Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16585/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 07 avqust 2025-ci il tarixli imtina məktubu qanunsuz hesab edilməsi, yaşa görə emək pensiyasının təyin edilməsi və pensiyanın 25 may 2025-ci il tarixdən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh müraciətin həllindən 07 avqust 2025-ci il tarixli məktubla imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim etdiyi sənədlərə əsasən xx.xx.1978-ci iİ tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 3 ay 28 gün təşkil edir. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tartixinədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil olması mümkün olmamışdır. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçı 143/k №-li xx.xx.1997-ci il tarixli əmrlə həmin tarixdə Bakı Montaj İdarəsi "Azsantexmontaj" trestinə 2-ci dərəcəli santexnik-elektrik vəzifəsinə qəbul edilmişdir. 39 №-li xx.xx.1978-ci il tarixli əmrlə xx.xx.1978-ci il tarixdən 3-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişdir. 106 №-li xx.xx.1978-ci il tarixli əmrlə xx.xx.1978-ci il tarixdə 4-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişir. SSRİ Silahlı Qüvvələrinə çağırışla əlaqədar 144/k №-li xx.xx.1978-ci il tarixli əmrlə xx.xx.1978-ci il tarixdən işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 4 №-li xx.xx.1981-ci il tarixli əmrə əsasən həmin tarixdə həmin müəssisədə yenidən 4-cü dərəcəli çilingərsantexnik vəzifəsində fəaliyyətimi davam etdirmişdir. 68 №-li xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdə Bakı tresti “Azsantexmontaj”ın 2 nömrəli idarəsindən “Azsantexmontaj” trestinin əsas tədris istehsalat bazasına köçürülmüşdür (iş yeri dəyişmişdir). 62 №-li xx.xx.1984-cü il tarixli həmin tarixdən 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir. 80 №-li xx.xx.1885-ci il tarixli əmrlə Bakı Montaj İdarəsinin “Azsantexmontaj”ın 2 nömrəli idarəsindən 5 nömrəli idarəyə köçürülmüşdür. 137 №-li 26 noyabr 1985-ci il tarixli əmrlə həmin tarixdən Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə işə qəbul edilmişdir. 01 №-li 2 yanvar 1985-ci ii tarixli əmrlə çilingər vəzifəsinə keçirilmişdir. 31 №-li 03 aprel 1989-cu ii tarixli əmrlə yeni ştat cədvəlinə əsasən 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. 33 №-li xx.xx.1990-cı il tarixli əmrlə 5-ci dərəcəli çilingərsantexnik vəzifəsinə keçirilmişdir. 86 №-İi xx.xx.1990-cı il tarixli əmrlə xx.xx.1990-cı ii tarixdən öz xahişimlə işdən azad olunmuşdur. 02 №-li xx.xx.1990-cı il tarixli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə 5-ci dərəcəli çilingərsantexnik vəzifəsinə qəbul olunmuşdur. 21 №-li xx.xx.1992-ci il tarixli əmrlə iş yerinin dəyişdirilməsi ilə (Azərbaycan Texniki Unuversitetinə) işdən azad olmuşdur. 219 №-li xx.xx.1992-ci ii tarixli əmrlə xx.xx.1992-ci ii tarixdən həmin universitetin Texniki istismar şöbəsinə santexnika və eiektromontaj işləri üzrə təmir tikinti idarəsindən keçirilmə yolu ilə 6-cı dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. 302 №-li xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı il tarixdə idman sarayına mexanik vəzifəsinə keçirilmişdir. 03 №-li xx.xx.1997-ci il tarixli əmrlə xx.xx.1997-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir. 76 №-li xx.xx.2004-cü il tarixli əmrlə xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Bu müddət ərizində iddiaçının ümumi iş stajı 26 il 1 aydan çox olmuşdur. Yəni “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il iş stajı olmuşdur. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək işə daxilolma qeydində əmr tarixi əmək kitabçasının 4-cü qrafasında qeyd edilməsə də, həmin tarixlər əmək kitabçasının 2-ci qrafasında öz əksini tapmışdır. Həmin dövr ərzində olan əmrlər müəssisə daxilində iş yerlərinin dəyişdirilməsi ilə bağlıdır. İmtina məktubunda qeyd edilən xx.xx.1990-cı il tarixindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 86 nömrəli xx.xx.1990-cı il tarixli əmr işəgötürənin imzası və möhürü ilə təsdiq olunmuşdur. Yəni iddiaçı həqiqətən də həmin müəssisədə işləməsə idi, əmək müqaviləsinə də qanunauyğun şəkildə xitam verilməzdi. Qeyd olunduğu kimi xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək Təhsil Nazirliyinin Təmir-tikinti idarəsində vəzifə dəyişikləri ilə çalışmışdır. Əmək kitabçasında əmrlərin qeydində texniki uyğunsuzluqlar olsa da, həmin dövrün mövcudluğu həm işə qəbul, həm də işdən azadetmə barədə əmrlərlə təsdiqlənmişdir. Əmək kitabçasının düzgün doldurulmaması işçinin məsuliyyəti deyil, bu işəgötürənin öhdəliyidir. İşçinin pensiya hüququ işəgötürənin texniki xətaları səbəbindən məhdudlaşdırıla bilməz. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı ona ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı N.X1 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2025-ci il tarixli 3-17-1/2-N-185801/2025 nömrəli məktubla bildirilmişdir ki, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan narazı qalan iddiaçı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Bildiririk ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmət müddəti, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1981 -ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 21 il 3 ay 28 gün mübahisələndirilməyən sığorta stajı nəzərə alınmışdır. xx.xx.2025- ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 3.2-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün İddiaçı sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunun 22—1.1 -ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəbdən iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün hesab edilməmişdir. Qeyd etmək istəyirik ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarr’nın 3.2-ci maddəsinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin isə götürülməsi, bir isdən başqa isə keçirilməsi və isdən azad edilməsi haqqında məlumat tarixi (gün, av, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyqun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Sözügedən Qaydaların 4.1 -ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — isə girdiyi gün, av, il, işlədiyi peşəsi (vəzifəsi), isdən çıxarılmanın əsası, günü, avı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajının 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Qeyd etmək lazımdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi davam etdirilir. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir tikinti idarəsində əmək fəaliyəti dövrünün onun sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan bir daha görünür ki, iddiaçının iddia tələbi qanunsuz və əsassız, cavabdehin mövqeyi isə qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyuiun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən 03.11,1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 21 il 3 ay 28 gün təşkil edir. xx.xx.2025-ci il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 3.2-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasımn təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatları ndakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2025-ci il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məlumat üçün bildiririk ki, xx.xx.2025-ci il tarixli müraciətinizlə bağlı sizə xx.xx.2025-ci il tarixli 3-17-1/2-N- 144135/2025 nömrəli rəsmi məktubla cavab göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar İddiaçı məxsus xx.xx.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 143/k №-li xx.xx.1997-ci il tarixli əmrlə həmin tarixdə Bakı Montaj İdarəsi "Azsantexmontaj" trestinə 2-ci dərəcəli santexnik-elektrik vəzifəsinə qəbul edilmişdir. 39 №-li xx.xx.1978-ci il tarixli əmrlə xx.xx.1978-ci il tarixdən 3-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişdir. 106 №-li xx.xx.1978-ci il tarixli əmrlə xx.xx.1978-ci il tarixdə 4-cü dərəcəli santexnik vəzifəsinə keçirilmişir. SSRİ Silahlı Qüvvələrinə çağırışla əlaqədar 144/k №-li xx.xx.1978-ci il tarixli əmrlə xx.xx.1978-ci il tarixdən işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixinədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 4 №-li xx.xx.1981-ci il tarixli əmrə əsasən həmin tarixdə həmin müəssisədə yenidən 4-cü dərəcəli çilingər-santexnik vəzifəsində fəaliyyətimi davam etdirmişdir. 68 №-li xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdə Bakı tresti “Azsantexmontaj”ın 2 nömrəli idarəsindən “Azsantexmontaj” trestinin əsas tədris istehsalat bazasına köçürülmüşdür (iş yeri dəyişmişdir). 62 №-li xx.xx.1984-cü il tarixli həmin tarixdən 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir. 80 №-li xx.xx.1885-ci il tarixli əmrlə Bakı Montaj İdarəsinin “Azsantexmontaj”ın 2 nömrəli idarəsindən 5 nömrəli idarəyə köçürülmüşdür. 137 №-li 26 noyabr 1985-ci il tarixli əmrlə həmin tarixdən Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə işə qəbul edilmişdir. 01 №-li 2 yanvar 1985-ci ii tarixli əmrlə çilingər vəzifəsinə keçirilmişdir. 31 №-li 03 aprel 1989-cu ii tarixli əmrlə yeni ştat cədvəlinə əsasən 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmişdir. 33 №-li xx.xx.1990-cı il tarixli əmrlə 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir. 86 №-İi xx.xx.1990-cı il tarixli əmrlə xx.xx.1990-cı ii tarixdən öz xahişimlə işdən azad olunmuşdur. 02 №-li xx.xx.1990-cı il tarixli əmrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təmir tikinti idarəsinə 5-ci dərəcəli çilingər-santexnik vəzifəsinə qəbul olunmuşdur. 21 №-li xx.xx.1992-ci il tarixli əmrlə iş yerinin dəyişdirilməsi ilə (Azərbaycan Texniki Unuversitetinə) işdən azad olmuşdur. 219 №-li xx.xx.1992-ci ii tarixli əmrlə xx.xx.1992-ci ii tarixdən həmin universitetin Texniki istismar şöbəsinə santexnika və eiektromontaj işləri üzrə təmir tikinti idarəsindən keçirilmə yolu ilə 6-cı dərəcəli çilingər vəzifəsinə təyin edilmişdir. 302 №-li xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı il tarixdə idman sarayına mexanik vəzifəsinə keçirilmişdir. 03 №-li xx.xx.1997-ci il tarixli əmrlə xx.xx.1997-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı vəzifəsinə keçirilmişdir. 76 №-li xx.xx.2004-cü il tarixli əmrlə xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. Elm və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 may 2004-cü il tarixli 63 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Əsaslı Tikinti İdarəsi yaradılmış və hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi kimi fəaliyyət göstərir. Yuxarıda göstərilənlərə əsasən, eyni zamanda İdarənin arxivində aparılmış araşdırma zamanı sözügedən sənədlər aşkarlanmadığı üçün tərəfimizdən onların təmin edilməsi mümkün olmamışdır. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qeyd edilən məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2024 - 30 iyun 2025 kişilər: 65 il qadınlar: 64 il. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla 21 il 03 ay 28 gün təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajı əmək kitabçasında qeyd olunmuş xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixədək olan dövrdür. Belə ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək (işə daxilolma qeydində əmr tarixi qeyd edilmədiyindən) olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək Təhsil Nazirliyinin Təmir Tikinti İdarəsində işləməsi əmək kitabçasında əks olunmuşdur. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işə daxilolma qeydində əmrin tarixinin qeyd olunmamasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir. Belə ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının müvafiq dövrlər üzrə işləməsi əmək kitabçasında əksini tapmışdır və həmin dövrdə iddiaçının işlədiyi müəssisənin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır (müəssisənin mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd olunan halları məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövr üzrə (xx.xx.1985-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək) işləməsi əmək kitabçasında əksini tapmışdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, qeyd edilən dövr nəzərə alındığı təqdirdə xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 26 il 03 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla, 25 ildən artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. Habelə, Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı zəruri sığorta stajına malikdir və bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1985-xx.xx.1990cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1985-xx.xx.1990-cı il tarixədək əmək stajı nəzərə alınaraq 65 yaşı tamam olduğu xx.xx.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(112)-16585/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16585/2025
02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver