Məhkəmə qərarları › İş №2-1(112)-1660/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1660/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1660/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********7483 saylı və xx.xx.2021-ci il tarixli **********7481 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən ona məxsus “EXTRA CLUB” adlı müəssisədə keçirilən operativ vergi yoxlaması zamanı pandemiya dövrü ilə əlaqədar koronavirus infeksiyasının yayılmasının qarşının alınması səbəbi ilə maska yoxlanışı zamanı müəssisədə olan müştərilərdən məcburi şəkildə şəxsiyyət vəsiqələri alınmış və daha sonra həmin müştərilərin obyektin işçiləri olduqları bildirilərək əmək müqavilələrinin mövcud olmaması səbəbi ilə akt tərtib edilmiş və həmin müştərilərin adları aktda qeyd edilmişdir. Operativ vergi nəzarəti keçirilən zaman obyektdə olan müştərilər özlərinin obyektlə heç bir əlaqələrinin olmadığını, müştəri olduqlarını bildirsələr də, vergi orqanının əməkdaşları deyilənlərə məhəl qoymamış və akt tərtib etmişlər. Bununla bağlı şikayət məktubları ilə müraciət edilmiş, həmin müraciətlərə qoşma olaraq aktda adı keçən müştərilər tərəfindən tərtib edilən ərizələrin surətləri də əlavə edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0438 nömrəli qərarına əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən “Extra Club” restoranında Operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların AR-nın ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları’na müvafiq olaraq əldə edilməsinə nəzarət edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı “Extra Club” restoranında saat 19:45-də keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınmış 2 pors salat, 1 ədəd kola, 1 ədəd sprite və 2 fincan çay ümumilikdə 46,0 manat ödənildiyi və nəzarət-kassa aparatı çekinin vurulmadığı müşahidə olunmuşdur. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ (46,0 manat) saat 20:39-da 269 saylı çeklə nəzarət-kassa aparatına bərpa olunmuşdur. Həmçinin iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən adları aşağıda qeyd olunan 20 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur: 1. Ofisiant - X63, 2. Barmen - X48, 3. Barmen - X11, 4.Ofisiant - X67, 5.Ofisiant - X29, 6.Ofisiant - X12, 7.Fəhlə - X49, 8. X10 oğlu, 9.Ofisiant- X40, 10.Kababçı - X64, 11.Xadimə - X30, 12. Ofisiant - X13, 13.Ofisiant- X51, 14.Ofisiant - X52, 15.Ofisiant - X87, 16.Ofisiant - X68, 17.Adminstrator- X5, 18. Barmen - X41, 19.Ofisiant - X53, 20. İşıqçı - X54. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. İddiaçı qeyd olunan maddənin tələbləri qaydasında aktı imzalamamasının səbəblərini izah etməmiş, akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını bildirməmiş, vergi nəzarəti zamanı toplanmış materiallara baxılaraq, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə müvafiq olaraq xx.xx.2021ci il tarixli **********7483 və **********7481 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2021-ci il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2021-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli **********0438 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN **********) məxsus olan ünvan 1 ünvanında yerləşən “Extra Club” obyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - KY211579533 nömrəli xx.xx.2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi göstərilmişdir. - DVX seriyalı 005974 nömrəli, xx.xx.2021-ci il tarixli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktdan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan ünvan 1 ünvanda yerləşən “Extra Club” adlı obyektdə İddiaçı da iştirakı ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilmiş və müəyyən edilmişdir ki, obyektdə quraşdırılmış ********** zavod nömrəli “Veritone X990” markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə saat 19:45-də müştəri tərəfindən alınmış 2 pors sezar salatı, 1 ədəd kola, 1 ədəd sprite və 2 fincan çay üçün ödənilmiş 46,0 manat məbləğə nəzarətkassa aparatından çek vurulmamış və müştəriyə təqdim edilməmişdir. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ 269 nömrəli çeklə saat 20:39-da NKA-ya bərpa edilmiş, X hesabatı və NKA çeki akta əlavə olunmuşdur. Nəticədə İddiaçı tərəfindən Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları"nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Aktı tərtib edənlər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İddiaçı aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. - Həmçinin DVX seriyalı 002437 nömrəli, xx.xx.2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən Extra club adlı restoranda İddiaçı iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 20:30-da təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən obyektdə işlərin yerinə yetirilməsinə cəlb olunmuş 32 nəfər fiziki şəxsdən 20 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Aktı tərtib edənlər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. İddiaçı aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. - Akta Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 20 nəfər fiziki şəxsin siyahısı əlavə edilmişdir (ofisiant - X63, barmen - X48, barmen - X11, ofisiant - X67, ofisiant - X29, ofisiant - X12, fəhlə - X49, aşbaz-X50, ofisiant- X40, kababçı - X64, xadimə - X30, ofisiant - X13, ofisiant- X51, ofisiant - X52, ofisiant - X87, ofisiant - X68, adminstrator- X5, barmen - X41, ofisiant - X53, işıqçı - X54). - Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçı operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarla tanış olsa da, bu barədə müvafiq qeyd aparmayaraq imza etməmiş, operativ vergi nəzarəti zamanı müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 32 nəfər fiziki şəxsdən 20 nəfərinin əmək müqaviləsi və xidməti müqavilə bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunması faktı aşkar olunmuşdur. Həmin 20 nəfər fiziki şəxsin əmək müqaviləsi bildirişləri vergi ödəyicisi və ya onun hər hansı səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməmiş, həmin şəxslərin kimlik məlumatları müvafiq baza vasitəsilə müəyyənləşdirilsə də, vergi ödəyicisi və əmək müqaviləsi və xidməti müqaviləsi olmayan həmin 20 nəfər işçi bu barədə izahat verməkdən imtina etmiş, aşkar olunmuş nöqsan xx.xx.2021-ci il tarixli 002437 saylı aktla rəsmiləşdirilmiş, vergi ödəyicisi və ya hər hansı səlahiyyətli nümayəndəsi aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmiş və bununla bağlı aktda tərəflərindən müvafiq qeydlər aparılmışdır. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7481 nömrəli xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. - Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7483 nömrəli xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2021-ci il tarixli **********7483 nömrəli və **********7481 nömrəli qərarlarını mübahisələndirir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7481 nömrəli xx.xx.2021-ci il tarixli qərara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. -1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. -1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. -2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. -2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. -2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. -10-cu bənd Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. -10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. -10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. -10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. -10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. -10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. - 10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı qanunazidd hesab oluna bilməz. Birincisi, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, işin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi rəhbər tutulmaqla vergi orqanı tərəfindən ünvan 1 ünvanında yerləşən restoranda xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 002437 nömrəli aktdan görünür ki, aktda vergi qanunvericiliyinin pozulması halları göstərilmiş, pozuntunun xarakteri açıqlanmış, aktı İddiaçı imzalamaqdan imtina etsə də, vergi ödəyicisi olan iddiaçı həmin aktda yoxlama ilə bağlı öz qeydlərini etməmiş, aktda göstərilən şəxslərin müştəri olması ilə bağlı heç bir qeyd aparmamışdır. xx.xx.2021-ci il tarixli operativ vergi nəzarətinin nəticələrinə dair akta əsasən vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilərək həmin fiziki şəxslərin şəxsiyyət vəsiqələri məlumatları əldə edilmiş və siyahısı tərtib edilərək akta əlavə edilmişdir. Həmin şəxslər tərəfindən izahat verilmədiyindən bu barədə akt tərtib edilmiş və yoxlama materiallarına əlavə edilmişdir. İddiaçı 20 nəfər şəxsin restoranda işləyən şəxslər deyil, müştəri olmasını bildirmiş və iddia ərizəsinə həmin şəxslərin xx.xx.2021-ci il tarixli ərizələrini əlavə etmişdir. Ərizələrdən görünür ki, həmin şəxslər bildirmişlər ki, restorana müştəri kimi gəlmişlər, obyektin işçisi deyillər. Müştəri olduqları halda vergi işçiləri adlarını tərtb edilən aktda qeyd etmişdir. Obyektlə heç bir əlaqələri yoxdur. Obyekt sahibini tanımırlar. Buna görə də tərtib edilən aktdan adlarının çıxarılmasını xahiş edirlər. Məhkəmə qeyd edir ki, ərizələrdən görünür ki, onlar fərqli şəxslər tərəfindən yazılasa da, hamısı oxşar məzmunlu, bəziləri hətta eyni məzmunlu olmuşdur. Bu isə həmin ərizələrin bir şəxs tərəfindən diktə edilməklə yazılması təəsüratı yaradır. Digər tərəfdən, iddiaçı hansı səbəblə yoxlama zamanı həmin şəxslərin ərizələrində yazdıqları məzmunda izahat verməməsini açıqlamamışdır. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunan iddiaçının izahatından görünür ki, iddiaçı 20 (iyirmi) nəfər işçiyə görə vurulmuş ziyanı, yəni işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam olaraq ödədiyini nəzərə alaraq, barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, iş üzrə şahid qismində dindirilmiş fərdi sahibkar İddiaçı ifadəsində X31 xx.xx.2021-ci il tarixdən aylıq 300 (üç yüz) manat əmək haqqı olmaqla ofisant vəzifəsinə, X14 11,05.2021ci il tarixdən gündəlik 20 (iyirmi) manat əməkhaqqı olmaqla personal aşpazı vəzifəsinə, X19 01,02.2021-ci il tarixdə əmək haqqı gündəlik 15 (on beş) manat olmaqla çayçı vəzifəsinə, X32 xx.xx.2021-ci il tarixdə əmək haqqı gündəlik 15 (on beş) manat olmaqla barmen vəzifəsinə, X75 xx.xx.2021-ci il tarixdə ofisiant vəzifəsinə qəbul etdiyini və işlədiyi dövr ərzində həmin şəxsə cəmi nağd şəkildə 110 (yüz on) manat əməkhaqqı təqdim etdiyini, X55 xx.xx.2021-ci il tarixdə ofisiant köməkçisi vəzifəsinə qəbul etdiyini və işlədiyi dövr ərzində həmin şəxsə cəmi nağd şəkildə 570 (beş yüz yetmiş) manat əmək haqqı təqdim etdiyini, X33 bır neçə dəfə sahibi olduğu restorana işıqları yönləndirməsi, düzəltməsi üçün dəvət etdiyini və ona işlədiyi dövr ərzində cəmi nağd şəkildə 180 (yüz səksən) manat əməkhaqqı təqdim etdiyini X34 01,05.2021-ci il tarixdə ofisiant vəzifəsinə qəbul etdiyini və işlədiyi dövr ərzində həmin şəxsə cəmi nağd şəkildə 210 (iki yüz on) manat əməkhaqqı təqdini etdiyini, X35 xx.xx.2021-ci il tarixdə aylıq vəzifə maaşı 500 (beş yüz) manat olmaqla aşpaz vəzifəsinə qəbul etdiyini və işlədiyi dövr ərzində həmin şəxsə cəmi nağd şəkildə 1360 (min üç yüz altmış) manat əmək haqqı təqdim etdiyini, X56 xx.xx.2021-ci il tarixdə aylıq əməkhaqqı 300 (üç yüz) manat olmaqla ofisiant vəzifəsinə qəbul etdiyini, X20 xx.xx.2021-ci il tarixdə aylıq əmək haqqı 300 (üç yüz) manat olmaqla barmen vəzifəsinə qəbul etdiyini, X42 xx.xx.2021-ci il tarixdə aylıq əməkhaqqı 400 (dörd yüz) manat olmaqla barmen vəzifəsinə qəbul etdiyini, X6 xx.xx.2021-ci il tarixdə aylıq əmək haqqı 300 (üç yüz) manat olmaqla ofisiant vəzifəsinə qəbul etdiyini, X21 xx.xx.2021ci il tarixdə aylıq əməkhaqqı 300 (üç yüz) manat olmaqla ofisiant köməkçisi vəzifəsinə qəbul etdiyini və işlədiyi dövr ərzində həmin şəxsə cəmi nağd şəkildə 60 (altmış) manat əməkhaqqı təqdim etdiyini, X1 cəmi 3 (üç) ay işçisi olduğunu, həmin şəxsi aylıq vəzifə maaşı 450 (dörd yüz əlli) manat olmaqla administator vəzifəsinə təyin etdiyini və işlədiyi dövr ərzində ona cəmi nağd şəkildə 1350 (min üç yüz əlli) manat əməkhaqqı təqdim etdiyini, X2 xx.xx.2021-ci il tarixdə aylıq əməkhaqqı 300 (üç yüz) manat olmaqla administator vəzifəsinə qəbul etdiyini, X7 bir ayın işçisi olduğunu, onu aylıq vəzifə maaşı 300 (üç yüz) manat olmaqla administator vəzifəsinə təyin etdiyini və işlədiyi dövr ərzində ona cəmi nağd şəkildə 300 (üç yüz) manat əməkhaqqı təqdim etdiyini, X43 xx.xx.2021-ci il tarixdə aylıq əməkhaqqı 600 (altı yüz) manat olmaqla kababçı vəzifəsinə qəbul etdiyini, X8 xx.xx.2021-ci il tarixdə aylıq əməkhaqqı 300 (üç yüz) manat olmaqla barmen vəzifəsinə qəbul etdiyini, X36 xx.xx.2021-ci il tarixdə aylıq əməkhaqqı 300 (üç yüz) manat olmaqla barmen vəzifəsinə qəbul etdiyini qeyd etmiş, 20 (iyirm) nəfər şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyini, vurulmuş ziyanı, yəni ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam olaraq ödəyəcəyini bildirmiş və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş şəxslər, yəni X65, X48, X15, X69, X12, X44, X50, X64, X30, X13, X51, X52, X87, X70, X41, X57 və X54 tərəfindən istintaqa təqdim edilmiş ifadələrdə bu hal öz təsdiqini tapmışdır. Qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 20 (iyirmi) nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində istintaq olunan ********* nömrəli cinayət işinə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli, 395-VİQR nömrəli qərarı ilə qəbul edilmiş amnistiya aktına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.12- ci maddəsinə əsasən xitam verilmişdir. Həmin cinayət işinə əlavə edilmiş:

1. X45 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən ünvan 2 ünvanında yerləşən “EXTRA Club” adlı obyektdə ofisiant köməkçisi olaraq işləməyə başladığını, həftənin 2-ci və 5-ci günləri iş saatının gecə saat 19:00-dək, həftənin qalan günləri saat 17:00-dan gecə saat 24:00 dək olduğunu, əmək haqqının 300 (üç yüz) manat təşkil etdiyini, ay ərzində yalnız iki dəfə istirahət günü müəyyən edildiyini, işə Əmrah tərəfindən qəbul edildiyini, onunla işəgötürən- İddiaçı arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını, xx.xx.2021-ci il tarixədək 570 manat əmək haqqı aldığını bildirmişdir.

2. X46 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən obyektdə ofisiant olaraq işləməyə başladığını, həftənin tək günləri iş saatının 10:00 dan gecə saat 24:00-dək , həftənin qalan günləri gecə saat 24:00 dək müəyyən edildiyini, əmək haqqının aylıq 300(üç yüz) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 460 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

3. X16 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə restoranda ayaqyoluna gedəndə vergi əməkdaşlarının ondan adını soruşduğunu, həmin gün geyindiyi köynəyinin restoranda işləyən ofisiantların geyimləri ilə oxşarlıq təşkil etdiyini, həmin obyektdə xx.xx.2021-ci il tarixdə müştəri kimi olduğunu bildirmişdir.

4. X17 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Klub” adlı restoranda barmen olaraq işləməyə başladığını, iş saatının 16:00 dan gecə saat 24:00dək müəyyən edildiyini, əmək haqqının aylıq 300(üç yüz) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 210 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

5. X71 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Klub” adlı restoranda ofisiant olaraq işləməyə başladığını, iş saatının həftənn 3 günü saat 10:00 dan gecə saat 24:00-dək, qalan günlər sat 14:00-dan 23:30-dək müəyyən edildiyini, əmək haqqının aylıq 300(üç yüz) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 110 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

6. X37 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Klub” adlı restoranda anbardar olaraq işləməyə başladığını, iş saatının gecə saat 20:00-dək müəyyən edildiyini, əmək haqqının aylıq 400 (dörd yüz) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 800 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

7. X38 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Klub” adlı restoranda kababçı olaraq işləməyə başladığını, iş saatının saat 22:00-dək müəyyən edildiyini, əmək haqqının aylıq 600 (altı yüz) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 1920 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

8. X3 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Klub” adlı restoranda ofisiant köməkçisi olaraq işləməyə başladığını, iş saatının həftənin 3 günü saat 10:00-dan gecə saat 23:30-dək, qalan günlər saat 14:00-dan 23:30-dək müəyyən edildiyini, əmək haqqının aylıq 300 (üç yüz) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 210 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

9. X1 izahatından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “Extra Klub” adlı restoranda administrator olaraq işləmədiyini, xx.xx.2020-ci il tarixdən həmin obyektdə işləmədiyini, kirvəsi İddiaçı görə obyektə tez-tez gedib gəldiyini bildirmişdir.

10. X22 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Club” adlı restoranda aşpaz olaraq işləməyə başladığını, iş saatının həftənin 3 günü saat 10:00-dan gecə saat 20:00-dək, qalan günlər saat 12:00-dan 21:00-dək müəyyən edildiyini, əmək haqqının aylıq 500 (beş yüz) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 1360 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

11. X23 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Klub” adlı restoranda ofisiant olaraq işləməyə başladığını, iş saatının həftənin 3 günü saat 10:00-dan gecə saat 23:30-dək, qalan günlər saat 12:00-dan 23:30-dək müəyyən edildiyini, əmək haqqının aylıq 210 (iki yüz on) manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 210 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

12. X24 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə “Extra Club” adlı restoranda sifariş əsasında işıq və səs rejissorluğu fəaliyyətini həyata keçirdiyini, həmin gün nağd qaydada mühasibatlıq bölməsinin işçilərindən 30 manat əmək haqqı aldığını, daha əvvəl xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək həmin obyektdə 6 dəfə olduğunu, cəmi 180 manat əmək haqqı aldığını, əmək haqqı alarkən heç bir sənəd imzalamadığını bildirmişdir.

13. X25 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Club” adlı restoranda barmen olaraq işləməyə başladığını, iş saatının saat 16:00-dan gecə saat 23:30-dək müəyyən edildiyini, əmək haqqının gündəlik 15 manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 30 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

14. X18 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Club” adlı restoranda çayçı olaraq işləməyə başladığını, iş saatının saat 15:00-dan gecə saat 23:30dək müəyyən edildiyini, əmək haqqının gündəlik 15 manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək 1800 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

15. X9 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Club” adlı restoranda personal aşbazı olaraq işləməyə başladığını, iş saatının saat 10:00-dan axşam saat 19:00-dək müəyyən edildiyini, əmək haqqının gündəlik 20 manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək nağd şəkildə 200 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

16. X26 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Club” adlı restoranda ofisiant olaraq işləməyə başladığını, iş saatının həftənin 3 günü saat 15:00-dan gecə saat 23:30-dək, qalan günlər saat 11:00-dan 23:30-dək müəyyən edildiyini, əmək haqqının aylıq 300 manat müəyyən edildiyini, həmin obyektə işə Elşən adlı administrator tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək nağd şəkildə 900 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

17. X27 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Club” adlı restoranda ofisiant olaraq işləməyə başladığını, iş saatının həftənin 3 günü saat 15:00-dan gecə saat 23:30-dək, qalan günlər saat 11:00-dan 23:30-dək müəyyən edildiyini, əmək haqqının aylıq 300 manat müəyyən edildiyini, həmin obyektə işə Şöhrət adlı administrator tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək nağd şəkildə 810 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir.

18. X4 izahatından görünür ki, xx.xx.2021-ci il tarixdən “Extra Club” adlı restoranda barmen olaraq işləməyə başladığını, iş saatının saat 10:00-dan gecə saat 23:30-dək müəyyən edildiyini, əmək haqqının aylıq 300 manat müəyyən edildiyini, həmin obyektə işə İddiaçı və Dilsuz Dəmirçiyev tərəfindən qəbul edildiyini, xx.xx.2021-ci il tarixədək nağd şəkildə 50 manat əmək haqqı aldığını, iddiaçı ilə arasında hər hansı əmək müqaviləsi və ya xidməti müqavilə olmadığını bildirmişdir. Beləliklə, göründüyü kimi, operativ vergi nəzarəti zamanı işçi kimi işlədikləri aşkar edilən şəxslər izahatları ilə həmin obyektdə işləmələrini, lakin onlarla yazılı əmək müqaviləsi və ya hər hansı bir xidmət müqaviləsinin bağlanmadığını bildirmişlər. Qeyd edilməlidir ki, adları çəkilən fiziki şəxslər verdikləri izahatlarında adıçəkilən obyektdə konkret gördükləri işi, aldıqları əmək haqlarını, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, bir çox izahatda restoranda izahat verən şəxslə birlikdə çalışan digər şəxslərin adlarını göstərmişlər. X28 və X5 izahat verməsələr, X40 və X13 isə izahatlarında həmin obyektdə işləmədiklərini bildirsələr də, həm iddiaçı, həm də digər şəxslər adıçəkilən şəxslərin mübahisəli obyektdə işləməsini, hansı əmək funksiyasını yerinə yetirməsini ətraflı şəkildə izah etmişlər. İş materiallarından o da məlum olur ki, iddiaçı aktda göstərilən şəxslərin müştəri olduğunu bildirsə də, yoxlamadan sonra X44, X13, X5, X57 ilə əmək müqaviləsi bağlamışdır. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Cavabdeh işin yuxarıda sadalananan hallarına istinad edərək iddiaçıya 20 nəfər fiziki şəxsə görə 40000 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə qərar qəbul etmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqına **********7483 nömrəli xx.xx.2021-ci il tarixli qərara münasibətdə Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi -7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X96), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə görə işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə görə əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İşin sadalanan hallarından aydın olur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə keçirilən operativ vergi nəzarəti yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilmiş, “X” hesabatı alınaraq akta əlavə edilmiş, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İddiaçı həmin qərarı mübahisələndirsə də, həmin qərarın ləğvinə əsas ola biləcək hər hansı bir dəlilə istinad etməmiş, məhkəmə icraatı zamanı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı pozuntunun aşkar edildiyi vaxt tərtib edilən və yoxlama nəticələrini əks etdirən aktı imzalamaqdan imtina etsə də, bununla bağlı aktda qeyd aparmamışdır. Vergi Məcəlləsinin -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, vergi orqanının Vergi Məcəlləsinin 58-ci maddəsinə istinadən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarları əsaslı və qanuni olmuşdur, həmin qərarların ləğv edilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar