əlavə mütləq şərt kimi ərizə tələb oluna bilərdi. Bu baxımdan həmin evə köçürülməyə dair qanuni qüvvəyə minmiş qətnamə qeydiyyata alınmaq üçün əsas verən sənəd olub, digər şəxsin icazə ərizəsinə tələb olunmur. Digər şəxs (mərhum qaynatası) isə həmin özbaşına tikiliyə dair ümumiyyətlə hər-hansı bir sərəncam vermək, əqd bağlamaq səlahiyyətində olmayıb. Beləliklə o məhkəmə qərarı əsasında köçürülərək həmin ünvanda yaşayır, məhz yaşadığı həmin ünvana pasport qeydiyyatına düşmək onun qanunla üzərinə düşən vəzifədir. Göründüyü kimi onun hər-hansı sənədi saxtalaşdırmağı və ya məlumatların yalan olması, o cümlədən qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxsin qanunsuz hərəkətə yol verməsini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyildir. Hesab edir ki, şəxsin yaşayış sahəsindən çıxarılması barədə qətnamə şəxsin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına əsas verdiyindən, yaşayış sahəsinə köçürülmə barədə qətnamə də şəxsin köçürüldüyü yaşayış sahəsinə qeydiyyata alınmasına və yaxud həmin ünvanda qeydiyyatda qalmasına bilavasitə hüquqi əsas kimi çıxış edir. Hazırki iş üzrə onun mübahisəli ünvana qeydiyyata düşməyinə əsas olan sənəd kimi bilavasitə köçürülmə barədə qanuni qüvvəsini almış məhkəmə qətaməsinin olması müəyyən olmasa belə hazırki halda həmin ünvana köçürülməyi barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Həmin qətnamələr icra olunuş, 3-cü şəxs olaraq o, mübahisəli ünvana köçürülmüş və hazırda həmin ünvanda qeydiyyatda olmaqla orada faktiki yaşayır. Belə olduğu halda hesab edir ki, onun mübahisəli ünvana qeydiyyata alınmağına əsas olmuş ilkin sənədlərin qiymətləndirilməsinə hüquqi zərurət aradan qalxmışdır. İddiaçının iddiasında qeydiyyatdan çıxarılmaya əsas kimi qeydiyyatın qanunsuz olması ilə bağlı istinad etdiyi hallar 3-cü şəxs olaraq onun hazırki halda mübahisəli ünvanda qeydiyyatda qalmağına əsas verən hüquqi əsaslarla müqayisədə öz əhəmiyyət və aktuallığını itirmişdir. Qeyd edir ki, hazırda onun ünvan 21a köçürülməyi barədə iş ləğv edilməmiş qanuni qüvvədə olan icra olunmuş köçürülmə barədə qətnamələr vardır. O köçürüldüyü həmin ünvanda faktiki yaşamaqla köçürüldüyü ünvan onun yaşayış yeri olmaqla yaşadığı həmin ünvan üzrə də qeydiyyatda qalmağı qanuni və əsaslıdır. İddiaçı özü də etiraf edir ki, köçürülmüş olduğum yaşayış sahəsi vaxtı ilə atasının yaşadığı evin 2-ci mərtəbəsidir. Bu yaşayış sahəsi iç-içə iki otaqdan və eyvandan ibarətdir. Həmin həyətdə 14 ailədən ibarət mənzil vardır. Bütün bunların hamısını iç-içə iki otaqlı mənzildə yaşamaqlarını iddia etmək absurddur. İddiaçının əslində tamahının nə olması aşkardır. O, vərəsə olduğuna və iç-içə iki otaqdan ona məcburi pay düşməli olması fikrindədir. Beləliklə iddiaçının özbaşına tikili olan və onun qanunvericiliklə köçürülmüş olduğu yaşayış sahəsinə hər-hansı vərəsəlik iddiası absurddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının, onun nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025ci il tarixli, 3-13-51/2-Y-341491/11 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxsin (şəxslərin) ünvan 21dan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğu ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyə olunur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3036/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddiaçı X45bala qızı Bakı şəhəri, M.Əlizadə küçəsi, 48 saylı evə hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşayış sahəsinə qeydiyyata alınması üçün əsasdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 2(103)- 694/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli 2(103)-694/2009 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2390/2010 saylı xx.xx.2010-cu il tarixli qərarına əsasən X45bala qızının kassasiya şikayəti təmin eidlməmiş, Bakı Apellyasiya Məhkəməsinin MİÜK-nın həmin iş üzrə 03 mart 2010cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X20 cavabdehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülmüşdür. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1902/11 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X21 və X9 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1902/2011 saylı xx.xx.2011-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Üçüncü şəxs X45bala qızının pasport qeydiyyatı əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi 46 ünvanında olmuş, xx.xx.2010-cu il tarixdən isə ünvan 21a qeydiyyata alınmışdır. - ünvan 16 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “iddiaçı X6 pasport qeydiyyatı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 48, 3-cü şəxs X8 pasport qeydiyyatı isə ünvan 17 ünvan göstəricilərinin fərqli olmasına baxmayaraq söhbət faktiki olaraq eyni daşınmaz əmlakdan gedir.” - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8340/2023 saylı, xx.xx.2024-cü il tarixli qərarında görünür ki, iddiaçı X19 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X45bala qızının və X13 iddiaçının atasına məxsus olmuş və istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sözügedən qərara əsasən iddiaçının tələbi təmin edilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. Sözügedən qərarda mübahisə ilə bağlı məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X19 qeyd edilən ünvanda yerləşən frədi yaşayış evinin atası 1932-ci il təvəllüdlü mərhum X15 məxsus olduğunu, üçüncü şəxs X45bala qızının onun mərhum qardaşının keçmiş həyat yoldaşı olmaqla sözügedən ünvana qanuni əsaslar olmadan qeydiyyata düşdüyünü əsas gətirərək üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxaırlmasını tələb edir. İddiaçı üçüncü şəxslərin qeydiyyatlarının qanunsuz olması ilə bağlı sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Prokurorluğundan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad etmişdir. Həmin qərarla X45bala qızının özbaşına tikili olan ünvan 21a qeydiyyata düşməsi üçün Nəsimi rayonu MKİS-in arayışının kim tərəfindən və hansı formada saxtalaşdırılması müəyyən edilmədiyindən, əməli törətmiş şxəs və ya şəxslərin şəxsiyyətləri müəyyən edildiyi halda belə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən sonuncu cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar bilavasitə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarına hüquqi əsas kimi çıxış etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, qanunvericilik qeydiyyatın yalnız saxta sənədlər əsasında aparıldığı və bununla bağlı vəzifəli şəxsin hərəkətlərinin qanunsuzluğu müəyyən edildiyi halda qeydiyyatdan çıxarmanı müvafiq icra hakimiyyəti orqanına həvalə edir. Sözügedən sənədlərin saxtalığı və ya vəzifəli şəxsin hərəkətlərinin qanunsuzluğu barədə isə müvafiq cinayət mühakimə icraatı qaydasında məhkəmənin qanuni qüvvəsini almış məhkəmə hökmünün olması tələb olunur. Hazırki iş üzrə isə Qanunun 9-cu maddəsində nəzərdə tutulan qeyd edilən məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, Cinnayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinin tələblərinə əsaslanaraq cinayət prosesini həyata keçirən istintaq orqanının cinaytə təqibini istisna edən qərarının hazırki məhkəmə üçün preyudisial hüquqi əhəmiyyətə malik olduğu və qeyd edilən Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilmiş faktların, o cümlədən üçüncü şəxsin həmin ünvana 59 saylı MKİS-in saxtalaşdırılmış arayışı əsasında qeydiyyata düşməsinin müəyyən edildiyi qəbul edilmiş olsa belə adıçəkilən cinayət prosesini həyata keçirən orqanın qərarı və həmin qərarla müəyyən edilmiş hallar hazırki halda üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmalarına əsas vermir. Hazırki halda təqdim edilmiş Bakı şəhəri Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 59 saylı Mənzil- Kommunal İstismar Sahəsinin yaşayış yeri üzrə arayışlarında X8 oğlu X25 ilə birlikdə həqiqətən də, Məsud Əlizadə küçəsi 46/48 saylı evdə yaşadıqları bildirilmişdir. Üçüncü şəxslərin hazırda məhkəmə qətnamələri ilə köçürüldükləri adıçəkilən ünvanda faktiki yaşadıqları mübahisə olunmuşdur. Yuxarıda sadalanan mülki məhkəmə qətnamələrinə əsasən X8 gəlin köçdüyü ev qayınX3 məxsus olmaqla, həmin evin ünvanının əvvəllər ünvan 19əsimi rayonu, M.Əlizadə küçəsi ev 46/48 olduğu, hər iki ünvan göstəricisindəki evin faktiki olaraq eyni daşınmaz əmlak olduğu müəyyən olunduğundan (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən), üçüncü şəxsin həmin ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnamələri olduğundan, həmin qətnamələr əsasında üçüncü şəxsin sözügedən ünvana köçürüldüyü və hazırda da ünvan 21da faktiki yaşadıqlarından, qanunla şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması tələb olunduğundan üçüncü şəxslərin hazırki halda mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün hüquqi əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə üçüncü şəxsin sözügedən fərdi yaşayış evində yaşayış hüququ təmin edilərək onun həmin özbaşına tikiliyə köçürülməsi təmin edilmişdir. İddiaçının barəsində adıçəkilən qanuni qüvvəyə minmiş köçürülmə barədə məhkəmə qətnamələri belə hazırki halda yaşayış yeri üzrə mübahisəli ünvana qeydiyyata alınmaya əsas verən Qanunun 5-ci maddəsindəki “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” qismində çıxış edir. Çünki, həmin qətnamələr ilə iddiaçının yaşayış yeri müəyyən edilmiş və onun məhz mübahisəli ünvanda yerləşən evdə yaşamaq hüququ bilavasitə təsdiq edilmişdir. Qanunun tələbindən də, müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslər məhz yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Belə olan halda üçüncü şəxsin mübahisəli ünvana qeydiyyata alınmasına əsas olmuş ilkin sənədlərin qiymətləndirilməsinə hüquqi zərurət aradan qalxmışdır. İddiaçının iddiasında qeydiyyatdan çıxarılmaya əsas kimi qeydiyyatın qanunsuz olması ilə bağlı istinad etdiyi hallar üçüncü şəxsin hazırki halda mübahisəli ünvanda qeydiyyatda qalmasına əsas verən hüquqi əsaslarla müqayisədə öz əhəmiyyət və aktuallığını itirmişdir. Qeyd edildiyi kimi, üçüncü şəxsin ünvan 22 ünvanına köçürülməsi barədə ləğv edilməmiş, qanuni qüvvədə olan, icra olunmuş köçürülmə barədə qətnamələr var, üçüncü şəxs köçürüldüyü həmin ünvanda faktiki olaraq yaşayır və köçürüldüyü ünvan qanunla yaşayış yeri hesab olunmaqla, yaşadığı həmin ünvan üzrə də qeydiyyatda qalması qanuni və əsaslıdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı X6 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi Qeydiyyat və X14rşı xx.xx.2010-cu il tarixdə X45bala qızının qeydə alınmasında əsas olan sənədlərin və məlumatların həqiqətə uyğun olmadığı və qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin qeydiyyatın ləğv edilərkən ilkin vəziyyətə qaytarılması, yəni Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 kimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı üçüncü şəxsin ünvan 21a olan qeydiyyatının ləğv edilməsidir. Ləğv etmənin əsası kimi qeydə alınma zamanı vəzifəli şəxslərin hərəkətlərinin qanunsuzluğunu iddia edir və iddiaçının qeydiyyatın ləğv edildikdən sonra əvvəlki vəziyyətə qaytarılmasını, yəni, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 kimi qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, hazırki işlə eyni faktiki və hüquqi hallara söykənən, iddiaçının qardaşı X6 iddiaçı olduğu, X8 üçüncü şəxs olduğu digər inzibati iş üzrə - Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8340/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı X6 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər X45bala qızı və X7) qarşı “qeydiyyatdan çıxarlma” barədə iddia tələbi təmin edilməmişdir. Həmin qərarda qeydə alınma səbəbləri və əsasları ətraflı tədqiq edilmiş və məhkəmə tərəfindən hüquqi qiymət verilərək üçüncü şəxsin sözügedən ünvanda qeydiyyatının ləğv edilməsi üçün əsasların olmadığı müəyyən edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. İddiaçının hazırki tələbində isə mübahisə predmeti barədə qanuni qüvvəsini almış məhkəmə qərarında göstərilən işin faktiki və hüquqi hallarından kənara çıxan hər hansı bir yeni hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqana qarşı eyni predmedlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğundan hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə iddiaçının fərqli iddiaçı olması (digər qardaş) mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olmasını aradan qaldıran hal qismində çıxış edə bilməz və məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən də, iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə məhkəməyə çatımlılıq və ədalət mühakiməsini hüququnun pzulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 15.6. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Bakı şəhəri Nəsimi rayon 59 saylı Mənzil İstismar Sahəsinin qanuni maraqlarına toxunma ehtimalı olmadığından onların inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsəədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Vəsatət təmin edilməsin. İddia ərizəsinə qeyd edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi və Bakı şəhəri Nəsimi rayonu 59 saylı Mənzil İstismar Sahəsinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-16573/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16573/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver